Metal və Ərintilər Metalların klassifikasiyası



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix12.05.2023
ölçüsü0,92 Mb.
#111926
1   ...   15   16   17   18   19   20   21   22   23
Maşınşünaslıq (Mühazirələr)

Yastıq (texnika) 


Yastıq - ox,val tipli fırlanan, xətti hərkət edən maşın hissələrininin fəzada 
vəziyyətini müəyyənləşdirmək üçün tətbiq edilən texniki qurğudur. Onun 
vəzifəsinə həm də fırlanan hissələrdə sürtünməni azaltmaq və birləşdirici yerlərdə 
yüklərin qəbul edilməsi və ötürülməsi daxildir. 
Yastıqların əsas növləri: 

Yırğalanma yastıqları 

Sürtünmə yastıqları 

Hidrostatik yastıqlar 

Qazlı dinamik yastıqlar 

Maqnit yastıqları 
Maşınqayırmada ən geniş tətbiq olanı yırğalanma və sürtünmə yastıqlarıdır. 
Yırğalanma yastıqları 
Yırğalanma yastığı iki üçükdən və kürələri bir-brindən müəyyən məsafədə 
saxlayan və onların hərkətini istiqamətləndirən seperatordan (meəyyən yastıqlar 
bunsuzda hazırlana bilirlər)ibarədtr. Üzüklərin kürələr hərəkət edən hissələrinə 
kanovlar nəzərdə tutulur. Bəzi maşın hissələrində dəqiliyi və sərtlyi artırmaq üçün 
qarışıq dayaqlardan istifadə edilir. Burada kanavkalar bir başa valda və ya 
gövdənin üzərində açılır. Yırğalanma yastıqları əsasən xrom tərkibli poladlardan 
(tərkinbində 1% Karbon, və 1,5% Xrom) hazırlanırlar. 
Seperatirsız yastıqlarda çoxlu sayda yırğalanma gövdəsi yerləşdirmək olur. Ancaq 
onların dövrlər sayı yüksək sürtünmə nəticəsində aşağı olur. 
Yığalanma yastıqları ümumiyyətlə sürtünməni azaltmaq üçün tətbiq olunur. Qapalı 
yırğalanma yastıqları praktiki olaraq texniki xidmət tələb etmirlər. Açıq olanlar isə 
başqa hissəciklərin işçi hissəyə düşməsi nəticəsində tez sıradan çıxırlar. 
Yırğalanma yastıqları yüklənmə qüvvəsinin istiqamətinə görə bölünürlər: radial, 
(yastığın oxuna perpendikulyar istiqamətdə), oxboyu (yastığın oxu istiqamətində. 


Sürtünmə yastıqları 
Sürtünmə yastığı 
Sürtünmə yastıqlarının iş mexanizmi iki səthin bir-biri üzərində sürtünməsinə 
əsaslanır. Bu yastıqlar silinrik deşiyə malik gövdədən və oymaqdan ibarətdir. 
Valda oymağı oturdan zaman onların arasına sürtünmə yağları doldurulur. Bu həm 
də yatığın gövdəsi ilə oymaq arasındakı boşluğa doldurulur. Sürtünmə yağları 
yastıqda oturdulmuş valı sərbəst hərkət etdirməyə imkan verir. Val ilə yatsıq 
arasındakı boşluq hidridinamiki hesablamara əsasən tapılır. Hesabat zamanı yağ 
qatının qalınlığı, düşən təzyiq temperatura və yağın israfı tapılır. Bu yastıqlarda 
yağlayıcı maddə yastığın işləmə qabiliyyətinə təsir edən əsas amil sayılır. 
Yıqğalanma yastıqlarının işçi hissələri əsasən bürünc, ağmetal, qurğuşunlu 
metallar, aliminium legirləri, süni materiallar və xüsusi hallarda keramikadan da 
hazırlanırlar. 
Təsir edən qüvvənin istiqamətinə görə oxboyu və radila olaraq iki qrupa 
bölünürlər. 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin