Metal və Ərintilər Metalların klassifikasiyası



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix12.05.2023
ölçüsü0,92 Mb.
#111926
1   ...   8   9   10   11   12   13   14   15   ...   23
Maşınşünaslıq (Mühazirələr)

 
Maşın və 
mexanizmlər haqqında əsas anlayışları. Maşınların təsnifatı. 
Maşınşünaslıq özündə tətbiqi mexanikadan savayı maşınların 


layihələndirmə nəzəriyyəsini və maşınların istehsal texnologiyasını da birləşdirir. 
Maşınşünaslıq elmi maşınqayırma sənayesinin inkişafı üçün elmi-texniki zəmin 
yaradır. Maşınqayırmanın inkişafı isə bir lokomotiv kimi bütün digər sənaye 
sahələrini inkişafını təmin edir. 
Maşınların layihələndirilməsi zamanı aşağıdakı prioritet məsələləri daim 
diqqətdə saxlamaq lazımdır: 
1. Gücün və məhsuldarlığın artırılması; 

2. Maşının işçi orqanının hərəkət sürətinin yüksəldilməsi; 
3. Faydalı iş əmsalının artırılması; 
4. İşin yerinə yetirilmə dəqiqliyinin yüksəldilməsi; 
5. Avtomatlaşdırma və mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi; 
6. Standartlaşdırma və unifikasiya səviyyəsinin yüksəldilməsi; 
7. Erqonomik tələblərin və maşının işinin təhlükəsizliyinin təmin edilməsi; 
8. Kompaklıq və yığcamlıq; 
9. Estetiklik. 
Texnikada istifadə olunan mexaniki sistemlər maşınlar, maşın-aqreqatlar, 
mexaniki tərtibatlar, robototexnik sistemlər, cihazlar və s. ibarətdir. Maşın dedikdə 
enerjini bir növdən digərinə çevirən və ya insanın əqli və fiziki əməyini 
yüngülləşdirən mexanizm və ya mexanizmlər toplusu başa düşülür. Maşınlar iki 
əsas 
qrupa bölünür: maşın-mühərriklər (energetik maşınlar) və işçi maşınlar. Maşınların 
ümumiləşdirilmiş klassifikasiyası cədvəldə verilmişdir. 
Maşınlar 
Energetik İşçi 
Mühərriklər Generatorlar 
Elektrik 
İstilik 
Hidravlik 
Pnevmatik 
Elektrik 
Pnevmatik 
və s. 
və s. 
Texnoloji 
Yerdəyişdirici 
Metalkəsən 
Dağ-mədən 
Kənd təsərr. 
Yeyinti sən. 
İnformasiya 
texnologiyalarına 
əsaslanan 
Yüngül sən. 
Poliqrafiya 


Yükqaldırıcı 
Nəqledici 
Nəqliyyat 
və s. 
EHM 
və s. 
və s. 

Maşınların bu cür klassifikasiya olunması müəyyən qədər şərtidir. Elə maşınlar 
vardır ki, onları eyni zamanda iki müxtəlif sinifə aid etmək olar. Müasir maşınlar 
əsasən üç tərkib hissədən ibarət olur: mühərrik, işçi maşın və ötürmə 
mexanizmləri. 
Bundan başqa maşınların əlavə olaraq idarəetmə və tənzimlənmə orqanları da olur. 
Bütün maşın və mexanizmlər təyinatına görə, istifadə sahəsinə görə, idarə 
olunma üsuluna görə, intiqalın növünə görə, operatorun yerləşməsinə görə də 
qruplara bölünür. Maşınları xarakterizə edən parametrlər ümumi və spesifik 
olmaqla 
iki qrupa bölünür. Ümumi parametrlər dedikdə aşağıdakılar başa düşülür: 
məhsuldarlıq, güc, f.i.ə., işçi orqanın hərəkət sürəti, kütlə, qabarit ölçülər və s. Bu 
ümumi parametrlər bütün maşınlara aiddir. Spesifik parametrlər yalnız müəyyən 
növ 
maşınlara aiddir. Məsələn, yükqaldırma maşınları üçün yükün qalxma hündürlüyü 
və 
yükgötürmə qabiliyyəti; su nasosları üçün suyun qalxma hündürlüyü və ya sorma 
dərinliyi; kompressorlar üçün havanın təzyiqi və s.

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin