Metal və Ərintilər Metalların klassifikasiyası



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix12.05.2023
ölçüsü0,92 Mb.
#111926
1   ...   15   16   17   18   19   20   21   22   23
Maşınşünaslıq (Mühazirələr)

Val və oxlar 
 
 
Val — sadə fomalı fırlanma səthinə malik olan maşın hissəsi olub fırlanma 
hərəkətini və qüvvəni ötürmək və həmçinin fırlanan hissələrə dayaq vermək üçün 
təbiq olunur. 

eksentrik (dirsəkli) vallar fırlanma hərəkətini irəli-geri hərəkətə çevirmək 
üçündür.Onlar əsasən mühərriklərdə tətbiq olunurlar. 

çevik vallar iş zamanı fırlanan element bir başa əl çatmaz yerdədirsə istifadə 
olunurlar(məsələn, diş həkiminin alətini fırladan val və ya taxometrin valı). 

hamar vallar üzərindəki hissənin hərəkətli oturmasını təmin edirlər. 

pilləli vallar müxtəlif ölçülü hissələri götürmək və çəkini azaltmaq baxımından 
tətbiq olunurlar. 

işi boş və ya dolu vallar ötürüləcək yükdən asılı olaraq möhkəmlik baxımından 
tətbiq olunurlar. 


Oxlar və vallar, təsnifatı.Fırlanan maşın detallarını öz üzərində saxlayan detallara 
ox və val deyilir. 
Ox və vallar en kəsiyinin formasına görə bütöv, yaxud çəkisini azaltmaqməqsədilə 
içiboş hazırlanır. 
Təyinatına görə vallar aşağıdakı növlərə bölünür: 
ümumi təyinatlı-ötürmə valları; belə vallar üzərlərində fırlanan maşın detallarını 
saxlamaqla eyni zamanda həm aparılan, həmdə aparan olur. 
xüsusi təyinatlı-əsas vallar: bunlar eyni zamanda həmdə irəliləmə-geriləmə 
hərəkətini fırlanma hərəkətinə və əksinə çevirmək üçündür 
ox və valların möhkəmliyə hesablanması iki mərhələdə aparılır: 
Təqribi və Dəqiqləşdirilmiş hesablama. 
Təqribi hesablama - layihə hesablanması,
dəqiqləşdirilmiş hesablama dözümlülüyə görə yoxlama hesablamasıdır 
Oxun əyilməyə hesablanması. 
a.Oxların təqribi hesablanması. Oxların
əyilməyə görə təqribi hesablanması
aşağıdakı ardıcılıqla aparılır: 
Oxun hesablama sxemi çəkilir, dayaqlar və ox üzərində yerləşən hissələr sxematik 
olaraq göstərilir
b. Təsir edən qüvvələr və dayaq reaksiya qüvvələri qeyd olunur. 
c. Müvazimat şərtləri tərtib olunur və dayaq reaksiya qüvvələri tapılır. 
Bu məqsədlə A və B dayaqlarına nəzərən qüvvələrin momenti yazılır. 
d.Əyici moment epürləri qurulur; Məy = √ (Mşəy)2 + (Müfəy)2 
e.Maksimum əyici moment təsir edən kəsikdə əyilmədən yaranan gərginlik düsturu 
yazılır. 
4. Valların təxmini hesabatı. 
Valları möhkəmliyə iki üsulla hesablayırlar: 
1) ancaq burulmaya işləyən vallar–buraxılabilən gərginliyin normal giymətinə 
görə, burulmaya möhkəmliyə hesablanması-təxmini hesablama 
2)eyni zamanda həm əyici və həmdə burucu momentlərlə yüklənmiş valların statik 
möhkəmliyə hesablanmasını-əsas hesablama. 
5. Valların təqribi hesablanması. 
Valların təqribi hesablanması burulmaya görə apaılır.Vala təsir edən burucu 
momentdən T yaranan maksimum toxunan gərginlik 
Diametrin hesablanmasından alınan qiymətə əsasən valın digər ölçüləri konstruktiv 
olaraq qəbul olunur.Onun sxemi dişli çarxlar və yastıqlar göstərilməklə çəkilir. 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin