Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə18/42
tarix02.01.2022
ölçüsü1 Mb.
#44725
1   ...   14   15   16   17   18   19   20   21   ...   42
Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası və təbii mühitin

 Şist neft-qazı (shale gas) mənbələrinin kəşfi gələcəyin energetik problem-

lərini həll edə biləcək, yoxsa əlavə ekoloji problemlər yaradacaq? 



 Siyasi liderlər hansı strategiyalara üstünlük verəcək? 

 Neftli qumlar gələcəyin energetika strukturunda hansı rolu oynayacaq? 

 Bərpaolunan enerji mənbələri nə zaman rəqabətədavamlı olacaq? 

Roma Klubunun əhəmiyyətini qiymətləndirərkən onu da qeyd etmək lazım-

dır ki,  məhz  bu hesabatlar sayəsində  beynəlxalq  ictimaiyyət  ekoloji  problemlərin 

qlobal xarakterə malik olması haqqında məlumatlar əldə etdi, vəziyyətin təsvirin-

dən problemlərin həlli yollarının axtarışına keçid edildi, əməkdaşlığın rəqabətdən 



 

37 


üstünlüyü dərk edildi (17). 

Artıq XX əsrin sonunda dünya bu qənaətə gəldi ki, ətraf təbii mühiti müha-

fizə etmədən iqtisadiyyatın sonrakı inkişafı mümkün deyil. Eyni zamanda, iqtisa-

diyyatı  inkişaf  etdirmədən  ətraf  mühiti  mühafizə  etmək  olmaz.  İqtisadiyyatla 

ekologiyanın bir-biri ilə qarşılıqlı əlaqəsi yeni ekoloji konsepsiyanın əsasını qoydu.  

Bu konsepsiyanı inkişaf etdirmək məqsədilə 1992-ci ildə 180 dövlətin iştirakı ilə 

BMT-nin  dövlət  və  hökumət  rəhbərləri  səviyyəsində  «Ətraf  mühit  və  inkişaf» 

mövzusunda Beynəlxalq Konfrans təşkil edildi. 

Davamlı  inkişaf  mövzusu  konfransın  əsas  qayəsi  oldu.  Bu  termin  ilk  dəfə 

Qru  Harlemin  (Gro  Harlem  Brundtland)  BMT-nin  ətraf  mühitin  mühafizəsi  və 

inkişafı  üzrə  Ümumdünya  Komissiyasındakı  məruzəsində  yer  aldı  (1987).  O, 

sivilizasiyanın inkişafının yeni modelinin   davamlı inkişaf modelinin qurulması-

nın  zəruriliyinin  vurğuladı.  Bu  model  indiki  nəslin  tələbatlarının  ödənilməsində 

gələcək  nəslin  də  hüquqlarını  nəzərə  alan  tərəqqi  və  irəliyə  doğru  hərəkətini 

nəzərdə tutur. Modelə görə, sosial-iqtisali və ekoloji məsələləri qarşılıqlı, balanslı 

şəkildə həll etməklə bu məqsədlərə çatmaq mümkündür. 

Davamlı inkişaf aşağıdakı müddəalara əsaslanır: 

1.  İnsanların  təbiətlə  harmonik  sağlam  və  məhsuldar  həyata  malik  olmaq 

hüququnun olması; 

2. Ətraf mühitin mühafizəsinin inkişafın ayrılmaz tərkib hissəsi olması; 

3. İndiki və gələcək nəsillərin əlverişli ətraf mühitə olan tələblərinin ödənil-

məsi; 


4. Dünya xalqları arasında, hər bir ölkədə yoxsullarla varlıların həyat səviy-

yəsi arasındakı fərqin azaldılması; 

5. Təbiəti mühafizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi; 

6. Davamlı inkişafa uyğun olmayan istehsal və istehlakın inkişafının dayan-

dırılması; 

7.  Uzunmüddətli  ekoloji  problemlərin  diqqətə  çəkilməsi  və qarşısının  alın-

ması; 



 

38 


8. Əhalinin təhsil səviyyəsinin yüksəldilməsi; 

9. Ekoloji dünyagörüşün aşılanması. 

İştirakçılar əsasən aşağıdakı müddəalara xüsusi yer verib: 

1.  Yeni qlobal  inkişaf  modelinin  işlənib hazırlanmasının vacib  şərt və  mə-

nəvi öhdəlik olması. Elə bir model ki, orada hər kəsin rifahı və ətraf mühitin müha-

fizəsi anlayışları eyni məna kəsb etsin. 

2.  Sosial  ədalət  olmayan  cəmiyyətdə  ekoloji  təşlükəsizliyi  təmin  etmək 

mümkün deyil. 

3.  Bu  yolda  əsas  problemlər  aşağıdakılardır:  a).  inkişaf  etmiş  ölkələrdəki 

ifrat  istehsal  və  ifrat  istehlakın  təsirilə  Yerdəki  həyatı  təmin  edən  təbii  sistemin 

dağılması;  b)  inkişaf  etməkdə  olan  ölklərdə  əhalinin  artım  tempinin  partlayış 

xarakterli olması; c). varlılarla yoxsullar arasında fərqin güclənməsi. 

4.  İqtisadi inkişafın  sonsuz  artımının  proqress  sayılması  və buna  yol  veril-

məməsi. İnkişafda olan ölkələrin əhalisi planet sakinlərinin ¾ hissəsini təşkil etdiyi 

halda  iqtisadi  nemətlərin  1/3-dən  istifadə  edir.  Bu  dizbalans  ekoloji  və  iqtisadif 

dayanıqsızlığa səbəb olmaqla həm varlılar, həm də kasıblar üçün təhlükələr yara-

dır. 

Davamlı  inkişafın  prinsipləri  mövcud  resursların  dayanıqlı  şəkildə  mühafi-



zəsi  və  istifadəsini,  uzunmüddətli  menecmenti,  insana,  onun  sosial  tələbatlarına, 

təbii resurslara investisiyalar etməyi nəzərdə tutur. 

«Davamlı  inkişaf»  mürəkkəb  anlayış  olub  özündə  aşağıdakı  müddəaları 

ehtiva edir (Şəkil 2.3.): 



 Sosial bərabərlik (ədalət) əhalinin ərzaq məhsulları, səhiyyə, təhsil kimi 

müxtəlif və əsas tələbatlarının ödənilməsini prioritet məsələ hesab edir. 



  İqtisadi  effektivlik  əhalinin  rifahının  artmasına  xidmət  edir.  Buradakı 

əsas  hədəflər  iqtisadi  inkişaf  tempinə  nail  olmaq,  bu  tempi  saxlamaq,  gəlirləri 

artırmaq və yeni bazarlar əldə etməkdir. Qloballaşma iqtisadi tərəqqiyə yeni ahəng 

verdi. 


  Ətraf  mühitə  qayğı  (cavabdehlik)  ekoloji  sistemlərin  funksiyalarının 


 

39 


qorunmasına hörmətlə yanaşmağı tələb edir. 

Baxmayaraq  ki,  davamlı  inkişaf  150  parametr  əsasında  qiymətləndirilir, 

onların içərisində ən əsas 5 göstərici qeyd edilir: energetika və atmosfer havasının 

göstəriciləri; su, materiallar və tullantılar; torpaq və bioloji müxtəliflik; nəqliyyat 

və abadlıq; insan sağlamlığı və rahatlıqları (22). 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 2.3. Davamlı inkişafın əsas göstəriciləri. 

 

İnsan cəmiyyətinin inkişafı limit həddinə çatmışdır. Bundan sonrakı siyasət 



artıq  fərqli  olmalıdır.  Məsələn,  qızğın  silahlanmaların  qarşısının  alınması  nəticə-

sində  əldə  edilmiş  vəsaiti  ümumi  kollektiv  təhlükəsizlik  məsələlərinə    ekoloji 

təhlükəsizlik  problemlərinə  yönəltmək  mümkündür.  Problemlərin  əksəriyyətinin 

planetar xarakterli olduğunun dərk edilməsinə baxmayaraq hər bir ölkənin öz milli 

maraqları  mövcuddur.  Ölkələr  qlobal  böhran  şəraitində  belə,  bu  maraqlardan 

imtina edə bilmir. Məsələn, iqlim və bioloji müxtəliflik haqqındakı konvensiyalar 

müzakirə edilərkən ABŞ nümayəndələri xüsusi mövqe tutdular. Çünki təklif edilən 

həll  yolu  onların  dövlətinin  iqtisadi  maraqlarına  zidd  idi.  Tədqiqatlar  göstərir  ki, 

Kioto Protokolu tətbiq edilərsə bu, istehsal qüvvələrinin zəifləməsinə, benzinin və 

elektrik  enerjisinin,  malların  qiymətlərinin  əhəmiyyətli  dərəcədə  qalxmasına  və 

Davamlı inkişaf 

Sosial bərabərlik 

İqtisadi effektivlik 

Ətraf mühitə qayğı 

Həyat təhlükəsizliyi 

Bərabər imkanlar 

Sosial həmrəylik 

Beynəlxalq birgə məsuliyyət 

İnsan kapitalına dəstək 

 

İqtisadi inkişaf 



Effektivlik və  

rəqabətədavamlılıq 

Çeviklik və stabillik 

Məhsul/İstehlak 

Məşğulluq 

Beynəlxalq ticarət 

 

Resurslardan istifadə 



Materiallar və tulantılar 

Risklər 


Sürətli dəyişikliklər 

Təbii 


və 

mədəni 


landşaftlar 

 



 

40 


nəticədə,  iqtisadi  inkişaf  tempinin  zəifləməsinə  səbəb  olacaq.  Tullantı  qazlarının 

miqdarının  azaldılması  bir  çox  zavodların  müflis  olması,  nəticədə,  işsizliyin 

artması və sosial sarsıntılarla nəticələnəcək. Məhz bu  səbəbdən RF, Yaponiya və 

Yeni  Zelandiya  Protokolun  müddəalarına  əməl  etmir,  ABŞ  isə  ümumiyyətlə  onu 

ratifiyasiya  etməyib.  Onlar  hesab  edirlər ki,  iqlimin  qorunub  saxlanmasına  Kioto 

Protokolunda nəzərdə tutulduğu kimi, atmosferə atılan istixana qazlarının miqda-

rının  azaldılması  ilə  deyil,  müasir  texnologiyaların  inkişaf  etdirilməsi  ilə  nail 

olmaq olar. 

Qlobal  konsensus  prinsipləri  haqqında  Deklarasiya  və  Bəyannamə  dövlət-

lərin davamlı inkişaf üzrə öhdəliklərinin əsas prinsiplərini elan etdi. Bu prinsiplər 

davamlı inkişafa doğru irəliləyişin mahiyyət və hədəflərini, milli və bəşəri maraq-

ların  razılaşdırılmasının  zəruriliyini,  dövlətin  və  əhalinin  müxtəlif  təbəqələrinin 

rolunu  açıqlayan  tövsiyə  xarakterli  27  prinsipdən  ibarətdir.  Burada  insanların 

təbiətlə harmonik münasibət  şəraitində sağlam və məhsuldar həyat hüququna ma-

lik  olduqları,  lakin  gələcək  nəsillərin  də  bu  hüququnun    qorunmasının  vacibliyi, 

davamlı inkişafın ümumi inkişafın tərkib hissəsi olduğu, dövlətlərin ekosistemlərin 

sağlamlığı  və  tamlığı  uğrunda  əməkdaşlıq  etdikləri,  davamlı  inkişaf  prosesində 

qadınların iştirakının vacibliyi və s. müddəalar səsləndirilir. Deklarasiyada həmçi-

nin beynəlxalq elmi əməkdaşlığın, elmi tədqiqatların nəticələrinin istifadə edilməsi 

və yenim texnologiyaların təşviqi məsələləri də qeyd edilir. 

Hal-hazırda  Ermənistan  Respublikası  Azərbaycana  qarşı  ekosid  siyasəti 

aparmaqdadır. Müxtəlif kimya və mədən sənayesinin zəhərli tullantılarının, Metsa-

mor  AES-in  radioaktiv  tullantılarının,  iri  şəhərlərin  sənaye  sularının  və  məişət 

çirkablarının birbaşa Araz çayına axıdılması buna misaldır. 

Digər  tərəfdən,  işğal  olunmuş  ərazilərdəki  meşələrin  kütləvi  surətdə  qırıl-

ması  meşə  ekosistemlərinin  bioloji  müxtəlifliyinin  böyük  miqyaslı  məhvinə,  iri 

torpaq  eroziyalarına  və  torpaqların  məhsuldarlığının  azalmasına  səbəb  olur.  İşğal 

olunmuş  ərazilər  tmamilə  nəzarətdən  kənarda  qalaraq  ekoloji  təhlükə  mənbəyinə 

çevrilmişdir. 



 

41 


Ekosid  (ecocide)    bitki  və  heyvanat  aləminin  kütləvi  surətdə  məhv 

edilməsi, atmosferin və ya su resurslarının zəhərlənməsi və ya ekoloji fəlakətlərə 

səbəb olan digər hərəkətlərə deyilir. Bir çox ölkələrin cinayət məcəllələrinə əsasən, 

bu tip hərəkətlər 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə isə cəzalandırılır. 

Azərbaycanın  təbiəti  və  onun  sərvətləri  Azərbaycan  xalqının  milli  sərvəti 

olub, onun davamlı sosial-iqtisadi inkişafının və rifahının təbii bazasıdır. «Ekoloji 

təhlükəsizlik haqqında» qanunda bildirilir ki, hər bir vətəndaş öz sağlamlığını eko-

loji təhlükələrdən (təsərrüfat və ya digər fəaliyyətlər, qəzalar, fəlakətlər nəticəsində 

ətraf təbii mühitin zərərli təsiri) qorumaq hüququna malikdir. Bu hüquqları müda-

fiə  etmək  məqsədilə  ölkəmizdə  ətraf  təbii  mühitin  keyfiyyətini  təyini  edən  para-

metrlər  müəyyənləşdirilmişdir.  Ətraf  təbii  mühitə  təsirin  zərərsiz  həddinin  nor-

maları  əhalinin  ekoloji  təhlükəsizliyini  və  geneetik  fondunun  qorunmasını  təmin 

edir,  təsərrüfat  fəaliyyətinin  davamlı  inkişafı  şəraitində  təbii  sərvətlərin  davamlı 

istifadəsinə  və bərpasına şərait yaradır. 

Ekosidin ictimai təhlükəsi ondan ibraətdir ki, bu cinayət tərkibinin təsiri bit-

ki və heyvanat aləminə, insanın həyatı və fəaliyyətinin təbii özülü olan ətraf təbii 

mühitə,  ölkənin  və  cəmiyyətin  davamlı  sosial-iqtisadi  inkişafına,  xalqların  geno-

fondunun qorunmasına çox böyük ziyanlar vurur. 

Rio  Deklarasiyasının  digər  mühüm  cəhəti  odur  ki,  burada  ilk  dəfə  olaraq 

dünya inkişafının və ətraf mühitin mühafizəsinin bir-biri ilə bağlılığı və ayrılmaz 

olduğu elan edildi. Deklarasiyada, həmçinin, ətraf mühitin mühafizəsi fəaliyyətinin 

və  davamlı  inkişaf  konsepsiyasının  reallaşdırılmasının  dövlət  siyasəti  və  beynəl-

xalq  siyasət  səviyyəsinə  keçirilməsinin  zəruriliyi  qeyd  edildi.  Lakin  əsas  strateji 

proqramm sənədi Gündəlik 21 sənədi oldu (1992). 

Gündəlik 21  Ətraf mühit və inkişaf haqqında Deklarasiyanın əsas hədəf-

lərinə  həsr  edilmiş  sənəddir.  Bu  sənəd  sivilizasiyanın  XXI  əsrin  astanasında 

üzləşdiyi  problemlərin  həllinə,  dünya  ictimaiyyətinin  hazırlanmasına  yönəlmiş 

superproqramdır.  XXI  əsrin  gündəliyi  bəşəriyyətin  tarixdə  özünün  həlledici  döv-

rünü  yaşadığını  qeyd  edir.  Təbiətlə  sivilizasiyanın  inkişaf  səviyyəsi  arasındakı 



 

42 


ziddiyyət özünün ən yüksək həddinə çatmışdır. Sənəd 500 səhifədən o cümlədən 4 

hissə, 40 bölmədən ibarətdir. 

Birinci  hissə  sosial  və  iqtisadi  aspektlərdən  bəhs  edir.  Buradakı  bölmələr 

yoxsulluqla mübarizə, istehlak strukturunun dəyişdirilməsi, əhalinin artım dinami-

kası, insan sağlamlığının mühafizəsi və s. məsələlərə həsr edilmişdir. 

İkinci hissə resursların mühafizəsi və rasional istifadəsi məsələlərini araşdı-

rır.  Burada  atmosferin  mühafizəsi,  torpaq  resurslarından  istifadə,  meşəsizləşmə, 

səhralaşma və quraqlığa qarşı mübarizə, dağ rayonlarının mühafizəsi, kənd təsər-

rüfatı, bioloji müxtəlifliyin  mühafizəsi, biotexnologiyadan təhlükəsiz istifadə, də-

nizlər və dəniz canlılarının mühafizəsi, içməli suyun keyfiyyətinin qorunub saxlan-

ması, toksiki və təhlükəli məhsulların qanunsuz dövriyyəsinin qarşısının alınması, 

radioaktiv  və  digər  təhlükəli  tullantıların  zərərsizləşdirilməsi,  çirkab  sularının 

təmizlənməsi problemləri araşdırılır. 

Üçüncü  hissə  əhalinin  əsas  təbəqəsinin  XXI  əsr  proqramm  hədəflərinin 

həyata  keçirilməsinə  cəlb  edilməsinin  gücləndirilməsi  təkliflərindən  ibarətdir. 

Burada qeyd edilir ki, bütün proqramların effektiv icrası bu tədbirlərdə qadınların, 

gənclərin,  uşaqların,  yerli  xalqların,  qeyri-hökümət  təşkilatlarının,  həmkarlar  itti-

faqlarının, sahibkarların, fermerlərin, alimlərin aktiv iştirakından asılıdır. 

Dördüncü hissədə proqramın həyata keçirilməsi yolları təklif edilir: maliyyə 

resursları və mexanizimləri; ekoloji təhlükəsiz texnologiyalar; elmin inkişafı; əha-

linin  maarifləndirilməsi  və  kadrların  hazırlanması;  inkişaf  etməkdə  olan  ölkələrə 

yardım; beynəlxalq təşkilati mexanizmlər və hüquqi sənədlər; inormasiya sistem-

lərinin vacbliyi qeyd edilir. 

Rio+20  (Rio-deJaneyro,  2012)  görüşündə  iqtisadiyyat,  davamlı  inkişaf  və 

yoxsulluğun aradan qaldırılması kimi problemlər yenidən müzakirə edildi. İştirak-

çılar bir daha Gündəlik 21 sənədinə sadiq qaldıqlarını bildirməklə yanaşı, bəzi mə-

sələlərə yenidən baxdılar. Nəticədə 283 bənddən ibarət yeni «İstədiymiz gələcək» 

(«The  Future  We  Want»)  sənədi  imzalandı,  Sənəddə  sonrakı  inteqrasiya,  yeni 

yaranmış çağırışların nəzərdən keçirilməsinin vacibliyi bildirildi, planetdə hələ də 



 

43 


hər beşinci insanın (1 milyarddan çox) ifrat yoxsulluq şəraitində yaşadığı, hər yed-

dinci insanın (14%) aclıqdan əziyyət çəkdiyi, bəşəriyyətin hələ də pandemiyalar və 

epidemiyalar kimi səhiyyə problemləri qarşısında acizliyi, xüsusilə gənclər arasın-

da  işsizliyin yüksək səviyyəsi, iqlim dəyişmələrinin neqativ təsirləri təəssüflə qeyd 

edildi. Proqnozlara görə, planetin əhalisinin 2050-ci ildə 9 milyarddan çox olacağı, 

əhalinin təxminən üçdə iki hissəsinin şəhərlərdə yaşayacağı şəraitdə davamlı inki-

şafın  məqsədlərinə  çatmaq  üçün  bütün  səylərin  gücləndirilməsi,  inkişaf  etməkdə 

olan ölkələrə yardımların artırılması, davamlı inkişafın hər 3 komponentinin daha 

da  möhkəmləndirilməsi,  ölkələrdə  «yaşıl»  iqtisadiyyat  siyasətinin  təşviq  edilməsi 

tövsiyə edildi. 

Yoxsulluğun ləğvi, ərzaq təhlükəsizliyi, qida və kənd təsərrüfatının davamlı 

təşkili, su təchizatı və sanitar məsələlər, energetika, davamlı turizm, ekoloji təhlü-

kəsiz nəqliyyat  vasitələri,  ekoloji damlı  şəhərlər və  yaşayış  məntəqələri,  səhiyyə, 

hamının  tam  məşğulluq  və  ləyaqətli  iş  yeri  ilə  təmin  olunmasına  kömək  etmək 

kimi problemlər fəaliyyətlərin çərçivə proqramlarına daxil edildi (17,22). 

Bu proqramm sənədləri və növbəti beynəlxalq forumlar əsasında AİB, Şərqi 

Avropa  ölkələri,  ABŞ,  Kanada  və  digər  ölkələr  özlərinin  davamlı  inkişafa  keçid 

konsepsiyalarını  hazırladılar  və  ətraf  mühitin  mühafizəsi  üzrə  milli  proqramlar 

qəbul etdilər. 

 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin