363
NATO-dan Niderlandın çıxmasını tələb edir, müstəmləkəçiliyi
pisləyirdi.
Ölkənin daxili həyatı tez-tez hökumət kabinetlərinin
dəyişməsi ilə səciyyələnirdi. 50-ci illərdə
hakimiyyətdə Katolik
xalq partiyası və Əmək partiyasının koalisiyalı hökuməti
dururdu. 1958-ci ilin dekabrından hökumətə KXP-nin sədri
Yan Eduard de Kuay başçılıq etməyə başladı. Hökmətin
tərkibinə həmçinin demokratiya və azadlıq uğrunda mübarizə
aparan Xalq partiyasının, əksinqilabi partiyaların,
Xristian
tarixi ittifaqının nümayəndələri də daxil oldular.
1967-ci ilin aprelin 5-də katolik de Yonqun başçılığı
altında təşkil edilən koalision hökumətə KXHP, liberallar, ƏP
və XTİ-nin nümayəndələri də daxil oldular. 1969-cu il par-
lament seçkilərindən sonra dörd partiyanın nümayəndələrindən
təşkil edilmiş hökumətə yenə də de Yonq başçılıq etdi.
Ölkənin sürətlə
silahlanmaya cəlb edilməsi
zəhmətkeşlərin həyat səviyyəsinə mənfi təsir göstərirdi. 50-ci
illərdə əmək haqlarından tutulan verigi 2,5 dəfə artdı. Dolayı
vergilər də çoxaldı. 1967-ci ildə ölkədə 100 min işsiz var idi.
Əmək haqlarının yüksəlməsi uğrunda fəhlə sinfinin mübarizəsi
gücləndi. 1964-1966-cı illərin mübarizəsi hökuməti fəhlələrin
əmək haqlarını orta hesabla 42% artırmağa məcbur etdi.
Ölkədə antimüharibə hərəkatı da artdı.
Xarici siyasətdə Niderland hökuməti digər ölkələrlə
iqtisadi, siyasi, ticarət əlaqələri genişləndirməyə və möhkəm-
ləndirməyə çalışırdı. O, Qərbi Avropa
ilə inteqrasiyaya daha
çox diqqət yetirirdi.
ABŞ meylli istiqamət Niderlandı «soyuq müharibə»də
fəal iştiraka cəlb etdi. Silahlanmaya çəkilən xərclərə görə Ni-
derland NATO-da 4-cü yerdə dururdu. 1960-cı ildə onun hərbi
büdcəsi 2 mlrd. hulden təşkil edirdi. 1966-cı ildən Mərkəzi
Avropada NATO-nun Silahlı Qüvvələrinin komandanlığının
ştab-qərargahı Niderlandın ərazisində yerləşirdi.
364
Bununla belə, Niderland hökuməti 1962-ci ildə Qərbi
İrianaın İndoneziyaya verilməsi haqqında sazişi, 1968-ci ildə
atom silahının yayılmaması haqqında müqaviləni imzaladı.
1970-ci ildə isə təhlükəsizlik və əməkdaşlıq
məsələlərinə həsr
edilmiş Ümumavropa müşavirəsinin çağrılması ideyasını mü-
dafiə etdiyini bildirdi. Niderlandın sosialist ölkələri ilə
münasibətləri yaxşılaşdı.
Niderland XX əsrin 70-ci illərində. 1970-ci ildə
Niderlandda iqtisadi yüksəliş davam edirdi. Lakin tezliklə
iqtisadi enmə müşahidə edilməyə başladı. 1970-1975-ci ildə
Hollandiyanın ticarət donanması 20%-dən çox ixtisar edildi.
1974-cü ildə inflyasiya artdı, energetika böhranı başladı,
iqtisadi çətinliklər yarandı. Limburqda sonuncu kömür şaxtası
bağlandı. 1975-ci ildə işsizlərin sayı 206 minə çatdı.
Rotterdamın yük dövriyyəsi aşağı düşdü. 1975-ci ildə sənaye
məhsulu 5% aşağı düşdü. 3.5 min firma iflasa uğradı. 70-ci
illərin ikinci yarısında iqtisadiyyat zəif də olsa,
inkişaf etməyə
başladı. Ölkədə dövlət bölməsinin çəkisi artdı. Hollandiya
kapitalının xarici ölkələrə müdaxiləsi genişləndi.
Ölkənin siyasi həyatında sabitlik pozuldu. 1971 və 1972-
ci il parlament seçkiləri ölkədə Katolik Xalq Hərəkatı
Dostları ilə paylaş: