Magistratura məRKƏZİ Əlyazması hüququnda


—  Potensial  əkin  sahələrinin  ümumi  sahəsi  3,2  mrd.  ha  (1970-ci  il  göstəricisindən 2 dəfə çox);  —



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə16/42
tarix02.01.2022
ölçüsü1 Mb.
#44725
1   ...   12   13   14   15   16   17   18   19   ...   42
Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası və təbii mühitin

  Potensial  əkin  sahələrinin  ümumi  sahəsi  3,2  mrd.  ha  (1970-ci  il 

göstəricisindən 2 dəfə çox); 



 Maksimal məhsuldarlıq 1970-ci il üçün orta dünya göstəricisindən 3 dəfə 

çox; 


 Bərpa olunmayan resursların əlçatan ehtiyatlarının ümumi həcmi 1970-ci 

ilə nisbətən 250 dəfə çox; 



 Biosfer tərəfindən çirkləndiricilərin udulma səviyyəsi təbii ekosistemlərin 

1970-ci il vəziyyətinə görə 25 dəfə çox. 

Bu  zaman  bərpa  olunmayan  resursların  həcmi  və  ümumi  çirklənmə  qlobal 

sistemin  ümumi  ekoloji  vəziyyətini  təyin  edir.  Əhalinin  artımı,  sənaye  və  kənd 

təsərrüfatının  inkişafı  mühitə  təsiri,  antropogen  və  texnogen  yüklənmələri  müəy-

yənləşdirir.  Əhalinin  artımı  və  istehsalın  inkişafı  bir-birini  sürətləndirir,  onlara 

eksponensial artım tempi verərək, bütün qlobal sistemi tarazlıq halından çıxarır. 

1974 cü ildə «Bəşəriyyət yol ayrıcında»  («Mankind at the Turning Point») 

adlanan ikinci hesabat hazırlandı. Müəlliflər «İnkişafın yuxarı həddi»ndəki qüsur-

ları həll etməyə çalışdılar. Onlar hesab edirdilər ki, planetin müxtəlif hissələrində 

müxtəlif  ekoloji  problemlər  mövcuddur.  Ona  görə  də  ekoloji  problemləri  daha 

effektiv həll etmək məqsədilə Yeri 10 regiona böldülər (ABŞ, Kanada və Meksika 

daxil  olmaqla  Şimali  Amerika:  Latın  Amerikası;  Qərbi  Avropa;  SSRİ  və  Şərqi 

Avropa;  Şimali  Afrika  və  Yaxın  Şərq;  Tropik  Afrika;  Cənubi  və  Cənub-Şərqi 

Asiya;  ÇXR  və  Asiyanın  sosialist  ölkələri;  Yaponiya;  Okeaniya  və  CAR).  Bu 

hesabatın əsas ideyası ondan ibarətdir ki, kortəbii inkişaf bəşəriyyəti məhvə apardı-

ğından  regionlar  «üzvi  inkişaf»  tempinə  keçməlidir.  Alimlər  hesab  edirdilər  ki, 

müasir böhranın əsas səbəbi iki uçurumdan ibarətdir. Onlardan biri təbiətlə insan 

arasında,  ikincisi  isə  varlılarla  yoxsullar  arasındakı  uçurumdur.  Bu  uçurumların 

ləğvi dünyanın vəhdətini təmin edəcək.  

Dünyanın  çoxsəviyyəli  regional  modellərindən  ibarət  olan  bu  model  çevik 

planlaşdırma instrumenti, tərkib hissələri bir-birinə qarşılıqlı təsir edən və bir-biri 




 

32 


ilə sıx əlaqədə olan bir sistem şəklində çıxış edir. Müəlliflər böhran vəziyyətlərdən 

səhvlər detektoru qismində istifadə etməyi təklif edir.  

«Beynəlxalq nizamın yenidənqurulması» (RİO: Reshaping the International 

Order») adlanan üçüncü (1977) hesabatda zəif inkişaf etmiş ölkələrə xüsusi diqqət 

verilib.  Çünki  bu  ölkələrin  liderləri  iqtisadi  inkişafın  məhdudlaşdırılmasını  rədd 

edirdilər (17,22). 

Hesabat müəllifləri hesab edirdiklər ki, ikinci hesabatda təklif edilən «üzvi 

beynəlxalq  nizam»  ideyasının  həyata  keçirilməsi  üçün  bütün  ölkələr  lokal 

məqsədləri  qlobal  məqsədlərlə  uzlaşdırmalıdırlar.  Yalnız  o  zaman  regionlarda 

atılan addımlar bütövlükdə bəşəriyyətin rifahına xidmət edəcək. Hesabatda müasir 

«xətti» iqtisadiyyatın «dövri» iqtisadiyyatla əvəz olunması təklif edilir (Şəkil 2.1.) 

 

Xətti iqtisadiyyat 



 

 

 



                                                                                               Çirklənmələr 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin