Metal və Ərintilər Metalların klassifikasiyası



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix12.05.2023
ölçüsü0,92 Mb.
#111926
1   ...   11   12   13   14   15   16   17   18   ...   23
Maşınşünaslıq (Mühazirələr)

 
 
 
 
Dişli çarx 
 
Dişli çarx ilişməsi 
Dişli çarx - üzərində silindrik və ya konik səth üzrə dişlər kəsilmiş qasnaqdır. O 
başqa dişli çarxla təmasda olaraq dişli ötürmənin əsas elementi 
sayılır. Maşınqayırmada dişli çarxlar diametrindən asılı olaraq aparan və aparılan 
olaraq iki qrupa bölünürlər. Vallarda fırlanma momentini ötürmək üçün dişli 
çarxlar cüt-cüt tətbiq olunurlar. Əgər dişli çarxın diametri kiçikdirsə onda fırlanma 
momenti dövrlər sayı ilə tənzim olunur. 
Onu da qeyd etmək lazımdır ki, dişli çarx ötürməsi mexaniki gücü artırmaq üçün 
tətbiq olunmur, beləki onun girişində mexaniki enerji, çıxışındakından çox ola 
bilməz. Çünki, mexaniki iş bu halda fırlanma momenti və sürəti ilə mütənasibdir. 
Ona görə də momenti artırma dişli çarxın sürətini azaltmaq deməkdir. Nəticədə 
onların hasili (kənar qüvvələrin təsirini nəzərə almadıqda) sabit qalır. 
Dişli çarxaların aşağıdakı növləri vardır: 

Dişin eninə profillinə görə fərqlənənlər. 

Dişin uzununa profilinə görə: 
-düz 
-maili 
-çevrəvi 

Konik dişli çarxlar 

Daxili ilişməli dişli çarxlar, 

Daraq tipli dişli çarxlar, 

Tacformalı ilişməyə malik dişli çarxlar. 
Dişli çarxların hazırlanması xüsusi dişaçan dəzgahlarda yerinə yetirilir. 
Əsas üsul kimi frezləmə,pardaqlama və yayma tətbiq olunur. Bu zaman 


alət ya əvvəlcədən dişin formasına malik olur, ya da xüsusi proqramların 
köməyi ilə dişin profili boyunca hərəkət etdirilərək diş emal olunur. Bu 
işlə maşınqayırma texnoloqları məşğul olurlar. 
Sonsuzvint ötürməsi 
Özü əyləclənən sonsuzvint ötürməsi 
İşləmə prinsipi 
Sonsuzvint ötürməsi oxları çarpaz yerləşmiş sonsuzvint və ona uyğun olan dişli 
çarxdan ibarətdir. Sonsuzvintin profili boltun həndəsəsinə oxşayır. Çox vaxt 
sonsuzvint aparan, sonsuzvint dişli çarxı isə aparılan olur. İlişmə zamanı güc 
sonsuzvint çarxın dişlərini qismən əhatə etməklə ötürülür. Sonsuzvint və çarx 
arasında toxunma xətt üzrə baş verdiyindən böyük güc ötürmək mümkün olur. Bu 
ötürmə adilərə nisbətən daha dəqiq, səlis və titrəyişsiz işləyir. Dişlərin ilişməsində 
yaranan yüksək sürtünməsəthi aşağı faydalı iş əmsalına səbəb olur. Sonsuzvintin 
yoxuş bucağı artdıqaca bu əmsal 65-95 % arasında yerləşir. Sonsuzvint 
ötürməsində bir pillədə 1...1000 arasında ötürmə nisbəti almaq olur. Praktikada isə 
əlverişli ötümə nisbəti 10.....80 arasında götürülür. Sonsuzvint formasına görə 
silindrik və holoboid olur. Dişlərin profilinə görə trapesiya və arximed spiralına 
uyğun hazırlanırlar. Standarta görə Arximed sonsuzvintli ötürmələr ZA, evolvent 
Z1, konvolyut sonsuzvintlər isə ZN1 və ZN2 ilə işarə edilir. 
Sonsuzvint ötürməsinin çatışmayan cəhətləri ondan ibarətdir ki, ilişmə zamanı 
yüksək sürtünmə yaranır, əlvan materialların tətbiqi tələb olunur, oxboyu yaranan 
yüksək qüvvə yastıqların sərt oturdulmasını tələb edir, istismar xərcləri böyükdür. 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin