Magistratura məRKƏZİ Əlyazması hüququnda


— yerli icmalarla əlaqə;  —



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə27/42
tarix02.01.2022
ölçüsü1 Mb.
#44725
1   ...   23   24   25   26   27   28   29   30   ...   42
Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası və təbii mühitin

 yerli icmalarla əlaqə; 

 təşkilatın böhran halları zamanı yardıma hazır olması; 

 keyfiyyətli məhsul istehsalı. 

Son  dövrlərdə  beynəlxalq  cəmiyyətdə  «Bir  Planet  Cəmiyyəti»  proqrammı 

(«One  Planet  Communites»)  geniş  vüsət  almaqdadır  (Şəkil  2.4).  Bu  çərçivə 

proqrammı  beynəlxalq  ictimaiyyətdə  ekoloji  davamlılıq  haqqında  vahid  düşüncə 

tərzi aşılamaq məqsədi daşıyır. Bu hərəkat 2 əlaqəli problemin həllinə kömək edir: 

  istixana  qazlarının  atmosferdəki  miqdarının  iqlim  dəyişmələrinin  təh-

lükəsiz həddinə qədər azaldılması; 



 resurslardan istifadənin davamlı səviyyəyə çatdırılması. 

On  prinsipə  əsaslanan  Proqramda  davamlı  qida,  davamlı  material,  davamlı 

su və s. yeni terminlərdən istifadə edilir. 

                        

Yüksək energetik efektivliyə malik  binaların inşası və alternativ enerji mənbələrindən istifadə 

 

                                      



                                      Tullantıların azaldılması, mümkün qədər təkrar istifadə, yalnız sonda «o» tullantının zibilliyə  

                                       göndərilməsi 

Sıfır karbon 

 

Sıfır tullantı 



 


 

49 


                                             

                                         Emmisiyaları azaltmaq səqsədilə üstünlüyün az karbon rejiminə malik olan nəqliyyat  

                                          vasitələrinə verilməsi 

                                                                               

                                        Az enerji hesabına başa gələn, lokal ərazidə əldə edilən, təkrar emal və ya tullantılardan  

                                        hazırlanmış sağlam məhsullardan istifadə edilməsi                      

 

                                       Az mərhələdə əmələ gələn, lokal, mövsümü və üzvi qidalara üstünlük verilməsi, ərzaq  



                                       tullantılarının azaldılması 

 

                                       Binalarda və aldığımız məhsullardakı sudan maksimum dərəcədə səmərəli istifadə etmək,  



                                        lokal daşqınların və su hövzələrinin çirklənməsinin qarşısını almaq 

 

                                        Torpaqdan istifadə və inşaat zamanı biomüxtəlifliyin və təbii yaşayış yerlərinin mühafizəsi  



                                         və bərpasına çalışmaq 

 

                                         Yerli mədəni və ənənələrin canlandırılması, mədəni tədbirlər vasitəsilə dəstəklənməsi və  



                                        bu işdə aktiv istirak etmək 

 

                                        Ədalətli məşğulluq imkanlarına dəstək verən bioregional iqtisadiyyatın yaradılması,  



                                        beynəlxalq ticarət yarmarkalarının təşkili, icmaların buraya cəlb edilməsi 

 

                                        



                                       Möhkəm sağlamlıq və firavan həyata səbəb olan aktiv və mənalı həyatın təşviqi 

 

 



Şəkil 2.4. «Bir Planet»in 10 prinsipi 

 

«Davamlı qida məhsulları» çoxcəhətli anlayış olub biomüxtəlifliyin mühafi-



zəsinə, malın ekolojiliyinə, səhiyyə və sosial müdafiə sisteminə və iqtisadi səmə-

rəliliyə xidmət edir. Ərzağın davamlılığına təsir edən əsas amillər kənd təsərrüfatı 

fəaliyyətinin  formasından  (herbisid  və  pestisid,  digər  kimyəvi  maddələrdən  isti-

fadə, məhsul yığımının üsulu), məhsulun nəqlinin forması və məsafəsindən, emal 

dərəcəsindən, saxlanma şəraitindən və müddətindən, satış formasından (topdan və 

ya pərakəndə) asılı olur. 

Qida  məhsullarının  davamlılıq  dərəcəsi  aşağıdakı  göstəricilər  əsasında 

müəyyənləşdirilir: 



 Yerli və mövsümi məhsullardan istifadə. Onların çatdırılmasının nəqliy-

Davamlı nəqliyyat 

 

Davamlı material 



 

Lokal davamlı ərzaq 

 

Davamlı su 



 

Torpaq və yabanı 

təbiət 

 

Mədəniyyət və irs 



 

Bərabərlik vəl okal 

iqtisadiyyat 

 

Sağlamlıq və 



firavanlıq 

 



 

50 


yat xərcləri az olduğundan bu cür məhsullar iqtisadi cəhətdən daha effektiv olur. 

Onların çatdırılmasına az enerji və yanacaq sərf edildiyindən az tullantılar yaranır. 

Mövsümi məhsullar soyuducularda saxlanmadığından az enerji sərf edilir, istixana 

qazı sayılan freonlardan istifadə edilmir.  

         Yerli və emal olunmamış və ya emal dərəcəsi az olan ərzaq məhsulları 

istixana qazlarının azalmamasında vacib əhəmiyyət daşıyır. Fair Trade («Ədalətli 

Ticarət»)  standartları istismar və yoxsulluğun aradan qaldırılmasına xidmət edir. 

Fair  Trade  («Ədalətli  Ticarət»)  ictimai  hərəkat  olub  beynəlxalq  əmək,  ekoloji  və 

sosial tənzimlərmə standartlarının  tətbiqini müdafiə edir, malların inkişaf etməkdə 

olan  ölkələrdən  inkişaf  etmiş  ölkələrə  eksportunu  diqqətə  çəkir,  mövcud  beynəl-

xalq ticarət sisteminin «ədalətsiz» olduğunu bildirir, malların qiymətlərinin dəyiş-

məsinin istehlakçılar üçün əlverişsiz olduğunu, bazar qiymətlərinin istehsalın real 

dəyərini əks etdirmədiyini, buraya ekoloji və sosial komponentlərin əlavə edilmə-

sini vacib hesab edir. 

Davamlı  ərzaq  sistemi  anlayışı  haqqında  müxtəlif  fikirlər  mövcuddur. 

Əvvəla,  davamlılıq  anlayışı  resurslardan  istifadənin  Yerin  potensialını  aşmayan, 

onun  əvəz  edilməsinə  səbəb  olmayan  həddini  nəzərdə  tutur.  Ərzaq  sistemində 

«davamlılıq»  anlayışı  geniş  spektri  əhatə  edərək  keyfiyyət,  həyat  təhlükəsizliyi, 

səhiyyə, əlçatanlıq, iş yerləri baxımından qida sənayesində rolu və təbii ki, ekoloji 

davamlılıq  kimi  sahələri  əhatə  edir.  Ərzaq  sisteminin  ekoloji  davamlılığı  isə  öz 

növbəsində  sistemin  iqlim  dəyişmələri,  su,  torpaq  resurslarına,  biomüxtəlifliyə 

təsiri  əsasında  formalaşır.  Resurslardan  rasional  istifadə  və  davamlı  ərzaq 

sisteminə nail olmağın əsas yolları hansılardır? 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin