Microsoft Word s?may?kitab?sas doc


partiyalar və qüvvələrin qruplaşması baş verdi. Sənayenin



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə14/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyalar və qüvvələrin qruplaşması baş verdi. Sənayenin 
milliləşdirilməsi nəinki dayandırıldı, hətta bir sıra hallarda 
müəssisələr öz əvvəlki sahiblərinə qaytarıldı. Fövqəladə 
vergilər qoyuldu, tariflər yüksəldi. Amnistiya verilməsi 
nəticəsində bir çox kollaborasionist azadlığa buraxıldı. Seçki 
sistemində edilmiş dəyişikliklər nəticəsində parlamentdəki 
proporsional nümayəndəlik majoritar (bu və ya digər mahalda 
səslərin 50%-dən çoxunu toplamış partiyanın, yaxud blokun 
həmin mahaldan bütün deputat yerini tutması hüququ) 
nümayəndəlik ilə əvəz olundu. 
50-ci illərin ortalarında Fransada kəskin siyasi böhran 
yarandı. Siyasi böhran burjua partiyalarını da bürüdü. 1953-cü 
ilin mayında de Qoll öz partiyasını buraxdığını, özünün isə 
siyasətdən getdiyini bildirdi. Keçmiş vişist Pujadın başçılıq 
etdiyi bir çox xırda burjua dairələri tələb etdi ki, parlament 
buraxılsın, demokratiya məhdudlaşdırılsın.
1954-cü ilin sonunda Fransada yeni problemlər meydana 
çıxdı. 1954-cü ildə Əlcəzairdə başlanan milli-azadlıq hərəkatı 
ilə əlaqədar olaraq ordu və polisdə də gizli faşist qrupları 
meydana gəldi. 1955-ci ilin yayında Fransada həmçinin 
Əlcəzairlə müharibəni kəsmək hərəkatı da yaranmağa başladı. 
Belə bir şəraitdə 1955-ci ilin sonunda seçkiqabağı kampaniya 


139
genişləndi. Sosialistlər, radikallar, sosialist-respublikaçılar və 
digər mütərəqqi partiyalar birləşib «Respublika cəbhəsi» 
adlanan blok yaratdılar. 1956-cı ilin yanvarın 2-də keçirilən 
seçkilərdə Kommunist partiyası və «Respublika cəbhəsi» 
müvəffəqiyyət qazandılar 1956-cı ilin yanvarın 31-də 
sosialistlərin lideri Gi Mollinin başçılığı altında «Respublika 
cəbhəsi» hökuməti təşkil edildi. İlk vaxtlarda zəhmətkeşlərin 
mənafeyini müdafiə edən bir sıra sosial tədbirlər həyata 
keçirildi. Əvəzi ödənilən məzuniyyət iki həftə oldu. ZonaLar-
arası əmək haqqı fərqi qadağan edildi. Qocalara pensiya ver-
mək üçün Milli fond təşkil edildi.
«Respublika cəbhəsi» hökuməti 1956-cı ildə Tunis və 
Mərakeşə müstəqillik verdi. Lakin Fransanın Vyetnamla 1946-
1954-cü illərdə apardığı müharibə qurtaran kimi o, Əlcəzairlə 
müharibəyə başladı. Bu mühariə 1962-ci ilə qədər davam etdi. 
Əlcəzairin 8 milyon əhalisindən 1 milyonu fransız idi. Fransa 
Əlcəzairə müstəmləkə kimi deyil, özünün «dənizarxası 
departamenti» kimi baxırdı. 1955-ci ildə Böyük Səhrada zəngin 
neft yaratqları kəşf edildikdən sonra Fransa üçün Əlcəzairin 
dəyəri daha da artdı. Fransa belə hesab edirdi ki, «Əlcəzair 
Fransanın olmuşdur və Fransanın da olmalıdır». 1958-ci ildə 
Əlcəzairdə vəziyyət xeyli kəskinləşdi. 1956-cı ildə Fransa 
Suveyş kanalının milliləşdirilməsi əleyhinə çıxaraq İngiltərə və 
İsraillə birlikdə Misirə qarşı müharibəyə başladı. Həmçinin bu 
hökumətin dövründə Fransa NATO-nun fəal üzvlərindən biri 
kimi hərbi xərclərini xeyli artırdı. Əgər 1951-ci ildə silahlanma 
üçün cəmi 875 milyard frank vəsait sərf edirdisə, bu rəqəm 
1958-ci ildə 1 trilyon 576 milyard frankı ötüb keçdi.
50-ci illərdə Fransanın həm Avropaya, həm də 
müstəmləkələrə münasibətində iki meyl var idi. Bu meyllərdən 
biri Avropa ilə əməkdaşlıq, digəri isə Fransanın Avropada 
böyük dövlət olduğunu göstərən meyl idi. Birinci meylin 
tərəfdarları «Avropapərəstlər», ikinci meylin tərəfdarları isə 
«millətçilər» adlanırdılar. Birinci meyl daha üstün idi. Məhz 


140
birinci meylin üstünlüyü şəraitində Fransa 1951-ci ildə Avropa 
kömür və polad birliyinə, 1957-ci ildə Avropa iqtisadi birliyinə 
(AİB) üzv oldu. Almaniya ilə tarixən barışaraq hər ikisi bu 
birlikdə rəhbər rol oynamağa başladılar. «Vətənlərimizin 
Avropası» prinsipi burada əsas götürülürdü.
Müstəmləkələrə münasibətdə də ölkədə daim bir-birini 
əvəz edən iki meyl mövcud idi. Bunlardan birinin tərəfdarları 
«ultra müstəmləkəçilər» adlanır və onlar tələb edirdilər ki, 
Fransa heç bir müstəmləkəsinə azadlıq verməməlidir. İkinci 
meylin tərəfdarları «neomüstəmləkçilər» adlanırdılar. Onlar 
göstərirdilər ki, Fransa müstəmləkələrinə azadlıq verməli, lakin 
onları iqtisadi yolla öz rəhbərliyi altında saxlamalı, onların 
sərvətlərini mənimsəməlidir.
1958-ci ilin aprelində Fransada yenidən siyasi böhran 
kəskinləşdi. Sağ qüvvələr bundan demokratiyaya qarşı hücum 
üçün istifadə etdilər. 1958-ci ilin may ayının 13-də neofaşist 
qrupların təşkil etdiyi «Əlcəzairi milli xilas komitəsi» 
tərəfindən Əlcəzairdə qiyam baş verdi. Bu qiyamdan məqsəd 
ölkədə hərbi diktatura yaratmaq idi. Ultra müstəmləkəçi 
qüvvələr istəyirdilər ki, Əlcəzairin Fransaya inteqrasiyasını 
başa çatdırsınlar. Bu qüvvələr öz mənafeləri naminə yaranmış 
siyasi böhrandan çıxmağa cəhd edərək 1953-cü ildən 
siyasətdən getdiyini elan edən general Şarl de Qolla təklif 
etdilər ki, yenidən hakimiyyətə qayıtsın və güclü icraedici 
hakimiyyətə malik yeni siyasi rejimi yaratsın. Şarl de Qoll bu 
təklifi qəbul etdi. Çünki demokratiya və siyasi sabitlik 
tərəfdarları da xilas yolunu Şarl de Qollun hakimiyyətə 
qayıtmasında görürdülər. 1958-ci il iyunun 1-də Milli Məclis 
əksəriyyət səslə Şarl de Qollu hökumətin sədri təsdiq etdi. Yeni 
hökumətin tərikibinə burjua partiyalarının, həmçinin, sağ 
sosialistlərin nümayəndələri də daxil oldular. 1958-ci ilin 
iyunun 2-də Şarl de Qoll ölkədə fövqəladə vəziyyət elan etdi və 
Milli Məclisi buraxdı. Bu hadisə Fransada dördüncü 
respublikanın sonu demək idi.


141
Fransa Beşinci respublika dövründə. Şarl de Qollun 
prezidentliyi dövründə Fransanın daxili vəziyyəti və xarici 
siyasəti (1958-1969-cu illər). Fövqəladə səlahiyyətlər alan Şarl 
de Qoll ilk növbədə icraedici hakimiyyəti gücləndirməyi qərara 
gəldi. Bu yolda ilk addım yeni konstitusiyanı hazırlamaq idi. 
Burada prezidentin hüquqları və səlahiyyətləri 
genişləndirilməli idi. Kommunistlər 1958-ci ilin iyunun 17-də 
bu xəttə qarşı çıxdılar. Sosialistlərin çoxu isə yeni konstitusiya 
layihəsini müdafiə etdilər. Bir hissəsi isə konstitusiya layihəsini 
bəyənmədiyi üçün həmin sosialistlərdən ayrıldılar və Muxtar 
sosialist partiyasını yaratdılar. 
1958-ci ilin sentyabrın 28-də keçirilən referendumda 
seçicilərin 79,25%-i (17,7 milyon adam) yeni konstitusiya 
layihəsini bəyəndiklərini bildirdilər. Yeni konstitusiyada da 
1946-cı il konstitusiyasında əksini tapmış demokratik 
azadlıqlar saxlanıldı. Yeni konstitusiyaya əsasən prezident 
dövlətin, hökumətin başçısı, silahlı qüvvələrin ali baş 
komandanı idi. O parlamentin qəbul etdiyi hər bir qanuna 
«veto» qoymaq hüququna malik idi. Prezidentin parlamentin 
iştirakı olmadan özü xüsusi dekretlər vermək ixtiyarı var idi. 
Prezident parlamentin verdiyi qanunları təsdiq etməli idi. 
Prezident parlamenti buraxmaq, yeni seçkilər təyin etmək, 
qanunları referendum yolu ilə birbaşa xalqın təsdiqinə vermək 
hüquqları da var idi. Dördüncü respublikadan fərqli olaraq 
Beşinci respublika prezidentli respublika oldu. Prezident 
parlament üzvləri və xüsusi seçkilər kollegiyası tərəifndən 7 il 
müddətinə seçilirdi. 
Konstitusiya qəbul edildikdən sonra parlament 
seçkilərinə hazırlıq başlandı. Şarl de Qollun tərəfdarları 1958-
ci ilin oktyabrın 1-də «Yeni respublikanın müdafiəsi birliyi» 
adlı partiya yaratdılar. Bu partiya Fransa maliyyə 
oliqarxiyasının mənafeyini müdafiə edirdi. 1958-ci ilin 
oktyabrın 7-də hökumətin verdiyi dekret əsasında Fransada iki 
turda keçirilən mojaritar seçki sistemi qərarlaşdı. 1958-ci ilin 


142
noyabrın 23-ü və 30-da iki turda keçirilən Milli məclisə 
seçkilər nəticəsində burjua partiyaları əksəriyyət deputat 
mandatı qazandılar. Kommunistlər seçicilərin 18,9%-nin səsini 
alsalar da, parlamentdə 10 deputat yeri tutdular. Şarl de Qollun 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin