343
Eriksen hökuməti ABŞ-la 1950-ci ildə hərbi yardım,
1951-ci ilin aprelində isə «Qrenlandiyanın müdafiəsi
haqqında» saziş imzaladı. Qrenlandiyada ABŞ-ın hərbi bazaları
yaradıldı.
Danimarkanın NATO-ya daxil olması onun hərbi
xərclərinin artmasına və 1953-cü ildə onun 900 mln. krona
çatmasına gətirib çıxartdı. 1952-ci
ildə hökumətin ölkədə
fövqəladə vəziyyət elan etməsinə icazə verən qanun qəbul
edildi.
1953-cü ildə Danimarkanın yeni Konstitusiyası qəbul
edildi. Bir palatalı
parlament, yəni folketinq 179 deputatdan
ibarət idi. Konstitusiyada nəzərdə tutulurdu ki,
mühüm
qanunverici problemlərlə əlaqədar ümumxalq referendumu
keçirilə bilər. Dövlət tərəfindən sığorta olunmaq və sosial
müdafiə vətəndaşın hüququ idi. Qrenlandiyanın
müstəmləkə
statusu təxirə salındı. O, ölkənin bərabərhüquqlu tərkib hissəsi
hesab olunurdu. Faryer adaları muxtariyyət qazandı. Folketinqə
seçki yaşı 25-dən 23-ə endirildi (1961-ci ildə 21-ə, 1972-ci ildə
isə 18 yaşa endirildi).
1953-cü ildə keçirilən seçkilərdən
sonra hakimiyyətə
DSDP-nin hökuməti gəldi. 1953-1955-ci illərdə onun başında
X.Xedtaft, 1955-1960-cı illərdə X.Xanson, 1960-1962-ci
illərdə V.Kapmann, 1962-1968-ci illərdə E.O.Kraq dururdu.
1957-1964-cü illərdə hökumətin tərkibinə bir neçə burjua
partiyalarının nümayəndələri də daxil oldular. Sosial-
demokratlar xırda və orta şəhər burjuaziyasının
mənafeyini
müdafiə edən partiyalarla ittifaqa çalışırdı ki, öz parlament
bazasını genişləndirsin.
50-ci illərin sonunda tətillərin artması hökuməti xəstəliyə
görə sığortanı həyata keçirməyə və işsizlərə verilən müavinatı
artırmağa məcbur etdi.
1959-cu ildə Danimarka Kommunist partiyasından
A.Larsenin başçılıq etdiyi bir qrup ayrılaraq
Sosialist Xalq