Magistratura məRKƏZİ Əlyazması hüququnda


—  qlobal  iqlim  dəyişikliklərinin  qarşısının  alınması  tədbirləri  (istixana  qazlarının atmosferə buraxılmasının azaldılması);  —



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə12/42
tarix02.01.2022
ölçüsü1 Mb.
#44725
1   ...   8   9   10   11   12   13   14   15   ...   42
Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası və təbii mühitin

  qlobal  iqlim  dəyişikliklərinin  qarşısının  alınması  tədbirləri  (istixana 

qazlarının atmosferə buraxılmasının azaldılması); 



 meşələrin mühafizəsi və idarə olunması; 

 su ehtiyatlarından effektiv istifadə; 

 insan fəaliyyəti nəticəsində baş verən fəlakətlərin sayının və nəticələrinin 

azaldılmasına yönəldilmiş əməkdaşlığın möhkəmləndirilməsi; 



 zəngin insanların həyat tərzinin köklü şəkildə dəyişilməsi 

 resursları əldəetmədə bərabərhüquqluluq prinsipinin bərqərar olunması. 

Ekoloji etika  ən yeni etik konsepsiya olub müasir elmi biliklərə əsaslana-

raq, insanla təbiət arasındakı əxlaqi münasibətlər haqqında təlimdir. Bu təlim təbiə-

tin  əxlaqi  tərəfdaş  kimi  qəbul  edilməsi,  bütün  canlıların  bərabərhüquqlu  və  eyni 

dəyərə  malik  olması,  insanların  hüquq  və  tələbatlarının  azaldılması  prinsiplərinə 

əsaslanır.  Onun  əsas  prinsipi  həyatın  əsas  və  dəyərinin  ekosistemin  tamlığından 

ibarət olmasına əsaslanan ekosentrizm prinsipidir. Bu prinsipə görə, istənilən canlı 

varlıq yalnız ekosistemin tamlığı şəraitində yaşayıb inkişaf edə bilər.  

Ekoloji  problemlər  müasir  dövrün  əsas  problemidir.  Çünki  insanın  sonrakı 

varlığı  məhz  onun  həllindən  asılıdır.  İnsanın  və  cəmiyyətin  bütövlükdə  təbiətə 

qarşı olan dəyərlər nizamının dəyişməsi üçün təbiətin və dəyərləp iyerarxiyasının 

yenidən  dərk  edilməsi  tələb  olunur.  Ekoloji  etika  yerli  ənənəvi  mədəniyyət  kon-

rekstində  müxtəlif  mədəniyyətlərə  xas  olan  etik  ümumiləşmələrin  və  təlimlərin 

məcmusu olmalıdır. 

Biosferin  stabilliyinin  qorunub  saxlanması  tamamilə  əvvəlki  yüzilliklərdə 

əldə edilmiş elmi biliklərə əsaslanmalıdır. Ekoloji etikanın əsasını biosfer haqqın-

dakı biliklər təşkil edir.Ekoloji etika klassik etika ilə ekologiyanın təmas hüdudla-

rında  meydana  gəlmiş,  təbiət  elmləri  ilə  ictimai  elmlərin  qovşağında  yaranmış 

elmlərarası  kompleks  tədqiqat  sahəsidir.  Tətbiqi  xarakterə  malik  olduğundan  bu 

elmin predmetini konkret fəaliyyətlərin, insanın təbiətə və onun hər bir elementinə 




 

26 


qarşı  əxlaqi  münasibətlərinin  qiymətləndirilməsi  təşkil  edir.  Ekoloji  etikanın  me-

todları konkret şəraitdən asılı olaraq  dialektik metod, sistemli yanaşma metodu, 

təkamül  metodu,  ekstrapolyasiya,  müşahidə,  eksperiment  və  s.  metodlardır.  O, 

özünün təbiəti mühafizə fəaliyyətlərini iki istiqamətdə həyata keçirir: 

1. İnsanlar təbiətin rifahı naminə hərəkətlər edərək və ya etməyərək təbiəti 

təbiət naminə qorumalıdır (mənfəətə görə yox). 

2.  Təbiəti  mühafizə  tədbirləri  yalnız  əxlaqi  prinsiplər  əsasında,  insanların 

iqtisadi maraqları nəzərə alınmadan həyata keçirilməlidir. 

Ekoloji etikanın məqsədləri aşağıdakılardır: 

1.  Təbiətə  qarşı  mövcud  olan  köhnə,  insanın  təbiətin  mərkəzində  və 

zirvəsində  dayandığı  (antroposentrizm)  tezisi  əsaslanmış  antihumanist,  istehlakçı 

təsəvvürlərin dağıdılması. 

2. Hər şeyin insanın və onun rifahı naminə olmadığı fikrinə əsaslanmış yeni 

ekoloji dünyagörüşü təsəvvürünün formalaşdırılması (7).  

1970-ci ildən etibarən ekoloji etika müstəqil predmet kimi əvvəlcə ABŞ-da, 

daha sonra İngiltərə, Avstraliya, Kanada, Norveç, Finlandiya və s. ölkələrdə tədris 

edildi. 

1977-ci ildə keçirilmiş Seul Beynəlxalq Konfransında Ekoloji Etika Haqqın-

da  Deklarasiya  qəbul  edildi.  Burada  qeyd  edildi  ki,  ekoloji  etikasız  biosferin 

davamlı inkişafı mümkün deyil. Konfransda o da qeyd edildi ki, insanldarın əsas 

fəaliyyəti  sivilizasiyanın  ekstensiv  inkişafına  deyil,  təbii  biotanın  saxlanmasına 

yönəlməlidir.  

1982-ci ildə BMT Baş Katibliyi 24 bənddən ibarət olan Ümumdünya Təbiət 

Xartiyasını qəbul etdi. Bu sənəd bütün həyat formalarının varlığının təmin edilmə-

sinin etik prinsiplərini əhatə edən ilk beynəlxalq sənəd oldu. Xartiyada bəşəriyyətin 

təbiətin ayrılmaz bir hissəsi olduğu, həyatın təbii sistemlərinin fasiləsiz fəaliyyətin-

dən  asılı  olduğu,  sivilizasiyanın  tarixi  köklərinin  təbiətdən  qaynaqlandığı,  onun 

insan mədəniyyətinə, elmi nailiyyətlərə təsir etdiyi, həyatın yalnız təbiətlə harmo-

niyada insana ən əlverişli inkişaf imkanları verdiyi qeyd edildi. Burada qeyd edilir 



 

27 


ki, həyatın istənilən forması unikallığından və insana faydasından asılı olmayaraq 

hörmətə layiqdir, insan digər canlıların dəyərə malik olduğunu qəbul edərək əxlaqi 

davranış kodeksinə əməl etməlidir. 

Yer  Xartiyası  2000-ci  ildə  YUNESKO-nun  Yer  Xartiyası  Komissiyasında 

qəbul  edildi.  Bu  xartiya  dörd  bölmədə  (ekoloji  tamlıq;  sosial  və  iqtisadi  ədalət; 

demokratiya, təzyiq etməmək və sülh;) qruplaşdırılmış 16 etik prinsipdən ibarətdir. 

Qeyd  etmək  lazımdır  ki,  ekoetika  mövzusunda  bioetika  ilə  bağlı  sənədlərdə  də 

toxunulur.  2005-ci  ildə  YUNESKO-nun  Baş  Konfransnın  33-cü  sessiyasında  191 

ölkənin  imzaladığı  28  bioetik  prinsipdən  ibarət  Bioetika  və  İnsan  Hüquqları 

Ümumi Bəyannaməsi qəbul edildi. Sənəddə qeyd edildiyi kimi, «bioetika tarixində 

ilk dəfə üzv-dövlətlər və beynəlxalq ictimaiyyət öz üzərinə bioetikanın əsas prin-

siplərinə hörmət etmək və bu prinsipləri reallaşdırmaq öhdəliyi götürdü». Bəyan-

namə İnsan Hüquqları Haqqında Ümumi Deklarasiyaya (1948), İnsan Cenomu və 

İnsan Hüquqları Deklarasiyasına (YUNESKO, 1997), İnsanın Cenetik Məlumatları 

Haqqında  Beynəlxalq  Deklarasiyaya  (YUNESKO,  2002) və  s.  beynəlxalq  sənəd-

lərə əsaslanır. Bəyannamənin «Ətraf mühit, biosfer və bioloji müxtəlifliyin müda-

fiəsi»  adlı  17-ci  maddəsində  deyilir:  «İnsanla  həyatın  digər  formaları  arasındakı 

qarşılıqlı münasibətlərə, bioloji və genetik resurslara çıxışların, onlardan istifadə-

nin, ətraf mühitin, biosferin və bioloji müxtəlifliyin mühafizəsində ənənəvi biliklə-

rin və insan rolunun vacibliyinə layiqli diqqət yetirməli». 

Təbiət  hüququ    insanla  təbiətin  ədalətli  münasibətlərinin  əxlaqi  tərəfdaş 

prizmasından  konkretləşdirilmiş  normalarıdır.  Təbiət  hüququnun  qəbul  edilməsi 

ciddi əhəmiyyətə malikdir. O,: 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin