168
edilmiş «Altılar» (Böyük Britaniya, Almaniya, Çin, ABŞ,
Fransa) qrupunun üzvüdür.
2008-ci ilin yanvar ayında Sarkozi İran körfəzi rayonunda
Fransanın birinci daimi hərbi-dəniz bazasının açılması
haqqında məlumat verdi.
Fransa Şingen vizasını daha 9 dövlətə (2007, dekabr)
şamil edilməsini bəyəndi, 2008-ci ilin fevralında Kosovanun
müstəqililyini tanıdı və onun Beynəlxalq təşkilatın idarə etdiyi
15 dövlətin tərkibinə daxil olmasını bəyəndi.
Fransa insan hüquqlarını pozmasına görə Çin, Rusiya,
Ərəb və Afrika liderləri ilə münasibətləri gərginləşdirmədi.
Ukrayna və Gürcüstanın NATO-ya daxil olması məsələsinə
ehtiyatla yanaşdı və Rusiyanın mövqeyini müdafiə etdi.
Rusiya-Gürcüstan beşgünlük müharibəsi zamanı (2008, avqust)
6 maddədən ibarət ərazi bütövlüyünü əsas götürən tarixə
«Sarkozi planı» kimi düşən xüsusi plan tərtib etdi.
Fransa 2009-cu ilin fevralında NATO-nun hərbi
təşkilatına girmək haqqında qərar qəbul etdi.
Sarkozi hökuməti Azərbaycanla da səmərəli əməkdaşlıq
tərəfdarıdır. Bunu Azərbaycan prezidenti İlham Əliyevin 2007-
ci ilin noyabrında Fransaya işgüzar səfəri zamanı Fransa
prezidenti bir daha nümayiş etdirildi. Fransa Azərbaycanla
siyasi, iqtisadi, elm və mədəniyyət sahəsində sıx əməkdaşlıq
edir. O, uydurma Dağlıq Qarabağ problemini həll etmək üçün
təşkil edilmiş ATƏT-in Minsk qrupunun həmsədrlərindən
biridir.
Fransada işləyən əhalinin 85%-ni muzdlu işçilər təşkil
edir. Son dövrdə sosialist və kommunist partiyasının nüfuzu
xeyli aşağı düşmüş, əvəzində isə siyasi həyatda «Yaşıllar
Dostları ilə paylaş: