Мцдафия Назирлийи Мцлки Мцдафия Курсу


IV Bölmə: Fövqəladə hadisələr zamanı idarəetmənin təşkili



Yüklə 229 Kb.
səhifə4/13
tarix27.04.2023
ölçüsü229 Kb.
#103289
1   2   3   4   5   6   7   8   9   ...   13
M-3

IV Bölmə: Fövqəladə hadisələr zamanı idarəetmənin təşkili.
Bu bölmədə əks olunur:
– əsas, ehtiyat və yardımçı idarəetmə məntəqələrinin yerləri, tərkibi, mühafizə tədbirləri və əməliyyat qruplarının məntəqədə fəaliyyət qaydaları;
– idarəetmə məntəqələrinin rabitə, xəbərdarlıq və informasiya vasitələri ilə təchiz olunması və onlardan istifadə etmə qaydaları;
– fövqəladə hadisələrin gözlənilməsi və ya baş verməsi barədə rəhbər heyətin eləcə də işçilərin xəbərdar edilməsi qaydaları;
– mülki müdafiə qüvvə və vasitələrinin “gündəlik fəaliyyət” , “yüksək hazırlıq” və “fövqəladə hadisə” rejimlərində idarə edilmə qaydaları;
– mülki müdafiə qüvvələri ilə rabitənin təşkili və idarəetmə pozulduqda onun bərpa edilməsi üzrə tədbirlər.
Əlavələr:

  1. Fövqəladə hadisələr zamanı müxtəlif rejimlərdə yerinə yetiriləcək əsas mülki müdafiə tədbirlərinin təqvim planı.

  2. İşçilərin kollektiv mühafizə qurğuları ilə təmin olunması cədvəli.

  3. İşçilərin fərdi mühafizə vasitələri, kimyəvi kəşfiyyat və dozimetrik (doza ölçən) nəzarət cihazları ilə təmin olunması cədvəli.

  4. Ehtimal olunan kimyəvi zəhərlənmə zonasının miqyası haqqında məlumat cədvəli.

  5. Fövqəladə hadisələr nəticəsində yarana biləcək vəziyyət (obyektin planında).

  6. İdarəetmənin, xəbərdarlığın və rabitənin təşkili sxemi.

  7. İşçilərin fəlakətli subasma zonalarından köçürülməsinin hesabatı (aidiyyatı üzrə).

  8. İşçilərin güclü təsirli zəhərləyici maddələr təhlükəsi yaranmış zonalardan köçürülməsinin hesabatı (aidiyyəti üzrə).

  9. Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına cəlb olunacaq mülki müdafiə qüvvə və vasitələrinin hesabatı.



Mülki Müdafiə təlimlərinin (məşqlərinin) əhəmiyyəti,
növləri və məqsədləri.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Mülki müdafiənin təmin edilməsi barədə» 25 sentyabr 1998-cı il tarixli 193 saylı qərarın II hissəsinin «Mülki müdafiənin əməli məşğələləri, təlimləri və məşqləri haqqında» 2-2.7 maddələrinə müvafiq olaraq, təşkil olunub, keçirilir.


Belə ki, obyektlərdə keçirilən əməli məşğələlərin, MM təlimləri və məşqlərinin əsas növləri bunlardır:
MM normativlərinin yerinə yetirilməsi - normativlər adətən ayda bir dəfə MM məşğələsi zamanı öyrədilir;
Rəhbər heyətin MM məşğələləri - ildə bir dəfə keçirilir və belə məşqlər zamanı rəhbər heyət obyektin MM planına əsasən özünün xidməti vəzifələrini dəqiq öyrənir; məşqə obyektin MM qərargahı MM xidmətinin rəhbər heyətləri və hərbiləşməmiş dəstələrin komandir-rəis heyəti cəlb edilir;
Kompleks MM təlimləri - hər üç ildən bir 2-3 gün ərzində aşağıdakı obyektlərdə keçirilir; işçilərin sayından asılı olmayaraq MM üzrə dərəcəli obyektlərdə və kimyəvi, partlayış-yanğın təhlükəli digər obyektlərdə; işçilərinin sayı 300 nəfərdən artıq olan dərəcəsiz obyektlərdə; çarpayılarının sayı 200-dən artıq müalicə - profilaktika müəssəsələrində, təlimə obyektin rəhbər, komandir-rəis heyətləri, hərbiləşdirilməmiş MM dəstələrinin şəxsi hey’əti, dəstələrə cəlb olunmayan işçilər cəlb edilir, habelə obyektin ətrafında yaşayan əhali də təlimlərə cəlb edilə bilər.
Qalan obyektlərdə, o cümlədən təhsil müəssisələrində (ümumtəhsil məktəbləri, texniki peşə, orta ixtisas və onlara bərabər tutulan digər məktəblərdən başqa) üç ildən bir 8-10 saat davam edən obyekt MM məşqləri keçirilir. Məşqlərə obyektin rəis-komandir heyətləri hərbiləşdirilməmiş MM dəstələri cəlb olunmayan işçilər və təhvil alan gəncəlr cəlb edilir;
Hərbiləşdirilməmiş MM dəstələri ilə əməli məşğələlər - yüksək hazırlıqlı dəstələrlə ildə bir dəfə, qalan dəstələr üç ildən bir kompleks təlim və obyekt məşqi 8 saat həcmində keçirilir;
Ümumtəhsil məktəbəlrində, texniki peşə, orta ixtisas məktəblərində və onlara bərabər tutulan digər təhsil ocaqlarında isə hər il «Mülki müdafıə» günü keçirilir və bu tədbir həmin məktəblərin illik tədris planlarında da nəzərdə tutulur;
Hər il hərbiləşdirilməmiş MM dəstələri ilə xəbərdarlıq toplanış üzrə məşq ildə iki dəfə keçirilir.
Mülki müdafiənin nə dərəcədə hazır olmasını müəyyənləşdirməyin ən etibarlı üsulu vaxtaşırı MM məşqlərinin və təlimlərinin keçirilməsidir. Belə tədbirlər zamanı ərazi və sahə orqanları başçılarına mülki müdafiəyə rəhbərlik qaydaları əyani olaraq öyrədilir, əmək kollektivlərinə özünü müdafiə bilikləri aşılanır və yerlərdə MM-ə hazırlığın bütün sahələri barədə tam düzgün təsəvvür yaranır. Belə tədbirlər zamanı şəxsi heyətin hazırlıq səviyyəsi yoxlanılır, qarşıda çıxan əgər- əskiklik aradan qaldırılır.
MM məşqləri və təlimləri müxtəlif miqyaslarda (şəhər, rayon, idarə, müəssisə və s.) və müxtəlif mövzularda keçirilir. MM məşqlərinin metod və təyinatı müxtəlifdir. Əməli məşğələlər, MM təlimləri və məşqləri - sülh və müharibə
dövrlərində MM tədbirlərinin yerinə yetirilməsinə bütün əhali qruplarının hazırlanmasının əsas forması hesab edilir.
Tədris ilində MM üzrə tədbirlərin təqvim planı yazılır və cədvəl şəklində tərtib olunur. MM qərargahının rəisi tərəfindən imzalanır və yuxarı (şəhər, rayon) MM qərargahı və ya regional şöbələrinin rəisləri tərəfindən razılaşdırıldıqdan sonra obyektin MM rəhbəri tərəfindən təsdiq edilir.
Bu planın ^Keçiriləcək tədbirlərin adları və hazırlanacaq heyətlər», «İşçilərin icra müddəti» (ay və tarix göstərilməklə), «Tədbiri kim keçirir», «Kimlər cəlb olunur» qrafalarmda müvafiq bölmələr üzrə: yuxarı təşkilatlar (rayon, regional şöbə, nazirlik) tərəfindən planlaşdırılan tədbirlər və kimlər cəlb olunacağı, obyektdə görüləcək işlər, o cümlədən rəhbər heyətin, MM dəstələrinin, qalan işçilərin təlimdə iştirakı, həmçinin təlim və məşqlərin növləri, dicər MM tədbirlərinin adları və icra müddətləri konkret olaraq nəzərdə tutulur. Planda qısa təlimlərin və məşqlərin mövzuları yazılır.
Təlim hazırlıq dövründə və onun gedişində bir sıra səmərəli təsərrüfat işləri görülür. Məsələn, su örtüyü qurğusunda olan xırda nasazlıq aradan qaldırılır və tam hazır vəziyyətə gətirilir.
Obyektlərdə MM-nin öyrədilməsi işləri tədris qruplarında məşğələ aparmaq mühafizə məsələlərini müstəqil öyrənmək üsulları ilə və son nəticədə məşq və təlimlər keçirməklə nəticələnir.
Əməli məşğələlər, MM təlimləri və məşqləri - sülh və müharibə dövrlərində MM tədbirlərinin yerinə yetirilməsinə bütün əhali qruplarının hazırlığının əsas forması hesab edilir.


Mülki Müdafiə təlimlərinin hazırlanması qaydaları.

Obyektlərdə keçirilən əməli məşğələlərin, MM təlimləri və məşqlərinin əsas növləri bunlardır:



Yüklə 229 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin