Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə17/42
tarix02.01.2022
ölçüsü1 Mb.
#44725
1   ...   13   14   15   16   17   18   19   20   ...   42
Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası və təbii mühitin

Dairəvi iqtisadiyyat 

 

 



 

 

 



 

 

Şəkil 2.1. «Xətti» və «dövri» iqtisadiyyatların struktur sxemləri (22) 



 

Müəlliflərin  fikrincə,  müxtəlif  ölkələrin  vətəndaşlarını  və  siyasi  liderlərini 

inandırmaq lazımdır ki, milli məqsədlərin bəşəri məqsədlərə uyğunlaşdırılması bu 

ölkələrin maraqlarına xidmət edir. 

Resursların  

çıxarılması 

İstehsalın maksimizasiyası 

(maddələr axını 

maksimallaşdırılır) 

İstehlakın 

maksimizasiyası 

Tullantıların böqük hissəsi 

təkrar istifadə edilir 

İnsanların əsas tələbatlarını ödəyən 

yüksək keyfiyyətli mallara 

üstünlüyün verilməsi (maddələrin 

axınının minimal həddi) 

Resursların 

çıxarılması 

İstehlak əsas tələbatlara və həyatın 

ekoloji keyfiyyətinin yüksəldilməsinə 

yönəldili 




 

33 


Onlar  hesab  edirdilər  ki,  qızğın  silahlanmanın  zəiflədilməsi  həyati  vacib 

əhəmiyyət daşıyır. Çünki bu məqsədlərə sərf edilən vəsait bütün ölkələrin yaşamaq 

naminə  həmrəyliyi  üçün  yönəldiləcək  səyləri,  pul  vəsaitləri  və  enerji  imkanlarını 

azaldır. Nəzərə almaq lazımdır ki, təbii sistemlər belə hallarda rəqabətdən mutual-

lizmə keçir. 

«Bəşəriyyətin hədəfləri»  («Goals  for  Mankind»)  adlanan  dördüncü hesabat 

1977-  ci  ildə  hazırlanıb.  Hesabat  iki  fundamental  suala  həsr  edilib:  bəşəriyyətin 

əsas hədəfləri nədən ibarətdir və insanlar ətraf mühitin keyfiyyətlərinə deyil, maddi 

rifaha  üstünlük  verməyə  razıdırlarmı?  Burada  söhbət  ondan  gedir  ki,  bəşəriyyət 

ətraf  mühitə  ziyan  vurmamaq  şərti  ilə  öz  elmi-texniki  gücünü  insanların  maddi 

rifahına  sərf  etmək  əzmindədirmi?  Əgər  belədirsə,  onda  gələcək  nəslin  varlığı 

xatirinə bir sıra arzulardan imtina etmək lazımdır. 

Milli və qlobal maraqlar arasındakı uyğunluq 0 bal (səylər yalnız milli ma-

raqlara  yönəlir)  ilə  10  bal  (bütün  səylər  qlobal  problemlərin  həllinə  yönəlir) 

intervalında  qiymətlənlirildi.  Bu  zaman  işgüzar  dairələr,  hökumət,  siyasət  adam-

ları,  intellektual  və  dini  cəmiyyətlərin  fəaliyyəti  bu  şkala  ilə  ayrıca  qiymətlən-

dirildi. Cədvəl 2.2.-də bəzi ölkələr üçün bu uyğunluq dərəcəsi verilmişdir. 

Cədvəl 2.2. 

Milli maraqların qlobal hədəflərlə uyğunluq dərəcəsi 

Ölkələr              Qiymətləndirmə, bal 

Belçika                          3,7               

Braziliya                       4,0 

ABŞ                              4,0 

Səudiyyə Ərəbistanı     4,2 

Hindistan                       4,3 

Misir                              4,6 

İsveç                              4,6 

Kanada                          4,7 

Niderland                       4,7 



 

34 


Pakistan                          4,7 

Yaponiya                        5,5 

Əlcəzair                          6,4 

Qana                               6,5 

Çin                                  7,0  

 

1978-1980-ci illəri əhatə edən sonrakı hesabatlar tullantıların idarə edilməsi, 



enerjidən istifadə, yüksək rifaha çatmağın  yolları kimi ayrı-ayrı problemlərə həsr 

edilmişdir. 

«Öyrənməyin hüdudu yoxdur» («No limits to learning») adlanan 1980-ci il 

hesabatında  mikro  və  makrotəhsil  məsələlərinə  toxunurlar.  Burada  mikrotəhsil 

deyərkən  hal-hazırda  dünyada  geniş  yayılmış  ayrı-ayrı  insanların  fərdi  peşəkar 

təhsili  nəzərdə  tutulur.  İnsan  ictimai  həyatda  elə  iştirak  etməlidir  ki,  şəxsiyyətin 

hüquqları ilə bəşəriyyətin gələcəyi qarşısındakı cavabdehliyin üzvi vəhdəti, hər bir 

şəxsin  sərbəst  inkişafı  ilə  bütün  insanların  vahid  cəmiyyətdə  humanist  dəyərlər 

ətrafında inteqrasiyası təmin edilsin. 

Roma  Klubunun  Yorgen  Randersin  rəhbərliyi  ilə  hazırlanmış  «2052   

gələcəyin yaxın 40 il ərzindəki ssenarisi» («2052  A Global Forecast for the Next 

Forty Years») adlı sonuncu hesabatında iqlim dəyişmələrinin kəskin artacağı, dün-

ya ümumdaxili məhsulunun artım tempinin azalacağı, inkişaf  etməkdə olan ölkə-

lərdə yoxsulluq səviyyəsinin azalacağı, inkişaf etmiş ölkələrdə bərabərsizliyin arta-

cağı, iqtisadiyyatın durğunluğu qeyd edilir. Proqnozlardan biri də planetin əhalisi-

nin  artım  tempi  haqqındadı.  Müəlliflərin  fikrincə,  dünya  əhalisinin  sayı  əvvəllər 

təsvir edildiyi templə artmayacaq. Proqnoza görə, əhalinin sayı 2042-ci ilə qədər 

əlavə 1 mlrd. artaraq özünün pik həddinə  8.1. milyarda çatdıqdan sonra dayana-

caq. 

Keçən əsrin 80-ci illərinin əvvəllərində dünyanın gələcək inkişafı haqqında 



10-dan çox irimiqyaslı model yaradılmışdı. 

İnkişafın Qlobal Modelləri dünyanın fiziki və sosial-iqtisadi sistemlərinin ri-




 

35 


yazi  imtisayasını  verir,  verilmiş  göstəricilər  əsasında  gələcəyi  proqnozlaşdırır. 

Bundan  əlavə,  resurslar  və  əhalinin  sayının  nəzərə  alınmadığı  sosial-iqtisadi  mo-

dellər də mövcuddur. 

Bu  modeldə  hesab  edilir  ki,  «yüksəliş»  və  «enerji  mənbələrinin  və  digər 

resursların tükənməsi nəticəsində baş verir. Qida və sənaye məhsullarının miqdarı 

o  vaxta  qədər  eksponensial  artır  ki,  resursların  tükənməsi  sənayenin  inkişafını 

ləngidir.  Sənayenin  pik  həddini  aşmasına  baxmayaraq,  əhalinin  sayı  və  mühitin 

çirklənməsi hələ müəyyən müddət artacaq. Sonra ölümün artması və iqtisadi böh-

ran  nəticəsində  əhalinin  sayının  artması  və  çirklənmələr  tədricən  azalmağa 

başlayacaq. 

Bütün  modellər  ona  əsaslanır  ki,  bədbəxtliklərin  hamısının  əsasında  təkcə 

resursların  çatışmazlığı  və  əhalinin  kəskin  artımı  deyil,  həm  də  siyasi,  sosial  və 

iqtisadi  bərabərsizliklər  durur.  Konsepsiyalar  və  modellər  arasındakı  bir  sıra 

fərqlərə baxmayaraq mütəxəssislər bəzi ümumi nəticələri qeyd edirlər (22). 

1. Texnoloji proqress arzuolunan və həyati vacibdir, lakin bu zaman adekvat 

sosial, iqtisadi və siyasi dəyişikliklər vacibdir

2. Planetdə əhalinin məskunlaşması və resurslar sonsuz arta bilməz

3.  Dünya  ictimaiyyətinin  planetin  tutumu,  əhali  artımı  və  texniki  proqresə 

qarşı  biosferin  dözümü  haqqında  etibarlı  və  hərtərəfli  məlumatı  yoxdur.  Lakin 

iqtisali inkişaf tempinin azaldılması ekoloji ölümün qarşısını ala bilər; 

4. İnkişaf etmiş ölkələrin iqtisadi yolunu izləyərkən aydın olur ki, bu zaman 

həyatın  keyfiyyəti  artmır,  əksinə,  arzuolunmaz  ziddiyyətlər  çoxalır.  Yaranan 

problemlərin çox az hissəsi həll olunur; 

5.  İnkişaf  etmiş  ölkələrdə  hər  bir  nəfərə  düşən  enerjidən  istifadənin  ifrat 

səviyyədə artması cəmiyyətin sabitliyinin təmin olunmasını bahalaşdırır; 

6.  Uzunmüddətli  əməkdaşlıq  hamı  üçün  daha  sərfəlidir,  nəinki  rəqabət 

siyasəti; 

7. Bütün qərarlar qlobal yanaşma kontekstində qəbul edilməlidir. Yalnız dar 

milli  maraqların  həllinə  yönəlmiş  fəaliyyətlər  səmərəsiz  olacaq.  Çünki  xalqlar, 



 

36 


ölkələr,  ətraf  mühit  təsəvvür  edildiyindən  daha  sıx  əlaqələrlə  bir-birinə  bağlıdır. 

Beynəlxalq əməkdaşlıq obyektiv zərurətdir; 

8. Qlobal nizamın gələcəyi inkişafın arzuolunmaz səylərindən çox asılıdır. 

Stabil,  harmonik  cəmiyyət  quruculuğu  istehlakçı  təfəkküründə  inqilabi 

dəyişikliklər  edərək  onun  yenidən  qurulmasını,  səriştəli  rəhbərlik  və  insanların 

yüksək maariflənmə səviyyəsini tələb edir. 

Ekoloji  dünyagörüşün  təkamülü  cəmiyyətin  ekoloji  maraqlarını  pozmayan 

balanslaşdırılmış iqtisadi inkişaf konsepsiyasının möhkmələnməsinə səbəb oldu. 

Roma  Klubunun  hesabatlarını  yekunlaşdıraraq  aşağıdakıları  qeyd  etmək 

olar: 


Mühüm  hadisə  olan  «İnkişafın  yuxarı  həddi»  hesabatında  Roma  Klubu 

sosial,  ekoloji  və  iqtisadi  amillərin  qarşılıqlı  əlaqəsinin  gələcək  münasibətlərini 

proqnozlaşdırmaq üçün ilk dəfə mürəkkəb riyazi modelləşdirmələrdən istifadə etdi. 

Hesabatın əsas tezisi ondan ibarət idi ki, bərpa olunmayan enerji mənbələrinin tü-

kənməsi  2015-ci  ildə  digər  amillərə  kəskin  təsir  edəcək,  ərzaq  və  dünya  sənaye 

istehsalı azalaraq əhalinin artım tempinə təsir edəcək. Buradan mühüm bir nəticə 

çıxır. Bu ssenarinin özünü doğrultmaması mürəkkəb proqnozlar üçün etibarlı sse-

narilərin verilməsinin nə qədər çətin olduğunu göstərdi. İnsanlar hesabatdakı proq-

nozdan fərqli olaraq daha bacarıqlı olaraq yeni şəraitdə daha yaxşı uyğunlaşdılar. 

Yeni tədqiqatlar isə qarşıya çox mürəkkəb suallar qoyurdu 




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin