341
həm də Azadlıq Şurası ilə əməkdaşlıq edirdi. Ölkənin siyasi
həyatına İngiltərənin təsiri böyük idi.
Müharibədən sonra təşkil edilmiş birinci koalisiyalı
hökumətə V.Bulem başçılıq edirdi. Bu hökumət 1945-ci ilin
mayın 10-dan noyabrın 6-dək fəaliyyət göstərdi. «Xilasetmə
hökuməti» adlanan bu hökumət işğal dövründə qəbul edilmiş
bütün qanunları təxirə saldı, bir sıra islahatlar keçirdi. Sosial-
demokratlar xalq içərisində yenidən öz nüfuzlarını
bərpa etmək
üçün işğalçılarla əməkdaşlıq etmiş inhisarları milliləşdirmək
təklifi ilə çıxış etdilər. Onlar həmçinin kommunistlərlə vahid
partiyada birləşmək təklifini irəli sürdülər.
Müharibədən sonrakı ilk seçkilərdən sonra folketinq
1945-ci ilin oktyabrında açıldı.
Seçkilərdə burjua-aqrar
partiyası olan Venstre partiyası çox səs qazandığına görə həmin
partiyanın lideri K.Kristansenin başçılı altında bir partiyalı
hökumət təşkil edildi. Bu hökumət 1947-ci ilə qədər
hakimiyyətdə qaldı. Bu hökumət ölkənin birinci dərəcəli
iqtisadi problemlərini həll etməkdə bacarıqsız
olduğunu
nümayiş etdirdi. O, sosial islahatlar yolunu da götürmədi. Bu
hökumət Almaniya-Danimarka cənub sərhədinin 1920-ci ilə
qədərki kimi olmasını tələb etdi. «Şlezviq məsələsi»
parlamentdə müxalifətin yaranmasına səbəb oldu. Bu məsələ
ilə əlaqədar olaraq Kristensen hökuməti 1947-ci ilin
oktyabrında növbədənkənar seçkilər təyin etdi. Lakin bu
seçkilərdə DSDP (Danimarka Sosial-Demokrat partiyası) 40%
səs toplayaraq qələbə qazandı. Xanson Xedtaftın başçılıq etdiyi
sosial-demokrat hökuməti 1950-ci ilə qədər hakimiyyətdə oldu.
1948-ci ildə bu hökumət torpaqların xırda kəndlilər arasında
bölünməsi haqqında qanun verilməsinə nail oldu. Hazır
malların ölkəyə gətirilməsini məhdudlaşdırdı, balıqçılıq
müəssisələrinə yardım göstərdi. 1948-1949-cu
illərdə ölkənin
vəziyyəti yaxşılaşdı.
Xarici siyasətdə bu hökumət Danimarkanın «Marşall
planı»na qoşulmasını təşkil etdi, ölkəyə ABŞ kapitalının
342
müdaxiləsi üçün şərait yaratdı. Artıq 1950-ci ildə Danimarkaya
investisiya qoyuluşuna görə ABŞ birinci yer tuturdu. 1949-cu
ildə Danimarka NATO-ya daxil oldu.
Danimarka «soyuq müharibə» illərində. XX əsrin 50-
ci illərində Danimarka iqtisadi inkişafda müəyyən çətinliklərlə
qarşılaşdı. Bu ilk növbədə Danimarkanın
ixrac etdiyi kənd
təsərrüfatı məhsullarının dünya bazarında ucuzluğu,
Danimarkanın idxal etdiyi xammal, yanacaq və sənaye
mallarının isə dünya bazarında bahalığı ilə əlaqədar idi.
Danimarkanın xarici borcları artdı.
1950-1952-ci illərdə ölkənin iqtisadiyyatı
durğun
vəziyyətə düşdü. İşsizlik artdı. Ancaq 50-ci illərin sonunda
Danimarkanın iqtisadi vəziyyəti bir qədər yaxşılaşdı. Kənd
təsərrüfatı məhsullarının dünya bazarında qiyməti artdı. Kənd
təsərrüfatı məhsullarının istehsalının həcmi 1,5 dəfə artdı. Artıq
1960-cı ildə ölkə sənayesində əhalinin 54%-i çalışırdı.
Danimarka aqrar-sənaye ölkəsindən sənaye-aqrar ölkəyə
çevrildi.
Elektronika, gəmiqayırma, dizelqayırma, soyuducu
avadanlığı istehsalı, yeyinti, müalicə avadanlığı
sənayesi
sürətlə inkişaf etdi. Danimarkanın sənaye mallarının dünya
bazarında rəqabət qabiliyyəti artdı. 60-cı illərdə sənaye
məhsulları istehsalı iki dəfə, sənaye məhsullarının ixracı isə 3
dəfə artdı. Aqrar-sənaye kompleksləri mühüm yer tutdu. Donuz
əti, kərə yağı və pendir ixracına
görə Danimarka dünyada ilk
yerlərdən birini tutdu.
Ölkənin siyasi həyatında sosial-demokratlarla burjua
Dostları ilə paylaş: