Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə14/42
tarix02.01.2022
ölçüsü1 Mb.
#44725
1   ...   10   11   12   13   14   15   16   17   ...   42
Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası və təbii mühitin

 zərər verməmək; 

 müdaxilə etməmək; 

 alicənab olmaq; 

 təbiət hüquqlarına hörmətlə yanaşmaq

 vurulmuş zərəri kompensasiya etmək. 

Ekoloji  etik qaydalar deyərkən, əsasən, 5 prinsip nəzərdə tutulur: 

1.  Özünümüdafiə  qaydası.  2.  Ədalətli  paylanma  qaydası.  3.  Tənasüb  qay-

dası. 4. Minimal ziyan qaydası. 5. Ədalətli əvəzçilik qaydası.  

Ekoetikanın  əsas  tezisləri  insanla  təbiət  arasındakı  münasibətə  ekosentrik 

yanaşmanın  reallaşdırılmasını,  onun  təbiətə  qarşı  əxlaqi  münasibətini  və  mənəvi 

cavabdehliyini əks etdirir. Burada mütəxəssislər, əsasən, 6 müddəanı qeyd edir: 

Birinci müddəa. Təbiətə hakimlik etmək, təbiət qanunlarını pozmaq əvəzinə, 

onun ardınca getmək. Təbiətlə harmoniya şəraitində yaşamaq. 

İkinci müddəa. Ətraf  mühiti təkcə insana görə deyil, həm də digər canlılar 

naminə  qorumaq.  İnsanlar  ekoloji  biliklərə  yiyələnməli,  ekoloji  düşüncəyə  sahib 

olmaqla yanaşı, digər insanları da buna öyrətməlidirlər.  

Üçüncü  müddəa.  Mürəkkəb  cəmiyyətimizin  tamlığını  qorumalıyıq.  Biz 

həyatımızın  ayrılmaz  hissələri olan ekologiya  ilə  iqtisadiyyatı uzlaşdırmaq,  konf-




 

29 


liktləri ekoloji əsaslarla həll etmək üçün müdriklik və iradə nümayiş etdirməliyik.  

Dördüncü müddəa. Təbiətlə münasibətlər zamanı məsuliyyət, düzgünlük, öz 

tələbatlarını məhdudlaşdırmaq, qənaət və təvazökarlıq keyfiyyətlərini inkişaf etdir-

mək, sülhü, azadlığı, ləyaqət və ədaləti qorumaq, xeyirxahlıq, şəfqət, mərhəmət və 

məhəbbət kimi idealların həyata keçirilməsinə yardımçı olmaq.  

Beşinci  müddəa.  Bizim  həyatımız  yalnız  təbiətin  tamlığı  şəraitində  müm-

kündür.  Şüurlu  insan  Yerin  hakimi  deyil,  canlı  təbiətin  müxtəlifliyi  içərisində 

sadəcə bir növdür.  

Altıncı müddəa. İnsan cəmiyyətində problemlər çoxdur, əgər təbiətlə qarşı-

lıqlı  münasibətlərimizin  əsas  prinsiplərinin  dəyişdirilməsini  dərk  etməsək,  onda 

insan həyat səhnəsindən gedəcək (1,2).  

Ekoetikanın  əsas  diqqəti  ekoetik  normaların  həyat  normalarına  və  düşüncə 

tərzinə sirayət edilməsinə, ekoloji problemlərin uğurlu həllində ekoetik yanaşmala-

rın  tətbiqinə,  ekoloji  cəhətdən  yolverilən  yeni  texnologiyaların  inkişaf  etdirilmə-

sinə,  ekosistemlərin  sağlamlığı  ilə  inkişaf  edən  insan  cəmiyyətinin  daim  artan 

tələbatları arasındakı dayanıqlı tarazlığın qorunub saxlanılmasına yönəlmişdir.  




 

30 



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin