Microsoft Word s?may?kitab?sas doc



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə1/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ 
SƏMAYƏ MƏMMƏD qızı MUSTAFAYEVA 
AVROPA VƏ
AMERİKA ÖLKƏLƏRİNİN 
ƏN YENİ TARİXİ 
II HİSSƏ 
1945-2007-ci illər 
Ali məktəblərin tarix fakültələri üçün dərslik 
Azərbaycan Respublikası Təhsil Nazirliyi EMŞ-
nın Tarix bölməsinin 15.03.2007-ci il tarixli iclasının 
qərarı (pr № 4), Azərbaycan Respublikası Təhsil 
Nazirinin 9 aprel 2007-ci il tarixli 293 saylı əmrinə 
əsasən çap edilir

“Elm və təhsil” 
Bakı – 2 0 21 


2
Rəyçilər:
t.e.d., prof. V.H.Əliyev 
dos. 
B.M.Bəxtiyarov
dos. 
R.İ.Əliyev 
Səmayə Mustafayeva. Avropa və Amerika ölkələrinin ən 
yeni tarixi. II hissə. (1945-2007).
Bakı, “Elm və təhsil” 2021, 512 səh.
4602000000
qrifli nəşr
N-98-2021 
© "Elm və təhsil", 
2021 


3
MÜNDƏRİCAT 
I. ABŞ....................................................................................5 
II. SSRİ (1991-ci ildən sonra Rusiya Federasiyası .............. 43 
III. Almaniya (1949-cu ildən 1990-cı ilədək AFR və ADR).92 
IV Fransa.............................................................................. 131 
V. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş krallığı. 170 
VI. İtaliya ............................................................................. 201 
VII. İspaniya......................................................................... 225 
VIII. Kanada......................................................................... 242 
IX. Latın Amerikası dövlətləri ............................................. 251 
Çili........................................................................................ 256 
Kuba ..................................................................................... 260 
Meksika................................................................................ 265 
Braziliya ............................................................................... 271 
Argentina.............................................................................. 279 
X. Mərkəzi, Şərqi və Cənubi-Şərqi Avropa ölkələri........... 286 
Polşa ..................................................................................... 287 
Çexoslovakiya...................................................................... 290 
Macarıstan............................................................................ 293 
Rumıniya.............................................................................. 296 
Bolqarıstan ........................................................................... 299 
Yuqoslaviya ......................................................................... 302 
Albaniya ............................................................................... 307 
Avstriya................................................................................ 310 
XI. Şimali Avropa dövlətləri................................................ 320 
Norveç.................................................................................. 320 
İsveç ..................................................................................... 327 
Finlandiya............................................................................. 335 
Danimarka............................................................................ 340 
XII. Cənubi Avropa dövlətləri ............................................. 348 
Yunanıstan ........................................................................... 348 
Nidarland.............................................................................. 358 
İsveçrə .................................................................................. 368 


4
Belçika ................................................................................. 375 
Portuqaliya ........................................................................... 384 
XIII. Avropa və Amerika ölkələrinin əsas inkişaf meylləri. 394 
XIV. Beynəlxalq münasibətlər............................................. 407 
XV. Lüğət............................................................................ 451 
XVI. Böyük dövlətlərin inzibati-ərazi bölgüsü.................... 460 
XVII. Xronoloji cədvəl ........................................................ 478 
Məsləhət görülən ədəbiyyat ................................................. 498 


5
I. AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI 
İkinci dünya müharibəsinin ABŞ üçün nəticələri. ABŞ 
İkinci dünya müharibəsində də ən çox qazandı və Yer 
kürəsində özünün birinci super dövlət olduğunu bir daha təsdiq 
etdi. Müharibədə iştirak edən digər ölkələrlə müqayisədə onun 
əsas üstünlüyü ərazisinin (Havay adalarından başqa) hərbi 
əməliyyat meydanına çevrilməməsi və heç bir dağıntıya məruz 
qalmaması idi. ABŞ müharibə dövründə antihitler koalisiya-
sının əsas cəbhəxanasına çevrildi, ölkə inhisarçılarının gəliri 87 
milyard dolları ötüb keçdi. Bu dövrdə ölkədə avtomobil 
istehsalı dörd dəfə artdı. Onun silahlı qüvvələri döyüş 
qabiliyyətinə və təchizatına görə müharibədən əvvəl 17-ci 
yerdə idisə, müharibədən sonra dünyada birinci yeri tuturdu və 
tərkibində 12 milyondan çox əsgər və zabit vardı. ABŞ-ın 
müharibədə itkisi cəmi 300 min nəfər oldu ki, bu da SSRİ ilə 
müqayisədə 70 dəfədən az idi. Müharibədən sonra o, dünya 
sənaye məhsulunun 54,6%-nı istehsal edirdi. Dünya qızılının 
isə 73%-i bu güclü dövlətin əlində mərkəzləşmişdi. ABŞ-ın 
belə inkişafını həm daxili, həm də xarici amillər müəyyən 
edirdi. Müharibə illərində Avropanın qabaqcıl dövlətlərindən 
olan İngiltərə və Fransa indi ona borcu olan dövlətlərə, 
Almaniya və Yaponiya isə müharibədə məğlub edilərək, 
müvəqqəti də olsa, zəif və gücsüz rəqiblərə çevrilmişdi. Digər 
tərəfdən isə ABŞ-ın özündə daxili bazarın geniş tutumu, sürətli 
kapital yığımı və onun ixracı, həmçinin məhsuldar qüvvələrin 
coşğun yüksəlişi imkan verirdi ki, o, super dövlət statusunu 
qoruyub saxlas 
ın. 
Artıq 1945-ci ildə ölkədə 129 milyard dollar dəyərində 
tez reallaşa bilən vəsait var idi.
ABŞ-ın bu dövrdə öz daxilində və dünyada 2367 hərbi 
bazası var idi. Əgər 1940-cı ildə ölkədə silahlanmaya 3,5 mil-


6
yard dollar xərclənirdisə, 1948-ci ildə hərbi xərclər 13,4 mil-
yard dollar təşkil edirdi. 
ABŞ H.Trumenin prezidentliyi dövründə (1945-1952-
ci illər). 1945-ci ilin aprelin 12-də ABŞ tarixində müstəsna rol 
oynamış, real və çevik siyasətçi F.Ruzvetin ölümündən sonra 
prezident kürsüsünə Harri Trumen əyləşdi. Şəxsiyyət etibarilə 
Trumen bu vəzifəyə hazır olmadığını özü də etiraf edirdi. 
Ruzvelt özü bir çox vacib məsələləri Trumenə etibar etmirdi. 
Lakin Trumen bir cəhətdə – çeviklikdə Ruzvelt kimi idi. 
Ruzveltin siyasətini davam etdirməyi qarşısına məqsəd qoyan 
Trumen ilk növbədə «dollar imperiyası» yaratmaq planını 
həyata keçirməyə başladı. Hazırda Ağ Evdə onun arxasında 
oturduğu stolun üstündə bu sözlər yazılıb: «Dollar hər yerdə 
ayaq açıb yerisə də, Ağ Evdə dayanır». Müharibədən sonra 
dərhal iqtisadiyyat hərbi xətdən dinc xəttə keçirildi ki, bu 
rekonversiya adlanırdı. Trumen ordudan tərxis edilən əsgərləri 
işlə təmin etmək məsələsini ön plana çəkdi. O, 1945-ci ilin 
sentyabrında «ədalətli xətt» proqramının irəli sürdü.
Bu proramda müxtəif nəzarət tədbirlərinin saxlanılması 
şərtilə iqtisadiyyatın rekonversiyası nəzərə tutulurdu. 1944-
1946-cı illərdə o bir sıra qanunların konqress tərəfindən qəbul 
olunmasına nail oldu ki, bunlardan biri «Hüquqlar haqqında 
əsgər billi» idi. Həmin qanuna görə ordudan tərxis edilən 
əsgərlərə kredit ayrılırdı ki, onlar mənzil ala, işlə təmin oluna, 
bizneslə məşğul ola bilsinlər. Konqres 1946-cı ilin fevralında 
əhalinin tam məşğullunu təmin etməyə yönəldilmiş iqitsadi 
fəaliyyət proqramını həyata keçirməyə kömək edən 
«Məşğulluq haqqında» xüsusi qanun qəbul etdi. 1946-cı ilin 
may ayında iki il ərzində veteranlar üçün 2,7 milyon mənzil 
tikilməsini nəzərdə tutan xüsusi fövqaladə qanun qəbul edildi. 
1946-cı il dekabrın 31-d H.Trumen hərbi əməliyyatların başa 
çatmasına dair bəyənnamə imzaladı. 1947-ci ilin sonu üçün 
ABŞ konqresi əmək haqqı və qiymətlər üzərində qoyulmuş 
nəzarət mexanizmini ləğv etdi. 1948-ci ildə isə minimum əmək 


7
haqqı haqqında qanun verildi ki, həmin qanuna əsasən ABŞ-da 
saathesabı əmək haqqı 40 sentdən 75 sentə qədər artırıldı. 
Sosial müdafiə sistemi genişləndirildi, ucuz mənzillər tikilməsi 
proqramı qəbul edildi. Müharibə illərində yaradılmış və 
dövlətə məxsus olan sənaye müəssisələrinin taleyi məsələsi də 
həll olundu. Trumen hökuməti 17 milyard dollar dəyərində 
olan 2800-ə qədər dövlət müəssisəsinin yarı qiymətinə 250 
korporasiyaya satılmasını təmin etdi. Ölkədə konqlomeratların, 
yəni müxtəlif sənaye sahələrini əhatə edən iri şirkətlərin 
fəaliyyəti üçün geniş imkanlar yaradıldı. Bununla bərabər, 
Trumen inzibati idarəsi imkan verdi ki, xırda və orta 
müəssisələr də öz fəaiyyətlərini genişləndirsinlər. ABŞ-da 
«firavanlıq dövləti» yaranmış oldu. 
Trumenin dövründə kommunizm təhlükəsinə qarşı 
mübarizə dövlət siyasəti səviyyəsinə qaldırıldı. 1947-ci ilin 
mart ayının 22-də Trumen dövlət qulluqçularının loyallığını 
yoxlamaq haqqında xüsusi qanun qəbul edilməsinə nail oldu. 
Həmin qanuna əsasən azacıq şübhə yaradan dövlət qulluqçuları 
vəzifələrindən kənar edildilər. 90-a qədər demokratik təşkilat 
fəaliyyətini dayandırmalı oldu. 1947-ci ilin iyun ayının 23-də 
senator Taft və Xartli tərəfindən hazırlanmış və onların adı ilə 
adlanan «Sənayedə əmək münasibətlərini nizama salmaq 
haqqında» yeni qanun qəbul edildi. Həmin qanun 1935-ci ildə 
qəbul edilmiş Vaqner qanununun həmkarlar ititfaqlarına 
verdikləri geniş hüquqları məhdudlaşdırırdı. O zaman ABŞ-da 
həmkarlar ititfaqının 15 milyona qədər üzvü vardı. Bunlardan 7 
milyonu Amerika Əmək Federasiyasının, 6 milyonu isə 1936-
cı ildə təşkil edilmiş, ixtisassız fəhlələri əhatə edən 
İstehsalçıların Həmkarlar İttifaqı konqresinin üzvləri idilər. Bu 
qanuna görə həmkarlar ititfaqları öz üzvləri və maliyyə fondu 
haqqında hökumətə qabaqcadan məlumat verməli idi. 
Həmkarlar ittifaqları öz fondundan siyasi məqsədlər üçün pul 
ayırmamalı idi. Həmkarlar ititfaqları keçiriləcək tətil barəsində 
60 gün əvvəl məlumat verməli idi. Dövlət qulluqçuları 


8
həmkarlar ittifaqının üzvü olmamalı və tətildə iştirak etməməli 
idilər. Prezidentin səlahiyyəti çatırdı ki, tətilləri 80 günə qədər 
təxirə salsın. Həmçinin məhkəməyə hüquq verilirdi ki, tətilləri 
qadağan etsin. Bütün bunlar isə Vaqner qanununda nəzərdə 
tutulanların əleyhinə idi. Əslində demokratik cəmiyyət 
yaratmaq istəyən Harri Trumen bu qanunla antidemokratik 
prezident olduğunu sübut etdirdi.
1946-cı ilin avqustunda atom üzərində nəzarəti həyata 
keçirmək üçün xüsusi komissiya təşkil edildi. 1947-ci ilin 
iyulunda iki mühüm təşkilat – Mərkəzi Kəşfiyyat İdarəsi 
(MKİ) və Federal Təhqiqat bürosu (FTB) yaradıldı. 1947-ci 
ilin iyulun 26-da prezident yanında əsasən məşvərətçi funksiya 
daşıyan Milli təhlükəsizlik Şurası yaradıldı. Onun başlıca 
vəzifəsi ABŞ-ın daxili və xarici siyasəti ilə bağlı müzakirələr 
keçirmək və prezidentə təkliflər vermək idi. Trumen 1947-ci 
ildə hidrogen bombasının istehsalı haqqında göstəriş verdi. 
1950-ci ilin sentyabrında konqres tərəfindən «Daxili 
təhlükəsizlik haqqında» Makkaren-Vud qanunu qəbul edildi. 
Həmin qanuna əsasən demokratik təşkilatlar ədliyyə 
nazirliyində təxribatçı təşkilatlar kimi qeydiyyatdan keçməli 
idi. Qeydiyyatdan keçməyənlər 10 min ABŞ dolları dəyərində 
cərimə olunmalı və 5 il həbs cəzasına məhkum edilməli idilər. 
1952-ci ildə isə konqress xarici mənşəli amerikalıların 
fəaliyyəti ilə əlaqədar Makkaren-Uolter qanunu adlı xüsusi 
qanun qəbul etdi. Həmin qanuna əsasən 14-15 milyona qədər 
xarici mənşəli Amerika vətəndaşı ölkədən qovuldu.
Zənci əhaliyə qarşı münasibətdə Harri Trumen loyal idi. 
İkinci dünya müharibəsində ABŞ-dan bir milyona qədər zənci 
vuruşmuş və onların çoxu xüsusi qəhrəmanlıq göstərmişdir. 
Lakin buna baxmayaraq zəncilərin, xüsusilə cənubda 
yaşayanların seçki hüququ yox idi. O zaman ABŞ-da isə 
təxminən 25 milyondan artıq zənci yaşayırdı. Trumen belə 
hesab edirdi ki, zəncilərə qarşı münasibətdə mülki bərabərlik 
olmasa da, siyasi bərabərliyə razılaşmaq lazımdır. Ona görə də 


9
onlara seçki hüququ verilməsi məsələsini ilk dəfə konqresdə 
Harri Trumen qoydu. 
Harri Trumenin dövründə hindulara da münasibətdə 
dəyişiklik yarandı. 40-cı illərin II yarısında hinduların sürətlə 
öz yaşayış yerlərindən məhrum edilib şəhərlərə qovulması 
prosesi başladı. Bu proses çox böyük narazılığa səbəb oldu. 
1950-cı ildə hindular bildirdilər ki, onlar öz yaşayış yerlərini 
tərk etməyəcəklər. Dövlət onlara güzəştə getməli oldu. 
Ruzervasiya siyasəti həyata keçirildi.
1951-ci ilin avqustunda ABŞ konstitusiyasına 22-ci əlavə 
edildi. Həmin əlavəyə əsasən ABŞ-da hər prezident ancaq iki 
dəfə - 8 il müddətinə seçilə bilərdi. Yalnız H.Trumen üçün bu 
şamil edilmirdi.
Trumenin dövründə ABŞ-ın yeni xarici siyasət xətti 
«atom diplomatiyası» adını aldı. 1946-cı ildə ABŞ-ın dövlət 
departamentinin məmuru D.Kennon tərəfindən «Rusların 
müdaxilə meylinin qarşısını almaq» konsepsiyası irəli sürüldü 
ki, bu tezliklə ABŞ-ın rəsmi doktrinası oldu. Bunun əsasında 
xarici siyasətdə «zor işlətmək», «müharibə həddində 
müvazinət», «total qarşıdurma» doktrinaları irəli sürüldü. 
Müharibə qurtardıqdan sonra dərhal antihitler koalisiyasının 
üzvləri, xüsusilə SSRİ ilə ABŞ arasındakı ziddiyyətlər daha 
qabarıq üzə çıxdı. Qütbləşmə gücləndi. 1946-cı ilin martında 
Çörçillin Fultondakı çıxışında Trumen də iştirak edirdi. Bu 
çıxış SSRİ-yə qarşı düşmənçilik mövqeyində idi və «soyuq 
müharibə» siyasətinin başlanması demək idi. («Soyuq 
müharibə» terminini ilk dəfə siyasi ədəbiyyata 1947-ci ildə
məşhur amerikan diplomatı Con Foster Dalles gətirmişdir). 
ABŞ-la SSRİ arasındakı ixtilafları gücləndirən amillərdən biri 
də 1948-ci ildə baş vermiş Berlin böhranı idi. ABŞ, İngiltərə və 
Fransanın Almaniyanın qərb hissəsində seperat pul islahatı 
kçirmələri. SSRİ-nin böyük narazılığına səbəb oldu. Çin 
məsələsində də SSRİ ilə ABŞ arasında ixtilaf yarandı. ABŞ 
tələb edirdi ki, Çinə Şanxay hökuməti rəhbərlik etsin. SSRİ isə 


10
bunun əleyhinə idi. 1948-ci ildə ABŞ SSRİ-nin də iştirakı ilə 
siyasi və hərbi təşkilat yaratmaq məsələsini irəli sürdü. Lakin 
SSRİ buna razı olmadığına görə ABŞ-ın rəhbərliyi ilə 1949-cu 
il aprelin 4-də Şimali Atlantika paktı (NATO) yaradıldı. Yenə 
ABŞ-ın iştirakı ilə 1951-ci ildə yeni bir hərbi pakt olan 
ANZYUS təşkil edildi.
1951-ci ilin sentyabr ayında San-Fransisko şəhərində 48 
dövlətin iştirakı ilə Yaponiya ilə sülh müqaviləsi imzalandı.
Həmin müqaviləni Çin və Koreya məsələsində narazı qaldığına 
görə SSRİ və onun təsiri altında olan Polşa və Çexoslovakiya 
imzalamadılar.
ABŞ-ın xarici siyasətində Avropa da əsas yer tuturdu. 
İkinci dünya müharibəsindən sonra ABŞ-ın Yunanıstan və 
Türkiyəyə təsiri xeyli gücləndi. Bundan məqsəd SSRİ-yə qarşı 
həmin ərazilərdən bir plasdarm (meydan) kimi istifadə etmək 
idi. 1947-ci ildə İngiltərə hökumətinin maddi cəhətdən 
vəziyyəti kifayət qədər yaxşı olmadığına görə o, bu ölkələrə 
yardım etməkdən imtina etdi. Əlverişli imkandan istifadə edən 
ABŞ bu missiyanı dərhal öz üzərinə götürdü. 1947-ci ilin 
martın 12-də məşhur «Trumen doktrinası» elan edildi. Həmin 
doktrinaya əsasən Yunanıstan və Türkiyəyə 400 milyon dollar 
yardım göstərilməsi nəzərdə tutulurdu. Bu doktrina ABŞ-ın 
xarici siyasətində dönüş mərhələsinin başlanması demək idi. 
1947-ci il iyun ayının 5-də ABŞ-ın dövlət katibi 
Marşallın çıxışında irəl sürülmüş xüsusi plan konqres 
tərəfindən bəyənildi və tarixə «Marşall planı» adı ilə daxil 
edildi. 1948-ci ilin aprelində konqres ərəfəsində qəbul edilmiş 
həmin planda İkinci dünya müharibəsində zərər çəkmiş Avropa 
ölkələrinə ABŞ-ın kömək etməsi nəzərdə tutulurdu. İkinci 
dünya müharibəsi nəticəsində Avropada dağıdılmış təsərrüfatı 
bərpa etməyə bu köməyi etməzdən əvvəl ABŞ-ın özünün 
həmin ölkələrdəki daxili vəziyyəti öyrənməyi bir şərt kimi irəli 
sürülürdü. SSRİ buna razı olmadı. 1948-1952-ci illərdə 
Avropanın 16 ölkəsi 17 milyard dollar dəyərində olan 


11
Marşall planına qoşuldu. Ancaq Finlandiya, İspaniya və 
Avropanın «sovet modeli» əsasında qurulmuş sosialist ölkələri 
bu plana qoşulmadılar.
ABŞ-ın xarici siyasətində bu dövrdə 3-A ölkələrinə, yəni 
Asiyanın, Afrikanın və Latın Amerikasının inkişaf etməkdə 
olan ölkələrinə «kömək etmək» məsələsi də mühüm yer 
tuturdu. Belə ki, 1949-cu ilin yanvarın 20-də Trumen asılı 
ölkələrə texniki-iqtisadi «kömək» təklifini irəli sürdü. Lakin 
belə bir şərt irəli sürüldü ki, əgər onlar inqilabi mübarizədən əl 
çəksələr və ABŞ-ın «demokratik» ənənələrinə əməl etsələr, 
onlara bu «kömək» ediləcəkdir. Əslində bu kömək altında ABŞ 
onları öz təsiri altına almağı planlaşdırırdı. 1947-ci ilin 
sentyabrın 2-də ABŞ bu məqsədlə Latın Amerikası ölkələri ilə 
«Qərb yarımkürəsinin müdafiəsi» paktı adlanan Rio de Janeyro 
paktını imzaladı. 1948-ci ilin aprelində isə 29 dövlətin iştirakı 
ilə Amerika dövlətləri təşkilati yaradıldı. Onu bəzən istehsza 
ilə «Vaşinqton müstəmləkələri nazirliyi» də adladırırdılar.
ABŞ-ın 1950-ci ilin iyununda Koreyaya müdaxiləsi 
Trumenin nüfuzunu zəiflətdi. Eyzenhaner öz memuarlarında 
yazırdı ki, vətəndaş müharibəsi və iki dünya müharibəsindən 
sonra bu ABŞ tarixində ən qanlı müharibə idi. Çünki bu 
müharibədə ABŞ 54 min, onun müttəfiqləri isə 29 min adam 
itirdilər.
ABŞ D.Eyzenhauerin prezidentliyi dövründə (1952-
1960-cı illər). 1952-ci ilin noyabrında keçirilən prezident 
seçkilərində Koreyada aparılan müharibəyə son qoymağı seçki
qabağı platformasında elan etmiş, Avropada müharibə 
dövründə ABŞ qoşunlarının baş komandanı olmuş, «Overlord» 
əməliyyatına başçılıq etmiş, Almaniyanın dörd işğal 
zonasından birinə rəhbərlik etmiş, həmçinin əvvəllər bir 
idmançı kimi ABŞ-da tanınmış Duayt Eyzenhauer qələbə çaldı. 
O, respublikaçılar partiyasından idi. Eyzenhauer ABŞ-ın 
hakimiyyətə gəldikdə Amerika xalqı tərəfindən rəğbətlə 


12
qarşılanan, hakimiyyətdən getdikdə də rəğbətlə yola salınan 
prezidentlərindən olmuşdur.
Eyzenhauer hakimiyyətə gəlməmişdən qabaq 
demokratların dövlətin iqtisadiyyata fəal müdaxiləsi prinsipini 
tənqid etmiş və fərdiyyətçiliyə qayıtmağın əlverişli olduğunu 
göstərmişdir. Lakin hakimiyyətə gəldikdən sonra o öz iqtisadi 
siyasətini «dinamik mühafizəkarlıq» adlandıraraq bir növ 
Ruzveltin siyasətini davam etdirdi. Siyasətdə realist olan 
Eyzenhauer tezliklə başa düşdü ki, ABŞ kapitalizmi artıq 
çoxdan korporativ kapitalizmə çevrilmişdir və dövlətin iqtisadi 
və sosial sahədə rolunu nəinki ixtisar etmək, əksinə, artırmaq 
lazımdır. 50-ci illərdə ABŞ-ın dövlət mülkiyyəti 276 milyard 
dollar təşkil edirdi. Bu rəqəm 1960-cı ildə birlikdə 
götürüldükdə Fransa, AFR, İtaliya, Belçika, Hollandiya və 
Lüksemburqun dövlət mülkiyyətindən çox idi. Eyzenhauer 
daxili siyasətində, xüsusilə sosial sahədə özündən əvvəl 
hakimiyyətdə olmuş demokratların siyasətini bir neçə 
əlavələrlə davam etdirməyə başladı. O, azad rəqabət və azad 
ticarət prinsiplərini bərpa etmək tezislərindən əl çəkdi. Bununla 
bərabər o, Trumen hökumətinin tətbiq etdiyi iqtisadiyyat 
üzərində nəzarət tədbirlərini ləğv etdi. Məqsəd durğunluğu 
aradan qaldırmaq, işsizliyi minimum həddə endirmək, 
inflyasiyaya yol verməmək idi. Görülən tədbirlər nəticəsində 
ABŞ iqtisadiyyatında irəliləyiş təmin olundu. Yüksək 
məşğulluq səviyyəsi və qiymətlərin sabitliyi saxlandı. Bütün 
ölkədə kütləvi istehslakın rəmzi olan ticarət mərkəzləri yarandı. 
İri müəssisələr – konqlomeratlar meydana gəldi. 500 nəhəng 
korporasiya ölkənin həyatı üzərində nəzarəti öz əlinə aldı. 
Amerikalılar ilk dəfə olaraq «firavanlıq dövləti»nin bəhrəsini 
gördülər. Təsadüfi deyildir ki, XX əsrin 50-ci illərindən 70-ci 
illərinin sonuna qədər olan dövr ABŞ-ın «Qızıl əsri», 
«varlanma və çiçəklənmə əsri» adlandırılırdı. O, vergiləri 
azaltdı, səmərəli kredit siyasəti yeritməyə başladı. Həmçinin 
əhalinin həyat səviyyəsinin yüksəlməsinə nail oldu. Sosial 


13
təminat sistemi genişləndirilərək daha 10 milyon adama şamil 
edildi. Onun dövründə bir nəfərə 50 m
2
mənzil sahəsi düşürdü. 
Bu dövrdə Leyvit evlərinin tikilməsinə başlandı. Leyvit xüsusi 
mənzillər quraşdırırdı ki, onları hazır şəkildə istənilən yerdə 
aparıb qurmaq mümkün idi. Əhalinin çoxunun xüsusi 
mənzilləri oldu. Təsadüfi deyil ki, Eyzenhauerin dövründə 
əhalinin yarıdan çoxu orta təbəqəyə çatdı. 50-ci illərdə ABŞ-da 
güclü elmi-texniki inqilab baş verdi. Bu dövrdə ABŞ-ın üçüncü 
böyük şəhəri olan Pensilvaniya ştatındakı Filadelfiyanın yerini 
Koliforniya ştatındakı Los-Anceles tutdu. Bu zaman əhalinin 
90%-nin evində artıq televizor var idi. Ölkədə bu dövrdə 7,5 
min mil şosse yolu çəkildi. 50-ci illərdə ölkədə sənaye məhsulu 
istehsalı 45%, kənd təsərrüfatı isə 17% artmışdı. 50-ci illərdə 
ABŞ iqtisadiyyatı üçün səciyyəvi cəhət istehsalın 
avtomatlaşdırılması oldu. 
Elmi-texniki inqilab ABŞ fermer təsərrüfatının 
dağılmasını sürətləndirdi. Bu dövrdə, kənd təsərrüfatı əha-
lisinin sayı 5 milyon azaldı. Hər il kənd əhalisində 5% ixtisar 
getdi.
Eyzenhauerin dövründə ölkədə makkartizm tüğyan 
etməyə başladı. Onun əsası hələ Trumenin dövründə senator 
seçilmiş Cosef Makkarti tərəfindən qoyulmuşdur. Ölkədə 
aparılan bu kampaniya «Şeytan ovu» adlandırılırdı. Bu 
kampaniya güya SSRİ başda olmaqla dünya kommunizminin 
ABŞ-a qəsd təşkil etməsi barədə vahimə yaradılması əsasında 
aparılırdı. O, 1950-ci ilin fevralında bildirdi ki, ABŞ-ın dövlət 
departamentində 205 nəfər kommunistin olduğunu müəyyən-
ləşdirmişdir. Əslində bu siyasət SSRİ-yə qarşı çevrilmiş, 
antisovet, antikommunist mahiyyət daşıyırdı. Respublikaçıların 
hakimiyyəti dövründə konqresin tərkibində Cosef Makkartinin 
başçılığı altında xüsusi komissiya da yaradılmışdı. Onlar 
göstərirdilər ki, Ruzvelt ölkədə sosializm qurmağa çalışırmış. 
Ona görə də onun dövrü «satqınlıq dövrü»dür. Həmçinin bir 
sıra mütərəqqi Amerika mədəniyyət xadimlərinə, o cümlədən, 


14
Çarlz Çaplinə qarşı təqiblər başlandı. O, ölkəni tərk etməyə 
məcbur oldu. Ölkədə bir sıra irticaçı təşkilatlar, o cümlədən 
«Amerika legionu», «Ku-kluks-klan», «Kolumbiya cən-
gavərləri», «Xarici müharibənin veteranları» təşkilatları Mak-
kartinin fəaliyyətini müdafiə edirdilər. 1953-1954-cü illərdə 
sağ qüvvələrin hərəkəti son həddinə çatdı. Külli miqdarda 
dövlət vəsaiti bu işə sərf olundu. Bu kampaniya 1954-cü ildə 
sona yetdi. Makkarti artıq ordunu da günahlandırdıqda və bu 
televiziya ilə verildikdə Amerika xalqı dözmədi. Nüfuzdan 
düşdüyünü görən konqres 1954-cü il dekabrın 2-də onu 
müqəssir bildi.
Bu dövrdə hakim dairələrdə antikommunist əhval ruhiyyə 
yenə də davam edirdi. Belə ki, 1954-cü ilin avqustunda 
Eyzenhauer konqres tərəfindən «Kommunistlərin fəaliyyəti 
üzərində nəzarət haqqında» qanun verilməsinə nail oldu. 
Həmin qanunla Kommunist partiyasının fəaliyyəti qadağan 
edildi. 
1950-ci ildə zəncilər öz azadlığı uğrunda mübarizəni 
gücləndirdi. 1954-cü ildə ABŞ Ali məhkəməsi məktəblərdə 
seqreqasiyanı – irqi ayrı-seçkilik prinsipini Konstitusiya 
əleyhinə olan akt kimi qiymətləndirdi. 1955-ci ildə Alabama 
ştatında avtobusda irqi ayrı-seçkilik böyük həyəcana səbəb 
oldu. 1960-ci ildə konqres, qara dərili əhalinin seçki hüququnu 
müdafiə edən «»Vətəndaş hüquq və azadlıqları haqqında akt» 
qəbul etsə də, ancaq 60-cı illərdə bu siyasət reallığa çevrildi.
Bu dövrdə ABŞ-ın xarici siyasətində də müəyyən 
cəhətlər özünü göstərməyə başladı. İlk növbədə Eyzenhauer 
verdiyi vədə əməl edərək 1953-cü ilin iyulun 27-də Koreyada 
müharibənin qurtarmasına nail oldu. Hələ prezident Trumenin 
dövründə Moskvada ABŞ-ın səfiri işləmiş Kennon tərəfindən 
işlənib hazırlanmış «rusların hər hansı bir cəhdinin qarşısını 
almaq siyasəti» yenə də öz aktuallığını saxlayırdı. ABŞ-ın 
xarici siyasəti yenə də zor işlətməkdə öz əksini tapırdı. 
Eyzenhauer silahların və bütün iqtisadiyyatın modern-


15
ləşdirilməsi xəttini yeritdi. Onun prezidentliyi dövründə hərbi 
xərclər iki dəfə artdı, strateji yollar çəkildi. 1954-cü ildə 
SEATO hərbi blokunun yaradılmasının təşkilatçılarından biri 
də ABŞ oldu. Əgər Trumen hidrogen silahının istehsalı 
haqqında sərəncam vermişdisə, Eyzenhauer hətta onu işlətməyi 
mümkün hesab edirdi. Buna baxmayaraq Eyzenhauer dediyinə 
əməl etməyi bacarmadı. 1954-cü ildə Vyetnama Fransa 
tərəfindən müstəqillik verilməsini müdafiə etdi. 1955-ci ilin 
iyulunda Cenevrə konfransında Eyzenhauer tərksilaha dair 
«açıq səma» doktrinasını irəli sürdü. Bu doktrina SSRİ 
tərəfindən rədd edilsə də, böyük dövlətlərin başçıları arasında 
əlaqələrin başlanğıcını qoydu. Eyzenhauer 1956-cı ildə Suveyş 
kanalı Misir tərəfindən milliləşdirirlərkən Fransa, İngiltərə və 
İsraillə müharibədə Misiri müdafiə etdi. 1957-ci ilin 
yanvarında Yaxın və Orta Şərqlə əlaqədar Eyzenhauer xüsusi 
doktrina irəli sürdü ki, bu tarixə «Eyzenhauer doktrinası» adı 
altında daxil oldu. O zaman bu regionda dünya neft 
ehtiyatlarının 2/3 hissəsi yerləşirdi. Digər tərəfdən bu region 
Avropa, Asiya və Afrika ölkələrinin əlaqələrini təmin edirdi. 
Həmin doktrina Bağdad paktı üzvlərinə və İsrailə aid edilirdi. 
Bu doktrinanın əsas istiqamətləri ərəb ölkələrinin iqitsadi 
inkişafına ABŞ-ın kömək etməsindən, hərbi yardım və 
əməkdaşlıq proqramları hazırlamağa təşəbbüs göstərməkdən, 
Yaxın Şərq ölkələrinin suverenliyini qorumaq üçün lazım 
gəldikdə ABŞ silahlı qüvvələrindən istifadə etməkdən ibarət 
idi. Həmin doktrinaya əsasən ABŞ öz mövqeyini Yaxın və Orta 
Şərqdə möhkəmləndirdi. Bu doktrina həmin dövrədək ABŞ 
siyasətində hələ də mövcud olan bitərəfliyi rədd edərək 
«boşluğu güclə doldurmaq» nəzəriyyəsinin əsasının qoydu. Bu 
doktrina, ABŞ-ın Yaxın və Orta Şərq siyasətində yeni 
mərhələnin başlanğıcını qoydu. 1958-ci ildə ABŞ Livana qoşun 
göndərdi, Konqoda 1960-cı ilin sentyabrında P.Lumumba 
hökumətinin devrilməsini təşkil etdi. Bunu bəzən siyasi 
ədəbiyyatda «Konqo böhranı»da adlandırırlar.


16
Eyzenhauer dövründə silahlanmaya vəsait qoyuluşu 
artırılsa da, lakin ABŞ raket texnikası sahəsində SSRİ-dən geri 
qalırdı. 1957-ci ilə qədər ABŞ SSRİ ilə zor dili ilə danışmağa 
daha çox üstünlük verirdi. 1957-ci ildə SSRİ-də Yerin süni 
peyki buraxıldıqdan sonra ABŞ başa düşdü ki, SSRİ ilə 
münasibətləri mülayimləşdirmək lazımdır. 1959-cu ildə ilk 
dəfə vitse-prezident Riçard Niksonun rəhbərliyi ilə Moskvada 
ABŞ mallarının sərgisi açıldı. Elə həmin ilin sentyabrında 
SSRİ-nin dövlət başçısı Nikita Sergeyeviç Xruşşov ABŞ-a 
səfər etdi. Lakin 1960-cı ildə ABŞ-la SSRİ arasında 
münasibətlər yenidən pisləşdi. Buna səbəb Sverdlovsk üzərində 
ABŞ-ın xüsusi kəşfiyyat təyyarəsinin (U-2) vurulması idi. Bu 
hadisə ABŞ-ı inandırdı ki, SSRİ güclü döyüş hazırlığına 
malikdir.
ABŞ 50-ci illərdə 39 dövlətlə ikitərəfli hərbi-müqavilələr 
bağladı. 
Eyzenhauer hökuməti öz xarici siyasətində Latın 
Amerikası ölkələrinə xüsusi diqqət yetirirdi. ABŞ burada 
fəallaşaraq mövqelərini möhkəmləndirdi. 1954-cü ilin 
yanvarında ABŞ Qvatemalada inqilabi hərəkatın yatırılmasında 
iştirak etdi. Eyzenhauerin 1959-60-cı illərdə Qərbi Avropa və 
Latın Amerikası ölkələrinə səfərləri də qarşılıqlı münasibətlərin 
xeyli inkişaf etməsinə səbəb oldu. 
ABŞ Con Kennedinin prezidentliyi dövründə (1960-
1963-cü illər). 1960-cı ilin noyabrında keçirilən prezident 
seçiklərində demokratlar yenə də üstünlüyü ələ aldılar. 
Massaçusets ştatından namizədliyi irəli sürülmüş. Con Kennedi 
bu seçkilərdə qalib gəldi. Seçkilər zamanı ilk dəfə namizədlər 
arasında teledebat keçirildi. O, ABŞ tarixində 43 yaşlı ən gənc 
prezident idi. O həm də XX əsrdə ABŞ-ın yeganə və ilk katolik 
prezidenti idi. Kennadi seçki kampaniyası zamanı 
platformasında belə bir müddəaya əsaslanırdı ki, «Dünyanın 
hansı bir yerinə getsən, sərhəd ABŞ-dan başlanır» və belə bir 
şüarla çıxış edirdi ki, «Cəsarət və təşəbbüslə irəli yerimək, 


17
üfüqlərə doğru getmək» lazımdır. Kennedi seçki qabağı 
platformasında iqtisadi artımın dövlət tərəfindən 
stimullaşdırılmasının zəruriliyi tezisini irəli sürdü. Prezident 
seçildikdən sonra o, konqres qarşısında ilk çıxışını aşağıdakı 
sözlərlə bitirdi: «Hər bir Amerika vətəndaşı özünə belə bir sual 
verməməlidir ki, vətən onun üçün nə edə bilər? Belə bir sual 
verməlidir ki, o vətən üçün nə etməlidir». V. Vilson və 
F.Ruzveltin ənənələrini davam etdirərək C.Kennedi «Yeni 
üfüqlər» adını almış islahatlar proqramını irəli sürdü. Özünün 
siyasi dünyagörüşünə görə o, F.Ruzveltə yaxın idi. Ölkə 
daxilində və beynəlxalq aləmdəki vəziyyətə realist və 
praqmatik baxışı ilə fərqlənirdi. Kennedi yaxşı dərk edirdi ki, 
əhalinin geniş təbəqələrinin vəziyyətini yaxşılaşdırmaq 
sahəsində dövlətin siyasətini və siyasi demokratiyanı daim 
təkmilləşdirmək zəruridir. O göstərirdi ki, əhalinin həyat tərzi 
bazar iqtisadiyyatını üstələməlidir. Onun dövründə sahibkarlara 
həvəsləndirici güzəştlər təqdim edildi. İstehsal gücünü artırmaq 
üçün vergi kreditlərindən istifadə edildi. Əhalinin yüksək 
gəlirli təbəqələri üçün vergi azaldıldı. Hökumət il ərzində əmək 
haqqının 3,2 % artımını ən yüksək hədd hesab etdi. Kennedi – 
iqtisadiyyatın sabitləşdirilməsi və sosial yardımla bağlı proqra-
mı genişləndirmək sahəsində bir sıra tədbirlər həyata keçirdi.
Onun sosial-iqtisadi siyasətinin əsasını keynsçi ideya təşkil 
edirdi. Bu ideya büdcə kəsirindən iqtisadi artım sürətini sabit 
saxlamaq üçün bir vasitə kimi istifadə etməyi nəzərdə tuturdu. 
O, elektrotexnika və poladtökmə sənayesində qiymətlərin qal-
dırılmasını qadağan etdi. Yoxsul regionlara kömək proqramı 
hazırlandı. Yeni sənətlər üzrə fəhlələrin ixtisaslaşması həyata 
keçirildi. Ölkə tarixində ilk dəfə konqres 1962-ci ildə bu barədə 
qanun qəbul etdi. Kennedi inzibati idarəsinin ən böyük 
nailiyyəti ağlarla qaralar arasındakı hər cür ayrı-seçkiliyi 
aradan qaldırmaq üçün qəbul edilmiş aktların öz reallığını 
tapması oldu. O, konqresə ağlarla dərisi rəngli adamların 


18
ictimai yerlərdə və işə götürülərkən bərabərliyi haqqında qanun 
layihəsinin təqdim edilməsinə nail oldu. 
1961-68-ci illərdə ABŞ-da sənaye istehsalı 52% artdı. 
Kennedi hakimiyyətə gəldikdən sonra dövlət mexanizmini 
tənzimləməyi əsas götürdü. O, Eyzenhauerdən fərqli olaraq 
sosial siyasətə xüsusi üstünlük verdi. Çünki Eyzenhauer 
insandan danışarkən liberal olsa da, puldan danışanda mühafi-
zəkar idi. Con Kennedi üçün isə sosial sahə xüsusi əhəmiyyət 
kəsb edirdi. Ona görə o vergiləri azaltdı, sosial xərcləri 
çoxaltdı. 1961-ci ilin martında işsizliyə görə verilən 
müavinatən miqdarı daha üç ay uzadıldı. Saat hesabı minimum 
əmək haqqı 1 dollardan 1,25 dollara qaldırıldı. ETİ şəraitində 
ölkədə təhsil sistemi təkmilləşdirildi. Universitetlər bağlı 
mədəniyyət alaçıqları vəziyyətindən silahların və iqtisadiyyatın 
inkişafını yeniləşdirən nəhəng laboratoriyalara çevrildilər. XX 
əsrin 50-60-cı illərində ABŞ hökuməti elmin inkişafına bütün 
tarixi boyu olmadığı bir miqdarda, 6 dəfə dotasiyanı artırdı. 
«Tələbələrin demokratik cəmiyyəti» təşkilatı yaradıldı. 
Qadınlara da diqqət artırıldı. 1963-cü ildə qadınlarla kişilərin 
bərabər əmək haqqı alması haqqında qanun verildi. Əvvəllər 
onlar kişilərdən 40% az əmək haqqı alırdılar.
ABŞ-da raket texnikasına xüsusi diqqət yetirilməsinə nail 
oldu. Büdcədən 12 milyard dollar ancaq raket texnikası üzrə işə 
sərf olundu. Kennedinin «Appolon» adlı proqramında 
kosmosu tədqiq etməyə xüsusi diqqət yetirilməsi nəzərdə 
tutulurdu. Onun «Appolon» proqramı ancaq ölümündən sonra 
- 1969-cu ildə ilk dəfə ABŞ vətəndaşının - Hil Armstronqun 
Aya uçuşunun təşkilində özünü göstərdi.
Kennedinin dövründə ölkədə irticaçı təşkilatların 
fəaliyyəti gücləndi. Xüsusilə «Con Barça cəmiyyəti» faşist 
təşkilatının fəaliyyəti canlandı. Bu təşkilat 1958-ci ildə 
yaranmışdı. 1960-cı ildə irticaçı hərbiçilər «Minitmenlər» 
təşkilatını təşkil etdilər. «Milli partiya» və digər irticaçı 
təşkilatların da fəaliyyəti genişləndi. 1961-ci ilin sonunda 


19
irticaçı təşkilatların nümayəndələrinin Çikaqoda qurultayı 
keçirildi.
Dünyada baş verən qlobal dəyişikliklər, Asiya, Afrika və 
Latın Amerikası ölkələrində güclənən milli-azadlıq hərəkatı 
ABŞ-ın xarici siyasətinə də ciddi təsir etdi. ABŞ-ın xarici 
siyasətində dövlətin xarici ölkələrdə iqtisadi maraqlarının 
etibarlı mühafizə edilməsi aktuallaşdı. Çünki, İkinci dünya 
müharibəsindən sonra ABŞ-ın xarici ölkələrə birbaşa kapital 
qoyuluşu 4 dəfədən çox artaraq 1946-cı ildəki 7,2 milyard 
dollardan 1960-cı ildə 31,9 milyard dollara çatmışdı. Con 
Kennedinin ən məşhur doktrinalarından biri də «Məhvedici 
təsir etmə» doktrinası idi. Bu doktrinaya görə ABŞ dünyanın 
istənilən yerində gedən müharibəyə müdaxilə edə bilərdi. Bu 
ABŞ-da atom və digər silahların geniş istehsalına şərait 
yaradırdı. Latın Amerikası üçün Kennedi «Tərəqqi naminə 
ittifaq» siyasətini irəli surdu ki, bundan da məqsəd bu 
ölkələrdəki xalq inqilablarının inkişafına mane olmaq və Latın 
Amerikası burjuaziyasını ABŞ-ın tərəfinə çəkmək idi. Bu 
məqsədlə 4,5 milyard vəsait ayrılırdı. Onun dövründə «Sülh 
korpusları» adlanan qruplar yaradıldı ki, bu qruplar geridə 
qalmış ölkələrdə iqtisadiyyat, təhsil, səhiyyə sahəsində 
fəaliyyət göstərməli idilər. Bundan məqsəd əslində həmin 
ölkələrdə ABŞ-ın mövqeyini gücləndirmək idi. Kennedi 
xarakter etibarilə ziddiyyətli adam idi. O, bir tərəfdən ölkə 
əhalisinin vəziyyətinin qayğısına qalsa da, digər tərəfdən onun 
dövründə 1962-ci ilin oktyabrında Karib böhranı baş verdi və 
«soyuq müharibə» özünün ən yüksək zirvəsinə çatdı. ABŞ 
Karib böhranı ərəfəsində Türkiyənin İzmir şəhərində özünün 
15 ədəd «Yupiter» adlı raketlərini yerləşdirmişdi. Karıb 
böhranından sonra böyük dövlətlər arasında nüvə tərksilahı 
problemi daha da aktuallaşdı. Kennedi hökuməti 1963-cü ilin 
avqustunda Moskvada İngiltərə və SSRİ ilə birlikdə nüvə 
silahlarının sınaqdan keçirilməməsi haqqında sazişi imzaladı. 
Kennedi göstərirdi ki, müharibə iradələrin mübarizəsinin 


20
nəticəsidir. Düz yolla gedənlər heç vaxt toqquşmurlar. 
Kennedinin 1962-ci ilin yanvarında konqresə təqdim etdiyi 
xarici siyasət proqramında ABŞ-ın AİB və NATO ölkələri ilə 
əlaqələrinin yaxşılaşdırılması nəzədə tutulurdu. Onun xarici 
siyasətdə başlıca məqsədi beynəlxalq aləmdə ABŞ-ın nüfuzunu 
daha da gücləndirmək idi.
Qloballaşma amillərini nəzərə alan C.Kennedi xarici 
siyasətdə “Yeni üfüqlər” doktrinasının müddəalarını əsas 
götürürdü. O, 1960-cı ildə general M.Teylor tərəfindən irəli 
sürülmüş «Çevik münasibət» doktrinasını bəyəndi. 
1963-cü ilin payızında ABŞ-da vəziyyət kəskinləşdi. 
Ultrasağ qüvvələr hökumətdən daxili və xarici siyasətdə kəskin 
dönüş tələb edirdilər. Prezident seçkiləri ilə əlaqədar olaraq 
mübarizə daha da gücləndi. 
ABŞ L.Consonun prezidentliyi dövründə (1963-1968-
ci illər). 1963-cü il noyabrın 22-də C.Kennedi növbəti 
prezident seçkiləri kampaniyası ilə əlaqədar ölkəni gəzərkən 
Texas ştatının Dallas şəhərində öldürüldü. Onun ölümü «Əsrin 
faciəsi» hesab edildi. Bu məsələ indiyə qədər müəmmalı bir 
şəkildə qalır. Con Kennedinin ölümündən sonra vitse-prezident 
Lindon Conson prezident kürsüsünə əyləşdi. Qərarlarını həyata 
keçirmək üçün hər cür üsuldan, hətta yalvarmaqdan belə 
çəkinməyən Lindon Conson yaxşı dərk edirdi ki, Con 
Kennedidən sonra nüfuz qazanmaq üçün ən yaxşı vasitə onun 
başladığı işi davam etdirməkdir. Onun konqresə təklif etdiyi 
proqramda federal büdcə kəsirini ləğv etmək, vergi işini 
nizama salmaq, mülki məsələyə dair qanunvericilik aktı qəbul 
etmək, yoxsulluğa qarşı müharibə elan etmək və digər 
məsələlər öz əksini tapmışdı. 1964-cü ilin fevralında Lindon 
Conson vergi islahatı haqqında qanunu konqresdə keçirməyi 
bacardı. Həmin qanuna görə gəlir vergisini ildə 15-20% 
qədərində azaltmaq nəzərdə tutulurdu.
1964-cü ilin martında yoxsulluğa qarşı müharibə, 
iyulunda isə mülki hüquq haqqında qanun qəbul olundu. Mülki 


21
hüquq haqqında qanuna əsasən işə götürülmədə, ictimai 
yerlərdə ağlarla qaralara eyni hüquq verilirdi. 1965-ci ildə seçki 
hüququ haqqında qanununun qüvvəyə minməsi ilə zənci 
əhalinin seçkilərdə iştirakı təmin edilmiş oldu. Minimum saat-
hesabı əmək haqqı 1961-ci ildəki 1,25 dollardan 1968-ci ildə 
1,70 dollara çatdırıldı. 1967-ci ildə hər həftəlik orta əmək haqqı 
102 dollar təşkil edirdi, iş həftəsi isə 38,2 saat oldu. Fermerlərə 
subsidiyalar və kreditlər artırıldı. 1964-cü ildə verilmiş 
«Vətəndaşların bərabər hüquqları haqqında» qanunda irqi 
əlamətlərə görə ayrı-seçkilik qadağan edildi. Bütün bunlar 
Consona və demokratlar partiyasına rəğbət yaratdı. 1964-cü 
ilin prezident seçkilərində o respublikaçılar partiyasından 
namizədliyi irəli sürülmüş Harri Qolduoterə qarşı səslərin 
61%-nı toplayaraq qalib gəldi. O, prezident kürsüsünə yenidən 
əyləşdikdən sonra 1965-ci ildə konqresdə «Böyük cəmiyyət 
qurmaq» proqramı ilə çıxış etdi. Bu proqram 80-ə qədər təklifi 
əhatə edirdi. Lindon Consonun «böyük cəmiyyət qurmaq» 
arzusu əslində kağız üzərində qaldı. Onun sosializmin 
alternativi olan bir cəmiyyət yaratmaq istəyi reallığa 
çevrilmədi. Onun yoxsulluqla mübarizə planı da tam həyata 
keçirilmədi. «Böyük cəmiyyət» qurmaq məqsədi ilə büdcədən 
ayrılmış 99,7 milyar dollardan, demək olar ki, ancaq 3,2 
milyard dolları «böyük cəmiyyət qurmaq» işinə, 50 milyard 
dollardan çoxu isə silahlanmaya xərcləndi. Kennedinin döv-
ründə raket texnikasının inkişafı üçün 12 milyard dollar 
ayrılmışdısa, Lindon Consonun prezidentliyi dövründə bu 
rəqəm daha da artdı.
1965-ci ildə 1924-cü ildə qəbul edilmiş «Mühacirat 
haqqında» qanunun təxirə salınması ABŞ-a mühacir axınını 
genişləndirdi. 
1967-ci ilin yayında ABŞ-ın 100 şəhərində «irqi» 
müharibə oldu. 1968-ci ildə zənci hərəkatının görkəmli 
xadimlərindən olan Marten Lüfer Kinqin başçılığı altında 
Vaşinqtona yürüşə hazırlıq başlandı. Lakin 1968-ci ilin aprelin 


22
4-də Memfisdə onu öldürdülər. L.Consonun inzibati idarəsi 
nüfuzdan düşməmək üçün zəncilərin ağlarla hüquq 
bərabərliyini dövlət səviyyəsində təmin etməyə məcbur oldu. 
60-cı illərdə ABŞ-da «yeni sol hərəkat» adlanan sosial etiraz 
hərəkatının yeni dalğası başlandı. Bu mübarizənin əsas 
istiqamətlərindən biri cəmiyyətin nöqsanlarına qarşı mübarizə 
aparan radikal gənclər hərəkatı idi. 60-cı illərdə ABŞ fəhlə 
hərəkatında isə böhran təmayülləri gücləndi. 
1966-cı ildə qadınların milli təşkilatı yaradıldı. 60-cı 
illlərin əvvəllərində ölkədəki qadınların yalnız 36%-i işləyirdi. 
Lindon Conson xarici siyasətdə sərt mövqe 
tutdu.Consonun prezidentliyi illərində «Quruculuq», «Körpülər 
salma» doktrinası meydana çıxdı. Bundan məqsəd ABŞ başda 
olmaqla qərb dövlətləri və bəzi sosialist ölkələri arasında 
hərtərəfli münasibətləri inkişaf etdirməklə bu ölkələrdə 
millətçilik əhval-ruhiyyəsinin artmasına, onların bir-birindən, 
xüsusilə, Sovet İttifaqından təcrid olunmasına nail olmaq idi. 
Conson Latın Amerikasında «böyük dəyənək» siyasətinə 
qayıtdı. 1964-cü ilin əvvəllərində Panama ilə ABŞ arasında 
münaqişə yarandı, 1965-ci ilin aprelində Dominikan 
Respublikasına hərbi qüvvələr göndərildi. Yaxın Şərq 
münaqişəsində İsraili müdafiə etdi. Tankin körfəzində Amerika 
gəmilərinə Vyetnam gəmilərinin güya hücumu haqqında 
bəhanədən istifadə edərək 1964-cü ilin aprelində Vyetnam 
səmasını bombalamağa başlamaq haqqında əmr verdi. Əslində 
bundan məqsəd Sakit Okean və Uzaq Şərqdə ABŞ-ın 
mövqeyini daha da gücləndirmək idi. Məhz bu məqsədlə ABŞ 
Vyetnamda 1966-cı ildə isə 375 minə qədər 1968-ci ildə isə 
500 min qoşun kontingenti yerləşdirdi. Müharibə ölkə 
daxilində real əmək haqqının aşağı düşməsinə səbəb oldu. 
Ölkədə Vyetnamdakı müharibə əlyehinə hərəkat gücləndi. 
1965-ci ildə ABŞ-ın 100-ə qədər şəhərində Vyetnam günləri 
keçirildi. Artıq 1968-ci ilin payızı üçün Veytnamda ABŞ 
hərbçilərindən 30 min nəfər ölmüş, 180 min nəfər yaralanmış 


23
və itkin düşmüşdü. 1966-cı il iyulun 12-də Conson «Asiya 
doktrinası»nı irəli sürdü. Bu, doktrinaya əsasən ABŞ Asiyada 
sülhsevərlik missiyasını öz üzərinə götürdü. 
Lindon Consonun daxili və xarici siyasəti onu nüfuzdan 
saldı.
ABŞ Riçard Niksonun (1968-1974-cü illər) və Cerald 
Fordun (1974-1976-cı illər) prezidentliyi dövründə. 1968-ci 
ilin noyabrında keçirilən prezident seçkilərində respublikaçılar 
yenidən təşəbbüsü öz əllərinə aldılar. Riçard Nikson 
respublikaçılar partiyasından ABŞ-ın prezidenti seçildi. 
Həmişə düşünərək qərar qəbul etməyi sevən Riçard Nikson 
1974-cü ilin avqustuna qədər ABŞ-ın prezidenti oldu. O, 
hakimiyyətə gəldiyi dövrdə ölkədə iqtisadiyyatın inkişaf tempi 
xeyli aşağı düşmüşdü. Əgər 1961-1967-ci illərdə ABŞ-da 
sənaye məhsulu istehsalı 1950-ci illərlə müqayisədə 52% 
artmış və bu dövrdə Elmi Texniki İnqilab (ETİ) istehsalda öz 
geniş tətdiqini tapmışdısa, 1967-ci ildən bu temp xeyli 
yavaşıdı. Ölkədə bu dövrdə inflyasiya 24% yüksəlmiş, məhsul 
istehsalı 12% aşağı düşmüşdü. İşsizlərin sayı 8,5 milyon nəfər 
idi. 1969-1971-ci illərdə ölkə iqtisadi böhran vəziyyətində idi.
Riçard Nikson 1971-ci ilin avqustun 15-də «yeni iqtisadi 
siyasət» adlı proqram irəli sürdü ki, bundan da məqsəd ölkə 
iqitsadiyyatını sağlamlaşdırmaq idi. 1972-ci ildə dolların 
məzənnəsi bərpa edildi. O, «yeni iqtisadi siyasəti» 4 fazada 
həyata keçirməyi məsləhət gördü. 1971-ci ilin avqust-sentyabr 
aylarını əhatə edən birinci mərhələdə o, qiymətlərin və əmək 
haqlarının sabit vəziyyətdə saxlanmasına çalışdı, 1971-ci ilin 
noyabrından 1973-cü ilin yavarına qədər olan ikinci mərhələdə 
onların üzərində dövlət nəzarətini artırdı. 1973-cü ilin yanvar-
iyun aylarını əhatə edən üçüncü mərhələdə qiymət və əmək 
haqqı üzərindəki nəzarət proqramı təxirə salındı, çünki o, 
gözlənilən nəticəni vermədi. 
1970-ci ildə artıq ABŞ-da kütləvi kompüter istehsalına 
başlanıldı. (İlk dəfə kompüter 1937-ci ildə ABŞ-da yaranmış, 


24
İkinci dünya müharibəsində ondan hərbi məqsədlər üçün 
istifadə edilirdi.) Artıq XX əsrin 70-ci illərinin sonunda ABŞ 
ailələrinin əksəriyyətində kompüter məişətə daxil olmuşdu.
1972-ci ildə təhsil shəsində kişilərlə qadınlar arasında olan 
qeyri-bərabərlik qanunla ləğv edildi.
Yeni iqtisadi siyasət 1974-cü ilin aprelinədək davam etdi. 
Bu dövrdə ölkədə enerji probleminin həlli sahəsində addımlar 
atıldı. Bu dövrdə sosial sahədə də bir sıra tədbirlər həyata 
keçirildi. Qocalığa görə verilən pensiya bir neçə dəfə artırıldı. 
Dövlətdən yardım alanlara verilən ödənişlər 45% artırıldı. 
Yardım alanların sayı 30 mln. nəfərə çatdırıldı. 1972-ci ildə 
işsizliyə görə sığortada da mühüm dəyişikliklər edən qanun 
qüvvəyə mindi. Nikson minimum əmək haqqının artırılması 
qayğısına qalaraq ehtiyac olan ailələrə yardım planını irəli 
sürdü. 70-ci illərin əvvəllərində ölkədə ərzaq talonları sistemi 
tətbiq olundu. Bu talonlardan istifadə edənlərin sayı 1974-cü 
ildə 13,6 milyon nəfər oldu. 1973-cü ildə konqress əmək 
haqqının minimum məbləğinin artırılması haqqında qanun 
qəbul etdi. 1974-cü ilin iyulun 1-də bir saatlıq iş üçün 
minimum əmək haqqı 1,70 dollardan 2,20 dollara qaldırıldı.
Artıq 60-cı illərin sonunda ABŞ 70 beynəlxalq 
təşkilatda iştirak edirdi. Dünyanın 2171 məntəqəsində ABŞ 
əsgəri var idi. Xarici ölkələrdə ABŞ-ın 400 hərbi bazası 
yerləşirdi. 60-cı illərin sonu – 70-ci illərin əvvəllərində ABŞ-ın 
xarici siyasətində siyasi realizm xətti üstünlük təşkil etdi. 
Nikson 1969-cu ilin iyul ayında. Quam adasındakı mətbuat 
konfransında «Quam doktrinası» adı ilə tarixə daxil olan Asiya 
qitəsində ABŞ-ın siyasətinə aid olan doktrinanı bəyan etdi. 
Onun məzmununu ABŞ-ın Asiya ölkələri ilə bağladığı əvvəlki 
müqavilələrə əməl edəcəyini, əgər bu ölkələr üçün təhlükə 
yaranardısa, ABŞ-ın müvafiq tədbirlər görəcəyini və bu 
ölkələrə hərbi və iqtisadi yardımlar edəcəyini bildirmək təşkil 
edirdi. 1970-ci ilin fevral ayında Nikson konqresə göndərdiyi 
məktubda ABŞ-ın xarici siyasət proqramının əsas 


25
istiqamətlərinin müttəfiqlərlə münaisbətdə tərəfdaşlıq, 
«potensial rəqiblər»lə münasibətdə isə hərbi qüvvə və 
danışıqlar tətbiq etmək olduğunu göstərdi. ABŞ Kubaya 
münasibətində də müsbətə doğru dəyişikliklər etdi. Kubanın 
iqtisadi blokadası aradan qaldırılırdı. Ağ Evin Yaxın Şərq 
siyasətinin təməlini neft və hərbi-strateji mənafelər təşkil 
edirdi. 70-ci illərin əvvəllərində ABŞ Avropa siyasətində elan 
etdiyi atlantizm xəttini qitə dövlətlərinin birliyini nəzərdə tutan 
avropaizmə qarşı qoydu. ABŞ həm də xarici siyasətində 
NATO-nun rolunun artırılmasına xüsusi diqqət yetirməyə 
başladı.
1970-1971-ci illərdə Hind-Çində müharibə daha da 
qızışdı. ABŞ Boliviya, Çili, Peru, Panama dövlətlərinə qarşı 
pozuculuq işi aparır, Pakistanda irticaçı qüvvələri müdafiə 
edirdi. Banqladeşdə azadlıq mübarizəsinə qarşı çıxırdı. Ərəb-
İsrail müharibəsində İsraili müdafiə edirdi. Bütün bunlarla 
bərabər, 1971-ci ildə Riçard Nikson öz xarici siyasətində 
müəyyən dəyişikliklər etdi. O, göstərirdi ki, 1968-ci il 
Çexoslovakiya hadisələrindən sonra beynəlxalq vəziyyətin 
gərgin qalması heç bir dövlətin xeyrinə deyildir. Ona görə 
qarşıdurma erasından danışıqlar erasına keçməyin artıq 
vaxtıdır. 1972-ci ilin mayında o, SSRİ-yə rəsmi səfər etdi. Bu 
ABŞ prezidentinin Moskvaya ilk səfəri idi. Bu səfər zamanı 
ABŞ-la SSRİ arasında Strateji Silahları məhdudlaşdırmaq 
haqqında (SSM-1) sazişi bağlandı. Bu saziş tezliklə hər iki 
ölkənin qanunverici orqanları tərəfindən ratifikasiya edildi. 
Nikson prezident seçilərkən Vyetnamda müharibəni 
qurtaracağına söz vermişdi. Bu məqsədlə o, Vyetnamda 
qoşunların sayını 100 min nəfərə qədər ixtisar etdi. Bu 
Niksonun ən böyük nailiyyətlərindən biri idi. Niksonun 
yeritdiyi uğurlu daxili və xarici siyasət 1972-ci il seçkilərində
ona yenidən qələbə qazandırdı. 1973-cü ilin yanvarında Parisdə 
Vyetnamda müharibənin qurtarması haqqında saziş imzalandı.


26
«Uotergeyt hadisəsi» Niksona uğur gətirmədi. Belə ki, 
1972-ci ilin prezident seçkiləri zamanı demokratların 
iqamətgahı olan Uotergeyt mehmanxanasında respublikaçıların 
radioqəbuledici qoyduqları açıldıqda məlum oldu ki, yollar Ağ 
evə gedib çıxır. Prezidentin impiçmenti məsələsi (vəzifədə 
qalıb qalmaması) gündəliyə çıxdı. Ehtiyyatlı adam olan Nikson 
1974-cü il avqustun 9-da istefa verdi. Bu ABŞ prezidentləri 
içərisində vaxtından əvvəl yeganə istefa verən şəxs idi. Onun 
yerini vitse-prezident Gerald Ford tutdu.
1973-cü ildə ABŞ-da növbəti iqtisadi böhran başlandı və 
1975-ci ilə qədər davam etdi. 1975-ci ilin yazına yaxın sənaye 
istehsalı 1973-cü illə müqayisədə 13,5% aşağı endi. Böhran 
güclü inflyasiya ilə müşaiyət olunurdu. Qiymətlər qalxdı, 
Əmək haqqı aşağı düşdü, işsizlik artdı. 1975-ci ildə ölkədə 13 
milyon tam və qismən işsiz var idi. Bir çox tədqiqatçılar belə 
hesab edirdilər ki, bu böhran ABŞ-da 1929-1933-cü illər 
böhranından sonra ən güclüsü idi. Hakim dairələr daxilində 
siyasi mübarizə kəskinləşdi. Respublikaçılar partiyasından olan 
ABŞ-ın yeni prezidenti Cerald Ford iqtisadi geriliyi və 
inflyasiyanı aradan qaldırmaq proqramı ilə çıxış etdi. 1974-cü 
ilin əvvəllərində Ağ ev inflyasiyanı təcili ləğv etmək 
siyasətindən əl çəkib iqtisadiyatın aşağı düşməsi, işsizlik və 
enerji böhranı ilə mübarizəni ön plana keçirdi. 1975-ci ilin 
əvvəllərində işsizlərə fövqəladə yardımlar edilməsinə dair iki 
qanun qəbul edildi. İşsizliyə görə yardım alan şəxslərin 
kateqoriyası genişləndirildi. 1975-ci ildə qüvvəyə minən yeni 
qanunvericilik aktına görə ərzaq məhsulları bahalaşdıqca 
qocağığa görə verilən pensiyalar və digər müavinatlar da 
artırılmalı idi. 1976-cı ilin seçkiqabağı kampaniyası 
yaxınlaşdıqca Ford öz rəsmi çıxışlarında daha çox 
fərdiyyətçilik, xüsusi mülkiyyətçilik prinsipləri irəli sürməyə 
və sağlam xüsusi bölməni inkişaf etdirməyin zruriliyini qeyd 
etməyə başladı. 1975-ci ilin yazında işsizlik əleyhinə mübarizə 
üçün proqram qəbul edildi. 


27
Ford hökuməti 1974-cü ilin sentyabr ayında Niksonu əfv 
etdi. 
Ford hökumətinin daxili siyasətində irqi ayrı-seçkiliyə 
qarşı mübarizə və qadınların hüquq bərabərliyi mühüm 
yerlərdən birini tuturdu. 70-ci illərin ortalarında ABŞ-da qadın 
təşkilatlarının fəaliyyətinin başlıca məqsədi hələ 1972-ci ildə 
konqress tərəfindən qəbul edilmiş və qadınlara hüquq 
bərabərliyi verən konstitusiyaya 27-ci düzəlişin qəbul edilməsi 
idi. 1977-ci ilin əvvəllərində 35 ştatın qanunverici məclisi 27-ci 
düzəlişi qəbul etdi. Lakin düzəlişin qüvvəyə minməsi üçün onu 
38 ştat qəbul etməli idi. 
1974-cü ildə ilk dəfə prezident seçkilərinin dövlət 
tərəfindən maliyyələşdirilməsi sistemi hazırlandı. 1976-cı ildə 
ABŞ-ın təşkilinin 200 illiyi təntənə ilə qeyd edildi. Bu dövrdə 
MKİ və FTB-nin qeyri-qanuni hərəkətləri haqqında xalq xəbər 
tutdu.
C.Ford hökumətinin xarici siyasətinin mühüm 
istiqamətlərindən biri Hind-Çindən 1975-ci ilin yazından ABŞ 
qoşunun tamamilə çıxarılıb qurarması oldu. ABŞ bu 
mühabirəyə 150 milyard dollar xərcləmişdi. Müharibədə ABŞ 
56 min insan itirmişdi. 
Ford hökuməti Yaxın Şərq ölkələri ilə münasibətdə yenə 
də İsraili müdafiə edirdi. Ford hökumətinin xarici siyasətində 
LAtın Amerikası ölkələri xüsusi yer tuturdu. 1974-cü ilin 
dekabr ayında qəbul edilən yeni ticarət qanununa əsasən Latın 
Amerikasından ABŞ-a gətirilən bir sıra mallar üzərinə 
məhdudiyyətlər qoyuldu. Bu hal Latın Amerikası ölkələrinin 
xarici ticarətinə mənfi təsir göstərdi 1975-ci ilin may ayında 
ABŞ bu qanunun bir sıra maddələrini ləğv edərək onu bir qədər 
yumşaltdı. 
ABŞ hökuməti NATO ölkələri ilə əməkdaşlığa, Avropa 
siyasətində Atlantika həmrəyliyinə üstünlük verirdi. 
Ford hökumətinin xarici siyasətinin istiqamətlərindən biri 
Asiya və Sakit okean regionu dövlətləri ilə münaisbətlər idi. 


28
1975-ci ilin dekabrında bəzən «Sakt okean doktrinası» adlanan 
Ford doktrinası elan edildi. Bu doktrinada Asiyada ABŞ-ın 
hökmranlığı, strateji baxımdan Yaponiyaya xüsusi diqqət 
yetirilməsi, Çinlə münaisbətlərin normallaşdırılması, Cənub-
Şərqi Asiyada sabitliyin qorunması, bölgədə bütün siyasi 
münaqişələrin, ilk növbədə Koreya məsələsinin nizamlanması, 
Asiya ölkələri ilə iqtisadi əməkdaşlıq öz əksini tapmışdı. Bu 
doktrina ABŞ-ın siyasətinin regionda yeni dövrə qədəm 
qoyduğunu göstərirdi. Cerald Ford hökumətinin xarici siyasəti 
ziddiyyətli xarakter daşıyırdı. ABŞ Seul rejimini müdafiə edir, 
İsrailin təcavüzünə haqq qazandırırdı, Latın Amerikası və ərəb 
ölkələrinin daxili işlərinə müdaxilə edirdi. Xalqların sülh 
uğrunda mübarizəsinin artdığı şəraitdə güzəştə getməyə 
məcbur olaraq 1974-cü ilin noyabrında Vladivostokda Cerald 
Fordla SSRİ rəhbərliyi arasında danışıqlarda Strateji Silahları 
məhdudlaşdırmaq haqqında ikinci saziş bağlamaq qərara alındı. 
1975-ci ildə ABŞ və SSRİ-nin birlikdə kosmosa «Soyuz-
Apollon» gəmilərini göndərməsi və bu sahədə əməkdaşlıq 
etmələri hər iki ölkə xalqları arasında dostluq münasibətlərinin 
yaranmasında mühüm addım oldu. 1975-ci ilin iyul-avqustunda 
çağrılmış Helsinski müşavirəsində ABŞ da iştirak etdi və 
Müşavirənin Yekun aktını imzaladı. 
Bütün bunlarla bərabər iqtisadi böhran, «Uotergeyt işi», 
Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqat bürosunun 
fəaliyyətinin siyasi ifşası və başqa hadisələr seçicilərin 
əksəriyyətinin respublikaçılardan üz döndərməsinə gətirib 
çıxartdı. 
ABŞ Ceyms Karterin prezidentliyi dövründə (1976-
1980-ci illər). 70-ci illərdə respublikaçıların siyasətindəki 
spirallıq demokratlara yenidən imkan verdi ki, prezident 
seçkilərində qələbə qazansın. 1976-cı ilin noyabrında keçirilən 
prezident seçkilərində demokratlar partiyasından olan, siyasi 
cəhətdən tamamilə hazırlıqsız, texnokrat Ceyms Karter 
prezident seçildi. Əslində onun prezident seçilməsi təsadüfi bir 


29
hal idi. C.Karterin bu vəzifəyə seçilməsində ABŞ-ın Cənub-
Şərq və Cənub ştatlarının inhisarçı dairələrinin böyük rolu 
olmuşdur. 
Karter prezident seçildikdən sonra həyata keçirdiyi bir 
sıra tədbirlərlə ABŞ tarixində müəyyən iz buraxmış oldu. 
1973-1974-cü illər enerji böhranı ABŞ-rəhbərliyini düşünməyə 
vadar etdi. Bu böhrana səbəb 1973-cü ildə İsrail-Ərəb 
müharibəsində ABŞ və digər böyük dövlətlərin İsraili müdafiə 
etməsi idi. Belə ki, bu müharibə ərəb dövlətlərini məcbur 
edirdi ki, neftin qiymətini qaldırsınlar və bu yolla böyük 
dövlətlərə təzyiq göstərsinlər. Ona görə də Karter əlavə enerji 
mənbələri yaratmaq məsələsini ABŞ dövlətinin qarşısında 
mühüm vəzifə olduğunu göstərdi. O, ölkənin iqtisadi 
vəziyyətini yaxşılaşdırmaq xətti yeritməyə başladı. Şəxsi 
gəlirdən və korporasiyaların gəlirindən alınan vergiləri azaltdı.
Yeni iş yerlərinin açılması üçün vəsait ayrıldı, elektrik 
enerjisinə qənaət prinsipi irəli sürüldü. C.Karter 1977-ci ilin 
aprelində neft və neft məhsullarının ehtiyatlarının artırılması, 
kömürçıxarılmasının, atom enerjisinin inkişafı, günəş 
enerjisindən istifadə etmək proqramı hazırladı. İnflyasiya ilə 
mübarizə genişləndi. 1978-ci ilin oktyabrında və 1980-cı ilin 
martında C.Karter konqresə antinflyasiya proqramını təqdim 
etdi. O, inflyasiyanın qarşısını almaq üçün ilk növbədə dolların 
sabitliyini təmin etməyi düşündü. Ölkə daxilində benzin və 
digər neft məhsullarının qiymətləri artırıldı. 
70-ci illərin sonunda istehsalın yenidən qurulması üzrə 
proqramlar qəbul edildi ki, onlardan məqsəd keyfiyyətcə daha 
yüksək əmək məhsuldarlığına, nadir xammal növlərində 
qənaətə nail olmaq, yanacaq-energetika balansını əsaslı sürətdə 
yaxşılaşdırmaq idi. 30 miyard dollar dəyərində xarici valyuta 
fondu yaradıldı ki, qızılın hər aylıq satışı artırılsın. Lakin bütün 
bunlar istənilən nəticəni vermədi.
Karter hökuməti öz fəaliyyətinin ilk illərində sosial 
sahədə bir sıra mühüm tədbirlər həyata keçirdi. 1977ci ilin 


30
noyabr ayında konqres dörd il ərzində 1 saatlıq minimum əmək 
haqqının 2,20 dollardan 3,35 dollara çatdırılması haqqında 
qanun qəbul etdi. İşçi qüvvəsinin yenidən ixtisaslaşmasına 
diqqət artırıldı. 70-ci illərin sonu üçün sosial sığorta sistemi ilə 
əhatə olunanların sayı 35 milyon nəfərə çatdı. Hökumət yeni 
liberalizm xəttinə sadiq qalaraq sosial sahəyə çəkilən xərcləri 
artırdı. İşsizliyin aşağı salınması ön plana çəkildi. Əmək 
haqqının 1980-ci ildən başlayaraq 9,5% artırılmasına icazə 
verildi. 
1978-ci ilin oktyabr ayında əmək qabiliyyətli əhalinin 
işlə təmin edilməsini nəzərdə tutan Hemfri-Hokins qanunu 
verildi. Həmin qanuna görə, işsizlik əmək qabiliyyətli əhalinin 
4%-indən çoxunu təşkil etməməli, inflyasiya 3%-i ötməməli 
idi. 1978-ci ildə sosial təminat xərclərindən ötrü 100 milyard 
dollara qədər vəsait ayrıldı. 1977-ci ilin avqust ayında 
Energetika Nazirliyi yaradıldı. Konqres energetika haqqında 
qanun qəbul etdi. 
Karter hökuməti hərbi xərcləri 1977-ci ildəki 100,1 
milyard dollardan 1980-ci ildə 130 milyard dollara çatdırdı. 
Onun xarici siyasəti əvvəlkilərdən çox da fərqlənmirdi. 
Lakin qeyri ardıcıl idi. Ümumiyyətlə, ABŞ-da prezidentlər 
dəyişsə də, dövlətin siyasəti heç vaxt dəyişmir. Ceyms Karter 
1977-ci ildə ABŞ konqresində belə bir qanunun qəbul 
edilməsinə nail oldu ki, dünyanın hər hansı bir yerində 
pozulan insan haqlarını ABŞ müdafiə etməlidir. 1979-cu ilin 
yanvarın 1-də ABŞ-la Çin arasında diplomatik münasibətlər 
yarandı. Xarici siyasətdə birinci dərəcəli yer Qərbi Avropa 
ölkələri və Yaponiya ilə əməkdaşlığa verilirdi və bu birliyi 
möhkəmləndirmək xətti götürüldü. 1980-ci ildə məşhur 
«Karter doktrinası» irəli sürüldü. Həmin doktrinaya görə ABŞ-
a icazə verilirdi ki, müəyyən ərazilərdə lazım gəldikdə nüvə 
müharibəsi aparsın. «ABŞ-ın həyat sahəsi» adlanan dünyanın 
hər yerində ABŞ-ın zonaları meydana gəldi. 1978-ci ilin 
sentyabrında özünün Vaşinqtondakı Kemp-Devid 


31
iqamətgahında C.Karter İsrail ilə Misir arasında vasitəçilik 
edərək Yaxın Şərqdə sülhün çərçivəsilə əlaqədar İsraillə Misir 
arasında iki saziş, 1979-cu ilin martında isə onların arasında 
müqavilə imzalanmasına nail oldu. 1979-cu ilin iyunun 18-də 
SSRİ ilə ABŞ rəhbərliyi Vyanada görüşdü. SSM-2 sazişi 
bağlandı. SSRİ-nin Əfqanıstana 1979-cu ilin dekabrında 
müdaxiləsinə görə bu sazişin ABŞ konqresi tərəfindən təsdiq 
edilməməsi iki dövlət arasında gərginliyi yenidən artırdı. ABŞ 
SSRİ-yə qarşı «xaç yürüşünə» başladı. 1980-cı ildə Moskvada 
keçirilən Olimpiya oyunlarını baykot etmək taktikasını irəli 
sürdü. C.Karterin dövründə neytron bombası və qanadlı 
raketlər istehsalı gücləndirildi. «MX» raketləri və «Traydent» 
adlı sualtı qayıqlar meydana gəldi. 1978-ci ildə ABŞ-ın təkidi 
ilə NATO-nun hərbi xərclərinin hər il 3% artırılması haqqında 
qərar qəbul edildi, 1979-cu ildə ABŞ Qərbi Avropada nüvə 
raketlərini yerləşdirməyə razılıq aldı.
ABŞ geniş miqyasda həm Səudiyyə Ərəbistanına, həm də 
İrana silah göndərirdi. 1978-1979-cu illərdə ABŞ İran 
körfəzində və Hind okeanında öz hərbi-dəniz bazalarını 
genişləndirdi. Hind okeanı zonasına ABŞ-ın xüsusi diqqət 
yetirməsi ilk növbədə bu regionun hərbi-strateji mövqeyi, onun 
38 növ mal dünya bazarına çıxarması, sərfəli ticarət yolları, 
burada, 1,4 milyard əhalinin yaşadığı 44 dövlətin olması ilə 
bağlı idi. 1979-cu ildə Tehranda ABŞ səfirliyinin işçilərinin 
girov götürülməsindən istifadə edərək ABŞ-da şovinist təbliğat 
gücləndirildi, 1980-cı ilin aprelində İrana qarşı sərt aksiya 
tərtib edildi. Şah öldükdən sonra ABŞ İranın dondurulmuş 
aktivlərini qaytardı. İran isə girovları azad etdi. Bütün bunlar 
Karterin nüfuzunu daha da sarsıtdı. 
ABŞ Ronald Reyqanın prezidentliyi dövründə (1980-
1988-ci illər). 1980-ci ildə ABŞ-ı yenidən iqtisadi böhran 
bürüdü. Ölkə daxilində sağ neomühafizəkar qüvvələr 
fəallaşdılar. Karter komandasına etiabar azaldı. 1979-cu ildə 


32
prezidentin təcrid olunması prosesi daha da gücləndi. İnzibati 
dairənin bir çox nüfuzlu xadimləri istefaya getdilər.
1980-cı ilin noyabrında keçirilən prezident seçkiləri 
demokratlar partiyasına uğur gətirmədi. Təşəbbüs 
respublikaçıların əlinə keçdi. Ölkədə sağa doğru dönüş baş 
verdi. Sağ respublikaçılar dairəsinə mənsub olan, məşhur 
aktyor, gözəl natiq, hələ 1964-cü ildə Qolduoteri müdafiə 
etdiyi zaman çıxışları ilə yadda qalan, ABŞ tarixində ən 
populyar prezident kimi tanınan Ronald Reyqan bu vəzifəyə 
seçildi. Reyqanın fəaliyyətində özünəməxsus cəhətlərdən biri 
onun bütün məsələlərə dövrə uyğun şəkildə yanaşmağı 
bacarması idi. Reyqanın dövründə ABŞ-da universal dövlət 
yaradılmış oldu. Bütün bunlara görə o tarixə böyük 
kommunikator kimi daxil oldu.Xalq onu «böyük ünsiyyət 
ustası» adlandırırdı. 
Yeni iqtisadi böhran 1982-ci ilə qədər davam etdi. 
Sənaye məhsulu istehsalı 1979-cu illə müqayisədə 1980-ci ildə 
3,6% aşağı düşdü. 1982-ci ildə isə bu rəqəm 8,2% oldu. 
Böhrandan avtomobilqayırma, qara metallurgiya, sənayenin 
digər qabaqcıl sahələri zərər çəkdilər. Böhran kənd 
təsərrüfatına və qeyri-istehsal sahələrinə də toxundu. Ölkədə 12 
milyon işsiz var idi. ABŞ ancaq 1983-cü ildə iqtisadi 
böhrandan çıxmağa başladı. Həmin ilin payızında sənayedə 
artım 6,6% oldu. Reyqan fəaliyyətində «mühafizəkar inqilab» 
xəttini götürdü. Reyqan inzibati idarəsi daxili siyasət sahəsində 
bütün diqqətini ölkəni iqtisadi böhrandan çıxarmağa verdi. Bu 
sahədə ilk addım 1981-ci ilin avqustunda konqres tərəfindən 
bəyənilmiş vergi islahatı idi. Reyqanın dövründə şəxsi vergilər 
5%-dən 20%-ə qədər azaldıldı.1980-1982-ci illərdəki 
energetika böhranından sonra Reyqan xaricdən gətirilən neft 
üzərində hökümət nəzarətini aradan götürdü. Neft və neft 
məhsullarının qiyməti 20 % qalxdı. Bu isə ölkədə neftin sərbəst 
satışını təmin etməyə imkan verdi. Bir sözlə, Reyqan istehsalın 
texnoloji struktur baxımdan yenidən qurulmasını təmin etdi. 


33
Sosial xərclər 54%-dən təxminən 48%-ə endirildi. Milli gəlirin 
iri kapitalın və əhalinin varlı təbəqələrinin xeyrinə sonradan 
yenidən bölgüsü və fəhlə sinfinin payının azalması siyasəti 
yeridildi. Onun dövründə ölkədə trans- milli korporasiyaların 
mövqeyi gücləndi. ABŞ-da bu illərdə ümumi məhsul istehsalı 
xeyli artdı. (Ümumi məhsul dedikdə ölkənin həm daxilində, 
həm də həmin ölkənin başqa ölkələrdəki müəssisələrində 
istehsal edilən məhsul nəzərdə tutulur). Reyqanın dövründə 
inflyasiyanın qarşısını almaq üçün ciddi tədbirlər həyata 
keçirildi. Onun prezident olduğu 8 il ərzində inflyasiya 2%-ə 
endi. 13 milyon iş yeri açıldı. Məşğulluq problemi həll edilmiş 
oldu Reyqanın gördüyü bu tədbirlər «Reyqanomika», yəni 
Reyqan iqtisadiyyatı kimi tarixə düşdü. 1984-cü ildə o, yenidən 
prezident seçildi. Xalq artıq onu «tefton prezident» 
adlandırırdı. 
Reyqanın dövründə senatda təhlükəsizlik və terrorizmə 
qarşı mübarizə aparmaq üçün xüsusi komissiya yaradıldı. Bu 
dövrdə xüsusi diqqət yetirilən sahələrdən biri də xidmət 
sahəsinin inkişafı idi. Məşğulluğun artmasının əsas 
mənbələrindən biri bu, digəri isə hərbiləşdirmənin sürətlən-
dirilməsi idi. 80-ci illərdə ABŞ transmilli korporasiyalarının 
xarici ölkələrdəki müəssisələri AFR, Fransa və ya İngiltərənin 
istehsal etdiyi məhsuldan daha çox məhsul buraxırdı. ABŞ 
dövlət-inhisarçı kapitalizminin bu dövrdə ən mühüm əlamətləri 
kredit, borc vermək və digər kapital ixracı formalırı idi. 80-ci 
illərdə ölkəyə mühacirət edənlərin sayı xeyli artdı. ABŞ-a 
Asiya və Latın Amerikasından axın gücləndi. 80-cı ildə təkcə 
Vyetnamdan buraya 800 minə qədər adam gəldi.
Muzdlu işçilərin 75%-i qeyri-maddi istehsal sahələrində 
çalışırdı və bu işçilər içərisində 44%-ini qadınlar təşkil edirdi. 
Cəmiyyətin «avara» adamları hesab edilən aktyorların, jur-
nalistlərin vəziyyəti yaxşılaşdı. Onlar cəmiyyətdə öz yerlərini 
tutdular. ABŞ-da artıq kompüterlərin kütləvi istehsalı 
sürətləndi. Onların sayı 20 milyonu ötüb keçdi. Bu zaman ABŞ 


34
cəmiyyətini varlılar, orta sinfin üç təbəqəsi, yoxsullar, 
dilənçilər, evsizlər kimi sosial qruplara bölmək olardı. 
Bu qruplar arasında gəlirlərin və yığılmış sərvətlərin 
səviyyəsinə görə böyük fərq var idi. 80-cı illərdə yüksək 
təminatlıların sayı artdı. Ailələrin böyük əksəriyyəti orta rifaha 
malik qrupa aid edildi. Bir çox amerikalılar müxtəlif 
kompaniyaların səhmlərini əllərində cəmləşdirərək əmək 
haqlarından başqa, kollektiv mülkiyyətdən də hər il gəlir əldə 
edirdilər. 
Reyqan dünya siyasətində özünəməxsus məktəb açmış 
bir prezident kimi qaldı. O, siyasətin özündə bir incəsənət 
yaratdı. Reyqanın dövründə silahlanma ən yüksək mərhələsinə 
qalxdı. Belə ki, onun dövründə hərbi büdcə ölkənin federal 
büdcəsinin 23%-indən 27%-nə qalxdı. Hərbi sənaye kompleks-
lərinin (bu komplekslərə hərbiçilərin yüksək dairəsi, dövlətin 
müəyyən quluqçuları, Silah istehsal edən korporasiyalar və 
hərbiləşdirilmiş elm daxildir) fəaliyyəti gücləndi. Onlardan on 
ikisi ABŞ-ın Müdafiə nazirliyi olan Pentaqonun sifarişlərini 
həyata keçirirdi. ABŞ-da ən çox inkişaf edən və böhranlı və-
ziyyət keçirməyən sahə hərbi sahə idi. Çünki bu sahə höku-
mətin nəzarəti altında idi. Hərbi xərclər 1979-1980-cı illərdəki 
134 milyard dollardan 1988-ci ildə 291 milyard dollara qalxdı. 
«Ulduzlar müharibəsi»ni nəzərdə tutan «Strateji müdafiə 
təşəbbüsü» proqramı işlənib hazırlandı. Kosmosda silahlanma 
gücləndirildi. Onun həyata keçirilməsinə milyardlarla dollar 
ayrıldı. 
Reyqanın xarici siyasəti C.Karterin siyasətinin, demək 
olar ki, davamı idi. Bu siyasətin ideya-nəzəri əsasını 
neoqlobalizm təşkil edən yeni mühafizəkarlıq təşkil edirdi. 
Neoqlobalizm ABŞ xerici siyasətinin qlobal problemlərini 
regional səviyyədə həll etməyi nəzərdə tuturdu. Bu surətlə 
silahlanma, SSRİ və digər sosialist ölkələrini iqitsadi cəhətdən 
xeyli geridə qoymaq, üçüncü dünya ölkələrində vəziyyəti 
düzgün qiymətləndirmək və s. fundamental prinsiplərə 


35
əsaslanırdı. Reyqan da C.Karter kimi NATO-nun hərbi 
xərclərinin 3% artırılması və Qərbi Avropada orta mənzilli 
raketlərin yerləşdirilməsi işini bəyəndi və davam etdirdi. 1983-
cü ildə ABŞ Qərbi Avropanın beş ölkəsində 600-ə yaxın orta 
mənzilli raketlərini yerləşdirməyə başladı. O da Əfqanıstan 
məsələsi ilə əlaqədar SSRİ ilə münasibətləri gərgin şəkildə 
saxladı. ABŞ Latın Amerikası ölkələrinə qarşı yenidən «Böyük 
dəyənək» siyasətinə qayıtdı. ABŞ, bu regionda «Beynəlxalq 
terrorizmə qarşı «mübarizə» tezisini irəli sürdü. Reyqan 
hökuməti Latın Amerikası ölkələrinə münasibətdə pan-
amerikan həmrəyliyi prinsipini irəli sürdü. Karib höfzəsində öz 
mövqelərini möhkəmləndirdi. Reyqan hökuməti 1982-ci ildə 
«Karib təşəbbüsü» deyilən təşəbbüslə çıxış etdi. Bu təşəbbüs 
quraqlıqdan zərərçəkən region ölkələrinə yardım etməyi 
nəzərdə tuturdu. Nikaraquaya qarşı elan edilməmiş müharibə 
apardı, Salvadorun mühafizəkar dairələrinə hər cür kömək 
göstərdi. 1982-ci ildə Malvin (Folklend) adaları üstündə 
İngiltərənin Argentina ilə müharibəsində İngiltərəni müdafiə 
etdi. Reyqan hökuməti regional münaqişələrin nizama 
salınması konsepsiyasını irəli sürdü. İsrail-Ərəb münaqişələ-
rində İsrailin dayağına çevrildi. 1982-ci ildə Yaxın Şərqin əzab 
çəkmiş xalqları üçün «Amerika sülh təşəbbüsləri»ni irəli sürdü. 
Kubanın Qrenadada hərbi baza tikməsi ilə əlaqədar olaraq 
1983-cü ildə cəmisi 100 min əhalisi olan Qrenadaya qoşun 
çıxartdı. Reyqan hökuməti xarici siyasətində Asiya və Sakit 
okean regionuna xüsusi diqqət yetirirdi. 1986-cı ilin sonunda 
ABŞ bu regiona 35,7 milyard dollar sərmayə ayırdı. 
Reyqanın dövründə «İran kontras» baş verdi. Məsələnin 
məğzi bu idi ki, Ağ ev İrana silah göndərilməsinə görə, alınan 
vəsaitin bir hissəsini gizli surətdə, konqresin sanksiyası 
olmadan, Nikaraqua xalqına qarşı elan edilməmiş müharibə 
aparan əksinqilabçılara hərbi yardım kimi verirdi. 
1983-cü ildə «Demokratiya və kütləvi diplomatiya 
proqramı» qəbul edildi ki, bundan da məqsəd sosialist 


36
ölkələrinə qarşı fəaliyyətin istiqamətləri və metodlarını 
müəyyən etmək idi.
1985-ci ilə qədər Reyqan SSRİ-ni «Şər imperiyası» elan 
edərək onu iqtisadi cəhətdən zəiflətməyi ABŞ-ın əsas məqsədi 
olduğunu bildirirdi. 1985-ci ildə SSRİ-də hakimiyyətə Mixail 
Sergeyeviç Qorbaçov gəldikdən sonra ABŞ-la SSRİ arasındakı 
münasibətlərdə mülayimləşmə baş verdi. Reyqan sosializmi 
«zibilliyə» atmaq planını həyaia keçirməyə başladı. Qorba-
çovla Reyqan 1985-ci ildə Çenevrədə, 1986-cı ilin oktyabrında 
isə İslandiyanın paytaxtı Rekyavikdə görüşdülər. 1987-ci ilin 
dekabrın 7-8-də M.S.Qorbaçov Vaşinqotonda oldu. Vaşinq-
tonda «Qısa mənzilli raketlərin məhv edilməsi haqqında» iki 
dövlət arasında saziş bağlandı. Bu tarixdə nüvə silahlarının 
ləğv edilməsini nəzərdə tutan ilk saziş idi. Reyqan bu sazişi 
bağlayarkən etdiyi çıxışlarında göstərdi ki, biz SSRİ ilə saziş 
bağlayarkən rusların çox sevdiyi bir atalar sözünü işlətmək 
istəyirəm: «İnan, lakin yoxla». 1988-ci ilin mayında Reyqan 
Moskvaya gəldi. Danışıqlar mehribanlıq şəraitində keçdi. 
Reyqan Moskvadan qayıdarkən bildirdi ki, onun sosializm 
cəmiyyəti haqqında təsəvvürlərində yanlışlıqlar var və 
sosializmdən də çox şey öyrənmək olar.
ABŞ, Liviyanı terrorizmi himayə etməkdə təqsirləndirdi, 
1981-ci ildə onun 6-cı donanması Liviya sularını keçdi. 1986-
cı ilə qədər bu müharibə davam etdi. 
Reyqan hökuməti 1985-ci ildə inkişaf etməkdə olan 
ölkələrlə münasibətdə ABŞ-ın siyasətini hüququ cəhətdən 
əsaslandıran «Reyqan doktrinası»nı irəli sürdü. 
ABŞ Corc Buşun prezidntliyi dövründə (1988-1992-ci 
illər). 1988-ci ilin prezident seçkilərində Amerika xalqı öz 
sevimli prezidenti olan Ronald Reyqanla vidalaşmalı oldu. 
Onun dövründə vitse-prezident olan Corc Buş prezident seçildi. 
O, prezident olan kimi «Yeni küləklər əsir» tezisini irəli sürdü. 
Bu dövrdə ölkə bir sıra maliyyə problemləri ilə qarşılaşdı. 
C.Buş inzibati idarəsi bir sıra əmanət müəssisələrini ləğv etdi 


37
və 1989-cu ildə maliyyə institutlarının islahatı haqqında qanun 
verdi. Lakin bu islahat uğursuzluqla nəticələndi. 1991-ci ildə 
iqtisadi inkişafın aşağı düşməsi C.Buşu məcbur etdi ki, 
Reyqanın mühafizəkar maliyyə proqramını davam etdirmək 
xəttindən əl çəksin. Böyük C.Buşun inzibati idarəsi tezliklə 
vergiləri artırdı, sosial və nisbətən də hərbi xərcləri azaltdı. 
Eyni zamanda kiçik sahibkarları müdafiə və azad ticarəti təmin 
edən proqram işlənib hazırlandı. Lakin o, bu proqramı həyata 
keçirə bilmədi. 
Corc Buş ABŞ-ın İkinci dünya müharibəsində iştirak 
etmiş sonuncu prezidenti idi. Xarici siyasətdə o, SSRİ ilə danı-
şıqları davam etdirdi. 1989-cu ilin dekabrında Malta adasındakı 
görüş SSRİ-nin dağılması, Almaniyanın birləşdirilməsi, 
Avropadakı sosialist dövlətlərin əvvəlki quruluşa qayıtması və 
dünya xəritəsində yeni geosiyasi dəyişikliklərin əmələ gəlməsi 
üçün bir sıqnal rolunu oynadı. 1991-ci ilin fevralında Corc Buş 
30-a qədər dövlətin birgə iştirakı ilə «Səhrada tufan əmə-
liyyatı» adı altında İraqa hücum təşkil etdi. Buna səbəb o idi
ki, 1913-cü ilə qədər İraqın tərkibində olan Küveyti 1990-cı 
ilin avqustunda İraq yenidən tutmuşdu. Buna bəhanə o oldu ki, 
güya Kuveyt sərhədyanı yataqlardan İraq neftini 
mənimsəmişdir. İraq Küveytdən 2,5 milyard dollar 
kompensasiya istədikdə Kuveyt bu tələbi rədd etdi. ABŞ təkid 
edirdi ki, İraq Küveytin müstəqilliyini yenidən tanısın. Lakin
əvvəlcədən şəxsiyyəti müəyyən edilməyən bir lider olan 
Səddam Hüseyn bu tələblə razılaşmadı. Belə olduqda BMT-nin 
Təhlükəsizlik şurasının 4 üzvü-İngiltərə, Fransa, ABŞ, SSRİ 
İraqa hücumun lehinə, Çin isə bitərəf qaldığını bildirdi. Lakin 
bir ay keçməmiş İraq Küveyti azad etməyi və ona olan borcunu 
verməyi öhdəsinə götürdü.
Corc Buşun dövrü həm də onunla xarakterik idi ki, hələ 
İkinci dünya müharibəsinin sonlarında başlamış olan «soyuq 
müharibə» SSRİ-nin dağılması ilə başa çatdı. O, «Yeni 
beynəlxalq qaydalar» doktrinasını irəli sürdü. Böyük Corc Buşun 


38
dövründə ABŞ-ın dünyanın yeganə lideri kimi tanınması və 
dünyanın «amerikasayağı» idarə olunması üçün imkan yaradılmış 
oldu. Qloballaşma, həqiqətdə isə «amerikanlaşma» prosesi 
surətləndi və tezliklə bütün dünyanı öz qucağına aldı. Dünya 
təsərrüfatı dolların musiqisi altında rəqs etməyə başladı. 
ABŞ Bill Klintonun prezidentliyi dövründə (1992-2000-
ci illər). 1992-ci ildə keçirilən prezident seçkilərində demokratlar 
təşəbbüsü ələ aldılar. 1946-cı ildə anadan olmuş, «Amerikaya 
yeni dəyişikliklər lazımdır» şüarı altında prezident seçkilərinə 
qoşulan Arkanzas ştatının qubernatoru Bill Klinton bu vəzifəyə 
seçildi. Bill Klinton hakimiyyətə gəldikdən sonra bildirdi ki, o nə 
respublikaçıların, nə də demokratların yeritdiyi siyasəti müdafiə 
etməyəcəkdir. O, ikisinin də müsbət cəhətlərini götürüb «üçüncü 
yol» siyasətini həyata keçirəcəyini bildirdi. Bill Klinton 
hakimiyyətə gələndə ABŞ-da 300 milyard dollar büdcə kəsiri var 
idi. Əhalinin 10%-i işsiz idi. O hakimiyyətə gəldikdən sonra 
dərhal sosial xərclərin artırılmasını təmin etdi. O göstərirdi ki, 
sosial sahəyə diqqət dövlətin əsas funksiyalarından biridir, o, 
kəsirsiz maliyyələşmə yolu ilə həyata keçirilməlidir. Klintonun
ən başlıca məqsədlərindən biri beynəlxalq aləmdə ABŞ-ın liderlik 
mövqeyini salmaq üçün ABŞ iqtisadiyyatının çiçəklənməsini və 
daxili sabitliyi təmin etmək idi. Bunun üçün o, sərbəst rəqabətin 
olmasını başlıca vasitə hesab edirdi. Klinton inzibati idarəsi əvvəl 
iqtisadiyyatı sabitləşdirmək, sonra isə onun inkişafını təmin 
etməyə müvəffəq oldu. Bütün bunlar B.Klintona imkan verdi ki, 
1996-cı il prezident seçkilərində də qalib gəlsin. Öz prezidentliyi 
dövründə o, sosial təmintat sahəsində islahatlar keçirmək xəttini 
götürdü. Onun dövründə ABŞ əhalisinin həyat səviyyəsi yüksəldi. 
Hərbi xərclər xeyli ixtisar edildi. 1998-ci ildə büdcənin ancaq 
16%-i hərbi xərclər üçün ayrılmışdı. Nəticədə sosial xərclər hərbi 
xərcləri üç dəfə üstələmiş oldu. Hökümət proqramında təhsilin 
müdafiəsinə xüsusi diqqət yetirildi, Elmi Texniki İnqilabın 
fasiləsiz iqtisadiyyatda öz əksini tapması şəraitində fəhlə 
qüvvəsinin ixtisas səviyyəsi artırılması əsas vəzifə kimi irəli 


39
sürüldü. Klintonun dövründə federal büdcənin 1/3 hissəsi elmin 
inkişafına ayrılmışdı. Onun yarıdan çoxu isə fundamental 
tədqiqatlara sərf olunurdu. Ölkədə 20 milyon nəfərlik iş yeri 
açıldı. 1999-cu ildə isə ABŞ tarixində ilk dəfə olaraq kəsirsiz 
büdcəyə nail olundu.
Bill Klinton öz xarici siyasətində liberal mövqe tutdu. 
Klinton inzibati idarəsinin xarici siyasət strategiyası ABŞ üçün 
«dünya lideri» rolunu saxlamağa yönəldilmişdi. 1992-ci ildə 
Şimali Amerika azad ticarət zonasının təşkili haqqında saziş 
qüvvəyə mindi. 1994-cü ildə ABŞ-ın təşəbbüsü ilə «Amerika 
azad ticarət zonasının təşkili » haqqında qərar qəbul edildi. ABŞ-
ın Asiya-Sakit okean regionu ölkələri ilə iqtisadi əməkdaşlıqda 
fəal iştirakı təmin edildi. Yeni «Avroatlantik bazarı»nın təşkili 
haqqında plan işə başladı. NATO-nun Şərqə doğru genişlənməsi 
məsələsində ABŞ Rusiyaya güzəştə getməli oldu. 1997-ci ildə 
ABŞ-Rusiya danışıqlarında ABŞ öhdəsinə götürdü ki, Polşa, 
Çexiya, Macarıstan NATO-ya qəbul olunsa da, həmin dövlətlərin 
ərazisində ABŞ-ın hərbi bazaları yaradılmayacaqdır. Bill Klinton 
Yuqoslaviya ilə əlaqədar 1995-ci ildə münasibətlərin sahmana 
salınmasına və Deyton müqaviləsinin (1995-ci il dekabr) 
bağlanılmasına nail oldu. Yaxın və Orta Şərq məsələsində 1994-
cü ildə Vaşinqtonda, 1995-ci ildə Qahirədə, 1996-cı ildə Osloda 
İsrail ilə Fələstin arasında münasibətlərin nizama salınmasına 
cəhd göstərdi. 1996-cı ildə Oslo müqaviləsi əsasında Fələstinə 
muxtariyyat verildi. ABŞ 1990-cı ildə SSRİ-dən ayrılmış 
Pribaltika respublikalarında öz nüfuzunu gücləndirməyə xüsusi 
səy göstərdi. 1997-ci ildən ABŞ ATƏT-in Qarabağ məsələsini 
nizama salmaq üçün hələ 1992-ci ildə təşkil etdiyi Minsk 
qrupunun həmsədrlərindən biri oldu. Amerika-Azərbaycan 
münasibətləri haqqında birgə bəyanat adlanan sənədi B.Klintonla 
Azərbaycan prezidenti H.Əliyev bu dövrdə imzaladılar. Bu sənəd 
iki ölkə arasındakı münasibətlərin prinsip və gələcək 
istiqamətlərini göstərirdi. 


40
1998-ci ildə ABŞ yenidən İraqa qarşı möqeyində sərtləşdi. 
Belə ki, ABŞ İraqı kimyəvi silahlar istehsalında günahlandırmağa 
başladı. Lakin Bill Klinton vəziyyəti müharibə həddinə gətirmədi. 
Atlantika həmrəyliyi gücləndirildi. 1998-1999-cu illərdə 
Kosovada münaqişənin nizama salınması zamanı NATO-nun 
silahlı qüvvələrindən istifadə edildi. 1999-cu ilin payızında 
ATƏT-in İstanbul sammitində ABŞ Bakı-Tbilisi-Ceyhan neft 
ixrac boru kəmərinin çəkilməsi haqqında sazişi bəyəndi. 
Klintonun dövründə ABŞ-ın demokratiya və azad bazar 
iqtisadiyyatı konsepsiyası bütün dünyada qəbul edildi, iqtisadi 
amirlik metodllarından əl çəkildi, informasiya mübadiləsi artdı, 
azad bazarla demokratiyanın yanaşı addımladığı yeni şərait 
yaranmış oldu. Bill Klinton İkinci cahan müharibəsindən sonrakı 
dövrdə ABŞ-ın ən ağıllı prezidenti kimi tarixə düşdü.
ABŞ, Corc Buşun (kiçik) prezidentliyi dövründə (2000-
ci ildən 2008-ci ilə qədər). ABŞ konstitusiyasına əsasən Bill 
Klinton 2000-ci il prezident seçkilərində iştirak etmədi. 
Demokratlar partiyasından olan Albert Qor respublikaçı Corc 
Buşdan 542 min çox səs toplasa da, lakin seçki kollegiyası 
respublikaçıların xeyrinə məsələni həll etdi. Səslər hesablanarkən 
ABŞ seçki sisteminin xüsusiyyətləri nəzərə alınmalı oldu. Qoru 
20 ştat və Kolumbiya federal dairəsi, Buşu isə 30 ştat müdafiə 
edirdi. Əhalisi yarım milyondan çox olan şəhərlərin 1/3-i A.Qoru, 
60%-isə Buşu müdafiə edirdi. A.Qor ölkənin sahilətrafı, C.Buş isə 
daxili əyalətlərində qələbə çalmışdı. Həmçinin respublikaçılar 
demokratlar üçün əhəmiyyət kəsb edəcək bülletenlərin yenidən 
hesablanmasına imkan vermədi və Florida məhkəməsi Buşu 
qalib hesab etdi. Nəticədə ABŞ Ali məhkəməsi ölkənin 43-cü 
prezidentinin Corc Buş (kiçik) olması haqqında qərar qəbul etdi. 
Corc Buş hakimiyyətə gəldikdən sonra respublikaçıların 
siyasətini davam edirməyə başladı. 2001-ci ildə konqresin qəbul 
etdiyi yeni vergi islahatı haqqında qanunda vergilərin 10 il ərzində 
1,35 trilyon dollar ixtisar edilməsi nəzərdə tutulurdu. Kiçik Corc 
Buşun dövründə əmək məhsuldarlığı 4 il ərzində 2.5 dəfə artdı. 


41
Amerika xalqının həyat səviyyəsi yüksəlməkdə davam etdi. O, 
2004-cü ildə yenidən prezident kürsüsünü tutdu. 
C.Buş xarici siyasətdə yenidən Yaxın və Orta Şərq 
ölkələrinə müdaxiləni əsas götürdü. 2001-ci ilin sentyabrın 11-də 
Nyu-Yorkda baş vermiş terror aktından sonra elə həmin ilin 
sonunda ABŞ Əfqanıstana müdaxilə etdi. Əfqanıstanda taliban 
rejimini devirdi. 2003-cü ilin martın 21-də İraqın bakteroloji 
silahlara sahib olduğunu bəhanə edərək İraqa hücum təşkil etdi. 
Səddam Hüseyn rejimi devrilsə də, İraqda sabitlik yaranmadı. 
2001-ci il 11 sentyabr hadisələrindən sonra hərbi büdcə 393 
milyard dollara çatdırıldı.
ABŞ-ın 2002-ci ilin may ayında Rusiya Federasiyası ilə 
strateji silahların məhdudlaşdırılması haqqında bağladığı 
müqaviləyə əsasən tərəflərdən hər biri ancaq 1700-2000 
həcmində nüvə başlığı saxlaya bilərdi. Buş hökumətinin xarici 
siyasətinin sərtləşdiyini göstərən əlamətlərdən biri 2002-ci ilin 
iyun ayında onun raketdən müdafiə sistemlərinin 
məhdudlaşdırılması haqqında müqavilədən imtina etdiyini 
bildirməsi idi. 
2006-cı ilin noyabrın 7-də keçirilən parlament seçkilərində 
demokratlar partiyası qələbə çaldı. Bu qələbə ilk növbədə İraq 
amili, Cənubda baş verən qasırğa zamanı ayrılmış pulun xeyli 
hissəsinin mənimsənilməsi, ölkədəki korrupsiya, yeni terror 
qorxusu, bir sözlə, Buşun siyasətindən narazılıq ilə əlaqədar idi. 
ABŞ-da 2008-ci ildə keçiriləcək prezident seçkilərinə 
demokratlar və respublikaçılar partiyaları tərəfindən ciddi hazırlıq 
gedirdi. Respublikaçılar Con Makkeynin, demokratlar isə 
qaradərili Barak Obamanın prezidetliyə namizədliyini irəli 
sürdülər. 2008-ci ilin noyabrın 4-də keçirilən prezident 
seçkilərində demokratlar partiyasının namizədi Barak Obama 
qalib gəldi və ABŞ-ın 44-cü prezidenti seçildi. 
2008-ci ilin ikinci yarısında ABŞ-ı yeni maliyyə böhranı 
bürüdü. Buna səbəb bankların çoxlu kreditlər verməsi və onların 
bunun hesabına iflasa uğraması idi. Böhran tezliklə digər ölkələrə 


42
öz təsirini göstərdi, dünya maliyyə və iqtisadi böhranına çevrildi. 
Dünya bazarında neftin qiyməti surətlə aşağı düşdü. Dünya ərzaq 
məhsullarının surətli bahalaşması ilə qarşılaşdı. 
Barak Obama prezident seçilərkən büdcə kəsiri xeyli çox 
idi. Bunun qarşısını almaq üçün o, yüksək gəlirdən alınan 
vergiləri artırmaq, İraqdakı hərbi xərcləri azaltmaq, yeni iş yerləri 
açmaq haqqında təklif irəli sürdü. 
Prezident Barak Obamanın 2009-cu ilin fevralın 11-də 
«İqtisadiyyata yardım planı» senatda 37 səsə qarşı 61 səslə qəbul 
edildi. Planda iqitsadiyyatı böhrandan çıxarmaq üçün 238 milyard 
dollar pul ayırmaq nəzərdə tutulurdu. Həmçinin planda 4 milyon 
yeni iş yerinin açılması məsələsi də öz əksini tapmışdı. 
B.Obama hökuməti 2009-cu ilin dekabrında 2010-cu ilin 
yanvarında Əfqanıstana taliban rejimi ilə mübarizə üçün daha 30 
min qoşun göndərmək haqqında qərar qəbul etdi. 
B.Obama hökuməti İraqdakı ABŞ qoşunlarının sayının 
azaldılması və onların tədricən çıxarılması barədə də qərar qəbul 
etdi. 
Ölkədə keçmişdə olduğu kimi Şimal-Şərq (Nyu-York) və 
Orta-Qərb (Çikaqo) maliyyə kapitalı qruplaşmaları nüfuzlu 
mövqe tuturlar. Bununla bərabər Texas və Kaliforniya maliyyə 
qruplarının da xüsusi çəkisi artır. Hazırda ABŞ-da 15 min bank 
fəaliyyət göstərir. 100 başlıca korporasiyanın payına bütün 
istehsalın 1/3-i, sənaye aktivliyinin isə 1/2-i düşür. Bütün bank 
əməliyyatlarının 1/3-i onların əlindədir. ABŞ dünyanın əsas güc 
mərkəzlərindən biridir. Dünya ticarətində, demək olar ki, 
generator rolunu oynayırdı. Müasir silahların yarıdan çoxu onun 
paıyna düşür. Dünyada yeganə və güclü hərbi və siyasi təşkilat 
olan NATO-da rəhbər rol oynayır. ABŞ ETİ-nin bütün 
nailiyyətlərini özündə cəmləşdirən inkişaf etmiş sənaye və kənd 
təsərrüfatına malikdir. O, dünyanın inkişaf etmiş ölkələrinin təşkil 
etdiyi «Səkkizlər qrupunun» üzvüdür.
Güclü potensiala malik olması XXI əsrin əvvəllərində də 
ABŞ iqtisadiyyatının səciyyəvi cəhətidir 


43
II. SSRİ (1991-ci ildən Rusiya Federasiyası) 
SSRİ üçün İkinci dünya müharibəsinin nəticələri 
1945-ci ilin mayın 9-11-də Avropada, sentyabrın 2-də isə 
Sakit okean və Uzaq Şərqdə müharibənin qurtarması ilə İkinci 
dünya müharibəsi başa çatdı. Altı il davam edən bu müharibə 
öz nəticələrinə görə SSRİ üçün daha ağır idi. Müharibədə SSRİ 
27 milyon nəfər adam itirdi ki, bu İkinci dünya müharibəsində 
ölənlərin təxminən 40%-nə bərabər idi. SSRİ-nin itkisi ABŞ-ın 
itkisindən təxminən 70 dəfə çox idi. Yalnız Berlin ətrafında 
SSRİ-dən 300 min nəfərə qədər insan həlak oldu ki, bu da 
ABŞ-ın bütün müharibə boyu itkisinə bərabər idi.
Müharibə SSRİ-yə həm də çox böyük maddi zərər vurdu. 
Müharibə nəticəsində SSRİ-də 1710 şəhər, 70 min kənd, 65 
min km.dəmiryolu xətti, 32 min sənaye müəssisəsi, 98 min 
kolxoz, 1876 sovxoz, 2890 Maşın-traktor stansiyası dağıdıldı. 
Kənd təsərrüfatında əkin sahələri 36,8 milyon hektar əksildi. 
Əhalinin kişi qisminin sayı azaldı. Müharibənin sonunda 1923-
cü ildə anadan olmuş, yəni 1941-ci ildə 18 yaşı olan kişilərdən 
sağ qalanlar 3%-dən çox deyildi. Müharibə əslində kişilərin 
bütöv bir nəslini məhv etdi. Bu, ölkədə demoqrafik vəziyyətə 
uzun illər öz təsirini göstərdi. Əkin sahələri yararsız hala 
düşdü. Ölkə öz milli sərvətinin 1/3 hissəsini itirdi.
İkinci dünya müharibəsi nəticəsində SSRİ-də 11 min
adam Sovet İttifaqı qəhrəmanı adı ilə (Azərbaycandan 121 
nəfər) 7 milyon adam isə müxtəlif orden və medallarla təltif 
edildi. Yeganə G.K.Jukov dörd dəfə Sovet İttifaqı qəhrəmanı 
adına layiq görüldü. Ümumiyyətlə, İkinci dünya müharibəsində 
SSRİ-yə dəymiş maddi və hərbi zərər 2 trilyon 169 milyard 
rubl (1941-ci il qiymətləri), ancaq hərbi zərər isə 600 milyard 
rubldan artıq idi. Xarici mütəxssislərin fikrincə, SSRİ-yə 
dəymiş zərəri ödəmək üçün 25 il vaxt lazım idi.


44
İkinci dünya müharibəsindən sonra SSRİ dünyanın ikinci 
böyük–super dövlətinə çevrildi. Artıq dünya hadisələrinin heç 
biri onun iştirakı olmadan həll edilə bilməzdi. Müharibə həm 
də SSRİ-yə imkan verdi ki, azad edilməsində iştirak etdiyi 
Avropa ölkələrində «sovet modeli»ni tətbiq etsin. Müharibənin 
sonunda SSRİ Silahlı qüvvələrində 11 365 min nəfər adam var 
idi ki, bu da ABŞ ordusundan sonra ikinci yerdə dururdu.
İkinci Dünya müharibəsi nəticəsində SSRİ-nin ərazisində 
də dəyişikliklər oldu. Belə ki, Postdam və Paris konfrans-
larının qərarları əsasında Köniqsberq (Kalininqrad), həmçinin 
Pribaltika respublikaları, Zakatpat Ukraynası, Bukovina və 
Bessarabiya SSRİ-yə verildi.
1944-cü ilin oktyabrında Tuva Xuralı SSRİ hökümətinə 
Tuva respublikasının SSRİ tərkibinə daxil olması xahişi ilə 
müraciət etdi. Tuva RSFSR-in muxtar vilayəti oldu. SSRİ ilə 
Polşa arasında qarşılıqlı ərazi mübadiləsi haqqında müqavilə 
bağlandı. SSRİ mərkəzi Belostok olan rayonu Polşaya verdi. 
Polşa da öz növbəsində mərkəzi Vladimir-Volınski şəhərində 
olan rayonu SSRİ-yə verdi. 
1947-cı ilin fevralın 10-da Finlandiya ilə bağlanmış Paris 
sülhünə əsasən Petsamo vilayəti Finlandiyadan alınaraq, 
yenidən SSRİ-yə verildi. Xanko yarımadası da SSRİ-nin 1954-
cü ilə qədər ixtiyarında qaldı. Yaponiya İkinci dünya mü-
haribəsində məğlub olduğuna görə 1904-1905-ci illərdə olmuş 
rus-yapon müharibəsi nəticəsində Rusiyadan alınmış Kuril 
adaları və Saxalinin cənub hissəsi də yenidən SSRİ-yə 
qaytarıldı. Port-Arturda SSRİ 1954-cü ilə qədər öz hərbi 
bazalarını yerləşdirmək imkanı qazandı.
1946-cı ildə SSRİ Əfqanıstanla iki ölkə arasında sərhədin 
Amudərya çayı axarı üzrə müəyyən edilməsi haqqında saziş 
bağladı. 
Ümumiyyətlə, İkinci dünya müharibəsi SSRİ-yə maddi 
və hərbi zərər vursa da, digər tərəfdən onun ərazi və siyasi 
nüfuz cəhətdən uğurlar qazanmasına gətirib çıxartdı. 


45
SSRİ İkinci dünya müharibəsindən sonrakı ilk dövrdə 
(1945-1952-ci illər). SSRİ hələ İkinci dünya müharibəsinin 
gedişində xalq təsərrüfatının bərpasına başladı. 1943-cü ilin av-
qustunda SSRİ Xalq Komissarlar Soveti «Alman işğalından 
azad edilmiş rayonlarda təsərrüfatın bərpası haqqında» xüsusi 
qərar qəbul etdi. Müharibə dövründə almanların işğal etdikləri 
ərazilərdən şərqə 10 milyon adam, 1360 sənaye müəssisəsi 
köçürülmüşdü. Bu rayonların mal-qaralarının əksəriyyəti Orta 
Asiya və Cənubi Qafqaza gətirilmişdi Sovet torpaqları azad 
edildikcə, onların geri qaytarılması başlandı. Ölkə iqtisadiyyatı 
1945-1946-cı illərdə hərbi xətdən dinc xəttə keçirilməyə 
başladı. Ölkə qarşısında iqtisadi inkişaf yolunu seçmək vəzifəsi 
dururdu. 1946-cı ilin fevral-martında Stalin müharibədən 
qabaq irəli sürülmüş şüara: sosializm quruculuğunun başa 
çatdırılması və kommunizmə keçmək şüarına qayıtdı. Stalin 
güman edirdi ki, kommunizmin maddi-texniki bazasının 
qurulması üçün polad və neft istehsalını - 60 milyon tona, 
çuqun istehsalını - 50 milyon tona, kömür çıxarılmasını 500 
milyon tona çatdırmaq kifayətdir. 60-cı illərin əvvəlində ölkə 
bu göstəricilərə çatmışdı, lakin kommunizmin maddi bazası qu-
rulmadı. 
1946-cı ilin martında SSRİ XKS SSRİ Nazirlər Soveti 
adlandırıldı. 1946-cı ilin mayında SSRİ Ali Sovetinin 
sessiyasında 1946-1950-ci illəri əhatə edən dördüncü beşillik 
plan haqqında qanun qəbul edildi. Dördüncü beşilliyin əsas 
vəzifəsi müharibə nəticəsində bərbad hala düşmüş xalq 
təsərrüfatını, ilk növbədə isə sənaye və nəqliyyatı bərpa etmək, 
onu müharibədən əvvəlki səviyyəyə çatdırmaq və ötüb keçmək 
idi. Planın yerinə yetirilməsi üçün təxminən 250 milyard rubl 
ayrılmışdı.
1946-cı ildə ölkədə vəziyyət son dərəcə ağır idi. Əhalinin 
2/3 hissəsi kənddə yaşayırdı. 1946-cı ildə ölkədə baş verən
quraqlıq və aclıq nəticəsində 1 milyon adam tələf oldu. Kənd 
təsərrüfatı məhsullarına tələbatın ödənilməsi səviyyəsi çox 


46
aşağı idi. 1948-ci ildə kolxozların ancaq 44.2%-i taxıl tədarükü 
planını ödəyirdi. Sənaye və kənd təsərrüfatında əmək 
ehtiyatları çatışmırdı.
1940-cı illə müqayisədə sənayedə 12%, kənd 
təsərrüfatında isə 32% işçi qüvvəsi az idi. Ona görə sənaye və 
kənd təsərrüfatında məhbuslar, sürgün olunanlar və əsirlərdən 
geniş istifadə edilməyə başlandı. Bu dövrdə sənaye və kənd tə-
sərrüfatında 2.5 milyondan çox məhbus, 2.3 milyon sürgün 
olunan və 100 minlərlə əsir çalışırdı.
Müharibədən sonra dövlət bütün qüvvələri səfərbərliyə 
alaraq xalq təsərrüfatının bərpası işinə başladı. Səkkiz saatlıq 
iş günü bərpa olundu. İş vaxtından əlavə məcburi işləmək ləğv 
olundu. Ölkədə səmərələşdiricilər hərəkatı geniş yayıldı.
1948-ci ildə «Təbiəti dəyişdirməyin Stalin planı» 
meydana gəldi. Planda meşə qoruyucu tədbirlər görmək, 
suvarma sistemlərini inkişaf etdirmək, gölcüklər, su anbarları 
yaratmaq nəzərdə tutulurdu. Sonradan bu plana hökümətin iri 
kanallar tikilməsi haqqında qərarları da əlavə edildi.
30-cu illərdən tətbiq olunan «Paketlər» praktikası adlanan 
praktika, yəni heç bir siyahidən keçməyən xeyli pul ödəmələri 
praktikası da fəaliyyət göstərməkdə davam edirdi. 
SSRİ-də xalq təsərrüfatının sürətli bərpasında 
Almaniyadan təzminat əvəzində gətirilən avadanlıqlar da 
mühüm rol oynadı. 1947-ci ildə SSRİ-də pul islahatı keçirildi. 
Pulun dəyəri birə on qat yüksəldi. 1947-ci ildə ölkədə talon 
sistemi ləğv edildi. 1947-1950-ci illərdə çox işlənən zəruri 
tələbat mallarının dövlət qiyməti beş dəfə azaldıldı.
Talon sistemi ləğv edildikdən sonra ərzağın qiyməti 
bahalaşdı. Hər il könüllü-məcburi qaydada keçirilən istiqraz 
yazılışı zəhmətkeşlərin büdcəsinə ağır bir yük kimi düşürdü. 
Aylıq maaşdan az olmayan məbləğdə istiqraza yazılmaq lazım 
gəlirdi. Bu isə o demək idi ki, zəhmətkeşlərin əksəriyyəti tam 
dəyərli əmək haqqı ilə yaşamırdı. Yalnız yüksək əmək haqqı 
alan elm, mədəniyyət xadimlərinin, istehsalatın böyük 


47
rəhbərlərinin olduqca məhdud təbəqəsinə həyatın çətinlikləri, 
demək olar ki, toxunmurdu. SSRİ-də yaşayan xalqların gərgin 
əməyi nəticəsində 1948-ci ildə sənayedə plan yerinə yetirildi və 
sənaye məhsulu istehsalı müharibədən əvvəlki səviyyəyə çatdı. 
Sonrakı illərdə isə hətta onu ötüb keçdi. Bu dövrdə 6200 
sənaye müəssisəsi bərpa edildi və tikildi. O cümlədən, 
Azərbaycanda Daşkəsən, Mingəçevir, Sumqayıt kimi yeni 
sənaye şəhərləri yarandı.
Kənddə vəziyyət yenə də yaxşı deyildi. 1950-ci ildə hər 
beşinci kolxozda kəndlilər işlədikləri əmək günlərinin 
müqavilində bir qəpik də haqq almırdılar. 50-ci illərin 
əvvəllərində orta hesabla bir kolxozçu ayda 16,4 manat alırdı
ki, bu da fəhlə və ziyalıların əməyinin ödənilməsindən, demək 
olar ki, 4 dəfə az idi. Kənd təsərrüfatı məhsulunun təhvili 
planlaşdırılarkən kəndin imkanlarına deyil, dövlətin tələbatına 
əsaslanırdılar. 
Kənd təsərrüfatının texniki təchizatı aşağı olaraq qalırdı. 
50-ci illərin əvvəlində Rusiyanın bir çox kəndlərində kəndlilər 
yeri inəklərlə şumlayırdılar. Ət istehsalı 1916-cı ildəkindən 
aşağı idi. Kəndə xeyli əsaslı vəsait qoyuluşu tələb olunurdu, 
lakin bunun üçün dövlətin vəsaiti yox idi. Kolxozçunun öz 
həyət-bacasında saxladığı hər şeyə qoyulan vergi o qədər 
böyük idi ki, mal-qara saxlamaq, meyvə ağacları yetişdirmək 
sadəcə olaraq əlverişli deyildi. Kəndlilər vergi yükündən xilas 
olmaq üçün bağlarını qırırdılar. Kolxoz və sovxoz məhsulunun 
satınalma qiymətləri o qədər aşağı idi ki, bəzən kolxozçuların 
əmək haqqını ödəmək olmurdu. Kolxozçuların yerdəyişmə 
azadlığını müharibədən əvvəl məhdudlaşdıran normalar 
saxlanılırdı. Onlar əslində pasport almaq imkanından məhrum 
idilər. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 
müavinat, pensiya təminatı onlara aid edilmirdi.
Kənd əhalisinin tikintilərə və zavodlara qəbulunun təşkili 
kəndlilərin şəhərə axınını güclənirirdi. SSRİ kənd 
təsərrüfatında müharibədən əvvəlki səviyyəyə 1950-ci ildə 


48
çatdı. Müharibə ərəfəsində SSRİ-yə birləşdirilmiş Pribaltika 
respublikaları, Qərbi Ukrayna, Qərbi Belarusiya, Şimali 
Bukovina və Bessarabiyada kollektivləşmə həyata keçirildi. Bu 
dövrdə iri kolxozların yaranması prosesi sürətləndirildi. 254 
min kolxoz 93 min iri kolxozda birləşdirildi.
Sosial sahədə də müəyyən işlər görüldü. Şəhərlərdə 100 
milyon m
2
mənzil sahəsi istifadəyə verildi.
1952-ci ildə partiyanın XIX qurultayında dördüncü 
beşilliyə yekun vuruldu. 
Müharibədən sonra siyasi strukturda da müəyyən 
dəyişiklikliklər oldu. Yerli sovetlər, respublikaların Ali 
Sovetləri və SSRİ Ali Sovetinə seçkilər keçirildi. Sovetlərin 
fəaliyyətində kollegiallıq artdı. İlk dəfə olaraq məhkəmələrin 
və iclasların müstəqil və qapalı seçkiləri aparıldı. Bütün 
bunlarla bərabər dövlət tərəfindən totalitar rejm daha da 
gücləndirildi. 
Dövlət islah əmək düşərgələri sistemi (DİƏDS) özünün
ən yüksək zirvəsinə çatdı. Müharibə nəticəsində ölkədə 
baxımsızlıq kəskin surətdə artdı. Cinayətkarlıq ciddi problemə 
çevrildi. Çünki əllərdə xeyli silah var idi. Müharibə qur-
tardıqdan sonra dərhal ordudan tərxisolunma başlandı. Keçmiş 
döyüşçülər öz ailələrinə, dinc əməyə qayıdırdılar. Yerlərdə 
onları işə düzəltmək üçün xüsusi komissiyalar yaradılmışdı. 
Milyonlarla sovet vətəndaşı, yüz minlərlə azad edilmiş hərbi 
əsir vətənə qayıdırdı. Lakin onlar öz vətənlərində təhqirlə qar-
şılanırdılar. Onların hamısı Stalinin şübhə, inamsızlıq, anlaşıl-
mazlıq maşınından keçməli olurdu. Bu, hərbi əsirlərə xüsusilə 
aid idi. Müharibənin lap əvvəlində hələ 1941-ci il avqustun 16-
da imzalanmış əmrdə deyilirdi ki, əsir düşən komandirlər və 
siyasi işçilər fərari hesab olunur və onların ailələri həbs edil-
məlidir. Əsir düşmüş əsgərlərin ailələri dövlət yardımından və 
müavinat almaqdan məhrum edilirdilər. Hitlerçilər hərbi 
əsirləri dilə tutarkən bu əmrdən geniş istifadə edirdilər. 
Müharibə qurtardıqdan sonra əsirlikdən azad olunanların küt-


49
ləvi yoxlanışı başlandı. Vətəndə onları məhkəmədənxaric or-
qanların hökmləri ilə düşərgələrə salınmaqla başa çatan istin-
taqlar gözləyirdi. Anketlərə daxil edilmiş xüsusi qrafada bütün 
sovet vətəndaşları onların, yaxud qohumlarının əsirlikdə və iş-
ğal olunmuş ərazilərdə olub-olmadığını göstərməli idilər. Mü-
haribədən sonra həbs düşərgələrindəki insanların sayı 12 
milyona çatdı. 
1948-1953-cü illərdə həmin düşərgələrin bir çoxunda 
siyasi şüarlar altında üsyanlar baş vermişdi. 
Müharibədən sonra Stalin hərbçilərin nüfuzunun 
güclənməsindən ehtiyat edirdi və deyirdi ki, «hərbçilər 
quyruqlarını həddindən çox qaldırmışlar». Bir sıra yüksək 
rütbəli hərbçilər, o cümlədən aviasiya marşalı A.R.Novikov, 
generallardan R.N.Ponedelin, N.K.Kirillov mühakimə edildilər. 
Stalin Jukovun xalq arasında olan nüfuzundan qorxaraq onu 
cəzalandırmadı. Halbuki Beriya dəfələrlə Stalini inandırmağa 
çalışırdı ki, Jukov Sovet hökumətinin düşmənidir. Stalin buna 
inanmadığını bildirməklə bərabər, onu Moskvadan 
uzaqlaşdırmış, Ural hərbi dairəsinin komandanı təyin etmişdir.
Müharibədən sonra kütləvi təqiblərin yeni dalğası 
başlandı. 1948-ci ildə təşkil olunan «Leninqrad işi» üzrə 2 
minə qədər adam həbs edildi. Onlardan 200 nəfəri, o cümlədən 
RSFSR Nazirlər Sovetinin sədri M.Radionov, ÜİK(b) P MK 
Siyasi Bürosunun üzvü, SSRİ Dövlət Plan Komitəsinin sədri 
N.Voznesenski, ÜİK(b) P MK katibi A.Kuznetsov 
güllələndilər. Onlar Leninqradda ticarət yarmarkası açmaqda 
və ayrıca RSFSR KP yaratmaq istəməkdə günahlandırıldılar. 
«Həkimlər işi» deyilən proses hazırlandı. Yəhudi 
həkimlərə qarşı təqib gücləndi. Ümumiyyətlə, 1948-1953-cü 
illərdə 6,5 milyona qədər adam kütləvi siyasi təqibə məruz 
qaldı.
Milli siyasət sahəsində də ciddi nöqsanlara yol verildi. 
Velikorus şovinizmi tuğyan etməyə başladı. Sovetləşmə və 
kollektikləşmə əleyhinə olduğuna görə 300 minə qədər qərbi 


50
ukraynalı, 400 min litvalı, 150 min latış, 50 min eston 
deportasiya edildi.
1951-ci ildə türk xalqlarının milli eposları, o cümlədən 
«Dədə Qorqud» və «Manas» dastanları «irticaçı və xalqa zidd» 
eposlar kimi qələmə verildi. Milli muxtariyyat tələb edən 
Yəhudi Antifaşist komitəsinə amansızcasına divan tutuldu.
Müharibə insanların dünyagörüşündə də böyük 
dəyişikliklər yaratdı. Müharibəyə qədər SSRİ xarici aləm üçün 
qapalı vəziyyətdə idi. Müttəfiqlərlə birlikdə faşizmə qarşı 
aparılan müharibə 30-cu illərdə SSRİ-də yaradılmış sərt 
ictimai-siyasi şəraiti yumşaltmaq ümidləri yaratmışdı. 
Müharibə dövründə sovet adamlarının Avropada olması, 
Avropa həyat tərzi ilə tanışlığı onların dünyagörüşündə kəskin 
zəiddiyyətlər yaranmasına səbəb oldu. Onlar Avropadakı 
demokratiyanı öz ölkələrində görmədiklərini artıq başa 
düşməyə başladılar. Bütün bunlar xalqda demokratik əhval-
ruhiyyə yaratmış, ziyalılarda diktaturanı zəiflətmək, 
kəndlilərdə kolxozlardan imtina etmək, müttəfiq 
respublikaların əhalisində milli siyasəti dəyişdirmək istəyi 
doğurmuşdu. Hətta bir sıra yerlərdə, Moskva, Voronej, o 
cümlədən, Bakıda müharibədən sonra antisovet təşkilatlar da 
yaranmışdı. Lakin onlar fəaliyyət göstərə bilmədilər. Əlbəttə, 
bütün bunlar sovet rəhbərliyinin diqqətindən yayına bilməzdi. 
Ona görə kosmopolitizmə qarşı mübarizə pərdəsi altında SSRİ 
yenidən xarici aləm üçün qapanmağa başladı.
SSRİ vətəndaşlarının xarici ölkələrin vətəndaşları ilə 
nigaha girməsinin qadağan edilməsi haqqında 1947-ci ildə 
qanun qəbul edildi. Bu dövrdə partiyanın rəhbər rolu 
artırılmağa başladı. 1946-cı ildə «Partiynaja jizn» adlı jurnal 
çap edilməyə başladı. Jurnalın səhifələrində partiyanın təbliği 
gücləndirildi.
Ölkədə elm, mədəniyyət xadimləriə qarşı hücumlar 
gücləndi. Bu dövrdə ÜİK(b)P MK-nın qəbul etdiyi bir sıra 
qərarlar bunun parlaq təzahürləri idi. «Dram teatrların 


51
repertuarlarını yaxşılaşdırmaq haqqında», «Leninqrad» və 
«Zvezda» jurnalları haqqında, «Böyük həyat» kino-filmi 
haqqında qəbul edilən qərarlardan məqsəd burjua həyat tərzinin 
sovet mədəniyyətinə, sovet incəsənətinə təsir etməsinin 
qarşısını almaq idi. Bu dövrdə bir sıra görkəmli elm
xadimlərinə qarşı da təqiblər güclənirdi. Məşhur sovet alimləri 
Keldiş, Vavilova qarşı təqiblər xüsusi şəkil aldı. Belə ki, gene-
tikanın rolunu inkar edən Lısenko bu alimlərə ləkə yaxaraq öz 
yaltaqlığı ilə Stalinin gözündə yüksəldi. Bu dövrdə məşhur 
yazıçı Pasternak İtaliyaya çıxıb getməli oldu. O, «Doktor 
Jivaqo» əsərinə görə Nobel mükafatı aldı. Bu dövrdə fəlsəfə, 
biologiya, dilçilik elmləri ilə əlaqədar diskusiyalar keçirilirdi. 
İqtisadi elmlərdə hər şey Stalinin 1952-ci ildə çap edilmiş 
«SSRİ-də sosializmin iqtisadi problemləri» əsərinin təbliğinə 
həsr olunmuşdu. Bu əsərdə Stalin özünün iqtisadi «qanunu»nu 
göstərmişdi. Bu qanunda deyilirdi ki, sosializmdə əhalinin art-
maqda olan tələbatı həmişə istehsalın imkanlarını ötəcəkdir. Bu 
«qanun» əslində qıtlığı olan iqtisadiyyatın hökmranlığına haqq 
qazandırırdı.
SSRİ-nin bu dövrdə xarici siyasətində SSRİ-ABŞ 
münasibətləri mühüm yer tuturdu. 1949-cu ilə qədər ABŞ atom 
üzərində dünyada yeganə inhisara malik olan dövlət idi. ABŞ-
da 1949-cu ildə SSRİ-nin 10 şəhərinə 300 bomba atmaq 
planlaşdırılmışdı. XX əsrin 80-cı illərində Harri Trumenin 
arxivində 10 gün ərzində yerinə yetirilmək üçün SSRİ-yə 
verilməsi nəzərdə tutulmuş ultimatumun layihəsi tapılmışdır. 
Ona SSRİ-nin ultimatumu yerinə yetirə bilməyəcəyi təqdirdə 
məhv ediləcək şəhərlərin siyahısı də əlavə edilmişdi.
SSRİ-də akademik Frolov hələ 1942-ci ildə atomla 
maraqlanmağa başladı. 1943-cü ildən Vannikovun başçılığı 
altında xüsusi labaratoriya bu işlə məşğul olurdu. Lakin 
deyidiyinə görə atomun sirrini SSRİ-yə verən məşhur alman 
alimi Klaus Fuks olmuşdur. Atom silahının hazırlanmasında 


52
sovet alimlərindən Kurçatovun, Korolyovun böyük xidmətləri 
olmuşdur.
1947-ci ildə Korolyov ilk dəfə raket ixtira etdi. 1948-ci 
ildə SSRİ-də zəncirvari nüvə reaksiyası alındı. 1949-cu ildə isə 
SSRİ atom silahını əldə etməklə ABŞ-ın atom üzərində 
inhisarına son qoymuş oldu. 50-ci illərin əvvəllərində SSRİ-də 
məşhur alimlər Saxarov, Bert tərəfindən istilik nüvə silahı kəşf 
olundu.
Hələ İkinci dünya müharibəsinin son dövründə 
müttəfiqlər arasında Polşa, Almaniya, Şərqi Avropa 
məsələsində baş verən ixtilaflar dünyanın qərb və şərq 
qütblərinə bölünməsinə, onların arasında ziddiyyətlərin 
kəskinləşməsinə, «soyuq müharibə»nin başlanmasına və SSRİ-
nin onun başlıca ifaçılarından biri olmasına gətirib çıxardı.
SSRİ 1945-ci ildə BMT təşkil edilərkən alman 
faşizmindən zərər çəkmiş respublikalar kimi Ukrayna və 
Belarusiyanın da onun tam hüquqlu üzvü olmasına nail oldu.
SSRİ İkinci dünya müharibəsindən sonra ilk növbədə 
sosializm düşərgəsini genişləndirmək və öz mövqeyini bu 
düşərgədə möhkəmləndirmək prinsipini əsas götürdü. 
Avropanın «sovet modeli»ni qəbul etmiş ölkələrində SSRİ öz 
qoşunlarını saxlamaqla bərabər, «kömək» pərdəsi altında, 
onların daxili həyatına müdaxiləni də gücləndirdi. Təkcə 
Yuqoslaviya SSRİ-nin siyasətini tənqid etdi.
1947-ci ilə SSRİ sosialist ölkələrinin Məlumat bürosunu 
təşkil etdi ki, sosialist ölkələrindən birində baş verən hadisələr 
digər sosialist ölkələrinə də çatdırılsın.
1949-cu ilin yanvarında SSRİ-nin başçılığı altında 
Marşall planına cavab olaraq sosialist ölkələrini birləşdirən 
Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) yaradıldı. SSRİ 
Almaniyanın birləşdirilməsi məsələsində razılığa gəlməyərək 
1949-cu ildə özünə düşən Şərq işğal zonasında Almaniya 
Demokratik respublikasını yaratdı.


53
SSRİ İngiltərənin mandat sistemi ilə İkinci dünya 
müharibəsinə qədər idarə etdiyi Fələstin ərazisində müstəqil 
Ərəb və yəhudi dövlətləri yaranması haqqında 1947-ci il 
noyabrın 29-da BMT-nin qətnamə qəbul etməsində yaxından 
iştirak etdi.
1948-1949-cu illərdə İsrail-Ərəb müharibələri zamanı 
SSRİ Ərəb dövlətlərini müdafiə etdi. SSRİ-nin fəal köməyi ilə 
1949-cu ilin oktyabrında Çin Xalq Respublikası təşkil edildi. 
Monqolustan, Vyetnam və Şimali Koreyada sosializm 
quruluşuna keçid başlandı.
1950-1953-cu illərdə olmuş Cənubi və Şimali Koreya 
arasındakı müharibədə SSRİ Şimali Koreyanın tərəfində 
yaxından iştirak etdi və Koreyanın indiyə qədər parçalanmış 
halda qalmasının səbəbkarlarından biri oldu. Yaponiya ilə sülh 
müqaviləsini imzalamaqdan imtina etdi.
N.S.Xruşşovun Sov. İKP MK-nin Birinci katibi 
olduğu dövrdə SSRİ-nin daxili vəziyyəti (1953-1964-cü 
illər). 1952-ci ilin oktyabrında olmuş partiyanın XIX 
qurultayında Stalin xəstəliyi ilə əlaqədar ancaq nitq söyləməklə 
kifayətləndi. Mərkəzi Komitənin hesabat məruzəsini isə 
G.M.Malenkov etdi. Həmin qurultayda partiyanın adı 
dəyişdirilərək Sovet İttifaqı Kommunist partiyası (Sov. İKP) 
adını aldı. Mərkəzi Komitənin «Baş katibi» sözü isə «Birinci 
katib» sözü ilə, «Siyasi büro» sözü isə «Rəyasət heyəti» sözü 
ilə əvəz edildi. Bu qurultayda ilk dəfə olaraq Rəyasət heyəti 
seçilmədi. Ancaq «Beşlik» adlanan 5 nəfərdən ibarət büro 
seçildi ki, onlar ölkənin bütün daxili və xarici siyasətinə 
rəhbərlik etməli idilər. Bu beşlik Stalin, Beriya, Bulqanin, 
Malenkov və Xruşşovdan ibarət idi.
1953-cü ilin yanvarında Stalinin səhhətini müayinə edən 
həkim Vinoqradov bildirdi ki, o artıq dövlət işləri ilə məşğul 
ola bilməz. Bu Stalinin qəti etirazına səbəb oldu. «Həkimlərin 
işi» adlı yeni bir məhkəmə prosesinin başlanğıcı qoyuldu. 
Professor Vinoqradov və bir sıra digər görkəmli tibb 


54
mütəxəssisləri tezliklə həbs olunub, beynəlxalq sionist 
təşkilatının agentləri elan edildilər. Bu prosesdə antisemitizm, 
yəni yəhudilərə qarşı təqiblər mühüm yer tuturdu.
1953-cü ilin martın 5-də Stalin vəfat etdi. Stalinin ölümü 
ilə, cəza orqanlarına arxalanan, siyasət, iqtisadiyyatın 
məsamələrinə daxil olmuş bir sistemin dövrü başa çatdı. Bu 
hadisədən sonra Nazirlər Sovetinin sədri Malenkov oldu. SSRİ-
də əslində hakimiyyət üç nəfərin - Xruşşov, Maleknov və 
Beryanın əlində cəmləşdi. Bu şəxsiyyətlərdən hər biri xalqın 
nüfuzunu qazanaraq hakimiyyətə gəlməyə can atırdı.
Daxili işlər nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsini 
öz əlində cəmləşdirən Beriya belə hesab edirdi ki, daxildə və 
beynəlxalq aləmdə nüfuz qazanmaq üçün həbsdə olanların 
çoxunu buraxmaq, kolxozları ləğv etmək, Şərqi Avropadan 
qoşunları çıxartmaq və Almaniyanın birləşməsinə razı olmaq 
lazımdır. Lakin o zamankı şərait üçün bunların hamısı vaxt 
etibarilə yetişməmişdi.
Malenkov belə hesab edirdi ki, nüfuz qazanmaq üçün hər 
şeydən əvvəl SSRİ-də həmişə geridə qalan aqrar münasibətləri 
nizama salmaq lazımdır. Lakin onlar Xruşşovun daha hiyləgər 
və bacarıqlı olduğunu kifayət qədər dərk edə bilməmişdilər. 

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin