Metal və Ərintilər Metalların klassifikasiyası



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix12.05.2023
ölçüsü0,92 Mb.
#111926
1   ...   15   16   17   18   19   20   21   22   23
Maşınşünaslıq (Mühazirələr)

 
Mufta 
Mufta — bir-birinə nisbətən oxboyu fırlanan vallar, çarxlar və ya başqa 
fırlanan hissələr arasında daimi və ya müvəqqəti ötürmə yaratmaq və bununla 
bir tərəfdən digər tərəfə qüvvə ötürmək üçün birləşmə qurğusudur. 
Muftaların sinifləşdirilməsi üçün birləşmənin işə salınması növü əsas götürülür. 
Birinci halda ayrılmayan muftalardan istifadə edilir. Fırlanan hissələri tez-tez 
birləşdirmək və ya ayırmaq üçün ayrılıb-qoşulabilən muftaların tətbiqi 
əlverişlidir. Ayrılabilməyənlər sərt və elastiki olaraq iki qrupa bölünürlər. Sərt 
muftalar bir-birinə nisbətən dəqiq fırlanan vallarda tətbiq olunur. Bunlar 
kinematik və sürtünmə ilişməsinə ayrılırlar. Elastiki muftalarla birləşmiş 
valların fırlanma dəqiqliyi aşağı olur. İlişmə yaranan xətalardan asılı olaraq 
eninə, uzununa, bucaq və dönmə istiqamətlərində elastiki olanlara bölünür. 
Həm də müxtəlif elastikli muftaları kombinasiya etmək olar. Ayrılıb-
qoşulabilən muftaların ilişməsi dəstəyin köməyi ilə yerinə yetirilir. Burada 
kənardan qoşulma, dövrlər sayından və qoşulma momentindən asılı olaraq 
qoşulma növləri mövcuddur. Çox vaxt mürəkkəb ilişmələri yerinə yetirmək 
üçün kombinasiya edilmiş muftalardan istifadə edilir. 


 
Sərt flanslı və oymaqlı mufta. 
 
Əyləc 
 
Avtomobildə istifadə olunan diskli əyləc 
Əyləc — fırlanan (val, çarx) və ya düzxətli hərəkətdə olan maşın və ya maşın 
hissələrinin hərəkətini ləngidən və ya dayandıran mexaniki, hidravlik, pnevamtik 
və ya elektrik işləyən qurğudur. Əyləc xarici (mexaniki) və 
daxili sürtünmə (mayelərdə) və ya elektrik enerjisini (burulğanlı cərəyanlı əyləc) 
istifadə etməklə yaradılır. Ümumi şəkildə əyləclərin aşağıdakı funksiyaları vardır: 

Hərəkətli hissələrin dayandırılması, 

Hərəkətli hissələrin sürətinin tənzimlənməsi, 

Hərəkət edən maşın gücünün ölçülməsi üçün onun əylənməsi, 

Sükutda olan hissənin vəziyyətininin saxlanması. 
Əyləclərin növləri onların işləmə prinsipindən asılı olaraq təyin edilir . Məsələn, 
sürtünmə əyləci kimi dodaqlı, barabanlı, diskli və çox diskli əyləclər; burulğanlı 
elektrik cərəyanla işləyən, müqavimət və cərəyanın əksinə; su ilə işləyən əyləc; 
hava müqaviməti (təyyarələrdə enmədə istifadə edilən lövhə) və təzyiq əleyhinə 
(buxar maşınlarında) işləyənlər mövcuddurlar. Mexaniki prinsiplə işləyən 
əyləclərdə hərəkətli hissədə olan kinetik enerji mexaniki enerjiyə, çox hallarda isə 
istilik enerjisinə çevrilir. Aşağıda bunlardan bir neçəsinin quruluşu təsvir 
edilmişdir. 
Diskli əyləclə hərəkət edən hissəyə bərkidilmiş disk bir və ya iki tərəfli olaraq 
üzərinə qat çəkilmiş kötüklər arasında sıxılır . Kötüklərin disk üzərində sıxılması 
hidravlik olaraq yerinə yetirilir. Təzyiq götürüldükdə kötüklər yaylar vasitəsilə 
geriyə dartılırlar. Onlar sərt və ya hərəkətli olaraq bərkidilirlər. Diskli əyləclərin 
istismarı nisbətən asandır. Kötüklərin üz qatı yeyildikdə onları asanlıqla dəyişmək 
olur. Çatışmayan cəhəti dayandırma zamanı bu konstruksiyanın gücləndirici 


effektə malik olmamasıdır. Ona görə də, bu əyləclər tətbiq edilən maşınlarda əlavə 
olaraq aşağı təzyiq ilə işləyən sistemdən istifadə edilir. Onlar əsasən qabaq 
təkərlərdə tətbiq tapırlar. Diskli əyləclərdə sıxıcı qüvvənin yaradılması üsuluna 
görə hidravlik sistemlə bərabər yayla işləyən diskli əyləclər də mövcuddur. Yaylı 
diskli əyləc üfüqi və şaquli vəziyyətdə hərəkətləri saxlamaq üçün tətbiq edilir. 
Əsas tətbiq sahəsi maşınqayırma, külək dəyirmanları, nəqledicilərdir. Onlar böyük 
fırlanma momenti üçün nəzərdə tutulur və yüksək istilikötürmə qabiliyyətinə görə 
daha davamlıdırlar. 
Barabanlı əyləc avtomobillər üçün nəzərdə tutulmuş sürtünmə əyləcidir. O, xarici 
baraban, daxildən təsir edəbilən iki əyləc dodaqları və dodaqları barbanın 
divarlarına sıxmaq üçün hidravlik silindrdən ibarətdir. Dodaqlar barabanın divarına 
hidravlik olaraq sıxıldıqda yaranan sürtünmə qüvvəsi hərəkəti ləngidir və ya 
dayandırır. Təzyiq götürüldükdə isə yaylar dodaqları geriyə çəkir və barabanın 
xarici fırlanan hissəsini sərbəst buraxır. Barabanlı əyləclərin üstün cəhəti ondan 
ibarətdir ki, qapalı sistemdə işləyən baraban əyləclər xarici mühitin təsirindən 
(məsələn: su, duz, toz) daha yaxşı qorunur. Buna görə də, təmir intervalı disk 
əyləclərinə nisbətən çox böyükdür. Çatışmayan cəhəti ondan ibarətdir ki, fasiləsiz 
işlədikdə qızır və nəticədə əyləc qatı yeyilir, baraban istidən deformasiya edərək öz 
formasını itirir və dodaqlar səthə düzgün sıxılmır. 
Lentli əyləc də sürtünmə ilə işləyən əyləc olub, başqalarından fərqi ondadır ki, 
burada barabanın xaricinə lent dolamaqla sürtünmə yaradılır. Bu üsul texnikada 
çox az tətbiq olunur. Əsas tətbiq sahəsi kranlardır. 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin