Microsoft Word s?may?kitab?sas doc


partiyanın rəhbər rolu haqqında maddə çıxarıldı. 1989-cu ilin



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə9/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyanın rəhbər rolu haqqında maddə çıxarıldı. 1989-cu ilin 
dekabrın 8-də AVSP-nin növbədənkənar çağrılmış 
qurultayında partiyanın adı dəyişdirildi. O, Demokratik 
sosializm partiyası adlandı. Ölkədə sürətlə yeni siyasi 
partiyaların yaranması prosesi getdi. 1990-cı il martın 18-də 
ADR-də keçirilən parlament seçkilərindən sonra Z.Mezerin 
başçılığı altında «böyük koalisiya» hökuməti təşkil edildi. 


121
Bununla da Almaniyanın birləşməsinə yol açılmış oldu, lakin 
məsələ həm də beynəlxalq şəkildə tənzimlənməyi tələb edirdi. 
H.Kolun özünün dediyi kimi o, Almaniyanı birləşməksi üçün 
bir böyük addım atmaqdan ötrü 100 xırda addım atmalı oldu. 
Helmut Kol İngiltərə, Fransa, ABŞ hökumətini razı salsa da, 
SSRİ Almaniyanın bitərəf dövlət kimi birləşməsini təklif etdi. 
Lakin həm alman dövlətləri, həm də ABŞ, İngiltərə, Fransa 
buna qəti etirazlarını bildirdilər. 1990-cı ilin sentyabrın 12-də 
Moskvada 6 dövlət arasında aparılan danışıqlar nəticəsində 
«2+4» müqaviləsi bağlandı (İki dövlət dedikdə AFR və ADR, 
dörd dövlət dedikdə ABŞ, İngiltərə, SSRİ və Fransa nəzərdə 
tutulurdu). SSRİ bu müqavilə zamanı prinsipial güzəştlərə 
getməli oldu. Bu güzəştlər onun Almaniya ərazisindəki 
qoşunlarını çıxartması və Almaniyanın NATO-da qalmasına 
razılıq verməsi idi. Lakin müqavilənin şərtlərində göstərilirdi 
ki, birləşmiş Almaniya 360 mindən çox qoşun saxlaya, kimya, 
atom və bakteroloji silahlar istehsalına yaxın qoyula bilməz. 
Bu müqavilədən dərhal sonra 1990-cı ilin oktyabrın 3-də iki 
alman dövlət birləşdi və AFR adlandı. 1990-cı ilin dekabrın 2-
də birləşmiş Almaniyada yeni bundestaq seçkiləri keçirildi. 
Seçkilərdə 60 milyon adam – 48 milyon AFR-dən, 12 milyon 
ADR-dən iştirak edirdi. Bundestaqda 662 deputatdan 400-ə 
qədərini yenə də xristian-demokratlar və xristian-sosialistlər 
tutdu. Onlar yenə də müstəqil demokratlarla sazişə girərək 
hakimiyyətə gəldilər. Helmut Kol Birləşmiş Almaniyanın ilk 
federal kansleri oldu. Onun adı da Bismarkla bərabər böyük 
tarixi şəxsiyyət kimi tarixə düşdü. Bismark dövrlə ayaqlaşaraq 
«dəmir və qan» siyasəti əsasında müharibə yolu ilə Almaniyanı 
birləşdirmişdi. Helmut Kol da əlverişli beynəlxalq şəraitdən 
istifadə edərək heç bir güllə atmadan bu işə nail oldu.
Almaniya birləşdirildikdən sonra şərq-qərb arasında 
əhalinin həyat səviyyəsində və iqtisadiyyatında kəskin fərqlər 
ortaya çıxdı. AFR-də olan 10 torpaq, ADR-də olan 6 torpaqdan 
fərqlənirdi. Ona görə 6 torpaqda da bazar iqtisadiyyatına 


122
keçildi. Orada sosial xərclər və iqtisadiyyatın inkişafına xüsusi 
kapital qoyuldu. Bu isə qərb zonasında vergilərin artmasına 
səbəb oldu. Almaniyanın birləşməsi onun beynəlxalq 
vəziyyətini də möhkəmləndirdi.
Hələ 1990-cı ilin yanvarında Helmut Kol bildirdi ki, AFR 
artıq beynəlxalq problemlərin həllindən, münaqişələrin nizama 
salınmasında iştirakdan kənarda qalmaq istəmir. Söhbət faktiki 
şəkildə AFR-in hərbi doktrinasının dəyişməsindən gedirdi. 
Alman qoşunları ilk dəfə 90-cı illərin ortalarında Bosniya və 
Hersoqovinada keçirilən sülhməramlı əməliyyatlarda iştirak 
etdilər. AFR NATO-da mövqeyini möhkəmlətməklə yanaşı 
Rusiya ilə də münasibətlərin möhkəmlənməsinə xüsusi 
əhəmiyyət verirdi. 1992-ci ilin dekabrın 16-da Moskvada 
H.Kolla B.Yeltsin arasında gedən danışıqlar nəticəsində 
Almaniya öhdəsinə götürdü ki, Almaniyadakı rus hərbi 
qulluqçularının vətənə qayıtması üçün 550 milyon marka əlavə 
pul versin. 1994-cü il avqustun 31-də rus qoşunları 
Almaniyadan tamamilə çıxarıldılar. AFR xarici siyasətində 
Qərbi Avropa ilə inteqrasiyaya xüsusi diqqət yetirirdi. 1997-ci 
ildə Avropa İttifaqının XXI əsr üçün inkişaf strategiyasını 
müəyyən edən Amsterdam müqaviləsinin imzalanmasına 
hazırlıqda Helmut Kolun xüsusi xidmətləri olmuşdur.
AFR Herhard Şröderin kanslerliyi dövründə. 1998-ci 
ilin oktyabrında keçirilən bandestaq seçkilərində sosial-
demokratlar 40,9% səs toplayaraq 298 mandat qazandılar. 
Müstəqil demokratlar 6,2%, XDİ-XSİ bloku 35,3%, «Yaşıllar» 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin