Microsoft Word s?may?kitab?sas doc


partiyasının diktaturası hökm sürməyə başladı. Bu, 1977-ci ildə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə3/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyasının diktaturası hökm sürməyə başladı. Bu, 1977-ci ildə 
qəbul edilən SSRİ-nin üçüncü konstitusiyasında da öz əksini 
tapdı. Konstitusiyanın 6-cı maddəsində partiyanın rəhbər rolu 
təsbit olundu. İndi müəssisələrdə, təşkilatlarda partiya 
komitələrinin razılığı olmadan heç bir məsələ həll edilə 
bilməzdi. 1982-ci ilin noyabrında L.İ.Brejnev vəfat etdi.
L.İ.Brejnevin Sov.İKP MK-nın Birinci (1971-ci ildən) 
Baş katibi olduğu dövründə SSRİ-nin xarici siyasəti. 
L.İ.Brejnevin dövründə SSRİ-nin xarici siyasətində də inzibati-
amirlik metodları özünü göstərirdi. SSRİ sosialist ölkələri ilə 
əməkdaşlığa xüsusi əhəmiyyət verir və bu ölkələri öz təsiri 
altında saxlayırdı. Bu özünü 1968-ci il «Praqa baharı» adlanan 
Çexoslovakiya hadisələrində bir daha nümayiş etdirdi. 1968-ci 
ilin avqust ayında SSRİ Varşava müqaviləsinin, Ruminiyadan 
başqa, iştirakçısı olan dövlətlərin hamısını Çexoslovakiyaya 
qoşun yeritməyə məcbur etdi. Orada antisosialist qüvvələr 
zərərsizləşdirildi. Yenidən sosialist sistemi bərqərar oldu. Bu 
“Praqa baharı” adlandı. Çexoslovakiya hadisələri göstərdi ki, 
SSRİ hərbi cəhətdən güclüdür və onunla zarafat etmək olmaz.


72
1969-cu ilin martında Çinlə SSRİ arasında münasibətlər 
kəskinləşdi. Amur çayında yerləşən Damansk adasında silahlı 
toqquşma baş verdi. Lakin SSRİ 80 dəqiqə ərzində bu 
toqquşmaya son qoydu. Lazer şüasından istifadə edərək Çin 
hərbçilərini geri oturtdu.
60-cı illərin sonlarında baş verən bu hadisələr SSRİ-nin 
hərbi qüdrətini nümayiş etdirdi. 1967-ci ildə altı günlük İsrail-
Ərəb müharibəsi zamanı ərəbləri müdafiə etdi. 60-cı illərin 
sonunda SSRİ ilə ABŞ arasında silahlanmada hərbi paritet 
yarandı. Bütün bunlar beynəlxalq iqlimdə dəyişikliyə səbəb 
oldu, «soyuq müharibə»nin zəifləməsinə, beynəlxalq gərgin-
likdən qarşılıqlı anlaşmaya doğru addım atılmasına gətirib 
çıxartdı. Dünyanın taleyini həll edən iki dövlət - ABŞ və SSRİ 
1972, 1979-cu illərdə strateji silahları məhdudlaşdırmaq 
haqqında SSM-1 və SSM-2 sazişlərini bağladılar.
Sov. İKP-nin 1971-ci ilin mart-aprel aylarında olmuş 
XXIV qurultayında sovet dövləti öz sülh proqramını elan etdi 
ki, bunun da əsas müddəaları aşağıdakılardan ibarət idi: 
- Cənub-Şərqi Asiyada və Yaxın Şərqdə müharibə 
ocaqlarını ləğv etmək, təcavüzə məruz qalan dövlətlərin və 
xalqların qanuni hüquqlarına hörmət əsasında bu rayonlarda 
vəziyyətin siyasi yolla nizama salınmasına kömək göstərmək; 
hər cür təcavüzkarlıq və beynəlxalq özbaşınalıq hərəkətlərini 
dərhal və qətiyyətlə dəf etmək, mübahisəli məsələlərin həlli 
üçün zor işlətməkdən və zor işlətmək həvəsindən imtina 
edilməsi beynəlxalq həyat qanunu olmalıdır. Sovet İttifaqı bu 
nöqteyi-nəzərdən məhəlli müqavilələr bağlamağa hazırdır. 
- İkinci dünya müharibəsi nəticəsində dünyada əmələ 
gəlmiş ərazi dəyişikliklərinin qəti şəkildə qəbul edilməsini əsas 
tutmaq, bu qitədə gərginliyin zəiflədilməsinə və sülhə doğru 
əsaslı dönüş yaratmaq, Ümumavropa müşavirəsinin 
çağırılmasını və müvəffəqiyyətini təmin etmək, Avropada 
kollektiv təhlükəsizliyin təmin edilməsi üçün bütün tədbirləri 
görmək. Sovet İttifaqı Varşava müdafiə müqaviləsinin iş-


73
tirakçısı olan ölkələrlə birlikdə ifadə etdikləri belə bir fikri 
təsdiq edir ki, Varşava müqaviləsi ilə Şimali Atlantika İttifa-
qının, eyni vaxtda ləğv edilməsinə, yaxud ilk addım olaraq on-
ların hərbi təşkilatlarının ləğv edilməsinə hazırdır. 
- Nüvə silahını, kimyəvi və bakterioloji silahı qadağan 
edən müqavilələr bağlamaq, nüvə silahı sınaqlarının, o 
cümlədən yeraltı sınaqların hər yerdə və hamı tərəfindən 
dayandırılmasına nail olmaq; dünyanın müxtəlif rayonlarında 
nüvə silahı saxlanmayan zonalar yaradılmasına kömək etmək. 
Sovet dövləti nüvə silahına malik olan bütün dövlətlərin nüvə 
silahını tərk etməsinə, nüvə silahına malik olan beş dövlətin – 
SSRİ, ABŞ, ÇXR, Fransa və İngiltələrinin bu məqsədlə 
konfranslarının çağırılmasına tərəfdardır. 
- Hər cür silahla sürətlə silahlanmanın dayandırılması 
uğrunda mübarizəni gücləndirmək, Sovet İttifaqı tərksilah mə-
sələlərini bütövlükdə müzakirə etmək üçün Ümumdünya kon-
fransı çağırılmasına, xarici hərbi bazaların ləğv edilməsinə, 
qoşunların qarşı-qarşıya durmasının xüsusilə təhlükəli olduğu 
rayonlarda, Mərkəzi Avropada silahlı qüvvələrin və silahların 
azaldılmasına tərəfdardır. Hərbi münaqişələrin təsadüfi baş 
verməsi və ya qəsdən törədilməsi, böyüyüb beynəlxalq böhran-
lara, müharibəyə çevrilməsi ehtimalını azaldan tədbirlər işlənib 
hazırlanmasını məqsədəuyğun hesab edir. Sovet İttifaqı hərbi 
xərcləri, birinci növbədə iri dövlətlərin hərbi xərclərini azal-
tmaq haqqında razılığa gəlməyə hazırdır. 
- Hələ də qalan müstəmləkə rejimlərini ləğv etmək haq-
qında BMT-nin qərarlarını tamamilə həyata keçirmək, irqçilik 
və aparteid təzahürləri hamı tərəfindən pislənilməli və boykot 
edilməlidir. 
- Sovet İttifaqı əməkdaşlıq etmək istəyən dövlətlərlə 
bütün sahələrdə qarşılıqlı fayda əsasında əməkdaşlıq 
münasibətlərini dərinləşdirməyə hazırdır, təbii mühiti qoruyub 
saxlamaq, enerji ehtiyatlarından və başqa təbii ehtiyatlardan 
istifadə etmək, nəqliyyat və rabitəni inkişaf etdirmək, ən 


74
təhlükəli və ən çox yayılmış xəstəliklərin qarşısını almaq və bu 
xəstəlikləri ləğv etmək, kosmosu və Dünya okeanını öyrənmək 
və onlardan istifadə etmək kimi problemlərin həllində digər 
əlaqədar dövlətlərlə birlikdə iştirak etməyə hazırdır. 
Lakin bu proqram heç də bütün dünya dövlətləri 
tərəfindən birmənalı qarlışanmadı. 
1970-ci ildə nüvə silahını yaymamaq haqqında 
müqavilənin qüvvəyə minməsində SSRİ-nin böyük rolu oldu. 
1971-ci ildə Berlinə dair 4 dövlət sazişi bağlandı. Qərbi 
Berlinin müstəqilliyi təmin olundu. 1973-cü ilin oktyabrında 
SSRİ-də ümümdünya sülh konqresi keçirildi. SSRİ 1973-1974-
cü illərdə İsrail-Ərəb müharibələrində Ərəb ölkələrinə 
yaxından kömək etdi.
1975-ci ildə SSRİ-nin fəal iştirakı ilə Helsinki 
müşavirəsində Avropada təhlükəsizlik və əməkdaşlıq 
müşavirəsi (ATƏM) təşkilatı yarandı 1994-cü ildən bu təşkilat 
ATƏT adlandı. 1978-ci ilin sonu 1979-cu ilin əvvəllərində Çin 
Vyetnama qarşı hərbi müdaxiləyə başlasa da, SSRİ buna imkan 
vermədi, Vyetnamı müdafiə etdi.
70-ci illərdə SSRİ ilə sosialist ölkələri arasında iqtisadi 
əməkdaşlıq sahəsində müəyyən müvəffəqiyyətlər qazanıldı. 
Sosialist ölkələrinin sənaye cəhətdən inkişafı, yanacaq-xammal 
və energetika bazasını yaratmaq üçün onların səylərinin 
birləşdirilməsi tələb edilirdi. Bu məqsədlə birgə obyektlər 
tikildi ki, «Dostluq» qaz kəməri onlardan birincisi oldu. «Sülh» 
energetika sistemi yaradıldı. Əməkdaşlığın genişlən-
dirilməsində QİYŞ mühüm rol oynayırdı.
1971-ci ildə QİYŞ üzvü olan ölkələr 15-20 il üçün 
nəzərdə tutulmuş sosialist inteqrasiyasının kompleks 
proqramını qəbul etdilər. 70-ci illərin axırlarında əməkdaşlığın 
bir sıra sahələrində uzunmüddətli məqsədli proqramlar işlənib 
hazırlandı və qəbul olundu. Lakin onlar bütövlükdə kompleks 
inteqrasiya proqramı kimi, resurs, gözlənilən nəticə və məqsəd 


75
nöqteyi-nəzərindən kifayət qədər işlənmədiyindən onların 
reallaşdırılması ancaq ayrı-ayrı tədbirlərdən ibarət oldu.
70-ci illərin ikinci yarısında SSRİ-nin və digər sosialist 
ölkələrinin həyatında çətinliklər artmağa başladı. Siyasi və 
iqtisadi əməkdaşlığın yeni forma və metodlarının axtarışı, 
əmtəə-pul münasibətlərinin təkmilləşdirilməsi tələb olunurdu. 
Bu dövrdə SSRİ inkişaf etməkdə olan «üçüncü dünya» 
ölkələrinə müxtəlif sənaye, tədris, kənd təsərrüfatı 
müəssisələrinin tikilməsində, milli kadrlar, həkim, müəllim və 
başqa mütəxəssislər hazırlanmasında yardım göstərirdi. Lakin 
Sovet İttifaqı ilə bu ölkələr arasındakı münasibətlərə çox vaxt 
Sovet rəhbərliyinin səhvləri və nöqsanları, müxtəlif nəzəri və 
sosial-iqtisadi sxemlərin həyata keçirilməsi ardınca qaçmaq, 
daxili və xarici amillərin, milli xarakterin, tarixi ənənələrin 
kifayət qədər qiymətləndirilməməsi mane olurdu. 
Əgər 60-cı illərin sonundan və 70-ci illərin sonuna qədər 
olan dövr beynəlxalq gərginliyin zəifləməsi ilə əlamətdar idisə, 
70-ci illərin sonundan 80-ci illərin ortalarına qədər olan dövr 
isə silahların sürətlə artırılması, hələ tarixdə görünməmiş hərbi 
qarşıdurma ilə yadda qaldı. Dünya hərbi qarşıdurmanın ən 
təhlükəli hüdudlarından birinə yaxınlaşdı. Bu isə ilk növbədə 
SSRİ və ABŞ tərəfindən əmələ gəlmiş reallıqlara yeni 
yanaşmanı tələb edirdi. Beynəlxalq gərginliyin kəskin-
ləşməsinin səbəblərindən biri SSRİ və kapitalist ölkələrinin 
siyasəti idi. Bu siyasətin əsasını SSRİ-nin nüvə müharibəsinin 
qarşısının alınması strateji konsepsiyası təşkil edirdi. Həmin 
siyasət fasiləsiz olaraq surətlə silahlanmaya, nəticədə isə nüvə 
müharibəsinin mümkünlüyünə haqq qazandırırdı. Bu dövrdə 
Brejnev rəhbərliyi isə sovet adamlarını inandırırdı ki, bey-
nəlxalq gərginliyin və müharibə təhlükəsinin güclənməsinin 
başlıca səbəbi Qərbin hərəkətləridir. Bu dövrdə Brejnev rəhbər-
liyi xarici siyasətdə çox böyük səhvlərə yol verdi ki, bu da 
sovet xalqına olduqca baha başa gəldi. Qarşı tərəfə cavab 


76
«raketə raket», «təyyarəyə təyyarə», «tanka tank» xarakteri 
kəsb etdi.
SSRİ silahlı qüvvələri bir sıra silahlara görə də ordunun 
sayında olduğu kimi ABŞ-ı ötüb keçdi. Bu dövrdə Sovet xarici 
siyasətinin digər nöqsanı Avropada orta mənzilli raketlərin 
yerləşdirilməsi haqqında qərar oldu. Bu isə SSRİ-nin sülh və 
tərksilahın xeyrinə olan ənənəvi siyasi və ictimai fəaliyyətinin 
inandırıcılığını itirdi.
70-ci illərin sonu - 80-ci illərin ortalarında SSRİ-nin 
beynəlxalq mövqeyində böhranlı vəziyyət əmələ gəldi. SSRİ 
heç vaxt həmin dövrdəki kimi qüdrətli strateji potensiala malik 
olmamışdı, sovet adamarı isə heç vaxt öz təhlükəsizliyi və 
dünyada vəziyyət üçün belə böyük narahatlıq keçirməmişdi. 
1979-cu ilin dekabrında SSRİ Əfqanıstanda qoşun 
yerləşdirdi. Bunun üçün öz cənub sərhədlərinin təhlükəsizliyini 
təmin etməyin, həmçinin Əfqanıstanda demokratiyanın 
müdafiə etməyin zəruriliyi «səbəb» kimi irəli sürülürdü.
70-ci illərin sonlarında SSRİ-nin Avropanın sosialist 
ölkələrində orta mənzilli raketləri yerləşdirməsi, həm də 
Əfqanıstana qoşun yeritməsi onu dünya ictimaiyyətinin 
nəzərində nüfuzdan saldı, onun sülh səylərinə inamı ciddi 
surətdə sarsıtdı. O artıq demokratiyanın dayağı kimi öz 
mövqeyini itirdi. Bu hadisələrdən sonra 1980-ci ildə Moskvada 
keçirilən ümumdünya olimpiadasında bir çox dövlətlər iştirak 
etmədi. 
Y.V.Andropov (1982 – 1984-cü illər) və K.U.Çernen-
konun (1984-1985-ci illər) Sov.İKP-MK-nin Baş katibi 
olduğu dövrdə SSRİ-nin daxili və xarici siyasəti. 1982-ci 
ilin noyabrında Brejnevin vəfatından sonra Baş katib vəzifəsinə 
onun yaxın silahdaşlarından biri, onun dövründə, Dövlət 
Təhlükəsizlik Komitəsinin sədri olan, Stalinin dövrünün abı-
havasını özündə saxlayan Andropov Yuri Vladimiroviç gəldi. 
1982-ci ilin noyabrında keçirilən Sov.İKP MK-nın 
Plenumunda yaranmış vəziyyətdən çıxış yolu tapmağa çalışıldı.


77
Həmin plenumda Azərbaycan KP MK-nın birinci katibi 
Heydər Əliyev Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü 
seçildi. O həm də SSRİ Nazirlər Sovetinin birinci müavini 
vəzifəsinə təyin edildi. Andropov ölkədə həllini gözləyən çoxlu 
problemlər olduğunu etiraf etdi və göstərdi ki, təkcə şüarlarla 
irəliləmək olmaz. Nəzəri planda etiraf edilirdi ki, Sovet 
cəmiyyəti ziddiyyətlərdən xali deyildir. Həmin plenumda 
Heydər Əliyev Siyasi Büronun üzvü seçildi və SSRİ Nazirlər 
Soveti sədrinin birinci müavini təyin edildi. Andropovun 
dövründə o vaxta qədər möhkəm gizlədilmiş bəzi faktların - 
elmi-texniki tərəqqinin bir sıra mühüm istiqamətləri üzrə SSRİ-
nin ABŞ-dan geri qalması, ictimai intizam səviyyəsinin aşağı 
düşməsi faktlarının üzərindən pərdə bir qədər götürüldü. 
Y.V.Andropov yüksək hakimiyyət eşelonunda müntəzəm 
surətdə qayda yaratmağa çalışan bir siyasətçi kimi ictimai rəy 
formalaşdırdı. Daxili işlər naziri Şelekov, Sov. İKP MK katibi 
Medunov vəzifəsindən götürüldü. Daha iyrənc korrupsiya 
faktlarının təhqiqi üçün SSRİ Prokurorluğunun və Daxili İşlər 
Nazirliyinin təcrübəli işçilərindən istintaq qrupları yaradıldı. 
Andropov belə hesab edirdi ki, istehsalatda qayda-qanun, 
intizam yaratmağa qətiyyətlə girişmək lazımdır. O, deyirdi ki, 
ancaq yaxşı işləyənlər yaxşı yaşamalıdırlar. Andropov 
həmçinin göstərirdi ki, intizam olmadan uğur qazanmaq da 
olmaz. 
Y.V.Andropovun başladığı siyasət ziddiyyətli olsa da, o,
ətrafındakılardan daha yüksək mədəni səviyyəsi, şəxsi 
təvazökarlığı ilə frəqlənirdi. Lakin onun şəraiti dəyişmək üçün ən 
sadə, yaxın ehtiyatlar axtarmaq təşəbbüsü, bir sıra qüvvələrin 
sınanması eksperiment idi. Görünür, Y.V.Andropov rəhbərlərin 
yeni nəslinin bütün sahələrdə yeni münasibətlər tapmalı olduğunu 
başa düşürdü. Xarici siyasətdə inzibati-amirlik metodları yenə də 
hökm sürməkdə idi.
Andropovun hakimiyyəti uzun sürmədi. Xəstə olduğuna 
görə 1984-cü ilin fevralında o vəfat etdi. Onu Brejnevin dostu, 


78
qoca və xəstə Konstantin Ustinoviç Çernenko əvəz etdi, 
Çernenko özü müəllim olduğuna görə onun dövründə yeganə 
görülən müsbət iş müəllimlərin maaşının artırılması oldu.
1984-cü ilin fevralından 1985-ci ilin martına qədər lap 
qısa dövr durğunluq zamanlarının ən pis ənənələrinin bərpası 
ilə xarakterizə olunurdu. Mühafizəkar qüvvələr iqtisadi həyatın 
canlandırılması sahəsində nəzərdə tutulmuş tədbirləri 
pozurdular.
1984-cü ilin sonunda partiyanın elmi-texniki siyasət 
məsələlərinə dair çağırılmalı olan Plenumu təxirə salındı. 
Amma meliorasiya məsələlərinə həsr olunmuş Plenum 
keçirildi. Burada hədər yerə çox böyük miqdarda vəsaiti udan 
hidromeliorasiya işlərinin davam etdirilməsinə əslində xeyir-
dua verildi. 
Kütləvi informasiya vasitələrində SSRİ-də sosializmin 
görünməmiş müvəffəqiyyətləri, ölkədə kommunizmin hiss 
olunan rüşeymləri haqqında gürultulu nitqlər səsləndirilirdi. 
1985-ci ilin martında K.U.Çernenko da vəfat etdi. Onu Mixail 
Serqeyeviç Qorbaçov əvəz etdi.
SSRİ M.S.Qorbaçovun Sov.İKP MK-nin Baş katibi 
olduğu dövründə (1985-1991-ci illər). M.S.Qorbaçovun Baş 
katib olması ilə SSRİ-də və Avropanın sosialist ölkələrində 
böyük sosial dəyişikliklərin əsası qoyuldu. Baş katib olduqdan 
bir ay keçməmiş M.S.Qorbaçov 1985-ci ilin aprelində Sov. 
İKP MK-nın xüsusi plenumunun çağrılmasına nail oldu. Bu 
plenumda SSRi-nin sosial-siyasi və iqtisadi inkişafını 
surətləndirmək strategiyası irəli sürüldü. Bundan məqsəd, onun 
fikrincə, sosializmə yeni həyat vermək, cəmiyyətin yeni 
keyfiyyət halına nail olmaq idi.
1986-cı ildə olan partiyanın XXVII qurultayında 
Qorbaçov bu məsələləri daha ətraflı açdı, o göstərdi ki, sovet 
adamlarında işgüzarlıq və sahibkarlıq hissi itdiyinə görə, bu 
hissin yenidən tərbiyəsinə nail olmaq üçün yeni iqtisadi 
siyasətə keçmək lazımdır. Bu XX əsrin 20-ci illərinin 


79
əvvəllərində Sovet Rusiyasında həyata keçirilmiş yeni iqtisadi 
siyasətdən keyfiyyətcə fərqlənməli və daha yüksək əsasda 
olmalı idi. Qurultayda həmçinin partiya Nizamnaməsində bəzi 
dəyişikliklər edildi və ölkənin 1986-1990-cı illəri əhatə edən 
12-ci beşillik və 2000-ci ilə qədər sosial-iqtisadi inkişafı planı 
da müzakirə edildi. Qurultayda xarici siyasət məsələləri çox 
güclü səsləndi. M.S.Qorbaçovun adından 2000-ci ildə nüvəsiz 
dünya qurulması barədə sovet sülh proqrammı elan edildi. 
1986-cı ildə Sov. İKP MK və SSRİ Nazirlər Soveti 
tərəfindən ölkədə geniş yayılmış sərxoşluq və alkoqolizmə, 
zəhmətsiz gəlirlərə qarşı mübarizə haqqında qərarlar qəbul 
edildi.
1987-ci ildə Qorbaçov «Yenidənqurma» xəttini irəli 
sürdü. «Yenidənqurma» iqtisadi, siyasi sistemin formalaşması, 
mədəniyyət, ideologiya və beynəlxalq münasibətlər sahəsini 
əhatə etməli idi. 
İqtisadi sahədə yenidənqurma o demək idi ki, 20-ci illərin 
əvvəllərində tətbiq edilmiş yeni iqtisadi siyasətə qayıdılır, lakin 
buna daha yüksək səviyyədə keçirilirdi. Kooperasiyaların 
təşkilinə, sərbəst ticarətə, qarışıq iqtisadiyyata keçməyə icazə 
verildi.
1987-ci ilin iyununda iqtisadi metodlarla idarə etməyə 
üstünlük verən iqtisadi islahatlar proqramı qəbul olundu. 
«Təsərrüfat hesablı sosializm» quruculuğuna keçildi. Lakin 
təsərrüfat hesabının yeni iqtisadi metodları ilə yaxşı 
hazırlanmış inzibati-amirlik metodlarını aradan qaldırmaq 
mümkün olmadı. Aydın olurdu ki, cəmiyyətin siyasi 
strukturlarını yeniləşdirmək üzrə dərindən iş aparmadan 
təsərrüfatçılığın yeni iqtisadi metodları nəticə verməyəcəkdir.
Siyasi sistemin təkmilləşməsi məsələsində isə sovetlərin 
roluna yenidən xüsusi diqqət yetirilməyə başladı. «Kadr 
inqilabı» həyata keçirildi. 1985-1990-cı illərdə rəhbər partiya 
işçilərinin 85%-i dəyişdirildi. «Sosialist hüquqi dövləti»nin 
yaradılması, hakimiyyətin bölüşdürülməsi, real və çevik «sovet 


80
parlamentarizmi»nin yaradılması ideyası irəli sürüldü. 80-ci 
illərin sonunda iki dəfə xalq deputatları sovetinin qurultayı 
keçirildi. SSRİ-də partiyanın diktaturasından əl çəkilməsi 
prosesi başladı. Prezident vəzifəsi təsis edildi. 1990-cı ildə xalq 
deputatları sovetinin II qurultayında Qorbaçov SSRİ-nin 
prezidenti seçildi. O SSRİ-nin ilk və sonuncu prezidenti oldu. 
SSRİ-də ideologiya və mədəniyyət sahəsində də böyük 
dəyişikliklər oldu. Əqidə azadlığına, fikir müxtəlifliyinə imkan 
yaradıldı. 1987-ci ildə cəmiyyətin mənəvi, mədəni və siyasi 
həyatını yenidən qurmağı nəzərdə tutan «Aşkarlıq» xətti irəli 
sürüldü. İctimai mübahisələr kəskinləşdi, diskussiyalar 
başlandı, qəzet-jurnallarda, radio və televiziyada müxtəlif 
baxışlar toqquşdu. Əvvəlcə Sov. İKP-nin XXVII qurultayında 
(fevral, 1986) irəli sürülən «Aşkarlıq» ideyası partiyanın XIX 
konfransının (iyun-iyul, 1988) «Aşkarlıq haqqında» qətnaməsi 
ilə rəsmiləşdirildi. 1987-ci ilin yanvarında o, «daha çox 
demokratiya, daha çox sosializm» devizi altında geniş vüsət 
aldı. 
«Aşkarlıq» cəmiyyətdə müxtəlif fikirlilik üçün səmərəli 
şərait yaratdı. «Aşkarlıq» müxtəlif ideya, sosial, siyasi, milli, 
dini cərəyanların kəskin münaqişəsinə səbəb oldu. Stalini, onun 
yaratdığı sistemi müdafiə edənlər də oldu. «Aşkarlıq» insanlara 
qərb dünyasını da açdı. O, cəmiyyəti dəyişdirməyin güclü 
vasitəsi oldu.
1987-ci ildə yaradılmış komissiya tərəfindən Stalin 
kütləvi siyasi təqiblərinin qeyri-qanuni olduğunun sübuta 
yetirilməsi və yüz minlərlə adama bəraət verilməsinə nail 
olunması «aşkarlıq» konsepsiyasının bəhrələri idi.
30-40-cı illərdə və 50-ci illərin əvvəllərindəki dövrdə 
olmuş kütləvi təqiblərlə əlaqədar materialların əlavə 
öyrənilməsi üzrə Sov. İKP MK Siyasi Bürosunun qərarı ilə 
yaradılmış Komissiya 1988-ci ilin fevralında belə nəticəyə 
gəldi ki, N.İ.Buxarin, A.İ.Rıkov və «sağ trotskiçi blok» adlanan 
blok üzrə və başqaları barədə «işlər» saxtalaşdırılmışdır. 


81
Moskva proseslərinin iştirakçıları Q.Y.Zinovyev, 
L.B.Kamenev və bir çox başqalarına bəraət verildi. Bircə
Trotski bəraət almadı. 
Yenidənqurma hər şeydən əvvəl insan psixologiyasında 
yeni keyfiyyət dəyişikliklərinin yaranmasına gətirib çıxartdı. 
Lakin ölkədə baş verən hadisələri sovet adamlarının heç də 
hamısı dərhal başa düşmür və qəbul etmirdi. Ölkədə baş verən 
bədbəxt hadisələr də çətinlikləri artırırdı. Bu ilk növbədə 1986-
cı ilin aprelində Çernobıl AES-dəki fəlakət, Uraldakı neft 
kəmərindəki qəza idi. 
Demokratik proseslər müttəfiq respublikalarda xalq 
cəbhələrinin, zəhmətkeşlərin digər kütləvi birliklərinin yaran-
masına səbəb oldu. Təəssüf ki, bir sıra respublikalarda qanlı 
toqquşmalar törədən ünsürlər demokratik hərəkatın yüksə-
lişindən istifadə etdilər. Azərbaycanda və Özbəkistanda in-
sanlar qaçqın vəziyyətinə düşdü. Bir çox aylar ərzində Sovet 
adamlarının və dünya ictimaiyyətinin diqqəti Dağlıq Qara-
bağda və onun ətrafında əmələ gələn və Ermənistanın Azərbay-
candan ərazi iddialarına əsaslanan problemlərə cəlb edildi.
1989-cu ilin yanvarında Moskva Dağlıq Qarabağda A.Vol-
skinin rəhbərliyi altında Xüsusi İdarə komitəsi yaratdı. Dağlıq 
Qarabağın idarəsi Azərbaycandan alınaraq Moskvaya verildi. 
Bu vəziyyət daha da gərginləşdirdiyinə görə 1989-cu ilin 
noyabrında Moskva onu ləğv etməyə məcbur oldu. Bu problem 
indiyə qədər həll edilməmiş qalmaqdadır. Moskvanın 
Ermənistanı müdafiə etməsi nəticəsində «Qondarma» Dağlıq 
Qarabağ respublikası yarandı. Ermənistan onu özünə 
birləşdirmək haqqında qərar qəbul etdi. Yeddi rayonumuz işğal 
edildi. Bu torpaqlarımızın 20%-i demək idi. 18 min şəhid 
verdik. Bir milyondan çox azərbaycanlı qaçqın-köçkün 
vəziyyətinə düşdü. Yenidənqurma nəticəsində 80-cı illərin II 
yarısında SSRİ-də milli münasibətlər müşkül şəklə düşdü.


82
1986-cı ildə Alma-ata, 1989-cu ildə Tbilisi, Vülnüs, 
1990-cı ilin yanvarında Bakıda baş verən hadisələr bunun 
parlaq nümunəsi idi. 
Qorbaçovun yaratdığı «aşkarlıq» SSRİ-nin dağılması 
üçün şərait yaratdı. 1990-cı ildə ilk dəfə Pribaltika 
respublikaları SSRİ-dən ayrıldıqlarını bildirdilər, həmin ilin 
martında isə onun tərkibindən çıxdılar.
1991-ci ilin martında SSRİ-nin tərkibində qalmaq və 
qalmamaq barədə keçirilən referendumda digər sovet respu-
blikaları SSRİ-nin tərkibində qalmağa tərəfdar olduqlarını bil-
dirdilər. Lakin 1991-ci ilin auqust qiyamı bütün bunlara xətt 
çəkdi. Qorbaçov Krımda istirahət edərkən Moskvada vitse-
prezident Yanayev, Dövlət Təhlükəsizlik Komitəsinin sədri 
Kryuçkov, SSRİ Nazirlər Sovetinin sədri Pavlov, Daxili İşlər 
naziri Puqo, SSRİ Müdafiə naziri Yazovun iştirakı ilə 1991-ci 
il avqustun 19-21-də Fövqəladə Dövlət Komissiyası yaradıldı. 
Bu komissiya SSRİ ərazisində dərhal 6 ay müddətində 
fövqəladə vəziyyət elan etdi və bildirildi ki, 1985-ci ildən 
əvvəlki dövlət strukturlarının hamısı fəvliyyət göstərir. Lakin o 
zaman Rusiyanın prezidenti seçilən B.N.Yeltsin və Rusiya 
Federasiyası Ali Sovetinin sədri R.Xaspulatov Moskva 
zəhmətkeşlərini ayağa qaldırdı. Qiyam demokratik qüvvələrin 
qələbəsi ilə başa çatdı. Qorbaçov yenidən Moskvaya qayıtdı. 
Qiyamın təşkilatçıları həbs edildi. Ölkədə Sov. İKP-nin 
fəaliyyəti dayandırıldı. Bu hadisədən bir qədər sonra 1991-ci 
ilin dekabrın 8-də Belarusiyadakı Viskuli mehmanxanasında 
Ukrayna, Belarusiya və Rusiyanın (S.Şuşinski, L.Kuçma, 
B.N.Yeltsin) prezidentləri görüşərək 1922-ci il SSRİ-nin təşkili 
haqqındakı müqavilənin qüvvədən düşdüyünü bildirdilər və 
Müstəqil Dövlətlər Birliyinin (MDB) yaranması haqqında yeni 
müqavilə bağladılar. Beləliklə, MDB təşkil edilmiş oldu.
1993-cü ilin sonuna qədər Pribaltika respublikaları və 
Gürcüstan istisna olmaqla, keçmiş SSRİ-nin tərkibində olmuş


83
o dağıldıqdan sonra müstəqililk qazanmış 11 respublika MDB-
nin üzvü oldu. 
1991-ci ilin dekabrın 27-si SSRİ-nin mövcudluğunun 
son günü oldu. O, dağıldı və bu nəhəng, Levifan dövlət 
tarixdən silindi.
M.S.Qorbaçovun Sov.İKP MK-ın Baş katibi olduğu 
dövrdə SSRİ-nin xarici siyasəti. Qorbaçov Sov.İKP MK-nın 
Baş Katibi olduqdan sonra xarici siyasətdə də dəyişikliklər baş 
verdi. Belə ki, SSRİ xarici aləm üçün, xarici aləm isə SSRİ 
üçün dərk edilmiş oldu. Hərbi-iqtisadi istehsal və silahlanma 
sahəsində ABŞ-la yarışda tab gətirməyi bacarmayan SSRİ 
Qərb ilə Şərq arasında gərginliyi yumşaltmaq xəttini götürdü. 
Qorbaçov öz xarici siyasətini « yeni siyasi təfəkkür 
tərzi» adlandırdı və bu siyasətin mahiyyəti ondan ibarət idi ki, 
dünyada böyük və ya kiçik dövlət yoxdur. Ən kiçik dövlət də 
bəşəriyyətə böyük faydalar verə bilər. Ona görə də, inzibati 
amirlik metodlarından əl çəkmək, ən kiçik dövlətin də 
mənafeyi ilə hesablaşmaq lazımdır. Çünki dünya elədir ki, 
vahid status-kvonu saxlamaq mümkün deyildir. Dünya daim 
dəyişilir. Dünya dövlətləri bir-biri ilə ancaq qarşılıqlı əlaqədə 
inkişaf edə bilər. Dünya dövlətlərdən birinin inkişafı digərinin 
inkişafını şərtləndirir. Ona görə də ayrı-ayrı dövlətlərin 
müdafiəsini deyil, bütün dünyanın müdafiəsini təşkil etmək 
lazımdır. Qorbaçov hakimiyyətə gəldikdən dərhal sonra 1985-
ci ildə Cenevrədə, 1986-cı ilin oktyabrında isə Rekyavikdə 
ABŞ prezidenti Reyqanla görüşdü.
1987-ci ilin dekabrın 8-də Vaşinqtonda SSRİ ilə ABŞ 
arasında tarixdə ilk dəfə olaraq qısa mənzilli raketlərin məhv 
edilməsi haqqında saziş imzalandı.
1989-cu ilin fevralında Sovet qoşunları Əfqanıstandan 
çıxarıldı. Əfqanıstanda SSRİ-nin apardığı müharibə hər il ona 
5 milyard rubla başa gəldi. Bu müharibə zamanı SSRİ-dən 15 
min adam öldü, 35 min adam şikəst oldu, 300 nəfər isə itkin 


84
düşdü. Sovet-əfqan müharibələri dövründə Əfqanıstan özünün 
1 milyon vətəndaşını itirdi.
SSRİ və ABŞ dövlət başçılarının (M.Qorbaçov və C.Buş) 
1989-cu il dekabrın 2-3-də Malta görüşlərindən sonra 
beynəlxalq münasibətlərdəki gərginlik tamamilə zəiflədi.
1990-cı il (31 may-3 iyun) Vaşinqton zirvə görüşündə
Almaniyanın birləşməsi məsələsi müzakirə olundu. Görüşdən 
sonra ABŞ SSRİ-nin təhlükəsizliyinə müdaxilə etməyəcəyi 
barədə bəyanat verdi. Sovet rəhbərliyi isə öz növbəsində 
Cənubi Afrikadakı, habelə, İran körfəzində, Cənub-Şərqi Asiya 
və Mərkəzi Amerikadakı regional münaqişələrə yumşaq 
münasibət bəsləyəcəyi öhdəliyini götürdü. SSRİ və ABŞ dövlət 
başçılarının Vaşinqton (1990) və Moskva (1991) görüşləri 
«Soyuq müharibə»yə son qoyulmasında çox mühüm addımlar 
oldu. Görüşən tərəflər ilk dəfə strateji hücum silahlarının 
ixtisar olunması, kimyəvi silahların çox hissəsinin məhv 
edilməsi və onların istehsalından imtina olunması barədə 
müqavilələr imzaladılar. 1990-cı ildə Parisdə keçirilən Avropa 
ölkələrinin müşavirəsində imzalanan «Ümumavropa evi 
yaratmaq haqqında» Xartiyaya (bunu bəzən «Paris Xartiyası» 
da adlandırırlar) SSRİ də qoşuldu. 1991-ci ildə SSRİ-nin 
razılığı ilə Varşava müqaviləsi təşkilatı və Qarşılıqlı iqtisadi 
yardım şurası buraxıldı. 
SSRİ-nin dağılması səbəbləri. Dünyanın nəhəng dövləti 
hesab edilən SSRİ-nin dağılmasının səbəbləri aşağıdakılar idi:
- SSRİ-də obyektiv inkişaf qanunlarının kifayət qədər 
nəzərə alınmaması, maddi maraq prinsipinə düzgün əməl edil-
məməsi;
– insanların psixologiyasına uyğun gələn xüsusi mül-
kiyyətçilik prinsipinə etinasız yanaşılması, bunun isə insan-
larda sahibkarlıq və işgüzarlıq hisslərinin itirilməsinə gətirib 
çıxarması;


85
– iqtisadiyyatın ekstensiv inkişaf etdirilməsinin imkan-
larının tükənməsi və iqtisadiyyatda baş verən dəyişikliklərə 
vaxtında düzgün siyasi qiymət verilməməsi; 
– ETİ-nin nailiyyətlərinin istehsala vaxtında tətbiq 
edilməməsi, elmin istehsalatdan ayrı düşməsi;
– SSRİ-nin dünya nümunələrinə uyğun məhsul isteh-
salında geriliyi (Məsələn, SSRİ dünya sənaye məhsulunun XX 
əsrin II yarısında 20%-ni istehsal etsə də, bu məhsulun cəmi 
14%-i dünya standartlarına uyğun gəlirdi); 
- büdcənin xeyli hissəsinin hərbi pariteti saxlamaq 
naminə ayrılması, bunun da əhalinin yaşayış səviyyəsinin aşağı 
düşməsinə və sosial xərclərinin azalmasına gətirib çıxarması;
- milli məsələyə düzgün qiymət verilməməsi, milli 
özünəxaslığa biganəliyin yaranması, hakimiyyətin yuxarı 
eşalonlarda əsasən rusların yerləşdirilməsi, bunun nəticəsində 
isə milli respublikalarda uzun müddət yığılıb qalan milli 
incikliklərin üzə çıxması; 
– ideologiya sahəsində bayağılığın baş alıb getməsi, 
nəzəriyyənin praktikadan ayrı düşməsi;
- İnsan ləyaqətinin, insan şəxsiyyətinin qorunmasında 
kobud səhvlərə yol verilməsi, insan amilinin kifayət qədər 
nəzərə alınmaması;
- SSRİ-nin Əfqanıstana qoşun yeritməsi və Şərqi 
Avropada orta mənzilli raketləri yerləşdirməsinin dünyada 
demokratik dövlət kimi onu nüfuzdan salması; 
- SSRİ-də istər daxili, istərsə də xarici siyasətin inzibati-
amirlik metodlarının hökm sürməsi, totalitar rejimin ən yüksək 
nöqtəyə çatması, kommunist partiyasının diktatorluğu, 
demokratiyanın məhdudlaşdırılması;
- fikir, əqidə azadlığına, çox partiyalılığa icazə 
verilməməsi. 
Bu həlledici amillərlə bərabər SSRİ-nin dağılması həm 
də ABŞ başda olmaqla dünya kapitalizm sisteminin hələ İkinci 
dünya müharibəsindən sonra dərhal başladığı «soyuq 


86
müharibə»nin onların xeyrinə qələbəsinin nəticəsi idi. Çünki 
dünya kapitalizm sistemi uzun müddət SSRİ-ni dağıtmaq üçün 
xüsusi planlar tərtib etmiş və bu sahədə isə əsas diqqəti SSRİ-
nin milli cəhətdən parçalamağa vermişdilər. Burjua 
ideologiyasının daha ətraflı işlənib hazırlanması, daha yaşlı və 
təcrübəli olması və yayılma vasitələrinin genişliyi də mühüm 
təsiredici amillərdən idi. «Bi-bi-si» (1932), «Amerikanın səsi 
(1942)» «Azadlıq» (1952), «Azad Avropa» radio stansiyaları 
SSRİ-nin xalqlarının dilində sutkada 120 saat-dan çox verilişlər 
təşkil edirdi. 
SSRİ-nin dağılmasının təsiredici səbəblərindən biri də 
SSRİ rəhbərliyində hakimiyyətə gəlmiş Qorbaçovun 
beynəlxalq və daxili amilləri nəzərə almadan yeritdiyi 
strategiya və onu həyata keçirmək üçün istifadə etdiyi 
taktikanın yalnışlığı idi. SSRİ dağıldıqdan sonra onun 
tərkibində olan respublikalar Böyük Vətən müharibəsi 
dövründən də ağır və çətin sınaqlara bir müddət məruz qalmalı 
oldu. SSRİ-yə daxil olan milli respublikaların əhalisi çətin və 
acınacaqlı keçid dövrünü yaşamış olsalar da, müstəqililyin nə 
demək olduğunu da hiss etdilər. 
Rusiya Federasiyası (RF) XX əsrin 90-cı illərində. 
Hələ SSRİ dağılmamışdan əvvəl 1991-ci ilin iyun ayında 
Rusiyada prezident seçkiləri keçirildi. Boris Nikolayeviç 
Yeltsin Rusiyanın ilk prezidenti seçildi. 1991-ci ilin 
sentyabrında Yeltsinin yaxın silahdaşlarından olan Qaydar 
Rusiyada iqtisadiyyatı inkişaf etdirmək üçün monetar model 
irəli sürdü. Bunun isə mahiyyəti ondan ibarət idi ki, 
inflyasiyanın qarşısı alınsın. Ölkədə olan pul kütləsi ilə əmtəə 
kütləsi bir-birinə uyğunlaşdırılsın. İqtisadiyyatın monetar 
modeli aşağıdakı 3 istiqamətdə getməli idi: 
1.
Qiymətlərin liberallaşdırılması. 
2.
Daxili və xarici ticarətdə sərbəstlik. 
3.
Özəlləşdirmə. 


87
İşin çətinliyi onda idi ki, bu dövrdə belə iqtisadi siyasət 
həyata keçirmək üçün Rusiyada kifayət qədər obyektiv və 
subyektiv amillər yox idi. Bu model Almaniya, İspaniya, Çilidə 
tətbiq edilmişdi. Almaniya ABŞ, İngiltərə və Fransanın işğalçı 
qoşunlarının həmin ərazidə yerləşdirilməsinə, İspaniya Franko 
diktaturasına, Çili sərt Pinoçet rejiminə arxalanaraq tətbiq 
edilmişdi. Lakin Rusiyada bu model ortaya atılarkən 
demokratiyadan daha çox anarxiyaya bənzər bir şərait var idi. 
Bu siyasətin yeridilməsi inflyasiyanın güclənməsinə gətirib 
çıxartdı.
1991-ci ilin dekabrında SSRİ-nin süqutundan sonra 
Rusiya özünü SSRİ-nin və onun qızıl ehtiyatlarının yeganə 
varisi elan etdi. Nüvə silahları ərazisində yerləşən Qazaxıstan, 
Ukrayna, Belarusiya razılıq verdilər ki, bu silahların hamısı 
Rusiyanın əlində cəmlənsin. Qara dəniz məsələsi müzakirə 
edilərkən Rusiya tələb edirdi ki, Qara dəniz donanmasına 
birbaşa rəhbərlik etmək üçün Sevastopol Rusiyanın əlində 
qalsın. Lakin Ukrayna bununla razılaşmadı. Bu məsələ indiyə 
qədər öz həllini tapmamışdır. Rusiyanın başçılığı altında 1991-
ci il dekabrın 8-də Müstəqil Dövlətlər Birliyi yaradıldıqdan 
sonra Pribaltika ölkələri bu quruma daxil olmaqdan tamamilə 
imtina etdilər. Onlar Qərbyönümlü siyasət yeritməyə başladılar 
və tələb etdilər ki, Rusiya öz qoşunlarını onların ərazisindən 
çıxartsın. Qoşunların çıxarılma prosesi 1994-cü ildə başa çatdı.
90-cı illərin əvvəllərində Rusiyanın yaxından iştirakı və 
köməyi ilə əhalisinin əksəriyyətini ruslar təşkil edən 
Moldovadakı Dnestrboyu ərazilər öz müstəqilliklərini elan 
etdilər. Gürcüstanda Abxaziya və Cənubi Osetiya da bu yolla 
getdi.
SSRİ dağıldıqdan sonra bütün respublikalarda 
kommunist rejimi ləğv edilsə də, yalnız Türkmənistan və 
Özbəkistanda bu rejimlər özlərini saxlaya bildilər.
1992-ci il mayın 15-də Rusiya və Xəzər sahilində olan 
keçmiş SSRİ respublikaları arasında Xəzər donanmasının 


88
bölüşdürülməsi ilə əlaqədar qərar qəbul edildi. Xəzər 
donanmasının 25%-i Azərbaycana verildi.
1992-ci ilin yayında Rusiyada özəlləşdirmə haqqında 
qərar qəbul edildi. 1992-ci ilin oktyabrın birində özəlləşdirmə 
çekləri paylanmağa başlandı. Tezliklə Rusiyada 40 min 
müəssisə özəlləşdirildi, bankların sayı 2000-ə, birjaların sayı 
isə 300-ə çatdı. Lakin özəlləşdirmə prosesi Rusiyanın 
inkişafına mənfi təsir göstərdi.
1990-cı illə müqayisədə, 1992-ci ildə istehsal sənayedə 
16,2, kənd təsərrüfatında 4% azaldı. 1993-cü ilə qədər milli 
gəlir 57, sənaye məhsulu istehsalı 63, kapital qoyuluşu isə 43% 
aşağı düşdü. İnflyasiya 20-25% artdı. 1993-cü ildə qiymətlər 
100 dəfədən çox artdı. Ölkədə işsizlərin sayı 8 milyonu ötüb 
keçdi.
1992-ci ilin martın 31-də Rusiya ilə onun subyektləri 
arasında ittifaq müqaviləsi bağlandı. Həmin müqaviləyə əsasən 
Rusiyanın tərkibinə 21 muxtar respublika, 6 ölkə, 49 vilayət, 
11 muxtar vilayət daxil edildi. Çeçenistan, Başqırdıstan, 
Tatarıstan və Yakutiya bu müqaviləni bağlamaqdan imtina 
etdilər. Ancaq tezliklə müəyyən şərtlərlə Başqırdıstan və 
Yakutiya bu müqaviləni bağladı.
1994-cü ildə Tatarıstan da müəyyən güzəştlərlə 
müqaviləni imzalamağa razılıq verdi. Çeçenistan isə indiyə 
qədər bu müqaviləni imzalamamışdır.
1991-ci ilə qədər Çeçen-İnquş adlanan muxtar vilayət 
1991-ci ilin sonlarında 2 yerə ayrıldı. Çeçenistan özü müstəqil 
fəaliyyət göstərməyə başladı. 1992-ci ildə Çeçenistan özünü 
müstəqil dövlət elan edərək Cövhər Dudayevi ilk prezidenti 
seçdi. Cövhər Dudayev ölkədə 15 minə qədər nizami ordu 
yaratdı. Hadisələrin belə cərəyan etdiyini görən Rusiya 
prezidenti Yeltsin 1994-cü ilin noyabrında «Çeçenistanda 
konstitusiyanın pozulmasının qarşısını almaq haqqında» 
fərman imzaladı. Oraya rus qoşunları yeridildi. Birinci rus-
çeçen müharibəsi başlandı.


89
1996-cı ildə Cövhər Dudayev öldürüldü. Onun 
ölümündən sonra Çeçenistanın prezidenti Aslan Məshədov 
oldu. Cövhər Dudayevdən fərqli olaraq kompromisə meyl 
gösttərən Aslan Məshədov Rusiya ilə danışıqlar aparmağa razı 
oldu.
1996-cı ilin sonunda I rus-çeçen müharibəsi başa çatdı və
Xasavyurd sazişi bağlandı. Həmin sazişə əsasən rus qoşunları 
Çeçenistandan geri çəkildilər. Lakin Çeçenistanın yenidən 
mübarizəni davam etdirməsi 1999-cu ildə II rus-çeçen 
müharibəsinin başlanmasına səbəb oldu. Bu müharibə indiyə 
qədər davam edir. 2005-ci ilin martın əvvəllərində Aslan 
Məshədov qətlə yetirildi. 
1993-cü ildə Rusiyada siyasi vəziyyət xeyli kəskinləşdi. 
Belə ki, Xalq Deputatları Qurultayı və Ali Sovetlə prezident 
arasında səlahiyyətlərin bölüşdürülməsi məsələsi kəskin 
ixtilaflara səbəb oldu. Bütün hakimiyyəti öz əlində cəmləyən 
Ali Sovet və Xalq Deputatları Qurultayı prezidentlə hesab-
laşmırdılar. Qaydar baş nazir vəzifəsindən azad edildi. 
Parlamentdə tərəfdarları az olan Yeltsin hələlik onlarla 
hesablaşmağa razı oldu. Çernomırdinin baş nazir təyin 
edilməsinə razılıq verdi. Lakin Yeltsin 1993-cü ilin iyul ayında 
elan etdi ki, qarşıdan gələn avqust ayı ciddi artilleriya hazırlığı, 
sentyabr və oktyabr ayları isə ciddi döyüş aylarıdır. 
1993-cü ilin sentyabrın 21-də Yeltsin gözlənilmədən 
televiziya ilə çıxış etdi və bildirdi ki, həm Ali Sovet, həm də 
Xalq Deputatları Qurultayı buraxılır və onların səlahiyyətləri 
bitmiş hesab edilir. Bu Ali Sovetdə çaxnaşmaya səbəb oldu. 
Onlar Yeltsinin vəzifədən çıxarıldığını, bu vəzifəyə Rutskoyun 
seçildiyini bildirldilər. Lakin Yeltsin Silahlı Qüvvələrə 
arxalanaraq 1993-cü ilin oktyabrın 3-4-də Ali Sovetin binasını 
mühasirəyə aldı. 140 adam bu prosesdə ölsə də, bina tutuldu. 
Xaspulatov başda olmaqla müxalifət qüvvələri həbs edildi. 


90
Beləliklə, Rusiya Federasiyasında Yeltsin şəriksiz 
hakimyyətə nail oldu. O, qeyri-legitim (qanunazidd) yolla 
sovetlərin də fəaliyyətini dayandırdı.
1993-cü ilin dekabrın 12-də Rusiya parlamentinə, yəni 
keçmiş adı yenidən bərpa edilən Dumaya seçkilər və Rusiya 
Federasiyasında yeni konstitusiya layihəsi ilə əlaqədar 
referendum keçirildi. Konstitusiyaya görə Rusiyada prezident 4 
il müddətinə seçilir və böyük səlahiyyətlərə malik idi.Lakin hər 
hansı şəxs bu vəzifəyə ancaq iki dəfə seçilə bilərdi. Parlamentə
seçkilər 4 ildən bir keçirilməli idi.
1995-ci ildə Dumaya keçirilən seçkilərdə ən çox səsi 
Zuqanovun başçılıq etdiyi Kommunist partiyası topladı. 1996-
cı ilin iyun ayında növbəti prezident seçkiləri keçirildi. 
Prezidentliyə namizəd: Yeltsin, Zuqanov və Lebed idi. Birinci 
turdan sonra Zuqanovun qələbə qazana biləcəyini hiss edən 
Yeltsin hiylə işlədərək Lebedi öz tərəfinə çəkdi. Onu 
Təhlükəsizlik Komitəsinin katibi təyin etdi və onun səslərini 
özünə götürərək II turda qalib gəldi. Lakin prezident 
seçkildikdən az sonra o, Lebedi vəzifəsindən uzaqlaşdırdı.
1999-cu ilin dekabrın 31-də Yeltsin öz vəzifəsindən 
istefa verdiyini və səlahiyyətlərini baş nazir V.Putinə həvalə 
etdiyini bildirdi. V.Putin qanuni yolla 2000-ci ilin may ayında 
Rusiya Federasiyasının prezidenti oldu. O, 2004-cü ilin martın 
14-də keçirilən prezident seçkilərində də yenidən qələbə 
qazandı.
90-cı illərdə Rusiyanın siyasi həyatında çoxpartiyalı 
sistem formalaşdı. Ölkənin siyasi həyatında Jironovskinin 
başçılıq etdiyi millətçi liberal-demokratlar, Zuqanovun başçılıq 
etdiyi yaşlı nəsil içərisində böyük nüfuza malik olan 
Kommunist, Çernomırdinın başçılıq etdiyi «Naş dom», 
Lapşinin başçılıq etdiyi «Aqrarilər», Yavlinskinin başçılıq 
etdiyi «Yabloko», Pextunun başçılıq etdiyi «Edinstvo», 
Nemsevin başçılıq etdiyi «Sağ qüvvələrin ittifaqı», «Oteçes-
tvo» partiyaları mühüm rol oynayırdı. 


91
Rusiyada 2008-ci ilin martın 2-də keçirilən prezident 
seçkilərində Dmitrii Medvedev qələbə çaldı. 2008-ci ilin mayın 
6-da V.Putin prezident kürsüsünü tərk etdi. Mayın 7-də isə yeni 
prezident D.Medvedevin andiçmə mərasimi oldu. V.Putin isə 
RF-nin baş naziri təyin edildi. O, həm də «Vahid Rusiya» 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin