Microsoft Word s?may?kitab?sas doc


partiyası da yenidən təşkil edilərək 1948-ci ilin aprelində öz



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə5/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyası da yenidən təşkil edilərək 1948-ci ilin aprelində öz 
konfransını çağırdı. Maks Reyman Almaniya Kommunist 
partiyasının sədri seçildi. Lakin burjuaziya da yaranmış şəraitə 
rəhbərlik etmək üçün öz siyasi partiyalarını yaratdı. Bu 
partiyalardan biri 1945-ci ilin yayında Kölndə yaradılmış 
Xristian demokratlar ittifaqı (XDİ) partiyası idi. Bu partiyanın 
əsas şüarı ümumi rifahı təmin etmək, inhisarların təzyiqini 
azaltmaq, ölkədə xristian sosializmi qurmaq idi. Bu partiya öz 
proqramında mühafizəkar dəyərlərə - intizam, sabitlik, dövlət, 
ailə, nikah məsələlərində keçmiş ənənələrə sadiq qaldığını 
göstərməklə yanaşı sərbəst bazar, şəxsiyyətin azadlığını 
reallaşdırmaq məsələsini ön plana çəkirdi. Bu partiyanın 
rəhbəri keçmiş katolik mərkəz partiyasından olan Konrad 
Adenauer idi. Bu partiya qərb dövlətlərindən güclü maliyyə 
yardımı aldı. 1947-ci ildə onun tərkibində 400 min üzv var idi. 
O bütün qərb işğal zonasına öz təsirini yaya bildi və tezlikdə 
kütləvi siyasi burjua partiyasına çevrildi.1945-ci ilin 
oktyabrında isə Bavariyada onun filialı olan Xristian 
sosialistlər ittifaqı (XSİ) yarandı. Tezliklə bu iki təşkilat vahid 
bir blokda (XDİ-XSİ) çıxış etməyə başladı. 1948-ci ildə ticarət 
və sənaye burjuaziyasının mənafeyini müdafiə edən Azad 
demokratlar partiyası yarandı. Bu dövrdə bir sıra digər 
təşkilatlar da meydana gəldi ki, bunlardan ticarət-sənaye 
palatasını, təsərrüfat sahələri birliyini, işçilər ittifaqını və s.-ni 
göstərmək olardı. 
Faşizmin darmadağın edilməsi fəhlələrə həmkarlar 
ittifaqlarını yaratmağa imkan verdi. İlk həmkarlar ittifaqları 
1945-ci ilin mayında təşkil edildi. Lakin ona kommunistlər 
başçılıq etdiyinə görə hökumət tərəfindən buraxıldı. 1947-ci 
ilin aprelində ingilis işğal zonasında Ümumi həmkarlar ittifaqı 
təşkilatı yaradıldı. 1949-cu ilin oktyabr ayının 12-14-də 


97
Münxendəki qurultayda o, Alman Həmkarlar İttifaqı Birliyi 
adlandı.
1948-ci ilin Berlin hadisələrindən sonra müttəfiqlər 
Almaniyanın qərb zonasında Almaniya dövlətini yaratmağa 
tələsdilər. Landtaq Müəssislər məclisinə çevrildi və 1948-ci ilin 
sentyabrın 1-də Bonda açıldı. Məclis komissiya tərəfindən 
hazırlanmış Konstitusiya layihəsini nəzərdən keçirdi. Sosial-
demokratlar bütövlükdə konstitusiya layihəsini müdafiə etdilər. 
1949-cu il mayın 23-də yeni alman dövlətinin konstitusiyası 
hesab edilən «İşğal zonasının statusu haqqında» qanun 
qüvvəyə mindi. Qanun dövlət quruluşunun əsas prinsiplərini 
müəyyən edirdi. Konstitusiyaya görə Almaniyanın dövlət 
quruluşu parlamentli federativ respublika olmalı idi. Prezident 
əvvəlki dövrdən fərqli olaraq məhdud səlahiyyətlərə malik idi. 
O hər iki palatanın – aşağı palata olan və ölkə əhalisinin sayına 
görə seçilən bundestaqın və yuxarı palata olan və tərkibi 
torpaqların qanunverici məclisləri tərəfindən təyin edilmiş 
üzvlərdən ibarət olan bundestratın birgə iclasında 5 il 
müddətində seçilirdi. Bundestaqda əksəriyyətə malik olan 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin