Microsoft Word s?may?kitab?sas doc


partiyası (MDP) yaradıldı. Bu partiya ərazi iddiaları irəli sürdü



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə7/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyası (MDP) yaradıldı. Bu partiya ərazi iddiaları irəli sürdü. 
Tezliklə onun üzvlərinin sayı 40 min nəfərə çatdı. 1967-ci 
ildən ona keçmiş Hitler ordusunun zabiti Adolf Tadden başçılıq 
etməyə başladı. Bu partiya özünə çoxlu tərəfdarlar tapdı. 
Landtaqlara seçkilər zamanı 10 torpaqdan 7-də seçilən deputat-
ların çoxu MDP-dən idi. 1960-cı ilin sonunda bundestaqın 


103
qəbul etdiyi qanuna görə hökumət ölkədə fövqəlada vəziyyət 
elan edə, hətta hərbi diktatura da qura bilərdi.
1961-ci ilin sentyabrında bundestaqa keçirilən seçkilərdə 
XDİ-XSİ bloku 45,4% səs aldı və yenidən K.Adenauerin 
başçılığı altında hökumət təşkil edildi. 1963-cü ilin payızında 
Adenauer istefaya getdi. Kansler vəzifəsini Adenauerin 
ardıcıllarından olan XDİ-nin başqa bir xadimi, Almaniyada 
«iqtisadi möcüzə»nin atası hesab edilən Lüdviq Erxard tutdu. 
Erxard demokratik adam olsa da, belə hesab edirdi ki, 
Adenauerin avtoritar idarəetmə metodundan əl çəkmək lazım 
deyil. Erxard elan etdi ki, onun hökumətinin məqsədi sosial 
sülh və əməkdaşlığı təmin etmək və «mərkəzləşmə və qarşılıqlı 
anlaşma» siyasəti yeritməkdir. O, qarşıdurmadan qaçmaq, 
maraqları tarazlaqdırmaq axtarışı və ümummilli maraqları real-
laşdırmaq naminə bütün siyasi qüvvələri konsilidasiyaya, yəni 
qarşılıqlı siyasi əməkdaşlığa çağırdı.
Erxardan kanslerliyi dövründə kənd təsərrüfatına xüsusi 
diqqət verildi. Bu məqsədlə 1964-cü ildə «Yaşıl plan» qəbul 
edildi. Təkcə 1964-cü ildə kənd təsərrüfatına 2,5 milyard 
marka vəsait xərcləndi. Erxard öz partiyasının proqramını 
modernləşdirmək sahəsində də fəallıq göstərdi. O, 1965-ci ilin 
martında «formalaşmış cəmiyyət» konsepsiyasını irəli sürdü. O 
belə hesab edirdi ki, XX əsr-in əvvəlləri «sinifli cəmiyyət», 
Birinci dünya müharibəsindən sonrakı dövr «siyasi fikir 
müxtəlifliyi cəmiyyəti», İkinci dünya müharibəsindən sonrakı 
dövr isə «kamil cəmiyyət»dir ki, belə cəmiyyət kooperativ 
xarakteri daşıyır, bütün qrup və maraqların əməkdaşlığına 
əsaslanır. Bu isə «ümumi rifah dövləti»nin bir modeli hesab 
edilə bilər. Lüdviq Erxard metod və stildə bir sıra dəyişikliklər 
etsə də, mahiyyət etibarı ilə Adenauerin yeritdiyi siyasəti 
davam etdirdi. Bu dövrdə müxalifətə qarşı təzyiqlər gücləndi. 
Yeni kansler vəziyyəti yaxşılaşdıra, XDİ-yə nüfuz qazandıra 
bilmədi. 1966-cı ilin noyabrında Lüdviq Erxard istefaya getdi. 
1966-ci ilin dekabrın 1-də AFR-də XDİ-nin liderlərindən olan 


104
Kurt Kizingerin başçılığı altında tərkibinə XDİ-XSİ blokunun, 
sosial-demokratların nümayəndələrinin daxil olduğu «Böyük 
koalisiya» hökuməti təşkil edildi. Kizinger yaxşı analitik, 
məharətli rəhbər, xüsusi işgüzarlığı və bacarığı ilə fərqlənən bir 
insan idi. Onun gördüyü tədbirlər nəticəsində 1968 və 1969-cu 
illərdə sənayenin əvvəlki artım sürəti bərpa olundu (11,8 və 
12,9%). Lakin yenə də ölkədə iqtisadi və siyasi böhran davam 
etməkdə idi. İlk növbədə iqtisadi böhranı aradan qaldırmaq 
üçün dövlət iqtisadiyyatını nizama salmağın yeni metodlarına 
keçdi. Cari və prespektiv məqsədlər üçün iqtisadiyyatın 
proqramlaşdırılması başlandı. 1967-ci ildə verilmiş 
«Sabitləşmə haqqında» qanuna əsasən konyuktura fondu təşkil 
edildi. Hökumət korporasiyalar üçün vergiləri 10% artırmaq 
hüququ aldı. Əmək haqqı məsələləri də nizama salındı. Mənzil, 
nəqliyyat, elektrik enerjisi və qazın qiyməti artırıldı. Pensiya, 
tibbi xidmət, təhsilə ayrılan xərclər azadıldı, Dolayı vergilər 
artırıldı. Bununla da yeni keynsçilik konsepsiyası həyata 
keçirilmiş oldu. 1968-ci ilin mayın 30-da bundestaq 
«Fövqəladə qanun» qəbul etdi ki, bununla da demokratik 
azadlıqlar xeyli məhdudlaşdırıldı. Bununla belə 1968-ci ilin 
əvvəllərində Kommunist partiyası yenidən açıq fəaliyyətə 
keçdi.
Ölkənin sosial-siyasi həyatı. İkinci dünya 
müharibəsindən sonra AFR-də firavanlıq dövlət yarandı. Bu 
dövlətin başlıca xüsusiyyətlərindən biri sosial xərclərə və 
vətəndaşların hüquqlarına əsas diqqət verilməsi idi. Hökumət 
sosial manevrlərdən istifadə edirdi. Bu siyasətin mahiyyəti 
qüvvələri tarazlaşdırmaq idi. Əmək haqlarının verilməsində 
paternalist ölçülər sisteminə keçirildi. İşinə görə zəhmətkeşlərə 
əmək haqqı verilirdi. Bundestaq 1952-ci ildə «Zəhmətkeşlərin 
nümayəndələrinin müəssisələrin idarə olunmasında qismən 
iştirakı haqqında» qanun qəbul etdi. İş həftəsi 52 saatdan 46 
saata endirildi. Əməyin ödənilməsi sistemi konkret müəssisədə 
iş stajından asılı olaraq differensiallaşdırıldı. Adenauer sosial 


105
ədaləti qismən də olsa, bərpa etmək üçün «qızıl orta xətt» 
siyasəti yeritdiyini bildirdi. 1960-cı ildə «İşləyən gənclərin 
hüquqlarının müdafiəsi haqqında» qanun qəbul edildi. 1953-cü 
ildən bütün zəhmətkeşlər üçün məzuniyyətin mümkün həddi 
müəyyənləşdirildi. Hökumət vergi güzəştləri üzərində iş apardı. 
Bütün bu tədbirlər iqtisadi yüksəliş şəraitində əhalinin tələbat 
qabiliyyətinin artmasını təmin edə bilirdi. Bununla belə, 1951-
ci ildə müəssisələrin istehsal şuralarının siyasi fəaliyyətlə 
məşğul olması qadağan edildi. 1952-ci ildə isə «Müəssisələrdə 
fəhlələrin vəziyyəti haqqında» qanun verildi ki, bu qanun 
fəhlələrin siyasi fəaliyyətini məhdudlaşdırdı. AFR-də bir çox 
demokratik təşkilatların – Azad alman gəncləri ittifaqı, 
Demokratik qadınlar ittifaqı, Demokratik Almaniya Milli 
cəbhəsinin, Sülh Şurası və Alman-Sovet dostluqu cəmiyyətinin 
fəaliyyəti qadağan edildi. Bundestaq 1952-ci ildə qanun qəbul 
etdi ki, ancaq seçkilərdə 5% səs toplayan partiyalar parlamentə 
öz nümayəndələrini verə bilərlər. 1953-cü il bundestaq seçki-
lərində kommunistlər bu səddi keçə bilmədilər. Halbuki onlar 
600 min səs almışdılar. 1950-ci ildə kommunistlərlə əlaqədar 
qəbul edilmiş qanuna görə onlara rəhbər vəhifələrdə işləmək 
qadağan edildi. 1951-ci ildə kommunistlərə qarşı məhkəmə 
prosesi başlandı. 1954-cü ilin noyabrın 23-də Karlsruzda 
Federal konstitusiya məhkəməsi Kommunist partiyasını 
qanundankənar təşkilat elan etdi. 1957-ci ilin avqustun 17-də 
Kommunist partiyasının fəaliyyəti qadağan edildi.
AFR təşkil edildikdən sonra Qərb dövlətləri Almaniyanı 
silahlandırmaq və onu «soyuq müharibə»yə cəlb etmək xəttini 
əsas götürdülər. 1951-ci ildə Almaniya işğal zonası ləğv edildi. 
Həmçinin 1951-ci ildə Almaniyaya icazə verildi ki, qeyri 
məhdud miqdarda polis saxlasın. Tezliklə bundestaq keçmiş 
faşist zabitlərinin təqaüdlə təmin edilməsi haqqında qanun 
verdi. Müdafiə Nazirliyi yaradıldı və 1956-cı ilin iyununda 
ümumi hərbi mükəlləfiyyət haqqında qanun qəbul edildi. 480 
minlik ordu – bundesver yaradıldı. Müdafiə naziri mühafizəkar 


106
xadim olan Frans-Yozef-Ştraus təyin edildi. 1958-ci ildə 
bundestaq Qərbi Almaniya ordusunun atom da daxil olmaqla 
bütün müasir silahlarla silahlanması haqqında qərar qəbul etdi.
Qərbi Almaniyanın sürətlə silahlanması ölkədə sülh 
uğrunda hərəkatın da güclənməsinə səbəb oldu. 1957-ci ilin 
aprelində AFR-in bir qrup görkəmli fizikləri öz hökumətlərinə 
müraciət edərək atom silahının böyük təhlükə olduğunu 
göstərdilər. 1958-ci ildə AFR-də «Atom ölümü əleyhinə 
müharibə» hərəkatı genişləndi. Antimüharibə hərəkatının yeni 
forması olan hər il keçirilən pasxa marşında on minlərlə adam 
iştirak edirdi. 
50-ci illərdə ölkənin əsas siyasi partiyalarından olan 
sosial-demokrat partiyasında da ciddi dəyişikliklər baş verdi. 
Bu partiya sosializm ideyalarından əl çəkdi və hökumətin 
xarici siyasət kursunu müdafiə etməyə başladı. Partiyanın 
nüfuzu seçicilər arasında aşağı düşdü. 1952-ci ildə Şumaxerin 
vəfatından sonra bu partiyanın rəhbəri E.O.Ollenxauer oldu.
Onlar ADR-in ləğv edilməsini və Almaniyanın 1938-ci il sər-
hədinin bərpa edilməsini tələb edirdilər. Sosial-demokratlar 
özlərinin 1959-cu ilin noyabrında Bad-Qodestberqdə olan 
qurultaylarında yeni proqramlarını qəbul etdilər. Həmin proq-
ramda marksizmdən qəti olaraq əl çəkildi. Onlar marksizmi 
«demokratik sosializm» ideyası ilə əvəz etdilər və xristian-
demokratlarla yaxınlaşmağa başladılar.
XX əsrin 50-60-cı illərində AFR-in xarici siyasəti. 
Qərbi Almaniya bu dövrdə xarici siyasətində ABŞ-a 
söykənirdi. 1952-ci ilin may ayının 26-da AFR, ABŞ, İngiltərə 
və Fransa arasında ümumi müqavilə imzalandı ki, bu müqavilə 
işğal zonasının statusunu ləğv edirdi. Eyni zamanda AFR-in 
suverenliyi üçün müəyən məhdudiyyətlər də qoyulurdu. 
1954-cü ildə keçirilən Paris konfransında Almaniya Qərb 
Müdafiə İttifaqına daxil edildi. 1955-ci il fevralın 27-də 
bundestaq bunu hüquqi cəhətdən təsdiq etdi. AFR elə həmin 
vaxt həm də NATO-ya daxil oldu. Nəticədə AFR imperialist 


107
blokuna cəlb edilmiş oldu. Almaniyaya kimya, bakteroloji və 
atom silahlarından başqa bütün silahları istehsal etmək icazəsi 
verildi. 50-60-cı illərdə AFR-in xarici siyasət istiqamətlərindən 
biri Qərbi Avropa dövlətləri ilə inteqrasiyanı gücləndirmək idi. 
1951-ci ildə o, Avropa kömür və polad birliyinə daxil oldu. 
1957-ci ildə AFR Fransa ilə birlikdə Avropa İqtisadi birliyini 
(AİB) təşkil etdilər.
AFR özündən başqa heç bir alman dövlətinin tanınmasını 
istəmirdi. 1955-ci ilin dekabrında xarici işlər nazirinin müavini 
Halşteyn belə bir doktrina irəli sürdü ki, hansı dövlət ADR-i 
tanıyırsa, AFR dərhal onunla diplomatik münasibətləri 
kəsəcəkdir. Lakin Adenauer bunu SSRİ-yə şamil etmədi. O, 
1955-ci ilin sentyabrında SSRİ-yə səfər etdi, AFR ilə SSRİ 
arasında diplomatik münasibətlər yarandı. Adenauer SSRİ-nin 
hələ 1952-ci ildə irəli sürdüyü Almaniyanın bitərəf dövlət kimi 
birləşdirilməsi təklifini qəbul etmədi. Adenauer həmçinin 
uzaqgörənliklə bildirdi ki, əgər Şərqdə dəyişiklik olsa, 
Almaniyanın birləşdirilməsi mümkündür. 1957-ci ildə Yuqo-
slaviya ADR-i tanıdığına görə AFR onunla diplomatik müna-
sibətləri kəsdi. AFR 60-cı illərdə ABŞ, Fransa, İtaliya, İngiltərə 
ilə münasibətləri daha da yaxşılaşdırdı. 60-cı illərin əvvəl-
lərində onun Fransa ilə münasibətləri daha əlverişli xarakter 
aldı. 1963-cü ildə bu iki dövlət arasında hərbi əməkdaşlıq 
haqqında saziş bağlandı. 1964-cü ildə isə ABŞ-la da AFR 
arasında belə bir müqavilə imzalandı. Kansler Erxard «Şərq 
siyasəti»ni davam etdirirdi. AFR Yaxın Şərqdə və Hind-Çində 
ABŞ-ın siyasətini müdafiə edirdi. Bu isə ilk növbədə ərəb 
ölkələri ilə münasibətlərin pisləşməsinə səbəb oldu. Kansler 
Kizinger isə «Yeni Şərq siyasəti»ni irəli sürdü. AFR 1968-ci 
ildə Yuqoslaviya ilə münasibətləri bərpa etdi. AFR kapitalist 
ölkələri içərisində SSRİ-nin başlıca partnyoru oldu. Lakin AFR 
yenə də siyasi və ərazi reallığını qəbul etməkdən imtina edirdi. 
1961-ci ildə Qərbi Berlin böhranı baş verən zaman SSRİ bir 
gecənin içində 165 km uzunluğunda «II Çin səddi adlanan» 


108
«Berlin divarı»nı çəkdi. Ümumiyyətlə, AFR XX əsrin 50-60-cı 
illərində qərbyönümlü, ilk növbədə ABŞ yönümlü xarici 
siyasət yeridirdi. 
70-ci illərdə AFR-in daxili vəziyyəti və xarici siyasəti. 
AFR sosial-demokratların hakimiyyəti dövründə (1969-
1982-ci illər). XX əsrin 60-cı illərinin sonu – 70-ci illərinin 
əvvəllərində istər ölkənin daxili, istərsə də xarici siyasətində 
ciddi dəyişikliklər baş verdi. Burjuaziyanın realist fikirli 
dairələrinin mövqeyi gücləndi. «Soyuq müharibə» və revanş 
siyasətinin tərəfdarları azalmağa başladı. Bu özünü parlament 
seçkilərində də göstərdi. 1969-cu ilin sonunda keçirilən 
seçkilər nəticəsində Almaniya sosial-demokrat partiyası Azad 
demokratlar partiyası ilə ittifaqa girərək 48,5% səs toplayaraq 
«kiçik koalisiya hökuməti» təşkil etdilər. Sosial-demokratların 
60-cı illərdə nüfuzunun xeyli atmasının səbəbi onların 
marksizmdən imtina edərək «demokratik sosializm» cəmiyyəti 
qurmağı başlıca məqsədləri elan etmələri idi. Sosial-
demokratlar hakimiyyətə gələrkən xüsusi mülkiyyətin 
əsaslarına toxunmayacaqlarına bir daha söz verdilər. 
Hökumətin başçısı ASDP-dən Villi Brandt (onun əsil adı 
Herbert Framdır), xarici işlər naiziri isə Azad-demokratlardan 
Şeel oldu. Ona görə bu hökumət bəzən Brandt-Şeel hökuməti 
adlanırdı. 
Villi Brandt Qərbi Almaniya və Avropa sosial-
demokratiyasının uzun müddətli liderlərindən biri olmaqla 
bərabər, həm də tanınmış jurnalist idi. O, cəmiyyətin ağrılı 
problemlərindən açıq danışmış, AFR siyasətinə açıqlıq və 
aşkarlıq gətirmiş liderlərdən idi. Brandt hökuməti sosial büdcə 
proqramını genişləndirdi. 1970-ci ildə qəbul edilən bir sıra 
qanunlarda uşaqlara verilən müavinatın artırılması, əhalinin 
aztəminatlı qrupları üçün dotasiyaların verilməsi nəzərdə 
tutulurdu. 1971-ci ildə verilən «Sosial sığorta haqqında» 
qanunda tələbələr və digər sosial qrupların sığorta edilməsi 
nəzərdə tutulurdu. 1972-ci ildə verilən «Pensiya islahatı 


109
haqqında» qanuna əsasən pensiya almaq üçün yaş həddi 
müəyyən edildi. Villi Brandtın Almaniyada kansler təyin 
olunması sağların ciddi narazılığına səbəb oldu. Onlar 
göstərirdilər ki, İkinci dünya müharibəsində mühacir olmuş, 
Norveç ordusunun tərkibinə daxil olaraq almanlarla, lap olsun 
hitlerçilərlə döyüşmüş bir adamı rəhbər vəzifəyə təyin etmək 
düzgün deyildir. Lakin buna baxmayaraq əhali içərisində onun 
nüfuzu güclü olduğu üçün çağlar onun kansler təyin edilməsinə 
mane ola bilmədilər.
V.Brandt bir sıra qanunların bundestaqdan keçməsinə 
nail oldu. Təqaüdlər və əmək haqları artırıldı. Müəssisələrdə 
sahibkarların özbaşnalığının qarşısını almaq üçün istehsalat 
şuraları yaradıldı. Mənzil kirayəsinin son həddi müəy-
yənləşdirildi. Seçkilərdə ancaq 5% səs toplamış partiyanın 
parlamentə deputat verə bilməsi haqqında Adenauerin 
dövründə verilmiş və ilk növbədə kommunistlərə qarşı 
çevrilmiş qanun ləğv edildi. Bununla bərabər o, 1972-ci ildə 
«Müəyyən peşələrə qadağa» adlı qanunun bundestaqdan 
keçməsinə mane olmadı. Həmin qanun isə müəssisələrdə 
kommunistlərin rəhbər vəzifələrdə işləməsinə qadağa qoyurdu.
1973-cü ildə bütün kapitalist ölkələrində olduğu kimi, 
Almaniyada da böhranqabağı şərait yarandı. Bu ilk növbədə 
1973-cü ildə başlayan İsrail-Ərəb müharibəsi ilə əlaqədar neft 
satan ərəb ölkələrinin İsrailə kömək edən kapitalist ölkələrinə 
təziyiq göstərmək üçün neftin qiymətini bahalaşdırmaları ilə 
əlaqədar idi. 1974-1975-ci illərdə Almaniyada sənaye məhsulu 
istehsalı 7,9%, milli ərzaq məhsulları istehsalı 4%, 
elektrotexnika sənayesi istehsalı 10%, kimya sənayesi 
məhsulları istehsalı 16% aşağı düşdü. Qiymətlər 6% qalxdı. 
İşsizlərin sayı 1,2 milyona çatdı. İşsizlər əmək qabiliyyətli 
əhalinin 4 %-ni təşkil edirdi. Lakin Almaniyada əmək haqqı və 
məşğulluq səviyyəsi yüksək olduğuna görə bu böhran 
zəhmətkeşlərin həyat səviyyəsinə o qədər də güclü təsir 
göstərmədi. Almaniya xarici ticarət və daxili ehtiyatlar 


110
hesabına bu böhrandan çıxa bildi. 1974-cü ildə yenidən iqtisadi 
yüksəliş baş verdi. V.Brandtın dövründə Almaniyanın 
Avropaya və başqa ölkələrə kapital qoyuluşu artdı. Bu dövrdə 
Almaniya özü istehsal etdiyi məhsulun yarısını dünya bazarına 
çıxarır və bundan gələn gəlirdən öz borclarını ödəyir, faşizm 
qurbanlarına kompensasiya verir, güclü valyuta ehtiyatları 
yaradırdı.
1972-ci ilin noyabrın 19-da bundastaqa keçirilən 
növbədənkənar seçkilər hökumət koalisiyasına uğur gətirdi. 
XDİ-XSİ bloku 44,9%, sosial-demokratlarla müstəqil 
demokratlar birlikdə 45,8% səs aldılar. V.Brandta qarşı 
sağların təzyiqi daha da gücləndi. Brandtın yaxın 
əməkdaşlarından birinin ADR-in kəşfiyyatçısı olduğu məlum 
oldu. Brandt 1974-cü il mayın 7-də istefa verməyə məcbur 
oldu. 1974-cü ilin mayın 16-da onun siyasətini davam etdirən, 
Brandt hökumətində maliyyə naziri vəzifəsini tutmuş sosial-
demokrat Helmut Şmidt kansler oldu. Xarici işlər naziri 
Müstəqil demokratlar partiyasından Henşer oldu. 
1976-cı ilin oktyabr ayının 3-də keçirilən bundestaq 
seçkilərində ASDP 42,6%, MDP 7,9%, XDİ-XSİ bloku isə 
48,6% səs aldılar. Sosial-demokratlar müstəqil demokratlarla 
birlikdə yenə Helmut Şmidtin başçılığı altında hökuməti təşkil 
etdilər. Şmidt hökuməti 1976-cı ildə «Sənaye müəssisələrinin 
idarə edilməsində fəhlələrin iştirakı haqqında», 1977-ci ildə 
«Vətəndaşların pensiya təminatının qaydaya salınması 
haqqında», «Səhiyyə sistemində islahatlar haqqında», 
«Həmkarlar ittifaqları sistemində islahatlar haqqında» 
qanunların bundestaqın təsdiq etməsinə nail oldu. Helmut 
Şmidtin dövründə ASDP-nin üzvlərinin 47%-ni fəhlələr, 23%-
ni qulluqçular, yerdə qalanını isə digər təbəqələr təşkil edirdi. 
Onun kansler olduğu dövrdə gəncər 18 yaşından səsvermə 
hüququ aldılar. Hərbi xidmət müddəti 18 aydan 12 aya
endirildi. Pensiyalar və çoxuşaqlı ailələrə yardım artırıldı. O, 
«dəmir kansler» kimi tanındı. 


111
Bu dövrdə XDİ hökumətə qarşı mübarizəni gücləndirdi. 
XDİ-nin 1977-ci ildə olmuş qurultayında partiyanın rəhbəri 
Helmut Kol MDP-ni vicdanlı partnyorluğa çağırdı. 1977-ci ildə 
Saksoniya və Saar vilayətində müstəqil demokratlarla xristian-
demokratların birgə koalisiyalı hökuməti təşkil edildi. Torpaq 
landtaqlarına seçkilər göstərdi ki, xristian- demokratlar 
müstəqil demokratlara öz təsirini göstərməyi bacardılar. 1979-
cu ildə may ayının 23-də Federal məclisdə ölkənin yeni 
prezidenti XDİ-dən olan K.Karstensa seçildi. Bu sağa doğru 
dönüşün başlanması demək idi. Ölkədə neonasist və terrorist 
təşkilatlar gücləndi. «Baader-Maynxoff» adlı terrorçu təşkilat 
tərəfindən AFR-in baş prokuroru E.Bubek və Alman 
sənayeçiləri Federal İttifaqının sədri Şlyayer öldürüldü. Bütün 
bu hadisələr müstəqil demokratların sosial-demokratlardan 
ayrılmasını sürətləndirdi. 
XX əsrin 70-ci illərin sonlarında Almaniyada terrorizm 
güclənməyə başladı. Bu dövrdə Almaniyada 75-ə qədər 
terrorçu və neofaşist təşkilatlar fəaliyyət göstərirdi. Bunların 
içərisində Milli demokrat partiyasını, Doğulmuşlar ittifaqını, 
Almaniya imperialist partiyasını, Qırmızı fraksiyanı və s. 
göstərmək olardı. 1980-ci illərdə dövlət xüsusi ilə çox 
canlanmış terrorizmə qarşı fəal mübarizəyə başladı. Bu 
dəstələrin bir çoxu ləğv edilsə də, Almaniyada yenə də 
terrorizmlə mübarizə zəruri bir məsələ kimi diqqət mərkəzində 
idi.
V.Brandt öz xarici siyasətində beynəlxalq vəziyyəti 
düzgün qiymətləndirmək mövqeyini tutmuşdu. Çexoslovakiya 
hadisələrindən sonra hələ Kizengerin dövründə işlənib 
hazırlanmış «yeni şərq siyasəti» onun dövründə reallığa 
çevrildi. V.Brandt öz xarici siyasət xəttini «təmiz külək» 
adlandırırdı. Onun xarici siyasəti belə bir reallığa əsaslanırdı ki, 
AFR əvvəlki siyasətini davam etdirə bilməz. Münhen 
amirliyindən əl çəkməli, İkinci dünya müharibəsindən sonra 
əmələ gəlmiş sərhəd dəyişikliyini AFR qəbul etməlidir. Bu 


112
məqsədlə 1970-ci ilin avqustun 12-də faşizm işğalından ən çox 
əzab çəkən dövlətlərdən biri olan SSRİ, dekabrında isə Polşa 
ilə AFR arasında dostluq və əməkdaşlıq haqqında müqavilələr 
bağlandı. AFR həm SSRİ-yə, həm də Polşaya verilmiş 
torpaqlarından bir dəfəlik imtina etdi. Qərbi Berlinə aid 1971-
ci ilin noyabrında ABŞ, Fransa, Böyük Britaniya və SSRİ 
arasında bağlanan saziş 1972-ci ildə qüvvəyə mindi. Sazişə 
əsasən Qərbi Berlin AFR-in ərazisi hesab edilmirdi, Qərbi 
Berlinlə beynəlxalq saziş və razılaşmalar genişləndirilirdi. 
ABŞ, İngiltərə və Fransanın Qərbi Berlində səlahiyyətləri 
beynəlxalq səviyyədə saxlanılırdı. 1972-ci ildə AFR-lə ADR 
arasında münasibətləri tənzimləyən xüsusi müqavilə 
bağlanması ilə Halşteyn doktrinası iflasa uğramış oldu. AFR 
ADR-in varlığını təsdiq etdi və onu bir dövlət kimi tanıdı. 
1973-cü ildə AFR ilə Çexoslovakiya arasında müqavilə 
bağlandı AFR Sudet vilayətinin Çexoslovakiyaya birləşməsini 
qanuni hesab etdi. Bu isə Münhen amirliyinin üstündən xətt 
çəkmək demək idi. 1973-cü ilin mayında SSRİ ilə AFR 
arasında iqtisadi, texniki, mədəni əməkdaşlığa aid saziş 
bağlandı. Sosialist ölkələri ilə münasibətlərin inkişafına xüsusi 
diqqət yetirildi. 1973-cü ildə həm ADR, həm də AFR BMT-yə 
daxil oldu. Bu Avropada Almaniyanın nüfuzunu artırdı. AFR 
1975-ci il Helsinki müşavirəsində iştirak etdi. Elə həmin ildə 
«Yeddilər» qrupunun üzvü oldu. Birbaşa Avropa 
parlanmentinə seçkiləri müdaifə etdi. Siyasi inteqrasiyaya 
tərəfdar olduğunu göstərdi. AFR-in Fransa və İngiltərə ilə 
münasibətləri yaxşılaşdı. 1976-cı ildə AFR-in inkişaf etməkdə 
olan ölkələrə birbaşa kapital qoyuluşu 14,2 milyard marka idi. 
1978-ci ilin mayında SSRİ ilə AFR arasında uzun müddətli 
əməkdaşlıq haqqında saziş bağlandı. 
Şmidt hökuməti ABŞ-la yaxınlaşma siyasəti yeridirdi. Bu 
hökumət ABŞ-ın AFR ərazisində daha yeni hərbi qüvvələr 
yerləşdirməsinə razılıq verdi. AFR ABŞ-dan silah alınmasını 
artırdı. 1979-cu ildə birbaşa hərbi xərclər 40 milyard marka 


113
təşkil edirdi, halbuki 1976-cı ildə bu rəqəm 31,9 milyard 
marka idi. AFR NATO-nun hərbi xərclərinin 3% artırılmasına 
razılıq verdi. SSRİ-nin Əfqanıstana müdaxiləsini AFR müdafiə 
etmədi və Moskva olimpiadasının baykot edilməsində iştirak 
etdi. 
1980-ci ilin ikinci yarısında ölkədə yeni iqtisadi böhran 
başlandı. 1980-1982-ci illərdə hökumətin vəziyyəti sürətlə 
pisləşməyə başladı. AFR 1974-1975-ci illərdə olduğundan 
daha artıq böhranlı vəziyyətlə qarşılaqdı. Ölkənin muzdla 
işləyən əhalisinin 9%-i (2,5 miylon adam) işsiz idi. Büdcə 
kəsiri iki dəfə artdı. Müharibədən sonrakı dövrdə ilk dəfə AFR-
də sənaye və maliyyə kompaniyalarını iflas dalğası bürüdü. 
Antiböhran tədbirləri görmək istəyi hökumətin üzvləri arasında 
ixtilafları daha da gücləndirdi.
Böhran siyasi həyata da öz təsirini göstərdi. 1980-ci ildə 
seçkiqabağı mübarizə gücləndi. Seçkilərdə XDİ və XSİ 
müxalifət bloku təşkil edərək kanslerliyə XSİ-nin sədri 
Ştrausun namizədliyini irəli sürdülər, lakin alınmadı. XDİ 
hökumətin Yeni Şərq siyasətinin tənqid edərək göstərirdi ki, 
guya sosial-demokratlar AFR-də sosializm qurmaq istəyirlər. 
«Sovet təhlükəsi» haqqında onlar böhtan kampaniyasına 
başladılar. İri inhisarlar, katolik kilsəsi kütləiv informasiya 
vasitələrinin əksəriyyəti XDİ-XSİ blokunu müdafiə edirdilər. 
1980-ci ilin oktyabrın 5-də keçirilən seçkilərdə ASDP 
42,9%, MD 10,6%, XDİ-XSİ bloku isə 44,5% səs aldı. Lakin 
seçkilərdən sonra hökumət koalisiyasında daxili və xarici 
siyasətin bir sıra məsələlərində ixtilaflar yarandı. Müstəqil 
demokratların liderləri metallurgiya, dağ-mədən sənayesində 
fəhlələrin müəssisələrin idarə edilməsində iştirakına qarşı 
çıxdılar. Onlar AFR-in silahlandırılmasını və onun ərazisində 
ABŞ raketlərinin yerləşdirilməsini müdafiə etdilər. Sosial-
demokratlar əhali içərisində nüfuzdan düşəcəklərindən 
qorxaraq bu məsələni müdafiə etmədilər. Hökumət 
koalisiyasında böhran yarandı. Müstəqil demokratlar XDİ-XSİ 


114
bloku ilə koalisiyaya girmək qərarına gəldilər. 1982-ci ilin 
sentyabrında H.Şmidt hökuməti istefaya getdi.
AFR H.Kolun kanslerliyi dövründə (1982-1998-ci 
illər). 1982-ci ilin oktyabr ayının 1-də bundestaqda AFR-in 
yeni kansleri XDİ-nin lideri Helmut Kol təyin edildi, vitse-
kansler və xarici işlər naziri isə müstəqillərdən D.Qenşer oldu. 
Beləliklə, AFR-də 13 illik sosial-demokratlarla müstəqil 
demokratların koalisiyalı idarəsindən sonra XDİ, XSİ və 
AMDP-nin yeni bloku hakimiyyətə gəldi. 
80-ci illərdə təkcə AFR-də deyil, Avropanın digər 
kapitalist ölkələrində, o cümlədən ABŞ-da sağların 
hakimiyyətə gəlməsi əvvəlki illərdə hökm sürən firavanlıq 
dövründən bir növ imtina edilməsi idi. Çünki sağlar belə hesab 
edirdilər ki, kapitalist ölkələrində baş verən inflyasiyanın, 
işsizliyin əsas səbəbi dövlətin sosial xərclərə hədsiz diqqət 
yetirməsi və büdcənin xeyli hissəsinin bu işə ayrılmasıdır. 
Onlar dövlətin tənzimləyici rolunu azaltmağın lazım olduğunu 
bildirirdilər. Helmut Kol hakimiyyətə gəldikdən sonra 1983-cü 
ilin martında yeni seçkilər elan etdi. Həmin seçkilərdə ilk dəfə 
Avropadakı ekoloji böhranla əlaqədar bir sıra ölkələrdə o 
cümlədən, Almaniyada 1980-ci ildə yaranmış «Yaşıllar» 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin