Мцдафия Назирлийи Мцлки Мцдафия Курсу



Yüklə 229 Kb.
səhifə5/13
tarix27.04.2023
ölçüsü229 Kb.
#103289
1   2   3   4   5   6   7   8   9   ...   13
M-3

Kompleks təlim - dinc və müharibə şəraitində obyektin MM idarəetmə orqanının, mülki müdafiə dəstələrinin, və bütün əhalinin tədrisinin ən yüksək və hərsahəli hazırlıq formasıdır. Belə tədbirlər zamanı şəxsi heyətin hazırlıq səviyyəsi əyani olaraq yoxlanılır, qarşıya çıxan çatışmamazlıqlar, əyər-əskik aradan qaldırılır. Kompleks təlim bir neçə mərhələdə ola bilər. Məsələn, birinci mərhələdə - qəza təhlükəsi yaranarkən mühafizəyə hazırlıq tədbirləri. İkinci mərhələdə - mühafizə tədbirlərinin həyata keçirilməsinə rəhbərlik. Üçüncü mərhələdə - qəza nəticələrinin aradan qaldırılması üçün xilasetmə işlərinin yerinə yetirilməsi.
Təlimin məqsədi:

  • müdafiə tədbirlərinin keyfiyyətli və hərtərəfli həll etmək;

  • mürəkkəb MM tədbirlərinin həyata keçirmək üçün əhalini hazırlamaq;

  • KRH-nin idarəetmə vərdişlərini təkmilləşdirmək;

  • Obyektin MM planının reallığını yoxlamaq;

  • İstehsalat prosesinin müharibə şəraitində fasiləsiz işini artırmaq.

Təlimlər rəhbər heyəti, dəstələri və əhalini mülki müdafiə vəzifələrinin
yerinə yetirilməsinə hazırlaşdırmağm ən yüksək və aktiv formasıdır. Burada nəzəri məşğələlər zamanı əldə edilmiş biliklər əməli surətdə icra edilir, təlim iştirakçılarına texnikanı, cihazları, mühafizə vasitələrini işlətmək, o cümlədən də rəhbər və komandir heyətlərinə tabeliyindəkiləri idarə etmək üzrə vərdişlər aşılanır. Yəni hər bir iştirakçı mülki müdafiə üzrə öz vəzifələrini yerinə yetirir. Müasir tələblər səviyyəsində keçirilən təlimlər həmçinin dinc və müharibə dövrləri üçün müvafiq MM planlarının reallığın yoxlamaq, təlimə cəlb edilən dəstələrin, obyekt təlimləri və məşqlərində isə bütünlükdə obyektin fövqəladə hallarda MM vəzifələrini yerinə yetirməyə hazırlıq dərəcəsinin müəyyən edib qiymətləndirməyə, eləcə də ekstremal şəraitdə inamla fəaliyyət göstərmək üçün şəxsi heyətlərdə yüksək mənəvi-psixoloji keyfiyyətlər tərbiyə olunmasına imkan yaradır. Qarşıya qoyulan məqsəddən, vəzifələrdən, keçirilmə metodundan və iştirakçılarının tərkibindən asılı olaraq obyektlərində MM təlimlərinin və məşqlərinin bu əsas növrlərindən istifadə edilir.
Kompleks MM təlimi - son üç ildə bütövlükdə obyektin Mülki Müdafiəyə hazırlanmasını yekunlaşdırmaq və hazırlığın dərəcəsini müəyyən edib qiymətləndirmək məqsədilə keçirilir.
Kompleks təlimin mahiyyəti bundan ibarətdir ki, təlimə obyektin bütün heyətləri (rəhbər, komandir-rəis heyətləri, bütün MM xidmətləri və dəstələri, dəstələrə cəlb olunmamış işçilər) cəlb olunur və onlar eyni bir taktiki şəraitdə və eyni zamanda fəaliyyət göstərməklə obyektin MM planında nəzərdə tutulan bütün tədbirləri kompleks halında yerinə yetirirlər. Belə təlim, eyni vaxtda vahid plan əsasında keçirilən rəhbər heyətin komandir-qərargah təlimindən - MM dəstələrinin taktiki - ixtisas təlimindən, qalan fəhlə və qulluqçuların isə siqnal və göstərişlər üzrə öz vəzifələrini əməli yerinə yetirməsindən ibarətdir. Təlimdə əsasən obyektin FH-da fəaliyyət planının reallığı yoxlanılır, habelə müdafiə tədbirlərini həyata keçirməyə, düşmən basqının, yaxud təbii fəlakət və qəzanın nəticələrini aradan qaldırmağa, hərbi dövlət istehsalını fasiləsizliyini təmin etməklə obyektin hazırlıq dərəcəsi müəyyən edilir. Kompleks təlimin hazırlanması və keçirilməsi xeyli vaxt və zəhmət tələb edir.
Ona obyektin MM rəhbəri, bəzi hallarda yuxarı MM orqanının rəhbəri başçılıq edir. Kompleks təlimin mövzusu olaraq bütün MM tədbirlərini əhatə edən kompleks məsələ götürülür və onun keçirilməsinə 3 gün vaxt ayrılır.
Təlim vaxtı obyektdə istehsalat və digər iş prosesi dayandırılmır. Bu məqsədlə MM dəstələri və müxtəlif sexlərin, bölmələrin işçiləri təlimə, onun keçirilməsi planı əsasında növbə üzrə cəlb edilir: rəhbər heyət və qərargah işçiləri isə bütün təlim dövründə ona fasiləsiz rəhbərlik edirlər.
Təlim və məşqlərin hazırlanması onların keyfiyyətli və səmərəli keçirilməsini təmin edən ən əsas şərtlərdən biridir. Bu hazırlıq: təlimin təşkili və keçirilməsini təmin edən ən əsas şərtlərdən biridir, yəni sənədlərin tərtib edilməsindən; təlimə rəhbərlik edəcək qrupun hazırlanmasından; təlim iştirakçılarının hazırlanmasından; maddi-texniki təchizat və tə’lim yerinin hazırlanmasından ibarət olur. Təlim üçün bu sənədlər tərtib olunur:
- Təlim keçirilməsi haqqında obyekt MM rəhbərinin əmri (təşkilatı göstərişlər).
Burada: təlimin mövzusu, məqsədi və keçirilməsi müddəti, təlimə rəhbərlik qrupunun, təlim iştirakçılarının heyəti və onların təlimə hazırlanması qaydası; təlimin maddi-texniki təchizatı məsələləri; təlim vaxtı təhlükəsizlik qaydaları; bütün bu işlərin icrasında məsul şəxslər müəyyən edilir. Əmr, təşkilatı göstərişlər təlimin başlanmasına ən azı ay yarım qalmış icraçılara çatdırılır. Təlimə hazırlıq üzrə qalan bütün sənədlərin tərtibi və işlərin icrası bu əmr əsasında kompleks və komandir- qərargah təlimlərində və obyekt məşqlərində, obyektin MM qərargahı tərəfindən; dəstələrin taktiki-ixtisas təlimində isə hazırlıq qrupu tərəfindən təşkil edilir.

  • Təlimə hazırlığın təqvim planı.

Bu plan cədvəl formasında yazılır, müvafiq qrafalarda tə’limə hazırlıq üzrə konkret olaraq bütün tədbirlər, onların icra müddətləri və məsul icraçılar göstərilir.

  • Təlimin keçirilməsi planı.

Bu plan təlimin gedişini, mərhələlər üzrə hər bir tədris məsələsinin öyrədilməsi qaydasını və ardıcıllığını müəyyən edən əsas sənəddir. Planda əvvəlcə təlimin mövzusu; təlimin iştirakçıları: təlimin mərhələləri (yalnız kompleks və komandir-qərargah təlimlərində) və tədris məsələlərində, onların öyrədilməsi müddətləri; təlimdə yaradılan şərti vəziyyət; təlimin sona çatdırılması və təhlil keçirilməsi vaxtı bəndlər üzrə göstərilir. Bundan sonra təlimin gedişi aşağıdakı qrafalardan ibarət cədvəl formasında tərtib edilir: vaxt, tədris məsələsi, şərti vəziyyət. Təlim rəhbərinin və onun köməkçilərinin fəaliyyəti. Təlim iştirrakçılarmm gözlənilən fəaliyyəti.
Təlimə rəhbərlik qrupunun heyəti kompleks təlimdə - təlimin rəhbərindən başqa, adətən onun müavinindən, köməkçilərindən və ya vasitəçilərdən (imitasiya üzrə, müxtəlif xidmətlər, sahələr üzrə) ibarət olur. Vasitəçilər təlim iştirakçılarının fəaliyyətinə nəzərət etmək və onlara yardım göstərmək üçün təlimin rəhbəri tərəfindən təyin edilmiş şəxslərdir.
Təlimə rəhbərlik qrupunun hazırlanması məqsədilə bu qrupun heyətilə təlimin mövzusu üzrə əlavə nəzəri və əməli məşğələlər keçirilir, onlara obyektin MM planına əsasən tədbirlərin icrası qaydaları öyrədilir. Təlimin gedişi üzrə fəaliyyət qaydaları məşq etdirilir, təlim rəhbərinin köməkçiləri özlərinin xüsusi fəaliyyət planlarını da tərtib edirlər.
Rəhbər heyətin mülki müdafiə məşqi.

Yüklə 229 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin