Microsoft Word s?may?kitab?sas doc


Partiya aparatına rəhbərlik edən Xruşşov isə belə hesab edirdi



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə2/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


Partiya aparatına rəhbərlik edən Xruşşov isə belə hesab edirdi
ki, SSRİ-də ən çox mədəniyyət və ideologiya sahəsində 
dəyişiklik etmək lazımdır. O, Stalinin ölümündən dərhal sonra 
Ural dairəsinin komandanı olan Jukovun Moskvaya gəlməsi 
haqqında qərar qəbul edilməsinə və onun Müdafiə Naziri təyin 
edilməsinə nail oldu. N.S.Xruşşov rəhbərliyin üzvlərini ilk 
növbədə başlıca rəqibi Beriya əleyhinə hərəkət üçün 
birləşdirmək təşəbbüsünü öz üzərinə götürdi. Xruşşov 
Beriyanın heç kimə aman verməyəcəyini hiylə, dilətutma, 
qorxuzma ilə hamıya başa salaraq, istədiyinə nail oldu.
1953-cü il iyulun ortasında Malenkovun Kremldə 
keçirdiyi iclasların birində Xruşşov Beriyanın haqqında 
ittihamlarla çıxış edərək onu karyerizm, millətçilikdə, ingilis və 


55
müsavat kəşfiyyatı ilə əlaqədə günahlandırdı. İşin hərbi tərəfini 
isə Jukov həyata keçirdi. Berya həmin iclasda həbs olundu. 
Həmin plenumda partiyada birinci katib vəzifəsi həll olunmadı, 
lakin Xruşşov partiya MK katiblərindən MK-nın Rəyasət 
Heyətinə daxil olan yeganə şəxs kimi əslində partiya aparatı 
kadrlarını nəzarət altına aldı.
Sov. İKP MK-nın 1953-cü ilin sentyabr plenumunda 
Xruşşov Sov İKP Mərkəzi Komitəsinin birinci katibi seçildi. 
Həmin plenumda Xruşşov ölkədə ən ağrılı sahə olan kənd 
təsərrüfatı məsələsini dərhal ortaya atdı. O zaman SSRİ 
əhalisinin hələ 2/3 hissəsi kənddə yaşadığı üçün kənd 
təsərrüfatına münasibət mühüm məsələ idi. Xruşşov 
kolxozların taxıl tədarükü planlarını xeyli azaltdı. Kənd 
təsərrüfatı məhsullarının satınalma qiymətləri artırıldı. 
Kolxozçulara evlər tikməyə və şəxsi yardımçı təsərrüfatlardan 
geniş istifadə etməyə imkan verildi. Həmçinin kəndlilərin 
lazım gəldikdə avans götürmələrinə icazə verildi.
SSRİ-də demokratiya bir qədər genişləndi. O zamankı 
şərait üçün bu çox böyük siyasi cəsarət tələb edirdi.
1954-1955-ci illərdə 1937-1940-cı və 1945-1952-ci 
illərdə «xalq düşməni» kimi kütləvi təqiblərə məruz qalanların 
90%-i bəraət qazanmış oldu. Bu, SSRİ-də Xruşşovun nüfuzu-
nun artmasına səbəb oldu. Kremlin qapısı sərbəst gediş-gəliş 
üçün açıldı. Bununla belə, 1953-cü ilin axırında hələ mövcud 
olan DİƏDBİ-nin (Dövlət islah əmək düşərgələrinin baş ida-
rəsi) ixtiyarında olan Vorkuta şaxtalarında məhbusların tətilləri 
amansızlıqla yatırıldı. 
1954-cü ildə Xruşşov ölkəyə bir neçə dəfə səfərə çıxdı
ki, bu siyasi həyatda yenilik idi. Onun şöhrəti artdı. Malenkov 
kölgədə qaldı. «Leninqrad işinə» yenidən baxılmağa başladı. 
1955-ci ilin əvvəlində Malenkov «Leninqrad işində» 
günahlandırılaraq Nazirlər Sovetinin sədri vəzifəsindən 
uzaqlaşdırıldı. Onu Stalinin ən yaxın əhatəsində olan, şəraitdən 
baş çıxara bilən və Beriyanın həbs edilməsinin təşkilində 


56
müəyyən rol oynamış N.A.Bulqanin əvəz etdi. Stalinçiliyin 
ləğvi prosesində ilk mühüm addımlardan biri də 
N.S.Xruşşovun təşəbbüsü və şəxsi nəzarəti ilə 1955-ci ildə 
DİƏDBİ-nin (Dövlət islah Əmək düşərgələrinin baş idarəsi) 
ləğv edilməsi idi. Günahsız cəza almış milyonlarla adam evə 
qayıtmaq imkanı əldə etdi.
Molotov, Kaqanoviç, Bulqanin kimi mühafizəkar 
qüvvələrə də Xruşşov üstün gəlməyi bacardı. 1957-ci ilin 
iyununda keçirilmiş Sov.İKP MK-nın iyun Plenumunda 
«Antipartiya qrupu» haqqında məsələ müzakirə edilərək 
Molotov, Kaqanoviç və Bulqanin MK ü-zvülüyündən xaric 
edildilər. Artıq partiya daxilində Xruşşovla müxalifətdə ola 
biləcək bircə K.Q.Jukov qalırdı. Bu hadisədən sonra növbəti 
hədəf Jukov oldu. Bütün əvvəlki rəqiblərini Jukovun əli ilə 
məğlub edən Xruşşov artıq belə bir müttəfiqə ehtiyac hiss 
etmirdi. G.K.Jukovun ölkədə və beynəlxalq aləmdə nüfuzunun 
artması onu narahat edirdi. 1957-ci ilin oktyabrında MK-nın 
plenumunda Jukovun məsələsi müzakirə edildi. O, 
avantürizmdə günahlandırıldı. Jukov SSRİ Müdafiə Naziri 
vəzifəsindən və Mərkəzi Komitə üzvlüyündən azad edildi.
1956-cı ilin fevralın sonunda olmuş Sov. İKP-nin XX 
qurultayında Mərkəzi Komitənin hesabat məruzəsi ilə 
N.S.Xruşşov çıxış etdi. Məruzədə Stalin dövrünün ehkamları 
ilə ziddiyyət təşkil edən müddəalar az deyildi. Bu xüsusilə 
beynəlxalq şəraitin qiymətləndirilməsinə aid idi. Hesabatın 
daxili siyasət hissəsində dövlət qarşısında sənaye istehsalının 
artırılması, kənd təsərrüfatının yüksəldilməsi, sənayedə yeddi 
saatlıq iş gününün tətbiq olunması, pensiya islahatı keçirilməsi, 
mənzil tikintisinin sürətinin artırılması və s. vəzifələr irəli 
sürülürdü. Qurultayın qapalı iclasında Xruşşov dedi ki, 
qurultayın işə başlaması ilə Mərkəzi Komitənin köhnə tərkibi 
yeni tərkib seçilənə qədər səlahiyyətlərini itirir. Ona görə də 
onun Stalinin tənqidinə həsr edilmiş çıxışını heç kim qadağan 
edə bilməz. Xruşşovun rəqibləri bu tələbi qəbul etməyə məcbur 


57
oldular. Məsələ onda idi ki, o zaman siyasi rəhbərliyin bir çox 
üzvü seçkilərin məruzədən sonra keçiriləcəyi təqdirdə MK 
tərkibindən kənarda qalacağından ehtiyat edirdi. Xruşşovun 
qapalı iclasda Stalinin şəxsiyyətinə pərəstişin tənqidinə həsr 
edilmiş məruzəsini gizli saxlamaq qərara alındı. Lakin xarici 
mətbuat onu tamamilə dərc etdi. SSRİ mətbuatında ancaq Sov. 
İKP MK-nın 1956-cı il 30 iyun tarixli «Şəxsiyyətə pərəstiş və 
onun nəticələrini aradan qaldırmaq» haqqında qərarı dərc 
olundu. Qərarda şəxsiyyətə pərəstişin əmələ gəlməsinin 
səbəblərinin daha dərindən təhlil edilməsinin, onun 
nəticələrinin tam dolğunluğu ilə qiymətləndirilməsinin o 
zamankı şəraitdə mümkün olmaması əks etdirilirdi. Xruşşov 
Stalini «xalq düşməni» kimi tanıtmağı bacarmadı. Çünki xalq 
kütlələrində hələ də Stalinə inam güclü idi. Bu qərarın o 
mənada böyük əhəmiyyəti vardı ki, doğrudan da, tarixi 
yaradan xalqdır. Şəxsiyyət tarix yarada bilməz. Şəxsiyyət 
tarixin gedişini ancaq sürətləndirə və ya ləngidə bilər. Lakin 
istər SSRİ-də, istərsə də dünyada heç kəs inkar edə bilməzdi
ki, Stalin böyük siyasi iradəyə və güclü təşkilatçılıq bacarığına 
malik olan bir şəxsiyyət olmuşdur. Təsadüfi deyildir ki, 
İngiltərənin ən böyük şəxsiyyətlərindən olan Çörçill Stalin 
haqqında demişdi ki, «O Rusiyanı kotanla qəbul etdı, atomla 
təhvil verdi». 
Ölkənin iqtisadi həyatında dəyişiklik baş verirdi. Ölkədə 
sənaye məhsulu istehsalı 83% artdı. 1955-ci ildə beşinci 
beşillik plana yekun vuruldu. 50-ci illərdə SSRİ-də 12 min yeni 
sənaye müəssisəsi tikildi. Taxıl təsərrüfatını gecikmədən 
qaydaya salmaq yolunu xam və dincə qoyulmuş torpaqları 
mənimsəməkdə tapdılar. 1954-cü ildə Sov. İKP MK-nın fevral-
mart plenumlarında bu məsələ müzakirə edildi. Xam 
torpaqların istifadəyə verilməsi məsələsi ortaya çıxdı. Xam 
torpaqlar uzun müddət Rusiyanın «mədəsində həzm olunmayan 
tikə» hesab olunurdu. Lakin 1955-1956-cı illərdə Sibir, Altay 
və Şimali Qazaxıstanda 40 milyon hektara qədər xam torpaqlar 


58
istifadəyə verildi. 1956-cı ildə onlar SSRİ-də istehsal edilən 
bütün taxılın 40%-ni verdi. 3 milyard 300 milyon puddan artıq 
taxıl yığıldı. Ət, süd istehsalı artdı. Bütün bunlar əhalinin ərzaq 
təchizatını bir qədər yaxşılaşdırmağa imkan verdi. Lakin 
müvəffəqiyyətlər ancaq ilk illərdə oldu.
1955-1956-cı illərdə ölkədə sosial sahədə də bir sıra 
tədbirlər görülüdü. 1951-1955-ci illərdə 150 milyon m
2
mənzil 
sahəsi istifadəyə verildi. Xalq təsərrüfatında 8 milyon ali 
təhsilli mütəxəssis çalışırdı. Artıq 1955-ci ildə SSRİ-nin ali 
məktəblərində 2 milyon tələbə təhsil alırdı ki, bu da üst-üstə 
götürdükdə Avropanın kapitalist ölkələrindəki tələbələrin 
sayından çox idi. Pensiya alanların sayı iki dəfə artırılaraq 18 
milyon nəfərə çatdırıldı. Pensiya verilməsi kəndli qocalara da 
şamil edildi. Bayram qabağı və şənbə günlərində iş saatı 2 saat 
azaldıldı. Bir çox müəssisələrdə yeddi saatlıq iş gününə və beş 
günlük iş həftəsinə keçirildi. Analıq məzuniyyəti və haqqı 
ödənilən məzuniyyətin müddəti uzadıldı. Ali məktəblərdə, orta 
ixtisas və orta məktəblərin yuxarı siniflərində təhsil haqqı ləğv 
edildi. 1958-ci ilin may ayının 28-də «Məktəbin həyatla 
əlaqəsini möhkəmləndirmək və SSRİ-də Xalq təhsilini daha da 
inkişaf etdirmək haqqında» SSRİ Ali Soveti xüsusi qanun 
qəbul etdi. Həmin qanuna görə səkkizillik təhsil icbari oldu. 
Həmçinin məktəblərdə şagird istehsalat briqadaları təşkil 
edildi. VIII sinifdən başlayaraq şagirdlər istehsalatda çalışmağa 
başlayırdılar. 
Müharibə dövründə qaraçayların, çeçen-inquşların, ka-
barda-balkanların ləğv edilmiş muxtariyyati bərpa edildi. Lakin 
Krım tatarları, Volqaboyu almanları və Məhsəti türklərinin 
muxtariyyətı bərpa olunmadı. 50-ci illərin ortalarında müttəfiq 
respublikaların da hüquqları xeyli genişləndi.
1957-ci ildə N.Xruşşov Nazirlər Sovetinin sədri 
vəzifəsini də öz əlinə aldı. 1957-ci ildə Mərkəzi Komitənin 
sentyabr plenumunda sənayeni idarəetmənin sahə prinsipindən 
ərazi prinsipinə keçildi ki, əslində bu tamamilə səhv idi. 


59
Həmin prinsip əsasında nazirliklər ləğv edildi. Əvəzində Xalq 
Təsərrüfatı Şuraları (XKŞ) yaradıldı. 1958-ci ildə Mərkəzi 
Komitə MTS-lərin yenidən qurulması haqqında və onların 
əmlakının kolxozlara verilməsi haqqında xüsusi qərar qəbul 
etdi. 
1959-cu ildə partiyanın XXI qurultayında yeddillik plan 
qəbul edildi. Bu plan 1959-1965-ci illəri əhatə etməli idi. SSRİ 
ETİ dövrünə qədəm qoydu. Lakin bu inqilab ilk növbədə hərbi-
sənaye kompleksi daxilində inkişaf edirdi. 1957-ci ilin 
oktyabrın 4-də Yerin ilk süni peykinin buraxılması bütün 
dünyada böyük əks-sədaya səbəb oldu. Kosmosun tədqiqi 
sürətlə artırdı. Raket düzəldənlərin və sınaqçıların əməyi ağır 
və təhlükəli keçirdi. 1960-cı ilin oktyabrında startdan lap 
azacıq əvvəl ballistik raket partlayarkən marşal M.İ.Nedelin, 
bir neçə yüz mühəndis, fəhlə, zabit və əsgər həlak oldu. Ölkə 
bundan yalnız bir çox illər keçəndən sonra xəbər tutdu.
Maşınqayırma, kimya, energetika, tikinti materialları və 
başqa sahələrin inkişafı sürətləndirildi. Buna baxmayaraq 
yeddiillikdə sənaye məhsulları istehsalı cəmi 84%, kənd 
təsərrüfatı məhsulları istehsalı isə 14% artdı.
1959-cu ilin payızında ABŞ-a getmiş, N.S.Xruşşov 
Ayova ştatında fermer Rokuel Harstın qarğıdalı tarlalarında 
oldu. Xruşşov vətənə qayıdan kimi qarğıdalı becərilməsi 
haqqında göstəriş verdi. Bu nəinki kəndli təsərrüfatlarının 
qədim təcrübəsini və ənənəsini, həm də sağlam düşüncəni ələ 
salmaq idi. Digər tərəfdən isə qarğıdalı becərilməsində ABŞ 
texnologiyasının tətbiqi taxılın və mal-qara üçün yemin 
artırılmasına şərait yaradır, həqiqətən, kənd təsərrüfatı 
problemlərinin öhdəsindən gəlməyə kömək edirdi.
1961-ci ildə ölkə tarixində ən mühüm hadisə baş verdi. 
İlk dəfə olaraq şəhər əhalisi kənd əhalisini ötüb keçdi. SSRİ 
qüdrətli sənaye dövlətinə çevrildi. 1961-ci ildə ölkədə pul 
islahatı keçirildi. Rublun dəyəri on qat artılırdı. 1959-1962-ci 


60
illərdə həmçinin SSRİ-də pasport rejimində də ciddi dəyişiklik 
oldu. Bütün kəndlilərə pasport verilməyə başladı. 
XX əsrin 50-ci illərinin ikinci yarısı və 60-cı illərinin 
əvvəli parlaq hadisələrlə - kosmik fəzanın mənimsənilməsi, 
atom enerjisindən dinc məqsədlər üçün istifadə edilməsi, kimya 
sənayesinin coşğun inkişafı və s. hadisələrlə əlamətdar oldu. 
1961-ci ilin aprelin 12-də SSRİ vətəndaşı Yuri Qaqarinin 
kosmosa uçması sovet elm və texnikasının böyük qələbəsi idi. 
İlk «lenin» atom buzqıran gəmisinin istismara verilməsi, Nüvə 
Tədqiqatları İnstitutnun açılması bütün sovet adamları və 
dünya xalqları üçün mühüm yenilik idi. 50-ci illərin sonunda 
elmi mərkəzlərin coğrafiyası genişlənməyə başladı. SSRİ EA-
nın Sibir filialı açıldı.
MK-nın 1962-ci ilin noyabr pleniumunda kənd partiya 
təşkilatının şəhər partiya təşkilatından ayrılması haqqında qərar 
qəbul edildi ki, bu da çox vaxt İvan Qroznının dövründə olan 
«Opriçnina» və «Zemşinanı» xatırladırdı.
1961-ci ildə partiyanın XXII qurultayında Xruşşov SSRİ-
də kommunizm qurmağın 20 ildə mümkün olacağı barədə 
ideya irəli sürdü. Kommunizm qurmaq haqqında proqram 
qəbul edildi ki, bu partiyanın üçüncü proqramı idi. Bu 
proqramda SSRİ-də kommunizm qurmağın üç mühüm vəzifəsi 
elan edildi. Bunlardan biri, kommunizmin maddi-texniki 
bazasının yaradılması, ikincisi, sosialist ictimai 
münasibətlərinin təkmilləşərək kommunist ictimai münasibət-
lərinə çevrilməsi, üçüncüsü isə, fiziki cəhətdən sağlam, əqli 
cəhətdən kamil və mənəvi cəhətdən saf yeni insanı tərbiyə 
etmək idi. Lakin, bu proqramın yerinə yetirilməsi reallıqdan 
çox uzaq idi. 
Mərkəzin təşəbbüsü ilə bu illərdə respublikalar arasında 
torpaqlar çox intensiv sürətdə bölüşdürülürdü. Məsələn, 
Özbəkistan Tacikistana 50 milyon hektardan çox, Qazaxıstan 
Özbəkistana 3.5 milyon hektar torpaq verdi. RSFSR Krımın 
ərazisini Ukraynaya verdi. Bütün bu hərəkətlər verilən ərazi-


61
lərin əhalisi ilə məsləhətləşdirilmədən, həmin hərəkətlərin 
müsbət və mənfi cəhətləri açıq şəkildə müzakirə olunmadan 
edilirdi. 
Bədii ədəbiyyatda da canlanma şübhəsiz idi. Televiziya 
adamların məişətinə daxil olurdu.50-ci illərin sonu 60-cı illərin 
əvvəllərində mədəniyyətin inkişafında ziddiytəli meyllər 
meydana gəldi. Mədəni siyasətin ziddiyyətliliyi onda idi ki, 
bəzi əsərlər Xruşşov tərəfindən pis qarşılanırdı.
Ümumiyyətlə, Xruşşovun dövrünü tarixi ədəbiyyatlarda 
bəzən «neronçuluq», bəzən də «subyektivizm və volyau-
ntalirizm dövrü» kimi xarakterizə edirlər. Çünki Xruşşovun 
xarakterində bəzən obyektiv amillər nəzərə alınmadan öz 
iradəsi ilə iş görmək prinsipi mühüm yer tuturdu. Məsələn, 
Xruşşov milli xüsusiyyətləri nəzərə almadan bütün kəndlərdə 
donuzçuluq fermasının təşkili haqqında göstəriş vermiş və 
SSRİ-də bütün ət istehsalının 50%-nin donuz əti hesabına 
ödənilməsini qarşıya vəzifə kimi qoymuşdu. Onun digər 
özünəməxsus cəhətlərdən biri də sənaye sahələri içərisində 
kimya sənayesinə üstün yer verməsi idi. Leninin məlum 
«Kommunizm bərabədir Sovet hakimiyyəti üstəgəl bütün 
ölkənin elektrikləşdirilməsi» şüarına Xruşşov üstəgəl «kimya-
laşdırılmanı» da əlavə etmişdi.
Xruşşov özünün hakimiyyətə gəlməsinin 10 illiyini 
təntənə ilə qeyd etməyə hazırlaşarkən birdən-birə ölkədə aclıq 
baş verdi. Çünki həmin il həm xam torpaqlarda, həm də 
ölkənin digər regionlarında quraqlıq olduğuna görə lazım olan 
məhsul alınmadı, strateji ehtiyatlara əl atılmalı oldu. Halbuki 
hətta Böyük Vətən müharibəsi dövründə də onlardan istifadə 
edilməmişdi. SSRİ öz tarixində birinci dəfə olaraq xarici ölkə-
lərə taxıl üçün ağız açdı. Tezliklə vəziyyəti düzəltmək mümkün 
oldu.
Xruşşovun yaratdığı demokratiya ilk növbədə onun 
özünə qarşı çevrildi. 1964-cü ilin oktyabrında Xruşşov Krımda 
istirahət edərkən artıq Moskvada onun vəzifədən kənar-


62
laşdırılması barədə hazırlıq işləri görülürdü. O Moskvaya 
çağrılarkən elə təyyarə meydanında həbs edilib, Kremlə 
gətirildi.
1964-cü ilin oktyabrında çağrılan Mərkəzi Komitənin 
plenumunda Xruşşov vəzifəsində qalmaq istəmədiyini və öz 
ərizəsilə işdən və siyasətdən getdiyini bildirdi. Suslov 
Xruşşovu ittiham edən məruzə ilə çıxış etdi. Xruşşov kollektiv 
rəhbərlik prinsiplərinin pozulmasında, Çinlə münasibətlərin 
pisləşməsində (halbuki məhz Suslov özü bu hadisədən bir neçə 
ay əvvəl MK Plenumuna antimaoçu sənəd hazırlamışdı), 
Misirin rəhbəri Nasirə Sovet İttifaqı Qəhrəmanı adı 
verilməsində günahkarlandırılırdı. Lakin onun müsbət cəhətləri 
- siyasi cəsarəti, demokratizmi, sağlam düşüncəsi, sülhsevərliyi 
plenumda xatırlanmadı. Plenumda N.S.Xruşşov Sov. İKP 
Mərkəzi Komitəsinin birinci katibi və SSRİ Nazirlər Sovetinin 
sədri vəzifəsindən azad edildi.
N.S.Xruşşovun Sov.İKP MK-nın Birinci katibi olduğu 
dövründə SSRİ-nin xarici siyasəti. 1953-cü ildə Stalinin 
vəfatından sonra Xruşovun hakimiyyətə gəlməsi ilə xarici 
siyasətdə mühüm dəyişikliklər baş verdi. 1949-1953-cü illərdə 
SSRİ-nin xarici işlər naziri (XİN) olmuş Vışinsikinin 
«Prokuror» doktrinası Xruşovun «Mülayimləşmə» dokrinası ilə 
əvəz olundu. Bu dövrdə Koreyada sülhə nail olundu, 
Yuqoslaviya ilə münasibətlər nizama salındı. 1954-cü ildə 
atom SSRİ-nin silah cəbhəxanasına daxil edildi. 1954-cü ildə 
SSRİ-nin yaxından iştirakı ilə Fransa Vyetnamın müstəqilliyini 
tanıdı. 1955-ci ildə olmuş Cenevrə konfransında SSRİ 
Eyzenhauerin «aşıq səma» dokrinasını qəbul etmədi. 1954-cü 
ildə SSRİ Port-Artur hərbi bazasını yenidən Çinə, hərbi-strateji 
məqsədlər üçün götürdüyü Xanko yarımadasını Finlandiyaya 
qaytardı.
Sosialist dövlətləri arasında münasibətlərin möhkəm-
lənməsində 1955-ci ilin mayında yaradılmış Varşava müqa-


63
viləsi təşkilatı mühüm mərhələ oldu. Buraya Yuqoslaviyadan 
başqa, Aropanın bütün sosialist ölkələri daxil oldular.
Sovet xarici siyasətinin mühüm istiqamətlərindən biri də 
Hindistanla dostluq münasibətlərinin yaradılması oldu. 
«Mülayimləşmə» SSRİ-nin Qərb ölkələri ilə münasibət-
lərinə də təsir göstərdi. 1954-cü ildə ABŞ, Böyük Britaniya, 
Fransa və SSRİ xarici işlər nazirlərinin müşavirəsi oldu. Müşa-
virədə Hindistan, Koreya, Almaniya problemini və Avropada 
kollektiv təhlükəsizlik məsələsini müzakirə etdilər. Qərb 
dövlətləri NATO-nun müdafiə xarakterini təbliğ etdikdə SSRİ 
bildirdi ki, əgər ABŞ-ın iştirakı ilə Avropada kollektiv təh-
lükəsizlik haqqında müqavilə bağlansa, o, NATO–ya girməyə 
razılıq verir. SSRİ-nin təklifi rədd edildi.
Dünyanın müharibədən sonrakı quruluşunun ən kəskin 
problemi Almaniya məsələsi idi. 1955-ci ilə kimi SSRİ-nin 
alman dövlətlərindən ancaq biri ADR-lə diplomatik müna-
sibətləri var idi. 1955-ci ildə Sovet höküməti SSRİ-də olan 
alman hərbi-əsirlərinin vətənə qaytarılması haqqında qərar 
qəbul etdi. Lakin alman hərbi əsirlərinin bir qismi, hərbi 
cinayətkarlığa görə məhkum edilmiş 6 min nəfərdən çox adam 
SSRİ-də qalmaqda idi. Qərb mətbuatında bu məsələ son dərəcə 
kəskin şəkil almışdı. SSRİ əsirlərin qanunsuz saxlanılmasında 
ittiham edilirdi. Onların taleyini yüngülləşdirməyi ADR 
höküməti də xahiş edirdi. 1955-ci ilin sentyabrında AFR 
kansleri Adenauer SSRİ-yə gəldi. Danışıqlarda alman əsirləri 
məsələsi başlıca müzakirə obyekti idi. Xuruşşov təkid edirdi
ki, ADR-i AFR rəsmən tanısın. Yalnız qismən kompromis əldə 
edildi. SSRİ ilə AFR arasında diplomatik münasibətlər yarandı. 
1957-ci ildə alman hərbi əsirlərinin vətənə qaytarılması 
haqqında razılıq alındı. Lakin danışıqlar başa çatdıqdan sonra 
Adenaner bütün alman xalqını təmsil etməyə vəkil edildiyini 
bildirdi. Buna cavab olaraq SSRİ-də bildirdi ki, o, ADR-in 
hüquqlarını tanıyır.


64
Avstriya ilə Dövlət müqaviləsinin bağlanması beynəlxalq 
sahədə böyük nailiyyət idi. SSRİ əvvəl Avstriya ərazisində 
dörd dövlətin kiçik qoşun kontingentinin saxlanılmasını təklif 
edirdi. Lakin Avstriya hökümətindən ölkənin bitərəfliyi haq-
qında təminat alaraq digər böyük dövlətlərlə birgə 1955-ci ilin 
mayında müstəqil, demokratik Astriyanın bərpası haqqında 
müqaviləni imzaladı. 
Stalinin ölümündən sonra Şərqi Avropadakı sosialist 
dövlətlərin bir çoxu bu sistemdən yaxa qurtarmağa çalışdı. 
1953-cü ildə ADR və Polşada, 1956-cı ildə isə Macarıstanda 
antisovet çıxışları gücləndi. SSRİ Polşa və ADR-ə güzəştə 
getsə də, Macarıstandakı hadisələri zor gücünə yatırtdı. Orada 
Yanoş Kadar hakimiyyətə gətirildi.
1956-cı ilin fevralında olmuş partiyanın XX qurultayında 
SSRİ müasir dövrdə müharibənin qarşısını almaq, dinc yanaşı 
yaşamaq və müxtəlif ölkələrin sosializmə keçmək formalarının 
müxtəlifliyi məsələsini yeni tərzdə beynəlxalq aləmə çatdırdı. 
1956-cı ilin oktyabrın 19-da SSRİ ilə Yaponiya arasında 
diplomatik münasibətlər yarandı. Birgə bəyannamənin 
imzalanması ərəfəsindəki danışılarda Yaponiya ilk dəfə olaraq 
SSRİ qarşısında «Şimal ərazilərinin» - İturur, Kunaşir, Şikotan 
adaları və Cənubi Kuril adaları qrupunda Xabomai ada 
silsiləsiin qaytarılması məsələsini irəli sürdü. Razılığa gəlindi
ki, sülh müqaviləsi bağlanarkən Şikotan və Xabomai ada 
silsiləsi Yaponiyaya verilsin, digər adaların taleyinə isə sonra 
baxılsın. Lakin ABŞ-la Yaponiya arasında ABŞ-a Yaponiya 
ərazisində hərbi qüvvələrini və hərbi bazalarını saxlamaq 
hüquqi verən 1960-cı il müqaviləsindən sonra SSRİ 
Yaponiyaya heç bir ərazi verməyəcəyini bildirdi. 
1957-ci ildə Yuqoslaviya ilə münasibətlər yenidən 
pisləşdi. Sovet ideologiyası sosializmin Yuqoslaviya modelini 
– özünüidarənin geniş inkişafını və bazar münasibətlərinə 
malik bu modeli kobud sürətdə tənqid etdi. Yuqoslaviya 
tərfəindən bu kəskin etiraza səbəb oldu. 1957, 1960-cı illərdə 


65
keçirilən Kommunist və fəhlə partiyalarının Moskva 
müşavirəsində SSRİ sosializmə keçmənin ümumi 
qanunauyğunluqları məsələsini ön plana çəkdi.
1959-cu ilin payızında N.S.Xruşşov ABŞ-a səfər etdi. 
ABŞ prezidenti ilə danışıqlarda tərk-silah problemləri açıq 
müzakirə edildi. Amerika prezidenti ilə şəxsi əlaqə beynəlxalq 
gərginliyin zəifləməsinə kömək edirdi. Diplomatik yolla 
razılaşdırıldı ki, SSRİ, ABŞ, Böyük Britaniya və Fransa 
hökümət başçıları 1960-cı ilin mayında görüşsünlər. Lakin 
SSRİ səmasında ABŞ təyyarəsinin görüşdən bir neçə gün əvvəl 
vurulması SSRİ-nin orada iştirakdan imtina etməsinə səbəb 
oldu.
1960-cı ilin payızında Xruşşov BMT-nin tribunasında 
hələ də qalan müstəmləkə rejimlərinin ləğvi barədə məsələ 
qaldırmaqla bütün üçüncü dünya ölkələrində SSRİ-nin 
nüfuzunu xeyli yüksəltdi. 1961-ci ilin avqustunda Xruşşovun 
«qorxulu iş», dünya siyasətçilərinin «ikinci Çin səddi» 
adlandırdıqları Berlin divarı çəkildi. 1961-1962-ci illərdə SSRİ 
–ABŞ qarşıdurması zamanı əsas arena Kuba oldu. 1961-ci ili 
aprel ayında Amerika gəmilərində Kuba ərazisinə kubalı 
mühacirlərin hərbi desantı çıxarıldı. Belə şəraitdə SSRİ çox 
təhlükəli addım ataraq 1962-ci ilin iyun ayında Kubada Sovet 
atom silahını yerləşdirməsi haqqında Kuba ilə gizli müqavilə 
imzaladı. Kubada ABŞ-ın böyük şəhərlərinə qarşı yönəldilmiş 
62 ədəd orta mənzilli raket yerləşdirildi. Buna cavab olaraq 
Kennedi hökuməti 1962-ci ilin oktaybrın 22-də Kubanı hərbi-
dəniz blokadasına aldı. Hər iki tərəfin qarşılıqlı güzəştə 
getməsi nəticəsində Karib böhranı dinc yolla aradan qaldırıldı 
və dünya nüvə müharibəsi təhlükəsindən qurtardı. 1962-ci ildə 
Karib böhranı zamanı SSRİ özünün sualtı gəmi raketlərini geri 
çəkməklə, ABŞ isə Kubaya müdaxiləyə cəhd etməyəcəyi və 
rejimi devirmək üçün səylər göstərməyəcəyi barədə öhdəlik 
götürməklə yeni dünya müharibəsinin baş verməsinin qarşısını 
aldılar.Bu hadisədən sonra ABŞ-ın dövlət rəhbərləri SSRİ ilə 


66
münasibətləri təhlükəli vəziyyətə çatdırmamağa üstünlük 
verdilər. Kennedi bildirdi ki, ABŞ mühüm beynəlxalq 
problemlərin hərbi yolla deyil, dinc vasitələrlə həll edilməsinə 
və Yer kürəsindəki hər hansı başqa sistemlə dinc yarış 
aparmağa tərəfdardır. 1963-cü ilin avqustun 5-də ABŞ, SSRİ 
və İngiltərə arasında nüvə silahının atmosferdə, kosmik fəzada 
və sualtında sınaqlarının qadağan edilməsi haqqında saziş 
bağlandı. Xruşşovun dövründə SSRİ ilə Çin arasında 
münasibətlərin kəskinləşməsinin əsas səbəbi Çinin SSRİ-dən 
Sov. İKP-nin XX qurultayının «Şəxsiyyətə pərəstiş» haqqında 
qərarından, Sov. İKP proqramından əl çəkməsini, həmçinin 
vaxtilə bağlanmış Nerçinski (1689-cu il) və Pekin (1860-cı il) 
müqaviləsinin şərtlərinə yenidən baxılmasını tələb etməsi və 
ərazi iddiaları idi. Lakin Xruşşovun dövründə bu məsələlər öz 
həllini tapmadı. SSRİ Çinin təklifini rədd etdi. 
SSRİ L.İ.Brejnevin Sov. İKP MK-nin Birinci, (1971-ci 
ildən Baş) katib olduğu dövrdə (1964-1982-ci illər). Sovet 
İKP MK-nın 1964-cü ilin oktyabr plenumunda Leonid İliç 
Brejnev Sov. İKP MK-nın birinci katibi seçildi. Aleksey 
Nikolayeviç Kosıgin isə SSRİ Nazirlər Sovetinin sədri təyin 
edildi. 1964-cü ilin noyabrında yeni bir plenum çağrılaraq 
şəhər və kənd partiya təşkilatları yenidən birləşdirildi. Böyük 
islahatçı olan Kosiginin başçılığı ilə sənaye və kənd 
təsərrüfatında köklü dəyişikliklərin zəruriliyi ilə əlaqədar 
islahatlar keçirilməyə başlandı. 1965-ci ilin martında Mərkəzi 
komitənin xüsusi plenumunda kənd təsərrüfatında təxirə 
salınmaz tədbirlər haqqında məsələ müzakirə edildi. Plenum 
kənd təsərrüfatının inkişafının ləng getməsinin səbəblərini 
aşkara çıxartdı. Bu səbəblər, əsasən obyektiv iqtisadi inkişaf 
qanunlarının lazımınca nəzərə alınmaması, bəzən isə bunlara 
etinasızlıq göstərilməsi, ictimai mənafe ilə şəxsi mənafenin 
əlaqələndirilməməsi, kənd təsərrüfatı məhsulları istehsalını 
artırmağa kolxozçularda və sovxoz fəhlələrində maddi maraq 
oyatmaq prinsipinin pozulması idi. Səbəblərdən biri də 


67
rəhbərlik praktikasında, xüsusilə planlaşdırma, qiymətqoyma, 
maliyyələşdirmə və kreditləşdirmə sahəsində subyektivist 
xarakterli hərəkətlərin getdikcə daha üstün yer tutması idi. 
Kolxoz və sovxozlar üzərinə əsassız istehsal tapşırıqları 
qoyulur, kənd təsərrüfatı bitkilərinin coğrafi yerləşdirilməsində 
özbaşnalığa yol verilirdi.
Plenum kənd təsərrüfatındakı geriliyin səbəblərini aradan 
qaldırmaq üçün qərarlar qəbul etdi. Taxılın satın alınmasına 
dair 1965-ci il üçün müəyyən edilmiş plan azaldılıb. 4 milyard 
puddan 3 milyard 400 milyon puda endirildi və bu plan 1970-ci 
ilədək sabit və dəyişilməz elan edildi. Kəndlilərə istədiyi kimi 
mənzil tikmək, istədiyi qədər mal-qara saxlamaq icazəsi 
verildi. Kəndlilərdə maddi maraq yaratmaq üçün kolxozların 
dövlətə olan borcları silindi. Belə bir yeni qayda qoyuldu ki, 
kolxozlardan gəlir vergisi heç də əvvəllər olduğu kimi, ümumi 
gəlirdən deyil, xalis gəlirdən tutulsun. Kolxoz torpaqlarının 
əsaslı sürətdə yaxşılaşdırılması üçün çəkilən xərclərin hamısını 
dövlət öz üzərinə götürdü. Dövlət kolxozçular, fəhlə və 
qulluqçuların şəxsi yardımçı təsərrüffatları məsələsində 
subyektivist səhvləri də düzəltdi. Kənd yerləri, şəhərlər və 
şəhərətrafı zonalarda yardımçı şəxsi təsərrüfatlar üzərinə 
əvvəlki illərdə qoyulmuş lüzumsuz və əsassız məhdudiyyətlər 
aradan qaldırıldı. Mal-qarası olan şəxslərdən vergi tutulması 
ləğv edildi, mal-qara sahiblərinə qüvvətli yem satmağa icazə 
verildi. Kəndlilər yük avtomobilləri ilə yanaşı həm də digər 
avtomobilləri dövlətdən ala bilərdilər. Kənd təsərrüfatına əsaslı 
vəsait qoyuluşu artırıldı, kənd təsərrüfatının texniki bazası 
möhkmələndirildi. Böyük torpaq sahələrində meliorasiya işləri 
görmək nəzərdə tutulurdu. Sənayedə olduğu kimi, kənd 
təsərrüfatında da sabit plan tətbiq edildi. Artıq qalan məhsul 
50%, bəzən də 100% artıq qiymətlə dövlətə satıla bilərdi. 
Kolxozçulara pul və kənd təsərrüfatı məhsulu şəklində 
təminatlı əmək haqqı verilməsi qaydasının tətbiq edilməsi 
məsləhət görüldü.


68
Kənd təsərrüfatı mütəxəssislərinin və kənddə işləyən 
müəllimlərin, həkimlərin imtiyazları artırıldı. Onlar mənzillə 
təmin edilməli, onlara elektrik enerjisi pulsuz verilməli idi. 
Onların maaşları da çox olmalı idi. Bütün bu tədbirlərdən 
məqsəd kənd təssərrüfatını, onun məhsuldarlığını sabit sürətlə 
yüksəltmək, ölkə iqtisadiyyatını inkişaf etdirmək, xalqın maddi 
vəziyyətini yaxşılaşdırmaq idi.
Sov. İKP MK-nın 1965-ci ilin sentyabr plenumunda isə 
sənaye ilə əlaqədar məsələ müzakirə edildi. Plenum sənayenin 
idarə olunmasını yaxşılaşdırmaq, sənaye istehsalında plan-
laşdırmanı təkmilləşdirmək və iqtisadi həvəsləndirməni 
gücləndirmək haqqında məsələ müzakirə etdi. Bu məsələnin 
müzakirəyə qoyulmasına səbəb sənayenin çox böyük ehtiyat 
mənbələrindən daha mükəmməl və daha yaxşı istifadə etmək 
mülahizələri idi. Digər tərəfdən son illərdə sənayedə milli 
gəlirin artım sürətinin azalması, əsas istehsal fondlarının hər 
rubl hesabı ilə sənaye məhsulu buraxılışının azalması, əmək 
məhsuldarlığının artım sürətinin yavaşıması, yeni müəssisələrin 
işə salınmasının ləngiməsi, yeni qurğuların istifadəyə gec 
verilməsi, elmi nailiyyətlərin istehsalata ləng tətbiqi kimi 
xoşagəlməz hallar aşkara çıxmışdı. Yüngül, yeyinti, kimya, 
meşə, kağız, tikinti materialları ölkənin tələbatını ödəmirdi. 
İdarəetmə işində sahə prinsipinin pozulması sənayenin 
inkişafına mənfi təsir göstərirdi. Bu plenumda sənayeni idarə 
etməyin ərazi-istehsalat prinsipindən yenidən sahə prinsipinə 
keçirildi, xalq təsərrüfatı şuraları ləğv edildi, yenidən 
nazirliklər yarandı. Müəssisələrdə xüsusi həvəsləndirmə, 
ictimai-mədəni tədbirlər və mənzil tikintisi fondları təşkil 
edildi. On üçüncü əmək haqqı verilməyə başladı.
Plenum iqtisadiyyata planlı rəhbərlik formalarını və 
müəssisələrdə təsərrüfatçılığı təkmilləşdirmək işinin üç əsas 
istiqamətini müəyyən etdi. Bu istiqamətlər aşağıdakılar idi: 
iqtisadiyyatın dövlət xətti ilə planlaşdırılmasının elmi 
səviyyəsini yüksəltmək; müəssisələrin təsərrüfat müstəqilliyini 


69
və təşəbbüsünü genişləndirmək, təsərrüfat hesabını 
möhkəmlətmək; qiymət, mənfəət, kredit kimi vasitələrin kö-
məyi ilə istehsalatda iqtisadi həvəsləndirməni gücləndirmək. 
Bu plenumdan sonra müəssisələrə qiymət istehsal etdiyi 
məhsulun miqdarına görə geyil, keyfiyyətinə və satılmış 
məhsulun həcminə görə verilməyə başladı. Müəssisələr dövlət 
tərəfindən verilmiş planları əvvələcədən öz müəssisələrinə 
uyğun şəkildə azalda və ya çoxalda bilərdilər. 
Əhalinin asudə vaxtının təşkilinə, onun dispanserləş-
dirilməsinə, kütləvi bədən tərbiyəsi və idmana xüsusi diqqət 
yetirilməyə başlandı. 
Ümumiyyətlə, 1965-ci il plenumlarında irəli sürülürdü
ki, iqtisadiyyatı inkişaf etdirməyin ekstensiv metodlarından da-
ha çox intensiv metodlarına üsütünlük verilsin, elmi nailiy-
yətlərin istehsala tətbiqi gücləndirilsin.
Ölkədə sosial sahədə də tədbirlər görüldü. 1966-cı ildə 
məcburi orta təhsilə keçmək haqqında SSRİ Nazirlər Soveti 
xüsusi qərar qəbul etdi. Təhsil və səhiyyəyə, təqaüdlərə ayrılan 
vəsait artırıldı.
1966-cı ildə olmuş Sovet İKP XXIII qurultayında 1966-
1970-ci illəri əhatə edən səkkizinci beşillik plan qəbul edildi. 
Bu beşillik plan SSRİ tarixində «qızıl beşillik» adlandı. Bu 
beşillikdə SSRİ iqtisadiyyati özünün ən yüksək inkişaf 
göstəricilərini nümayiş etdirdi. Beşillik ərzində təqribən 1900 
iri sənaye müəssisəsi və obyekti işə salındı. Sənaye məhsulları 
istehsalı 47% əvəzinə 50%, milli gəlir 38% əvəzinə 41%, kənd 
təsərrüfatı məhsulunun orta illik həcmi əvvəlki beşillikdə olan 
12% əvəzinə 21% artdı. 1970-ci ildə ölkədə 186 milyon tondan 
çox, yəni özünün bütün tarixi ərzində ən çox taxıl yığıldı. 
1966-1970-ci illərdə yarım milyard kvadrat metrdən artıq 
mənzil sahəsi istifadəyə verildi.
70-ci illərdə SSRİ artıq xammal və material, enerji və 
əmək ehtiyatları problemi ilə üzləşməyə başladı. Bunlar üçün 
çox böyük məsrəf sərf edilməsi tələb olunurdu. Artıq 


70
iqtisadiyyatı ekstensiv yolla inkşaf etdirmək imkanları 
tükənmişdi. Lazım gəlirdi ki, iqtisadiyyatı inkşaf etdirməyin 
intensiv yollarına (elmi nailiyyətlərdən istifadə etmək) keçilsin. 
1971-ci ildə olmuş partiyanın XXİV qurultayında bu məsələlər 
öz geniş əksini tapdı. Qurultayda həm də sosial sahəni əhatə 
edən mühüm qərarlar qəbul edildi. Qurultay partiyanın 
nizamnaməsində də dəyişiklik edərək «Birinci Katib» sözünü 
«Baş Katib» sözü ilə əvəz etdi.
70-ci illərin əvvəllərində iqtisadiyyatın inkişafında 
durğunluq özünü göstərməyə başladı. Ölkənin durğunluq 
vəziyyətinə düşməsinin səbəbi ilk növbədə iqtisadi vəziyyətin 
dəyişməsinə vaxtında siyasi qiymət verilə bilməməsi idi. SSRİ-
nin silahlanmaya öz büdcəsinin yarıdan çoxunu sərf etməsi də 
səbəblərdən biri idi. SSRİ - də olan alimlərin 1/ 3 hissəsi hərbi 
sahədə çalışırdı. Həmçinin əsrin ən böyük tikintisi hesab 
edilən Baykal – Amur magistralının (BAM) çəkilişi də ölkəyə 
çox böyük xərcə başa gəlirdi. Vəziyyəti çətinləşdirən 
amillərdən biri də SSRİ–nin Şərqi Avropa ölkələrində qoşun 
saxlaması idi. Digər təsiredici amillərdən biri SSRİ–nin Yaxın 
və Orta Şərqdə baş verən hadisələrə qarışması, Ərəb ölkələrinə 
və azadlıq uğrunda mübarizə edən digər ölkələrə kömək etməsi 
idi. Ölkə daxilində sosial xərclərin artması da durğunluğu 
səbəb olan amillərdən idi. Belə ki, 70-ci illərin əvvəllərində 
ölkədə orta aylıq əmək haqqı 70 manat oldu. Hər nəfərə 50 
manatdan az düşən ailələrdə uşaqlar üçün müavinət təyin 
edildi. Bütün bunlar onunla nəticələndi ki, 1980-ci illərin 
əvvələrində durğunluq böhran qabağı vəziyyətlə əvəz olundu. 
Ölkədə ət və yağ məhsulları talon sistemi ilə əhaliyə satılmağa 
başladı. Kənd təsərrüfatı bu illərdə cəmi 6% artdı. Ölkədə mili 
gəlir 60 – ci illərlə müqayisədə 2,5 dəfə aşağı düşdü. SSRİ–də 
iqtisadiyyatda baş verən böhran ideologiya və siyasətdə də 
özünü birüzə verdi. Nəzzəriyyə praktikadan ayrı düşdü. 
İnsanlar sözdə bir şey, işdə isə başqa şey gördülər. Zəhmətsiz 
gəlirlər çoxaldı. Xəlvəti iqtisadiyyat ölkədə canlandı. 


71
Leonid İliç Brejnev dövrünü bəzən ədəbiyyatda «Neo-
stalinizm», «qızıl əsr» dövrü kimi də qiymətləndirirlər. Bu 
dövrdə inzibatı amirlik sisteminin yerini inzibatı-bürokratik sis-
tem tutdu. Stalini ittiham etməkdən əl çəkildi, partiya dövlət 
nomenklaturası ənənəsi gücləndirildi. «Kadrların sabitliyi» xət-
ti irəli sürüldü «Partiyanın birliyi uğrunda mübarizə» şüarı 
altında baş xəttə uyğun gəlməyən hər bir hərəkət heçə 
endirilirdi.
1976-cı ildə olmuş Sov. İKP-nin XXV qurultayında 
1976-1980-ci illəri əhatə edən X beşillik planın direktivləri 
qəbul edildi. Bu qurultayda Azərbaycan KP MK-nın birinci 
katibi Heydər Əliyev Sov. İKP MK-nın Siyasi Bürosu üzv-
lüyünə namizəd seçildi. Partiya aparatı sürətlə şişməyə başladı. 
Orada işləyənlərin sayı 18 milyonu ötüb keçdi. Kommunist 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin