Мцдафия Назирлийи Мцлки Мцдафия Курсу


II Bölmə. Əhalinin və işçilərin mühafizəsinin təşkili



Yüklə 229 Kb.
səhifə3/13
tarix27.04.2023
ölçüsü229 Kb.
#103289
1   2   3   4   5   6   7   8   9   ...   13
M-3

II Bölmə. Əhalinin və işçilərin mühafizəsinin təşkili.
Bu bölmədə əks olunur:
a. Gündəlik fəaliyyət rejimində
– mülki müdafiə sahəsində dövlət orqanlarının, hüquqi şəxslərin, vətəndaşların və Mülki Müdafiə qüvvələrinin vəzifələrinin öyrədilməsi və keyfiyyətlə yerinə yetirilməsi;
– əhaliyə və işçilərə fərdi mühafizə vasitələrindən istifadə edilmə qaydalarının öyrədilməsi;
– əhaliyə və işçilərə kollektiv mühafizə qurğularından istifadə etmə qaydalarının öyrədilməsi;
– xəbərdarlıq, rabitə, informasiya sistemlərinin və maddi yardım fondlarının yaradılması və təkmilləşdirilməsi;
b. Yüksək hazırlıq rejimində
– MM qərargahlarında (idarəetmə məntəqələrində) rəhbər heyətin növbətçiliyinin təşkil edilməsi və mülki müdafiə qüvvələrinin hazır vəziyyətə gətirilməsi;
– xəbərdarlıq, rabitə və informasiya vasitələrinin hazır vəziyyətə gətirilməsi;
– fövqəladə halların baş vermə təhlükəsi və ya baş verməsi barədə dövlət orqanlarının və işçilərin (əhalinin) xəbərdar edilməsi;
– fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılması, belə hadisələrin baş verəcəyi hallarda isə insanların sağlamlığının qorunmasına, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına dair tədbirlər;
– Mülki Müdafiə qüvvələrinin şəxsi heyətinə və işçilərə fərdi mühafizə vasitələrinin verilməsi;
– təhlükə baş verməsi ehtimal olunduqda radioaktiv, güclü təsirli zəhərləyici maddələr (GTZM) və partlayış təhlükəli maddələr saxlanılan müəssisələrdə kollektiv mühafizə qurğularının hazır vəziyyətə gətirilməsi;
– təhlükəli zonalardan əhalinin və işçilərin köçürülməsi üçün köçürmə orqanlarının hazır vəziyyətə gətirilməsi və köçürmə planlarının dəqiqləşdirilməsi;
– epidemiyaya qarşı tibbi -profilaktik tədbirlərin keçirilməsi;
– kənd təsərrüfatı heyvanlarının və məhsullarının mühafizəsi üzrə görüləcək tədbirlər (aidiyyatı üzrə).


III Bölmə: Fövqəladə hadisələr rejimində qəza-xilasetmə və digər təxirə salınmaz işlərin təşkili.
Bu bölmədə əks olunur:
– fövqəladə hadisə baş vermiş ərazilərdə ümumi və xüsusi kəşfiyyatın aparılması, kimyəvi zəhərlənmə və radioaktiv çirklənmənin, tikili və kommunikasiya şəbəkələrinin dağılma dərəcəsinin müəyyən edilməsi, dəyən ziyan və itkilərin miqdarının dəqiqləşdirilməsi;
– mövcud qüvvə və texnika ilə ilkin qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkil edilməsi və həyata keçirilməsi;
– fövqəladə hadisə baş vermiş ərazidən əhalinin çıxarılması, köçürülməsi və onların müvəqqəti yaşayış yerləri ilə təmin edilməsi;
– xəsarət alanlara ilk tibbi yardım göstərilməsi və onların müalicə ocaqlarına göndərilməsinin təşkili;
– bitki və heyvanların xilas edilməsi üçün tədbirlərin görülməsi (aidiyyatı üzrə);
– xəsarət ocaqlarında sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsi;
– işçilərin zəruri ərzaq ehtiyatı ilə təmin edilməsi;
– nəqliyyat təminatı;
– meteoroloji təminat.

Yüklə 229 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin