Magistratura məRKƏZİ Əlyazması hüququnda


«Yaşıl» iqtisadiyyat və müasir dövrdə inkişafın məqsədləri



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə19/42
tarix02.01.2022
ölçüsü1 Mb.
#44725
1   ...   15   16   17   18   19   20   21   22   ...   42
Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası və təbii mühitin

2.2. «Yaşıl» iqtisadiyyat və müasir dövrdə inkişafın məqsədləri 

 

Bəşəriyyətin tərəqqisi naminə ekoloji problemlərin həllinin zəruriliyi dünya-



nın bütün dövlətlərinin yekdil qəbul etdiyi «Minilliyin İnkişaf Məqsədləri»ndə öz 

əksini tapmaqla yanaşı, ekoloji davamlılıq  məqsədi xüsusi qeyd edilir. Son dövr-

lərdə dünya ümumdaxili məhsulunun 4 dəfə artması yüz milyonlarla insanın həyat 

səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Lakin bu artım, əsasən, təbii kapitalın 

(meşə və kənd təsərrüfatı, torpaq, su resursları və biomüxtəlifliyin istifadəsi ilə əla-

qəli urbanizasiya)  azalması,  ekosistemlərin  dağılması nəticəsində  əldə edilmişdir. 




 

44 


Məhz  bunun  nəticəsidir  ki,  2000-ci  ildən  başlayaraq  dünyada  ekoloji  problemlər 

kəskinləşdi:  içməli  suyun  və  ərzaq  məhsuldarlığının  azalması,  iqlim  dəyişmələri, 

biomüxtəlifliyin,  meşə  sahələrinin  azalması,  səhralaşma  və  s.  neqativ    proseslər 

intensivləşdi. Ekoloji məhdudiyyətlərin güclənməsi dünyada iqtisadi inkişafın yeni 

tipinin formalaşması zərurəti yaratdı, yeni «yaşıl» iqtisadiyyatın hazırlanmasına sə-

bəb oldu. Bu sahənin konturları BMT təşəbbüslərində «yaşıl» iqtisadiyyata (green 

economy) keçid təklifləri, yaşıl inkişaf (green groth) proqramları ilə başladı. «Ya-

şıl»  iqtisadiyyata  keçid  məsələləri  BMT-nin  Rio+20  sammitinin  prioritet  məsələ-

lərindən  oldu.  Beynəlxalq  sənədlərdə  «yaşıl  sənaye»  (green  industry),  «yaşıl» 

bazarlar  (green  market),  «yaşıl»  məşğulluq  (green  jobs)  və  s.  «yaşıl»  sifətli  ter-

minlər getdikcə geniş istifadə edilməyə başladı. Artıq «yaşıl» innovasiyalar termi-

nindən də geniş istifadə edilir. Burada ətraf mühitə minimum təsir edən (alternativ 

energetika, ekonəqliyyat, bioloji yanacaq və s.) yeni texnologiyalar nəzərdə tutulur. 

UNEP-in  BMT-nin biosfer resurslarının kompleks elmi planlaşdırılması və 

idarə  edilməsinin  əsaslarını  və  metodlarını  işləyib  hazırlayan  ətraf  mühit  üzrə 

proqramm    hesabatlarına  görə, «yaşıl»  iqtisadiyyat  insan  rifahını və  sosial  ədaləti 

artırmaqla bərabər, ətraf mühitə olan riskləri minimuma endirir. Bu iqtisadiyyatın 

xarakterik əlamətləri aşağıdakılardır: 




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin