Microsoft Word s?may?kitab?sas doc


partiyaların bir çoxu dövrə uyğun gəlmədiyinə görə sıradan



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə12/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyaların bir çoxu dövrə uyğun gəlmədiyinə görə sıradan 
çıxdı. Başqaları isə öz sıralarını yenidən qurdu və bir sıra yeni 
partiyalar yarandı. Fransa kommunist partiyası (FKP) Fransada 
müqavimət hərəkatında fəal iştirakına görə böyük nüfuza malik 
idi və ən çoxsaylı partiyalardan biri idi. Bu partiyanın 
üzvlərinin sayı 1945-ci ildə 800 min nəfəri ötüb keçdi. Digər 
partiya xalq içərisində böyük nüfuza malik Fransa sosialist 
partiyası (FSP) idi. 1946-cı ildə onun üzvlərinin sayı 350 min 


132
nəfər idi. 1944-cü ildə köhnə katolik partiyasının yerində 
inhisarçı burjuaziyasının mənafeyini müdafiə edən Xalq 
Respublika hərəkatı (XRHP) partiyası yarandı. Bu partiyanın 
görkəmli nümayəndələrindən Şuman, Bido, Manto və 
başqalarını göstərmək olardı. Digər yeni yaranan partiya əsasən 
inhisarların və iri burjuaziyanın mənafeyini müdafiə edən 
1945-ci ildə təşkil edilmiş Respublika azadlığı (RAP) partiyası 
idi. Yaranan yeni partiyalardan biri də Şarl de Qollun başçılıq 
etdiyi Aşkarlar ittifaqı idi. Müqavimət hərəkatının bir çox 
üzvləri isə Müqavimətçilərin demokratik və sosialist ittifaqı 
partiyasını (MDSİP) yaratdılar ki, o, əsasən xırda və orta 
burjuaziyanın mənafeyini müdafiə edirdi. Bu partiyada ən çox 
iri dövlət məmurları təmsil edilmişdi. Xırda və orta 
burjuaziyanın mənafeyini müdafiə edən radikallar partiyası da 
öz fəaliyyətini davam etdirməyə başladı. Fransa həmkarlar 
mərkəzi Ümumi əmək konfederasiyasına çevrildi. 1946-cı ildə 
onun tərkibində 5,5 milyon fəhlə var idi. Bu partiya və 
təşkilatlarla bərabər bir sıra sağ siyasi qruplaşmalar da 
meydana çıxdı.
Ümumiyyətlə, Fransanın 1944-cü ildən bu vaxta qədər 
olan tarixini dövlət quruluşu və sinfi qüvvələrin yerləşməsinə 
görə üç dövrə bölmək olar: 
I dövr – 1944-1946-cı illəri əhatə edən müvəqqəti rejim 
dövrü 
II dövr – 1946-1958-ci illəri əhatə edən dördüncü 
respublika dövrü 
III dövr –1958-ci ildən hal-hazıra qədər davam edən 
beşinci respublika dövrü. 
Fransa müvəqqəti rejim dövründə. 1944-ci ilin 
avqustun 19-da Paris faşistlərdən azad edildi. Avqustun 30-da 
Şarl de Qollun başçılığ altında müvəqqəti milli hökumət təşkil 
edildi ki, onun da tərkibinə sosialist, kommunist və digər 
antifaşist partiyaların nümayəndələri daxil oldu. Həmin 
hökumət ölkədə dərhal bir sıra sosial-iqtisadi islahatlar keçirdi. 


133
Müharibə dövründə 190 minə qədər faşistlərlə əməkdaşlıq 
edənlər yəni kollaborosionistlər –cəzalandırıldı. Vişi 
hökumətinin başçılarından olan Laval gülləndi. General Peten 
isə xəstəliyinə görə ömürlük həbs cəzasına məhkum edildi.
Şarl de Qoll müharibə dövründə mövcud olan müqavimət 
hərəkatı orqanlarını ləğv etdi, müharibəyə qədərki inzibati 
aparatı bərpa etdi. Nizami ordu formalaşmağa başladı, oraya 
köhnə rejimin hərbi kadrları cəlb edildi. Sol qüvvələrin təzyiqi 
altında hökumət bir sıra sosial tədbirlər həyata keçirdi. Əmək 
haqları, təqaüdlər, maddi yardım artırıldı. Satqınlar dövlət 
aparatından qovuldu. Kömür şaxtaları, «Reno» avtomobil 
zavodu və bir neçə digər müəssisələr milliləşdirildi. Xarici 
siyasətdə ilk növbədə antifaşist koalisiyasının üzvləri olan 
ölkələrlə əməkdaşlığa xüsusi diqqət yetirildi. 1944-cü ilin 
dekabrın 10-da SSRİ ilə Fransa arasında 20 il müddətinə 
dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə 
imzalandı. ABŞ və İngiltərə ilə sıx münasibətlər yaradıldı. İlk 
illərdə ABŞ-dan asılılıq nəzərə çarpsa da, hər halda Fransa 
özünün «böyük dövlət» statusunu bərpa edə bildi. Müvəqqəti 
hökumətin xarici siyasətində məğlub olmuş Almaniyanın taleyi 
məsələsi böyük yer tuturdu. Müvəqqəti hökumət Saarı 
Fransaya birləşdirməyə, Reyn vilayətini Almaniyadan 
ayırmağa, Puru «beynəlmilləşdirməyə» çalışırdı. Lakin bu 
tələblər Potsdam sazişlərinə uyğun gəlmədiyindən, digər qalib 
dövlətlər tərəfindən müdafiə olunmurdu. 
Fransa qarşısında iqtisadiyyatı dirçəlmək və demokratik-
ləşdirmə problemi dururdu. 1945-ci ilin oktyabrın 21-də 
Müəssislər məclisinə seçkilər keçirildi. Fransa tarixində ilk 
dəfə olaraq qadınlar səsvermə hüququ aldılar. Həmin 
seçkilərdə sosialist, kommunist, anti-faşist partiyalar üstünlük 
təşkil etdilər. Kommunistlər 5 milyon səs alaraq 152 deputat, 
sosialistlər 4,6 milyon səs olaraq 142 deputat, Xalq respublika 
hərəkatı partiyası 4,5 milyon səs alaraq 141 deputat, 
müqavimətçilərin demokratik və sosialist ittifaqı isə 51 deputat 


134
yeri tutdu. Sosialistlər və kommunistlər Müəssisələr 
məclisində çoxluq təşkil etdilər. Ölkədə elə həmin gün 
keçirilən referendumda əhali üçüncü respublikaya qayıtmağa 
tərəfdar olmadı və Müəssisələr məclisi qarşısında yeni 
konstitusiya qəbul etmək məsələsini qoydu. Sosialistlər 
kommunistlərlə birgə hökumət təşkil etməkdən imtina etdidər. 
Şarl de Qollun başçılığı altında koalisiyalı hökumət təşkil 
edildi. Fransa xalqı üçüncü Respublikaya qayıtmaq 
istəmədiyinə görə yeni respublikanın konstitusiyasının 
hazırlığına başlanıldı. Konstitusiya hazırlanarkən Şarl de Qolla 
hökumətin digər nümayəndələri arasında fikir ayrılıqları 
yarandı. Şarl de Qoll tələb edirdi ki, yeni respublikada 
prezidentin səlahiyyətləri genişlənsin. Konstitusiya ABŞ 
konstitusiyası tipində olsun. Digərləri isə parlamentin 
səlahiyyətlərinin artırılmasını tələb etdilər. Şarl de Qoll azlıqda 
qaldı. Müəssislər Məclisi səs əksəriyyəti ilə hərbi xərclərin 
ixtisarını tələb etdikdə de Qoll 1946-cı ilin yanvarın 20-də baş 
nazir vəzifəsindən istefa verdi. Hökumətə 1946-cı ilin iyuluna 
qədər sosialist Quen, 1946-cı ilin iyulundan isə Xalq respublika 
hərakatı partiyasının liderlərindən olan Bido başçılıq etdi.
Fransa fəhlə sinfi bir sıra sosial tədbirlərin həyata 
keçirilməsinə nail oldu. 1946-cı ildə kömür, qaz, elektrik 
stansiyaları bütünlüklə, maşınqayarma sənayesinin isə bir 
hissəsi və 5 iri bank milliləşdirildi. Sənaye müəssisələrinin 20-
25%-i dövlət bölməsinə daxil oldu. Qadın və kişi əməyi 
arasında olan fərq xeyli ixtisar edildi. Dövlət xəstəxanaları 
açıldı. İcarə haqqında yeni əsasnamə qəbul edildi. Kənd təsər-
rüfatı fəhlələrinin sosial təminatı, kəndli-qocaların təqaüdü, 
gənc kəndli ailələrinə kömək, çoxuşaqlı kəndli ailələrinə maddi 
yardım göstərilməsi, kənd təsərrüfatı fəhlələrinin əmək 
haqlarının artırılması haqqında qanunlar verildi.
Ölkədaxili problemlərdən biri Fransada dövlət quruluşu 
məsələsi idi. 1946-cı ilin oktyabrın 13-də yeni konstitusiya 
layihəsi referendum yolu ilə bəyənildi. 1946-cı ilin dekabrın 


135
24-də onun qüvvəyə minməsi ilə Dördüncü respublika 
fəaliyyətə başladı. Yeni konstitusiyaya görə Fransa parlamentli 
respublika elan edildi. Parlament 4 il müddətinə seçilir və 2 
palatadan ibarət idi. Aşağı palata Milli məclisdən, yuxarı palata 
sonralar senat adlanan Respublika şurasından ibarət idi. Yeni 
Konstitusiyaya 1875-ci il konstitusiyasına əlavə olaraq 
zəhmətkeşlər üçün bir sıra yeni hüquqlar - təhsil, əmək və 
sosial təminat hüququ salındı. Konstitusiyada göstərilirdi ki, 
Fransa işğalçı müharibələrin və zor tətbiq etməyin əleyhinədir. 
Konstitusiyaya əsasən prezident 7 il müddətinə seçilirdi. 
Parlament tərəfindən seçilən prezident məhdud səlahiyyətlərə 
malik idi. Hökumət onun qarşısında deyil, parlament qarşısında 
məsuliyyət daşıyırdı. Konstitusiyada Fransanın müstəmləkələri 
Fransa ittifaqının bərabər hüquqlu üzvləri kimi qeyd edilirdi. 
Ümumiyyətlə, dördüncü Respublikanın konstitusiyası o zaman 
kapitalist ölkələrində olan konstitusiyaların ən demokratiki idi. 
Bu konstitusiyada Fransanın Xalq cəbhəsi dövründə həyata 
keçirdiyi tədbirlərin əksəriyyəti öz əksini tapmışdı.
Fransa Dördüncü respublika dövründə. 1946-cı il 
noyabrın 10-da Fransada Milli Məclisə seçkilər keçirildi. 
Kommunistlər 5,5 milyon səs olaraq parlamentdə 182 yer, 
sosialistlər 3,5 milyon səs alaraq 101 yer, Xalq Respublika 
hərəkatı partiyası 5 milyon səs alaraq 164 yer aldı. Kommunist 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin