Мцдафия Назирлийи Мцлки Мцдафия Курсу


Rəhbər heyətin mülki müdafiə məşqi



Yüklə 229 Kb.
səhifə6/13
tarix27.04.2023
ölçüsü229 Kb.
#103289
1   2   3   4   5   6   7   8   9   ...   13
M-3

Rəhbər heyətin mülki müdafiə məşqi - obyektin (rayonun, nazirliyin və s.) MM qərargahları, fövqəladə hallar (FH) komissiyasının üzvləri ilə keçirilir; bu məşqə, həmçinin obyekt rəhbərlərinin müavinləri, FH komissiyasının bütün heyəti, xidmət rəisləri və digər rəhbər şəxslər cəlb olunurlar. Məşqin keçirilməsində başlıca məqsəd - fövqəladə hallarda obyektdə mülki müdafiənin müvafiq planına uyğun etibarlı idarə edilməsi üzrə rəhbər heyətin nəzəri bilik və əməli vərdişlərinin təkmilləşdirilməsidir. Bu zaman xidmətlər, dəstələr FH komissiyası arasında və qonşu obyektlərlə qarşılıqlı fəaliyyət, təminat və s. məsələlərin rəhbər heyətə öyrədilməsi üçün bu məşqə bəzi MM bölmələri də (kəşfiyyat, rabitə, tibb və digər manqalar) cəlb oluna bilər.
Məşqin mövzusu sülh və müharibə dövrlərdə obyektdə MM-in idarə edilməsi üzrə ümumi məsələlərə həsr edilir və müvafiq taktiki fonda adətən 1 gün ərzində keçirilir. Məşqə MM rəhbəri başçılıq edir.
Obyekt MM məşqi.
Obyekt MM məşqi - kiçik obyektləri, idarə və təşkilatları hər cür fövqəladə hallarda fəaliyyətə hazırlamağın əsas formasıdır. Belə məşqlərdə obyektin müvafiq MM planında nəzərdə tutulan əsas əməli işlərin icrası qaydaları öyrədilir və onların nə dərəcədə real olduğu praktikada yoxlanıb dəqiqləşdirilir.
Obyekt MM məşqinə bu müəssisənin, idarənin, təşkilatın, təhsil ocaqların bütün heyətləri - rəhbər heyət, MM dəstələri, digər fəhlələr, qulluqçular, tələbələr cəlb olunurlar. Məşqdən məqsəd - iştirakçılardan hər birinə fövqəladə hallarda
mühafizə işləri və digər MM tədbirləri heyata keçirilərkən fəaliyyət qaydalarını əməli surətdə öyrətməkdir. Məşqə obyektin MM rəhbəri başçılıq edir, onun keçirilməsinə 8 saat vaxt ayrılır.
Rəhbər heyətin və obyekt MM məşqində rəhbərlik qrupu heyətinin lazımi tərkibi təlim və məşqin xüsusiyyətlərindən asılı olaraq məşqin rəhbəri tərəfindən dəqiqləşdirilir.
Məşqə cəlb edilən heyətlərin hazırlanması üsün komandir-rəis və sıravi heyətlərlə, digər təlim iştirakçıları ilə əməli məşğələlər, məşqlər təşkil edilir; MM dəstələri şəxsi heyətlə tam komplektləşdirilir, mühafizə vasitələri ilə təchiz olunur.
Maddi-texniki təchizat və təlim yerləri təlimə hazırlanarkən bütün MM avadanlıqlarının sazlığı yoxlanılıb səhmana salmır, təlimdə imitasiya yerlərinin (imitasiya planında) dağıntı, zəhərlənmə, yanğın və s. vasitələrinin hazırlanmasına diqqət yetirilir.
Kompleks təlim və rəhbər heyətin MM məşqi adətən obyektdə mülki müdafiənin hazır vəziyyətə gətirmək haqqında yuxarı MM orqanları rəhbərlərinin verdiyi sərəncamın təlim (obyekt) rəhbərinə çatdırılması və obyektdə MM rəhbər heyətinin plan üzrə xəbərdar edilib toplanması barədə göstərişlə başlanır. Bu zaman təlim rəhbəri özünün müavin və köməkçiləri ilə birlikdə bu işin planda müəyyən olunan müddətdə icrasına göz qoyur, onun reallığını qiymətləndirir.
Obyektdə müvafiq fövqəladə hal üzrə MM planının (məs. sülh dövründə obyektdə FH-nın qarşısının alınması və aradan qaldırılması üzrə fəaliyyət planının) həyata keçirilməsi barədə sərəncam verdikdən sonra təlim rəhbəri, onun müavini və köməkçiləri obyektdə mühafizə tədbirlərinin yerinə yetirilməsi barədə MM qərargahı rəisinin, xidmət rəislərinin və digər rəhbər işçilərin öz tabeçiliyindəki heyətlərə verdikləri göstərişləri dinləyib onların dəqiqliyini qiymətləndirir.
MM planında nəzərdə tutulan tədbirlərin icrasına nəzarət edirlər. Bu zaman, xüsusən diqqət aşağıdakı cəhətlərə yetirilməlidir. Komandir-qərargah təlimində - mühafizə tədbirlərinin rəhbər heyət tərəfindən təşkil edilməsinə; kompleks təlim və taktiki-ixtisas təlimləri və obyekt məşqlərində isə - daldalanma yerlərinin, hazırlanması, işçilərin daldalanması və ya təhlükəsiz yerlərə çıxarılması, onlara fərdi mühafizə vasitələrinin paylanması, obyektdə sabit işin təmin edilməsi, xilasetmə işləri aparılması və s. kimi tədbirlərin fəhlələr, qulluqçular, MM dəstələri tərəfindən əməli surətdə icra edilməsinə.
Müharibə dövrü üçün MM planı üzrə keçirilən kompleks təlim və obyekt MM məşqi çox vaxt düşmən «qəflətən basqını» ilə əlaqədardır, «Hamının diqqətinə» siqnalı verilməsi ilə başlanır. Bu zaman müvafiq tədbirlər (adamların daldalanması, obyektdə işin qəzasız dayandırılması və s.) elan edildikdən sonra MM planında nəzərdə tutulan digər tədbirlər ardıcıllıqla heyata keçirilir.
Taktiki-ixtisas təlimi (MM dəstələrinin məşqi) adətən iştirakçıların toplanması və hazırlığının yoxlanması ilə başlanır. Sonra təlimin rəhbəri dəstə komandirlərini yaradılmış vəziyyətlə tanış edib iş tapşırığı (əmr) verir və özünün köməkçilərini də cəlb etməklə komandirlərin icrasını tapşırığını necə təşkil etdiyinə və onların tabeliyindəki heyətlərin əməli işlərinə nəzarət edir, qiymət verir.
İşin gedişində icraçılara yuxarı qərargahların əlavə sərəncamları, kəşfiyyat məlumatları çatdırılır, bunlar da komandirləri yeni qərarlar qəbul etməyə, qətiyyətlə fəaliyyət göstərməyə sövq etdirməlidir. Kompleks təlimlərdə, taktiki - ixtisas təlimlərinə və obyekt məşqlərində təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə, imitasiya zamanı və əməli işlər yerinə yetirilərkən bədbəxt hadisələrin qarşısının alınmasına diqqət yetirilməlidir. Bu məqsədlə: şəxsi heyəti bu iş üçün avadanlığı olmayan yük maşınlarında aparmaq; yüksəkvoltlu elektrik xətləri altında və bu xətlərdən ən azı 100 m yaxında radiostansiyaları işə salmaq; adamlar və tezalışan maddələr olan yerlərdən 50 m yaxında imitasiya üçün tüstü şaşkalarmı yandırmaq; fuqaslar partlatmaq; maye yanacaq və GTZM tutumları, ot-küləş tayaları, yetişmiş taxıl zəmiləri yaxınlığında və digər belə yerlərdə «yanğın ocağı» imitasiya etdirmək, təlim qurtardıqdan sonra imitasiya vasitələrini və yerlərini yığışdırıb səhmana salmadan çıxıb getmək qadağandır.
Hər bir təlim onun təhlili ilə başa çatdırılır. Təhlil təlimin vacib mərhələlərindən biridir: burada iştirakçıların fəaliyyəti qiymətləndirilir, buraxılmış səhvlər, nöqsanlar aydınlaşdırılır, müsbət cəhətlər qeyd edilir.
Təlimin təhlilini rəhbərlik keçirir və təlimin gedişində özünün müavinlərinin, köməkçilərinin (vasitəçilərin) topladığı materialları misallar göstərməklə təlimin nətəcələrini və onun iştirakçılarının fəaliyyəti qiymətləndirilir.
Kompleks təlimin keçirilməsindəki, ümumiyyətlə tə’limlərin keçirilməsi üçün yuxarıda sadaladığımız sənədlərlə yanaşı, aşağıdakı sənədlər də işlənib hazırlanmalıdır.

  • Xəritə (sxem) və onun üzərində təlimin məqsədi;

  • Arayış məlumatı;

  • Təlimə hazırlığın təhvil planı;

  • Təlimin keçirilməsi planı;

  • İmitasiya planı;

  • Təlimin mövzusu.

Təlimin ümumi nəticəsi «Kompleks təlimin qiymətləndirilməsi şərtləri» əsasında qiymətləndirilir.
Təlimin nəticələri barədə obyekt üzrə əmr verilir. Əmrdə təlimin ümumi yekunları göstərilir, fərqlənən şəxslər həvəsləndirilir, nöqsanların aradan qaldırılmasına dair göstərişlər verilir. Keçirilmiş təlim barədə yuxarı MM orqanına müvafiq yekun məlumatı təqdim edilir.


Tədris-metodiki baza.

MM tədbirlərini müfəvvəqiyyətlə və keyfiyyətlə yerinə yetirmək üçün, bütün qrupları MM hazırlamaq üçün obyktin tədris bazası olmalıdır.


Tədris bazası deyəndə: şəhərciklər, tədris sahələri və məntəqələri, MM sinifləri, tədris əyani vasitələri, MM dəstələrini təmin etmək üçün tabel üzrə vasitələr və s. nəzərdə tutulur.
Tədris-metodiki baza hansı tələblərə cavab verməlidir?
- müasir nəzəriyyəyə tam uyğun olmalı;
- mövcud proqrama uyğun nəzəri və əməli məşğələlərin keçirilməsini təmin etmək;
- əyani, sadə və tez başa düşülən olmalı;
- bütün qrupların mənəvi, psixoloji cəhətdən hazırlanmasına təminat verməli.
Tədris-metodik bazanın əsasını tədris şəhərcikləri təşkil edir. Bu şəhərciklər əsas bu sahələrdən ibarətdir:

  • şəhərciyin başlanğıc sahəsi;

  • xilasetmə işlərinin aparılması sahəsi;

  • təxirəsalınmaz qəza-bərpa işlərinin aparılması sahəsi;

  • sanitar təmizliyinin keçirilməsi və texnikanın zəhərsizləşdirilməsi sahəsi.

Ərazisi az olan obyektlərdə tədris şəhərciyi əvəzinə kiçik tədris sahələri
düzəldilir ki, bu da Azərbaycan Silahlı qüvvələri haqqında əhalinin mühafizəsi məsələləri, kollektiv mühafizə vasitələri, FMV, əhalinin köçürülməsi məsələləri və s. əhatə olunur.
Həmin tədris sahəsində adi qırğın silahlarından, eləcə də bakterioloji silahlardan mühafizə, obyektin müharibə şəraitində fasiləsiz işini təmin edən üsulları, idarəetmə orqanları MM siqnallarında və düşmən basqını zamanı fəaliyyəti, ərzağın, suyun, k/t heyvanların, bitkilərinin otun, yemin mühafizə və nəhayət təbii fəlakət, istehsalat qəzaları baş verdikdə MM qüvvələrinin fəaliyyəti və s. göstərilir.
Tədris-metodiki bazadan daha da səmərəli istifadə etmək üçün obyektdə illik və aylıq iş planı hazırlanır.
NƏTİCƏ
Əhalinin MM-yə ümumi hazırlığı müasir şəraitdən irəli gələn zərurətdir.
Nə qədər ki, hərbi münaqişələr var, torpağımızın 20%-i zəbt edilib, habelə istehsalat qəzaları, təbii fəlakətlər ehtimalı mövcuddur, əhali müdafiə qaydalarını bilməli, lazım gəldikdə mühafizə olunmağı bacarmalıdır.

Yüklə 229 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin