340
1983-cü ilin martında növbəti parlament seçkilərindən
sonra da hökumətə K.Sorsa başçılıq etdi. İnflyasiya və
işsizliklə mübarizə proqramı irəli sürüldü.
80-ci illərin əvvəllərində beynəlxalq gərginliyini artması
ilə əlaqədar olaraq Finlandiya Avropa təhlükəsizliyi məsələsinə
xüsusi diqqət yetirməyə başladı. 1982-ci ildə BMT-nin 20-ci
sessiyasında Finlandiya nüvə silahını ləğv etmək haqqında
müqavilə bağlamaq təklifi ilə çıxış etdi.
SSRİ ilə Finlandiya arasında mehriban münasibətlər bu
dövrdə də davam edirdi.
1994-cü ildən 2000-ci ilədək isə Finlandiyanın prezidenti
M.Axtisaari oldu. Onun dövründə Avropada inteqrasiya
proseslərində Finlandiya da fəal iştirak etdi.
90-cı illərdə Finlandiya BMT-nin sülhməramlı
tədbirlərində, insan hüquqları və ətraf mühitin qorunması və
tərksilah məsələləri üzrə ümumavropa əməkdaşlığında fəal
iştirak edirdi. 1995-ci ildə Finlandiya Avropa İttifaqına üzv
oldu.
DANİMARKA KRALLIĞI
İkinci dünya müharibəsindən sonrakı ilk illərdə
Danimarkanın iqtisadi və siyasi vəziyyəti. 1945-ci ilin mayın
5-də Danimarkadakı faşist orduları təslim oldular. Müharibə
nəticəsinə Danimarka 5 min insan itirdi. Ona dəyən zərər 8
mlrd.kron idi.
Londonda yerləşən mühacir hökumətinə başçılıq edən
mühafizəkarlar və radikallar partiyası ölkənin siyasi həyatında
möhkəmlənməyə çalışırdılar. İşğal dövründə ölkədə azacıq da
olsa, fəaliyyət göstərən sosial-demokrat hökuməti və kral
hakimiyyətdə qalmağa daha çox iddialı idilər. Vəziyyətin
mürəkkəbliyi onda idi ki, müharibə illərində ölkənin ən nüfuzlu
Dostları ilə paylaş: