Metal və Ərintilər Metalların klassifikasiyası



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix12.05.2023
ölçüsü0,92 Mb.
#111926
1   ...   12   13   14   15   16   17   18   19   ...   23
Maşınşünaslıq (Mühazirələr)

 
 
 


 
 
Reduktor 
Mexaniki reduktor — fırlanma momentini bir və ya bir neçə mexaniki ötürmənin 
köməyi ilə ötürən və çevirən mexanizmdir. Mexaniki ötümənin əsas 
xarakteriskaları faydalı iş əmsalı, ötürmə ədədi, ötürülən güc, valların maksimal 
bucaq sürəti, aparan və aparılan valların sayı, növü və ötürmə pillərinin sayıdır. 
Adətən giriş valının böyük bucaq sürətini çıxış valının aşağı sürətinə çevirən və 
bununla fırlanma momentini artıran qurğulara reduktor deyilir. Belə reduktorlar 
demultiplikator adlanır. Əksinə işləyən reduktorlar isə multiplikatorlardır. 
Pilləli ötürmə ədədinə malik reduktorlar sürətlər qutusu kimi tanınır. Pilləsiz 
ötürmələrlə işləyənlər isə variatorlardır. 
Hər şeydən öncə onlar mexaniki ötürmənin növlərinə görə təsnifatlaşdırılırlar: 
silindirk, konik, sonsuzvint, planetar, dalğavari, spiroid və kombinəedilmiş. 
Reduktorlar həmçinin gövdə, soyuma sistemi, istifadə olunan yastıqların növü, 
fırlanma sürəti, ötürmə ədədi, ötürülən gücə görə də fərqləndirilirlər. 
Reduktorun gövdəsi[redaktə | əsas redaktə] 
Seriyalı istehsalda standartlaşdırılmış tökmə gövdələrdən istifadə edilir. Çox vaxt 
ağır maşınqayırmada çuqun, nadir hallarda isə polad gövdələrə rast gəlinir. 
Gövdənin çəkisini azaltmaq məqsədilə tezəriyən poladlara üstünlük verilir. Gövdə 
üzərində bərkidici elementlər (pəncələr, qulaqcıqlar)nəzərdə tutulur. Valların 
çıxışında yağın axmasının qarşısını almaq üçün kipləşdiricilər yerləşdirilir. 
Fərdi istehsalda xüsusi tapşırıqlara uyğun olaraq konstruksiyanı hazırlmaaq üçün 
qaynaq edilmiş gövdələrdən geniş istifadə eidlir. 
Ötürmə ədədi reduktorun aparan valının bucaq sürətinin aparılan valınkına nisbəti 
ilə təyin olunur: 
Sürətlər qutusu 
Sürətlər qutusu — müxtəlif tipli sənaye mexanizmlərinin və transmissiyalarının 
dişli çarxlardan ibarət avadanlığı. Nəqliyyatda tətbiq olunan sürətlər qutusu 
mühərrikdən gələn dövrlər sayının və momentin böyük diapazonda dəyişdirilməsi 
üçün tətbiq olunur. Bunlar çox da çevik olmayan daxili yanma mühərrikidirlər. 
Buxar və elektrik ilə işləyən mühərriklər adətən sürətlər qutusuz hazırlanırlar. Ona 
görə ki, bu mühərriklər müxtəlif dövrlər sayını alınan enerjinin köməyi ilə böyük 
həddə tənzim edə bilirlər. Bundan əlavə sürətlər qutusu nəqliyyatın arxaya 
hərəkətini mümkün edir. Metalkəsən və başqa dəzgahlarda sürətlər qutusu optimal 


kəsmə rejimlərini təmin etmək üçün tətbiq olunurlar. Alətin və ya hissənin 
fırlanması (məsələn, torna və ya burğulama dəzgahında) tənzim olunur. 
Sürətlər qutusu bir neçə əlamətinə görə təsnifatlaşırlar. 
Güc ötürmə üsuluna görə: 
Mexaniki qutular, burada adətən dişli ötürmələrdən istifadə olunur. 
Sadə ötürmələr, burada silindrik və konik dişli çarx tətbiq olunur. 
Planetar, burada planetar ilişmə tətbiq olunur. 
Hidromexaniki sürətlər qutusu, burada dişli çarx ötürməsi hidromexaniki ötürmə 
ilə kombinasiya olunur (hidromuftalar, hidrotransformatorlar). 
Sadə sürətlər qutusu valların sayın görə də bölünürlər(bir vallı, iki vallı, üç vallı, 
eyni oxlu). Burada ötrmənin növündən asılı olaraq da fərq mövcuddur (hərkətli 
çarxlı, daimi iliş mədə olan, sinxronizatorların köməyi ilə ilişmə, friksion ilişmə). 
Planetar sürətlər qutusunun aşağıdakı növləri mövcuddur: 
İki sərbəstlik dərəcəsi malik olan, 
Üç sərbəstlik dərəcəsi malik olan, 
Dörd sərbəstlik dərəcəsi malik olan. 
İdarəetmə üsuluna görə sürətlər qutusunun aşağıdakı növləri vardır: 
Əl ilə sürəti dəyişmə 
Mexaniki ötürmə, burada operatorun müdaxiləsi ilə dəyişmə baş verir. 
Servoötürmə, burada operatorun müdaxiləsi ilə servoqurğu əsas işi yerinə yetirir. 
Enerjinin çevrilmə üsulundan asılı olaraq servoötüremələr hidravlik, mexaniki, 
elektrik, vakuum və s. olurlar. Avtomobillərdə hidravlik sistemlər geniş tətbiq 
olunurlar. 
Avtomatk sürətlər qutusu operatorun müdaxiləsi olmadan düşən yükün təsirindən 
özü dövrlər sayını tənzimləyir. 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin