Bəşəriyyətin Aİds-dən xilası hər birimzidən asılıdır!



Yüklə 111,2 Kb.
Pdf görüntüsü
tarix03.04.2017
ölçüsü111,2 Kb.
#13234

 

 

 

Bəşəriyyətin AİDS-dən xilası  

hər birimzidən asılıdır!

 

İNFORMASİYA BÜLLETENİ 

 

№9, 03 İyul 2008-ci il 

Qlobal Fondun HİV/AİDS ilə  

mübarizə üzrə Programının çərçivəsində keçirilən tədbirlər 

 

Qlobal Fondun Portfolio menecerinin Bakiya səfəri 

Qlobal Fondun Portfolio Meneceri xanım Sandra İrbe 

19-24 May tarixlərində  HİV/AİDS/Vərəm və Malyariya 

Proqramının Layıhə Əlaqələndirmə Bürosuna iş səfər 

ilə  təşrif buyurmuşdur. Səfərin  əsas məqsədi Ölkə 

Əlaqələndirmə Komissiyasının fəaliyyəti ilə    tanış 

olmaq və AİDS, vərəm layıhələrinin hal-hazırkı tətbiqi 

ilə tanış olmaq idi. Bu məqsədlə, xanım  İrbe ÖƏK-ın 

üzvləri ilə bir neçə görüş keçirmiş və layihələrin tədbiqi 

zamanı yaranan bir çox məsələlər barədə geniş 

müzakirələr aparmışdır. Görüş zamanı əsasən Qlobal 

Fondun Raund 8-ə hazırlanan yeni AİDS layıhəsinin 

hazırlanma  prosesinin ÖƏK üzvləri tərəfindən hansı 

şəkildə  həyata keçirilməsi mövzusunda müzakirələr 

aparılmışdır.Xanım  İrbe həmçinin Proqramla sıx 

əməkdaşlıq edən QHT üzvləri ilə bir sıra səmərəli 

görüşlər keçirmişdir. Bunlardan AİDS-lə Mübarizə 

Mərkəzi-İB, “Təmiz Dünya”, “Antinarkotizm”, “Hüquqi 

İnkişaf və Demokratiya”, “EL”  

İnkişaf Proqramı 

Mərkəzi  və digər təşkilatları göstərmək olar. Xanım 

İrbe onların  əsas problemləri ilə tanış olaraq bu 

sahədə 

gələcəkdə onlara maliyyə 



dəstəyini 

əsirgəməyəcəyini bildirmişdir. Danışıqlar zamanı 

təşkilatlar tərəfindən bir sıra təkliflər irəli 

sürülülmüşdür,  əsas etibarıyla Azərbaycanda küçə 

uşaqları  və seks-biznesdə çalışanları mümkün qədər 

bir yerə toplamaq və onlar üçün xüsusi yönlü tədris 

müəssisələrinin yaradılması  məsələsi müzakirə 

mövzusu olmuşdur. Bu, gələcəkdə    HİV-in və digər 

xəstəliklərin qarşısının alınmasında və bir çox 

maneələrin aradan qaldırılmasında əsas ola bilər.  

Xanim Sandra İrbe Vərəm layihəsinin maliyyə 

dəstəyi ilə yenidən qurulan və  avadanlıqla təchiz 

edilən Masallı  Vərəm Dispanserinə baş  çəkmişdir. 

Səhiyyə Nazirliyinin nəzdində olan bu müəssisədə 

multirezistent vərəmli xəstələrin müalicəsi və 

diaqnostikasını aparmaq üçün yüksək 

şərait 

yaradılmışdır. Yaxın gələcəkdə yeni korpuslar tikilərək 



Dispanserin genişləndirilməsi gözlənilir. Onu da 

vurğulayaq ki, Vərəm proqramı çərçivəsində Naxçıvan 

və  Tər-tər  şəhərlərində artıq yeni Vərəm  əleyhinə 

dispanserləri istismara verilib.  

Malyariya layihəsinə  gəldikdə, xanım  İrbe layihənin 

appelyasiyadan keçməsini çox yüksək nailiyyət kimi 

vurğuladı. Qeyd edək ki, “Müqavimətli malyariya ilə 

mübarizə  və onun profilaktikası istiqamətində yeni 

tədbirin həyata keçirilməsi” layihəsi Qlobal Fondun bir 

çox apelyasiya instansiyalarını keçdikdən sonra 2008-

ci ilin mart ayında uğurla təsdiq edilmişdir. Bu ölkə 

üçün böyük bir göstəricidir, çünki Fondun tarixində 

bunun çox nadir hal olduğu  xüsusilə qeyd edilir. 

AİDS layihəsi Qlobal Fonda payız aylarında təqdim 

olunacaq 

Bildiyiniz kimi, 2007-ci ildə OƏK 7-ci raundda 

Qlobal Fonda iki layihə  təklifi ilə bağlı müraciət 

etmişdir. Bunun nəticəsində “Azərbaycanda multi-

rezistent vərəmin idarə edilməsinin gücləndirilməsi” 

layihəsi və “Müqavimətli malyariya ilə mübarizə  və 

onun profilaktikası istiqamətində yeni tədbirin həyata 

keçirilməsi” layihəsi Qlobal Fond tərəfindən həyata 

keçirilməsinin beş illik müddətə  təsdiq edilmişdir. 

Vərəm layihəsinin  Əsas resipiyenti kimi AR Səhiyyə 

Nazirliyi və sub-resipiyentləri kimi ET Ağ ciyər 

xəstəlikləri  İnstitutu və AR Ədliyyə Nazirliyinin Baş 

Tibb  İdarəsi seçilmişdir. Bu ilin mart ayında qərara 

alınmışdır ki, 5-ci və 7-ci raundda alınmış  Vərəm 

qrantlarını konsolidasiya olunmuş büdcənin təsdiqi 

üçün Qlobal Fonda təqdim edilsin. Qrant sazişinin 

imzalanması  təxminən avqust aylarında gözlənilir. 

İkinci layihəyə  gəldikdə  Əsas resipiyenti kimi AR 

Səhiyyə Nazirliyi və sub-resipiyentlər kimi Respublika 

Gigiyena və Epidemiologiya Mərkəzi və Azərbaycan 

Dövlət Tibb Universitetinin Epidemiologiya kafedrası 

seçilmişdir. Bildiyiniz kimi, ÖƏK malyariya layihəsini 

üçüncü dəfə olaraq Raund 7-də Qlobal Fonda təqdim 

etmiş, rədd cavabı aldıqdan sonra yenidən 

appelyasiya ilə müraciət etmişdir. Nəhayət 2008-ci ilin 

mart ayında layihənin appelyasiyadan uğurlu keçməsi 

təsdiq edilmişdir. Layihənin imzalanması bu ilin 

sentyabr ayına təsadüf etməlidir. 



ÖƏK-in 22 aprel 2008-ci il tarixli iclasının 

qərarı ilə Azərbaycan Qlobal Fonda 8-ci raundda 

AİDS layihə  təklifi ilə müraciət etməyi planlaşdırırdı. 

Lakin 23 iyun 2008-ci il tarixində  İşçi Qrupun ikinci 

görüşü zamanı belə qərara alındı ki, artıq 8-ci raundda 

yox, 9-cu raundda bu layihə Qlobal Fonda təqdim 

edilsin. Bunun əsas səbəbi AİDS üzrə Milli Strateji 

Planının təsdiq olunmaması və HİV/AİDS üzrə yüksək 

risk qruplarında aparılmış epidemioloji nəzarət üzrə 

hesabatın hazır olmamasıdır. Belə ki, əvvəlki 

raundlardan fərqli olaraq 9-cu raund bu ilin oktyabr 

ayında açıq elan ediləcək.   



Vərəm ilə mübarizə layihəsi çərçivəsində aparılan 

işlər: 

17 iyun 2008-cı il tarixində Quba, Xaçmaz 

regionlarında ilkin səhiyyə xidmətinin gücləndirilməsi 

və  vərəmin aşkarlanmasına dair 4 günlük treninq 

həyata keçirilmişdir. Vərəmin aşkar olunmasında ilkin 

səhiyyə xidməti işçilərinin vərəmin bu sahəyə  cəlb 

olunması üçün müvafiq çərçivənin təsis edilməsi və 

imkanların yaradılmasında dəstək olmaqdır. Vərəmlə 

yoluxma hallarının vaxtında aşkar edilməsi və 

xəstələrin vaxtında  keyfiyyətli müalicəsini təmin 

etmək  üçün böyük əhəmiyyət kəsb edir. Buna görə 

xəstəliyin ilkin aşkarlanmasının səviyyəsini artırmaq 

məqsədilə  həkimlər və tibb bacıları üçün treninqlər 

təşkil olunmuşdur. Bu məqsədlə 2008-ci ilin 

əvvəllərində

 

ET Ağ ciyər xəstəlikləri



 

İnstitutun işçiləri 

və Milli Vərəm Proqramının  əməkdaşlarının birgə 

səyləri nəticəsində ilkin səhiyyə xidməti işçiləri üçün 

metodik vəsait hazırlanmışdır. Artıq bu ilin yanvar 

ayından başlayaraq  beş ay ərzində 701 nəfər tibb 

heyəti Bakı, Gəncə, Xaçmaz və Massalı regionlarında 

təlimləndirilib. Layıhənin həyata keçirildiyi dövr ərzində 

hər rüb  200-250 nəfərin yuxarıda adı  çəkilən 

təlimlərdən keçirilməsi planlaşdırılır.  

Layıhənin vacib komponentlərindən biri də 

Vərəmli xəstələrinin bir başa nəzarət altında 

müalicənin aparılması məqsədilə DOT məntəqələrinin 

yaradılmasıdır. Məntəqələrin yaradılması ilk öncə 

xəstələrin ambulator şəraitdə müalicəsinə  nəzarət 

etməkdir. Vərəmin müalicəsi uzunmüddətli olduğuna 

görə xəstələrin effektiv və keyfiyyətli müalicəsini təmin 

edilməsi yalnız nəzarət altında aparıla bilər. Bu günə 

kimi Bakı  şəhərində 9 DOT məntəqələri fəaliyyət 

göstərir. Hazırda Gəncə, Şəmkir, Zaqatala, Naxçıvan, 

Sumqaıt, Quba,Qusar, Xaçmaz və Massalı 

şəhərlərində 30 məntəqənin yaradılması istiqamətində 

işlər aparılır.  Proqramın sonuna kimi  Respublikanın 

bütün regionlarında DOT məntəqələrinin açılması 

gözlənilir. 

Vərəmə qarşı Mübarizə layihəsi çərçivəsində 

aparılan işlərdən digəri ölkə üzrə vahid elektron 

informasiya sisteteminin yaradılmasıdır.  Artıq  

kompyuterlə  təmin olunmuş 17 mərkəz fəaliyyət 

göstərir. Həmin mərkəzlərdə  işləmək üçün müvafiq 

kadrlar təlimatlandırılmışdır. Mərkəzlərin 

yaradılmasında  əsas məqsəd vərəmli xəstələrin 

qeydiyatını  təkmiləşdirilməsi və müvafiq standartlara 

uyğun məlumat bazası yaradılmasının təşkilidir.  



Metadonla Əvəzedici Müalicə 

Azərbaycanda dünya statistikasından fərqli olaraq,  

HİV infeksiyasının ötürülməsində cinsi yol deyil, 

narkomanlar arasında inyeksion yolla istifadə üstünlük 

təşkil edir. Hal-hazırda Azərbaycanda HİV 

infeksiyasının yayılmasında inyeksion yolla 

narkotiklərin qəbulunun artması müşahidə olunur. 

Rəsmi olaraq Respublika Narkoloji Dispanserinin 

təqdim etdiyi məlumata görə Respublikamızda 21 180 

narkoman qeydə alınmışdır, bunlardan da (77%) 

narkotikləri inyeksion yolla qəbul edir. Qeyri-rəsmi 

məlumatlara görə isə onların sayı 70-80

 

min nəfərdən 



çoxdur. Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda 

narkotik istifadəçilərinin yüngül sayılan narkotiklərlə 

müalicə praktikası geniş  tətbiq olunur. Azərbaycanda 

metadonla  əvəzedici terapiya adlanan bu müalicə 

üsulundan praktiki olaraq 2004-cü ildən istifadə 

olunur. Məlumat üçün qeyd edək ki, 2000-ci il 

sentyabrın 11-də Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin “Narkotik vasitələrin və psixotrop 

maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası 

və  şərtləri, habelə narkoloji xəstələr barəsində tibbi 

tədbirlərin tətbiq edilməsi qaydası” qərarına  əsasən 

metadonla müalicə proqramı qəbul edilmiş və 2004-cü 

ildən Respublika Narkoloji Dispanserinin nəzdində 

yalnız damardaxili və opium qrupuna daxil olan 

narkotik vasitələrdən qeyri-tibbi məqsədlə istifadə 

edən səxslərə metadonla əvəzedici terapiyanın 

tətbiqinə icazə verilmişdir. Bu müalicə üsulu 

narkotiklərdən fiziki asılılığı aradan götürür və 

xəstələrin gündəlik həyat rejimini bərpa etməyə imkan 

yaradır.  Əvəzedici müalicə narkotik vasitələrin qəbul 

olunmasında olduqca əhəmiyyətli profilaktik üsul kimi 

nəzərdə tutulur və bunu inyeksion narkoistifadəçiləri 

arasında HİV/AİDS epidemiyasının uğurlu 

profilaktikası hesab etmək olar. 2006-cı ildə Qlobal 

Fondun dəstəyi ilə  Əvəzedici terapiyanın davam 

etdirilməsi və genişləndirilməsi mümkün olmuşdur. 

Bundan əlavə, metadonla müalicənin aparılması üçün 

həkimlərin, tibb mütəxəsislərinin məlumatlandırılması 

keçirilmiş  və lazım olan müxtəlif avadanlıqlar 

alınmışdır. Bununla yanaşı, ARV terapiya alan HİV-ə 

müsbət olan inyeksion narkotik istifadəçilərini 

əvəzedici müalicə proqramına cəlb etməklə  hər iki 

müalicənin paralel olaraq aparılmasına  şərait 

yaradılmışdır.  

Xəstələr metadonla Əvəzedici müalicə proqramına 

müxtəlif kriteriyalar əsasında seçilir: ilk öncə yaş həddi 

18-dən  aşağı olmadıqda, xəstədə  həyat üçün 

təhlükəli olan xəstəliklər: vərəm, diabet, onkoloji 

xəstəliklər, qarışıq ruhi pozuntular, ağır somatik 

xəstəliklər müşahidə olunduqda. Bu sahədə üstünlük 

HİV/AİDS və hepatit olan pasiyentlərə verilir. Xəstə 

proqrama qəbul olunduqdan sonra ona stasionar və 

ambulator kart açılır və  əvəzedici preparat kimi 

istifadə olunan metadon-hidroxloridin dozası  təyin 



olunur. Bu preparat 24-36 saat davam edən analgetik 

aktivliyə malikdir.  

Metadon – sintetik narkotik maddə olduğundan, 

asılılığı ilə  nəticələnir. Preparatın kəsilməsi xəstədə 

abstinesiyanın yaranmasına gətirib çıxara bilər, buna 

görə  də metadonun qəbulu mütəmadi olaraq 

aparılmalıdır. Metadon proqramının 

əsas 


üstünlüklərindən biri odur ki, proqramda antiretrovirus 

terapiyada olan AİDS-li xəstələrin müalicəsi 

mümkündür. Hal-hazırda 96 nəfər bu müalicəyə  cəlb 

olunub, onlardan 7 nəfəri QİÇS daşıyıcısıdr.  

  Məlumat üçün xəbər verək ki, yaxın zamanlarda 

Bakı şəhərində 2 narkokabinetin açılması gözlənilir.   

•  2008-ci ilin iyun ayının 3-ü və 18-i Respublika 

Narkoloji Dispanseri tərəfindən HİV/AİDS-in geniş 

yayıldığı 

ərazilər Cəlilabad və 

Lənkəran 

şəhərlərində narkotik maddələrdən sui istifadənin 

qarşısının alınması  və  məsləhət xidmətləri, 

Ekspress-testlərin keçirilmə texnologiyası, 

diaqnostikası  və növləri mövzusunda üç günlük 

treninqlər keçirilmişdir. HİV/AİDS-in yayılmasında 

risk qrupu rolunu oynayan İnyeksiyon narkotik 

istifadəçilərinin daha çox kontakta olduğu 

həkimlər bu treninqlərə  cəlb olunmuşdur. Bunlar 

əsasən həkim-narkoloqlar, psixiatrlar, 

infeksionistlər, dermatoloqlar, epidemioloqlar 

olmuşdur. Burada xüsusi diqqət psixoloji 

məsləhətləşmələrin etik normaları, HİV/AİDS 

daşıyıcılarının profilaktik tədbirlər haqqında həkim 

tərəfindən tam məlumatlandırlması prosesinin 

öyrədilməsi, ilkin konsultasiyalardan başlamış  

pasientlərin sonrakı psixoloji, somatik və narkoloji 

vəziyyətlərinin ixtisaslaşmış 

səviyyədə 

qiymətləndirilməsi prosesinə həsr olununmuşdur. 



HİV profilaktikası üzrə proqramların 

gücləndirilməsinə dair vətəndaş cəmiyyətinin 

potensialının təkmilləşdirilməsində QHT-lərin 

fəaliyyəti 

 

HİV-in  profilaktikası sahəsində QHT şəbəkəsi 



yaradıldı 

 

Azərbaycanda HİV-in profilaktikası üzrə 

Zərərin Azaldılması sahəsində fəaliyyət göstərən QHT 

İnformasiya və Əməkdaşlıq Şəbəkəsi yaradıldı. QHT-

lərin bu addımı ölkədə  HİV infeksiyasının riskli 

davranış qrupları arasında yayılma təhlükəsinin daha 

da geniş yayılmasının qarşısının alınmasına yönəlib. 

Şəbəkənin yaradıması mart ayının 14-də keçirilən 

Forumda otuza yaxın QHT-ərin iştirakı ilə  qərara 

alınmışdır. 2001-ci ildən başlayaraq ölkədə  Zərərin 

Azaldılması sahəsində çalışan geniş  təcrübəyə malik 

təşkilatların sayı getdikcə artır. Bu fəaliyyətin 

mütəşəkkil 

şəkildə aparılmasına və 

sıx 

əlaqələndirilməsinə, beynəlxalq təcrübədən daha 



geniş istifadə olunmasına, qanunvericiliyə  təklif və 

tövsiyələrin hazırlanması, dövlət strukturları, 

beynəlxalq qurumlar, QHT-lər və ayrı-ayrı 

mütəxəsisslərin birgə 

fəaliyyətinə 

və sürətli 

əlaqələndirmə sisteminin yaradılmasına ehtiyac 

duyulurdu. 

QHT  şəbəkəsi birgə  tədbirlərin keçirilməsi, 

KİV-lə mütəşəkkil çıxışların edilməsi, Zərərin 

Azaldılması haqda əhalinin maarifləndirilməsidə 

effektiv rol oynayır.   

Şəbəkə üzvləri arasında  əməkdaşlığın  əsas 

istiqamətləri isə informasiya və  təcrübə mübadiləsi, 

məsləhətçilər və təlimçilər komandasının yaradılması, 

qanunvericiliyə tövsiyələr, proqram üçün kadr və 

mütəxəssislərin hazırlanması, mövcud layihələrin 

monitorinqi və  Zərərin Azaldılması metodikasının 

təkmilləşdirilməsindən ibarətdir. Qeyd edək ki, tədbir 

Açıq Cəmiyyət İnstitutu -Yardım Fondunun təşəbbüsü 

ilə təşkil olunmuşdur.  

“HİV-ə yoluxma risk qrupuna aid olan qadınlar 

üçün Dəstək və Xidmət Mərkəzi”-nin fəaliyyəti 

HİV infeksiyasının hərtərəfli profilaktikası, müalicə 

məqsədlərinin yerinə yetirilməsini təmin etmək üçün 

Azərbaycanda bu profilaktikanın səylərinin 

artırılmasına doğru addımlar atılır.  Əsas diqqət 

venadaxili narkoistifadəçilər, seks-biznes işçiləri, 

kişilərlə cinsi əlaqədə olan kişilər, azadlıqdan məhrum 

olmuş məhbuslara yönəlməkdir. Qlobal Fondun AİDS-

lə mübarizə Proqramının uğurlu həyata keçirilməsi 

zamanı aparılan profilaktik tədbirlər və ümumiyyətlə, 

Zərərin Azaldılması yönümündə QHT-ə  dəstək və 

autriç işçilərinin hazırlanması mühüm yer tutur. Belə 

ki, proqramın maliyyə  dəstəyi ilə Gender və  Tərəqqi 

İB, Sahibsiz Uşaqlara Kömək  İB, “Ailə dünyası” 

Ailələrin Hüquqlarını müdafiə İB-in yaradılmışdır.  

“Təmiz dünya” təşkilatı QHT-lər sırasında 

Azərbaycanda zərərin azaldılması proqramları 

çərçivəsində  fəaliyyət göstərən təşkilatlardan biridir. 

2005-ci ildən başlayaraq seks biznes sahəsində 

çalışan insanlar arasında bir sıra məlumatlandırıcı 

işlər təşkil etmişdir. Bu işlərin davamı olaraq təşkilat 

2008-ci ilin yanvar ayından Qlobal Fondun dəstəyi 

nəticəsində  fəaliyyət dairəsini genişləndirərək HİV-ə 

yoluxma risk qrupuna aid olan qadınlar üçün Dəstək 

və Xidmət Mərkəzi yaratmışdır. Mərkəz fəaliyyətə 

başlamazdan  əvvəl hədəf qruplarının öz iş 

fəaliyyətlərinə cəlb etmək üçün bir sıra maarifləndirici 

tədbirlər keçirmişdir. Belə ki, autriç işçilərinin dəstəyi 

ilə seks biznes işçiləri, narkoistifadəçilər arasında 

qoruyucular, steril materiallar paylanılmışdır. Bütün bu 

işlərdən sonra hədəf qruplarının mərkəzə  cəlb 

edilməsi üçün strateqiyaların seçilməsi fəaliyyət 

zamanı özünü doğrultmuşdur. Lakin autriç işçilərinin 

hədəf qruplardan seçildiyinə baxmayaraq mərkəzə 

həssas qrupların cəlb edilməsində müəyyən 

problemlər də davam etməkdə idi. Əvvələr küçədə və 

barlarda seks biznes sahəsində çalışan insanlar rahat 

kontakta gəlirdilər çünki burada onlar öz ərazilərində 

anonim idilər, mərkəzə cəlb etmə onların anonimliyini 

qismən də olsa pozurdu. Bu baxımdan onlar mərkəzə 

gəlməkdən çəkinirdilər. İkinci çətinlik törədən məqam, 

hədəf qrupu arasında bir neçə mövcud steriotiplərdən 

ibarətdir: pulsuz xidmətin keyfiyyətsiz olması, 


adlarının kodlaşması, polis işçilərinə  təqdim edilməsi. 

İlkin vaxtlarda seks biznes işçilərini cəlb etmək üçün 

autriç işçiləri onların olduğu yerlərdə qoruyucular, 

məlumatlandırma bukletləri paylayırdı,  kafe və 

barların menecerləri ilə  əlaqələr yaradılmışdır. 

Beləliklə, yanvar ayından etibarən seks biznes 

sahəsində çalışan 112 nəfər qadın, 100 kişi (cinsi 

azlığın) epidnadzor qeydiyyatından keçmişdir. Bundan 

əlavə  mərkəzin diğər fəaliyyətlərindən biri də küçə 

uşaqlarının mərkəzdə yerləşdirilməsi, onlara tibbi, 

psixoloji, maliyyə  dəstəyinin göstərilməsi, həbsdən 

çıxmış bir neçə  HİV-li insanların mərkəzdə 

yerləşdirilməsi və hüquqi yardımın göstərilməsini 

yüksək qiymətləndirmək olardı. Qeyd edək ki, bu 

müddət ərzində (yanvar-iyun) Mərkəzə 15 mindən çox 

insan müraciət edib. Daimi olaraq Mərkəzə 12 nəfər 

yerləşdirilib, 4 nəfər isə  işlə  təmin edilmişdir. 

Gələcəkdə  həssas qruplardan olan insanların 

mərkəzə cəlb olunma prosesi genişləndiriləcək və bu 

istiqamətdə yeni bir strategiyalar qurulacaq.  

 

Təhlükəyə daha çox məruz qalmış qruplar üçün 

Drop-in Mərkəzinin yaradılması 

 

Azərbaycanda Zərərin azaldılması proqramı 



çərçivəsində çalışan QHT-lərin sırasında “AİDS-lə  

Mübarizə”  İctimai Birliyini xüsusilə qeyd etmək 

lazımdır. Təşkilat HİV/AİDS-lə yaşayan insanlara 

hüquqi, psixoloji, sosial, maddi və  mənəvi komək 

göstərmək üçün yaradılmışdır. Təşkilatın həyata 

keçirdiyi fəaliyyətlərdən biri  HİV/AİDS-lə yaşayan 

insanların həyat tərzinin yaxşılaşdırılması, venadaxili  

narkotk  istifadəçiləri və seks biznes işçiləri üçün  HİV 

infeksiyasının yayılmasının   qarşısının alınmasına 

yönələn bir sıra layihələrini qeyd etmək olar. 

Bunlardan  «Yaşa və Yaşat»,  «Ümid yeri», «Açıq 

qapı» layihələrini göstərmək olardı. Tətbiq olunan 

layihələrin  əsas məqsədləri ilk öncə  HİV/AİDS-lə 

yaşayan insanlar, venadaxili narkotik istifadəçiləri və 

seks biznes işçiləri ilə etimadlı  münasibətlərin  

qurulması, onlar arasında steril şprislərin və  fərdi 

müdafiə vasitələrinin paylanılması  və ümumilikdə 

onların həyat tərzinin yaxşılaşdırılmasına 

yönəldilmişdir. Layihənin  koordinatoru, autiriç  işçilər 

və psixoloq  tərəfindən venadaxili  narkotik 

istifadəçiləri  və  seks biznes işçiləri ilə görüşlər 

keçirmişdir. Görüşlər nəticəsində narkotik 

istifadəçilərinin və seks biznes işçilərinin toplaşdıqları 

yerlər müəyyənləşdirilmiş, onlara zərərin azaldılması 

proqramının mahiyyəti  və prinsipləri  haqqında geniş 

məlumat verilmiş, göstəriləcək xidmətlərin növləri 

açıqlanmışdır. Zərərin azaldılması  proqramı başladığı 

andan bu günə kimi layihələr çərçivəsində    «AİDS-lə 

Mübarizə”  İB-nin təşkil etdiyi məntəqəyə  300-dən 

artıq venadaxili narkotik istifadəçisi və 26  nəfər seks 

biznes işçisi müraciət etmişdir. Bundan əlavə birliyin 

autiriç işçiləri Bakı  şəhərinin digər zonalarında bu 

proqramı  səyyar  şəkildə  həyata keçirməkdədirlər. 

Müraciət edən venadaxili narkotik istifadəçilərinə, 

seksbiznes işçilərinə lazım olan steril şpris, fərdi 

müdafiə vasitələri, prezervativlər paylanılmış  və 

xüsusi ədəbiyyatlarla təmin edilmişlər. 

2007-ci ilin dekabr ayından  başlayaraq təşkilat yeni 

bir layihənin həyata keçirilməsi  üçün Qlobal Fond 

tərəfindən dəstək aldı və maliyyələşdirildi.  HİV/AİDS-

lə yaşayan insanların həyat tərzini yaxşılaşdırmaq, 

qarşılıqlı yardım qruplarını yaratmaq  və onların boş 

vaxtlarının səmərəli keçməsinə kömək etmək üçün  

«Drop-in»  mərkəzi yaradılmışdır. Bu mərkəzdə 

HİV/AİDS-lə yaşayan insanlara bir çox zəruri xidmətlər 

üçün şərait  yaradılmışdır.  Belə ki,  müstəqil idmanla 

məşğul olmaq üçün idman otağı, tibbi, psixoloji və 

hüquqi yardımlar üçün  məsləhət otağı, bilgilərini 

artırmaq məqsədilə kitabxana, kompyüter öyrənmək 

üçün imkanlar var. Burada  6  nəfər HİV daşıyıcısı 

olan  şəxs artıq  kompyüter bilgilərinə yiyələnmişdir. 

Mərkəzin psixoloqları tərəfindən mütəmadi olaraq həm 

kliyentlər üçün , həmdə kliyentlərlə    işləyən işçilərə 

təlimlər və psixoloji treninqlər keçirilir.  

 

Bundan  əlavə  mərkəzdə  «Qaynar xətt» fəaliyət 



göstərir.  Qaynar xətdə AİDS-lə bağlı pulsuz, anonim  

məlumatlanma və  məsləhət alma üçün mütəxəssis 

yardımı göstərilir. Zəng  edənlərin  içərisində    daha 

çox risqli davranış edənlər, HİV  testindən keçmək 

istəyənlər və  HİV virusu ilə    yaşayan  şəxslər 

olmuşdur.          

Bu günə kimi  mərkəzə 201 müştəri müraciət 

etmişdir, onlardan 186-ı  həkim məsləhəti, 65-i 

psixoloq  məsləhəti  almış, 7 nəfərə isə hüquqi yardım 

göstərilmişdir. 

 

Küçə uşaqları və hərbi xidmətə çağırışçılar 

arasında məlumatlandırıcı kampaniyaların 

keçirilməsi 

 

“HİV/AİDS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi” 

Proqramı çərçivəsində küçə uşaqları və hərbi xidmətə 

çağırışçılar arasında “İnkişaf naminə təşəbbüs” İctimai 

Birliyi tərəfindən bir sıra layıhələr həyata

 

keçirilmişdir



.

 

Layihələrin keçirilməsi HİV-ə yoluxmada xüsusilə 



həssas qruplar arasında HİV/AİDS barədə, virusa 

yoluxma yolları  və qarşısının alınması metodları  

haqqında biliklərin artırılmasıdır.   

İlk layihə iki mərhələdən ibarət tərtib edilmişdir. Birinci 

mərhələ - hədəf qruplarının virus/xəstəliklə bağlı 

biliklər, münasibətlər və  təcrübəsinin öyrənilməsi 

məqsədilə sosioloji sorğu və  tədqiqatın aparılması 

(KAP tədqiqatı); tədqiqatın nəticələri  əsasında həmin 

qruplara ünvanlanmış kommunikasiya  materiallarının 

hazırlanması. İkinci mərhələdə küçə uşaqları və hərbi 

xidmətə çağırışçılar arasında məlumatlandırma 

kampaniyası həyata keçirilmişdir. 

Küçə  uşaqları  və çağırışçılar  arasında aparılmış 

tədqiqatın məqsədi  bu qruplar tərəfindən HİV-ə 

yoluxma ilə əlaqədar risklərin qiymətləndirilməsi, eləcə 


də qabaqlayıcı  tədbirlərin istiqaməti və  məzmunu 

haqqında təkliflərin hazırlanması idi. Küçə  uşaqları 

arasında aparılmış  tədqiqat həmçinin onların 

“məskunlaşdığı” yerlərin müəyyənləşdirilməsinə 

yönəlmişdir. 

Tədqiqatlarda Bakı, Gəncə 

və 

Əli-Bayramlı 



şəhərlərində  məskunlaşan 93 küçə  uşağı  və ölkənin 

bölgələrində yaşayan 308 nəfər hərbi komissarlıqda 

qeydiyyatdan keçmiş 17-25 yaşında gənc oğlan  

iştirak etmişdir.  

Riskli davranışlar haqqında keyfiyyət göstəricilərinin 

əldə edilməsi məqsədi ilə  tədqiqat  rəsmi sənədlərin 

nəzərdən keçirilməsi, küçə  uşaqları  və çağırışçılar 

arasında sorğu, sahələr üzrə ekspertlərlə intervü 

(dərinləşdirilmiş sorğu), fokus qruplarda müzakirələr 

vasitəsi ilə  həyata keçirilmişdir. Tədqiqatda iştirak 

edənlərə  məlumatlandırma materialları (lifletlər, 

posterlər, məlumat daşıyan xüsusi hazırlanmış bel 

çantası, bloknot və təqvimlər) təqdim edilmişdir.  

İkinci mərhələdə məlumatlandırma kampaniyalarından 

öncə  hər iki hədəf qrupunun nümayəndələri – 

həmyaşıddan-həmyaşıda biliklərin ötürülməsi metodu 

əsasında treninqlər təşkil edilmişdir, “Küçə uşaqlar və 

HİV/AİDS” adlı treninqində 30 nəfər peer educators 

(onlardan 6-sı əvvəllər özü küçədə işləyən və yaşayan 

uşaq olmuşdur) və “HİV/AİDS və çağırışçılar” adlı 

treninqində 30 nəfər çağırışçı iştirak etmişdir. 

Treninq materialları Psixiatriya üzrə Qlobal Təşəbbüs 

(GİP), ÜST (WHO), UNSCAP, USAID, CMA 

təşkilatları  tərəfindən hazırlanmış  aşağıda adı 

göstərilən treninq modulları üzrə keçirilmişdir: 

“HİV/AİDS-ə giriş”, “Küçə  uşaqları ilə  iş”, “”Gənclər 

arasında HİV-in qarşısının alınması: həyat bacarıqları 

üzrə treninq üçün tövsiyələr, “”HİV-in prevensiyası və 

Davranışların dəyişdirilməsi üzrə xidmətlər”. 

Treninqdə  həmçinin Respublika AİDS mərkəzinin 

2007-ci il üçün statistik məlumatları  və yuxarıda adı 

çəkilən  iki tədqiqatın nəticələri istifadə edilmişdir. 

Küçə 

uşaqları arasında məlumatlandırma 



kampaniyası 2008-ci ilin 18 mart tarixindən 

başlanmışdır. Tədqiqat nəticəsində  əldə olunmuş 

“küçə  uşaqlarının məskunlaşma xəritəsi”  əsasında 3 

autriç 


 

 qrup vasitəsilə  şəhərin ayrı-ayrı  ərazilərində 

aparılmışdır (“Göy bazar”, “Şərq bazarı”, Mərkəzi 

Dəmir Yol vağzalı  və  ətraf  ərazi, Milli Park). 

Bütövlükdə layihə  çərçivəsində 512 nəfər küçə 

uşaqları əhatə edilmiş, onlar həmyaşıddan-həmyaşıda 

biliklərin ötürülməsi vasitəsilə məlumat almaqla yanaşı 

xüsusi hazırlanmış  və  məlumat daşıyan kiçik 

hədiyyələr almışlar ( liflet, bel çantası, təqvim). Yaşı 

14-dən yuxarı olan küçə uşaqlarına əlavə olaraq fərdi 

qoruyucu vasitələri (prezervativlər) paylanılmışdır. 

Kommunikasiya qeyri-formal metodlarla, uşaqların 

özünü sərbəst hiss etdikləri ərazilərdə aparılmışdır. 

Çağırışçılar arasında məlumatlandırma kampaniyası 

isə aprel ayında başlanmış yaz çağırış kampaniyası 

müddətində 10 rayon hərbi komissarlığında 

aparılmışdır. Hərbi komissarlıqların  ərazilərində 

məlumatlandırmanın aparılması üçün “İnkişaf naminə 

təşəbbüs”  İB Gənclər və  İdman Nazirliyi və Ali Hərbi 

komissarlıqla  əlaqə yaratmış, onların dəstəyini  əldə 

etmişlər. Beləliklə, fəaliyyət nəticəsində daha bir 

dövlət orqanı – Ali Hərbi Komissarlıq – HİV/AİDS-ə 

qarşı multisektoral cavabdehlik tədbirlərinə 

qoşulmuşdur. Xüsusi qeyd edilməlidir ki, Hərbi 

komissarlıq kampaniyaya bütün səviyyələrdə  cəlb 

olunmuşdur - ən yüksək rəhbərlik səviyyəsində (Ali 

Hərbi Komissar və Komissarlığın müvafiq şöbəsi), 

rayon hərbi komissarlıqların rəhbərliyi səviyyəsində və 

hərbi komissarlıqların tibbi xidmətləri səviyyəsində. 

Məlumatlandırma kampaniyası  çərçivəsində 10 rayon 

hərbi komissarlıq tərəfindən 2008-ci il ərzində 

çağırılan 4012 nəfər HİV/AİDS haqqında məlumat 

əldə etmiş (interaktiv məlumatlandırma sessiyasında 

iştirak etmiş) və  məlumatlandırma materialları 

alınmışdır. Kampaniya Naxçıvan MR, Bakının 

Nərimanov, Nizami və Suraxanı rayonları, Abşeron, 

Dəvəçi, Xızı, Quba, Goranboy və Zaqatala 

rayonlarında keçirilmişdir. 

Təlim keçmiş trenerlər tərəfindən aparılmış 

məlumatlandırma sessiyalarında HİV-lə bağlı xüsusilə 

çağırışçılar  arasında riskli davranışlar müzakirə 

edilmiş, kiçik bilik müsabiqəsi aparılmış, qaliblər 

mükafatlandırılmışdır. Bütün iştirakçılara 

məlumatlandırıcı materiallar və prezervativlər 

paylanmışdır. Bundan başqa layihə ilə  nəzərdə 

tutulmayan, lakin layihənin davamiyyətinin artırılması 

məqsədilə  hərbi komissarlıqların tibb xidmətinin 

həkimlərinə  HİV/AİDS haqqında azərbaycan dilində 

dərc edilmiş kitablar paylanmışdır. 

Əlavə olaraq məlumatlandırma kampaniyası 7 

universitetdən  olan – Bakı Dövlət, Dövlət  İqtisad, 

Texniki, 

İnşaat və Mühəndis, “Xəzər” 

Universitetlərinin, Neft, Aviasiya və 

İdman 

Akademiyalarından  12600 tələbə arasında da 



aparılmışdır. Bu fəaliyyətə universitetlərin tələbə 

təşkilatları cəlb edilmiş, yeni şəbəkə yaradılmışdır.    

Bütövlükdə layihə  çərçivəsində xüsusilə  həssas 

qruplardan olan gənclərə 32 min fərdi qoruyucu 

vasitələri  paylanılmışdır. 

 

HBƏT-in tətbiqi 

 

HİV/AİDS pandemiyası əhalinin geniş kütlələrini əhatə 

etdiyindən ona qlobal miqyasda cavab verilməsi 

həyati  əhəmiyyət kəsb edir. 

Azərbaycanda

 dü


nyanın 

bütün ölkələrində olduğu kimi son 10 ildə bu problem 

aktual olaraq qalır. Stasistik məlumata əsasən AİDS-ə 

yoluxanların sayı 1500-i ötmüşdür və bu rəqəm günü-

gündən artmaqda davam edir. Azərbaycanlı ailələrinin 

faciəsinin qarşısını almaq məqsədilə  HİV/AİDS 

haqqında maarifləndirmə  işi genişləndirilməlidir. Bu 

işin ümumtəsil məktəblərində maariflədirmə ilə həyata 

keçirilməsi məqsədə uyğundur, ona görə ki, sabahın 


ailə başçıları  məhz məktəblərdə  tərbiyə alıb həyata 

qədəm qoyurlar. Nəzərə almaq lazımdır ki, 

Azərbayanda AİDS-ə yoluxmanın 60 %- i narkotik 

vasitələri qəbul edənlər teskil edir, onda əmin ola 

bilərik ki, bu problemin kökunü məhz yetişməkdə olan 

gənclər arasında axtarmaq lazımdır. Nikotinə meyillilik 

isə orta məktəblərdə  təhsil alan 5-ci sinifdən yuxarı 

sagirdlər arasında (xüsusilə  oğlanlar) az deyildir. 

Qeyd etmək lazımdır ki, nikotinə meyilli uşaqlar gec-

tez narkotik maddələrə alüdə ola bilərlər.  

 Bir çox Avropa və MDB ölkələrinin HİV/AİDS 

məsələlərində  təbliğat və maarifləndirməni vacıbliyini 

nəzərə alaraq ümumtəhsil orta məktəblərdə  Həyatı 

Bacarıqlara 

Əsaslanan Təhsili maarıfləndirmə 

proqramı kimi yeridilmişdir. Azərbaycanda AİDS və 

digər yoluxucu xəstəliklərə qarşı 

tədris 


müəssisələrində bu təhsil proqramına böyük ehtiyac 

olduğunu nəzərə alaraq HBƏT kursu Qlobal Fondun 

maliyyə dəstəyi ilə tətbiq edildi. 

Həyatı Bacarıqlara  Əsaslanan Təhsil  - Müxtəlif 

öyrənmə üsullarından istifadə etməklə,  şagirdlərin 

bilavasitə  iştirakı ilə bilik, münasibət və xüsusən 

bacarıqların inkişaf etdirilməsi vasitəsi ilə sağlam 

həyat tərzinin yaradılması  və ya dəstəklənməsinə 

xidmət edən yanaşmadır. 

 

Həyatı Bacarıqlara  Əsaslanan Təhsildə  ən 



geniş istifadə edilən və daha çox səmərə verən üsullar 

fərdi yanaşma və interaktiv  üsullardır. Metodologiya 

seçilərkən mütləq HBƏT-in  məzmunu əsas götürülür 

və  hər mövzuya aid olan effektiv üsullar seçilir. Belə 

ki, biliklərin verilməsində müəyyən üsullar effektiv 

hesab edilirsə, müzakirə üsulu münasibətinin 

formalaşmasına təsir göstərir, rollu oyunlardan isə 

bacarıq və  vərdişlərin inkişaf etdirilməsində istifadə 

edilir. 

 2006-cı ilin fevral ayından başlayaraq Təhsil 

Nazirliyinin təşşəbüsü ilə HBƏT üzrə Milli Konsepsiya 

hazırlanmışdır. Konsepsiya beynəlxalq və milli 

məsləhətçilər, Təhsil Problemləri  İnstitutu, Səhiyyə 

Nazirliyinin mütəxəssisləri tərəfindən müzakirə olunub 

bəyənildi və  təhsil naziri cənab M. Mərdanovun 

22.05.2006 tarixli 366 nömrəli əmri ilə təstiq edildi. 

Konsepsiya sənədi təstiq olunandan sonra 4 ay 

müddətində HBƏT kursunun - I-IV, V-IX, X-XI siniflər 

üçün proqram materialı  və müəllimlər üçün tədris 

vəsaiti nəşr olunub istifadəyə verildi. Bu vəsait hər bir 

dərsin plan və  məqsədlərini aydın  şəkildə  təsvir edir 

və özünə  hər mövzuya aid təcrübə nümunəsi daxil 

edir.  

 2006-cı ilin noyabr ayından Azərbaycan 



Respublikası Təhsil nazirinin müvafiq əmri ilə Bakının 

Nəsimi, Nərimanov,  Əzizbəyov, Sabunçu, Binəqədi, 

Sabunçu, Yasamal, Suraxanı, Nizami, Qaradağ, 

Səbail rayonlarını əhatə edən 55 pilot məktəbində və 

Azərbaycanın müxtəlif regionlarında yerləşən 9 

rayonunda (Xaçmaz, Xudat, İmişli, Saatlı, Ağstafa, 

Gəncə, Şamaxı, Yardımlı, Masallı, Quba) HBƏT üzrə 

proqram tətbiq olundu.  

 2007-2008-ci 

tədris illərində demək olar ki, 

Azərbaycanın Bakı, Sumqayıt və digər regionların 

məktəblərində HBƏT kursu üzrə  təlimlər keçilmiş  və 

artıq hər bir məktəbdə ayrı-ayrı siniflərdə 1saat 

olmaqla fakultetiv məşğələnin hesabına HBƏT kursu 

tədris olundu. 

Aparılan sorğular və keçirilən tədbirlər nəticəsində 

müəyyən olunub ki, bu kurs istər şagird, istər müəllim, 

istərsə  də valideyn tərəfindən bir sözlə bütün 

ictimaiyyət tərəfindən çox müsbət qəbul olunub. Lakin, 

qeyd etmək lazımdır ki, yerlərdə HBƏT kursunu tədris 

edən müəllimlər bir sıra çətinliklərlə qarşılaşırlar. 

Məktəblərdə tədris vəsaitlərinin az olması, rus dilində 

program və  tədris proqramının olmaması, elektron 

tədris vəsaitlərinin olmaması mövcud çətinliklərdəndir.  

Hökümət və QHT tərəfindən ayrı-ayrı regionlarda və 

eləcə də Bakı məktəblərində aparılan sorğular, bir sıra 

məktəblərdə keçirilən açıq dərslər, tədbirlər 

Azərbaycan Müəllimlər  İnstitutunun bütün filiallarının 

əməkdaşları ilə  HBƏT –lə bağlı keçirilən təlimlər ayrı-

ayrı siniflərdə  təhsil alan şagird və müəllimlərlə 

aparılan rəy sorğuları deməyə  əsas verir ki, HBƏT 

proqramı Azərbaycanda uğurla həyata keçirilir. Artıq 

ümumtəhsil məktəblərində 5142 müəllim HBƏT- in 

tam təlim kursunu keçmiş, 1897 məktəb, 920.444 

şagird HBƏT kursuna cəlb olunmusdur. 

Azərbaycan Respublikasının Təhsil nazirinin 30.05. 

2008–ci il 693 nömrəli  əmrinə  əsasən 2008-2009 

tədris illərində ümumtəhsil məktəblərinin 1-ci sinifləri 

üçün HBƏT kursunun 1 saat daxil edilməsi HBƏT 

proqramının Azərbaycanda tətbiq olunmasının  ən 

bariz nümunələridir.  

 

• Respublika QİÇS-lə Mübarizə  Mərkəzindən 

verilən məlumata görə Azərbaycanda 1987-ci 

ildən  2008-ci il may ayınadək 1510 nəfər HİV 

daşıyıcısı qeydə alınmışdır. Onlardan 1446 nəfər 

Azərbaycan, 64 nəfər xarici vətəndaşıdır. AİDS-

dən dunyasını dəyişənlərin sayı 210 nəfərdir.  

 

 



Layihənin Əlaqələndirmə Bürosunun informasiya bülleteni Qlobal Fondun “Azərbaycanda 

HİV/AİDS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi” Proqramı çərçivəsində nəşr edilir.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,  

Layihənin Əlaqələndirmə Bürosu 

Bakı ş., AZ1005, 

T. Əliyarbəyov küçəsi 3 

2-ci mərtəbə 

Tel:(+99412) 4982016 

Faks:(+99412) 4982001 

erasulova@gfaids.az 

www.gfaids.az



Müalicə və diagnostika təyin edilməsi ilə bağlı AİDS-

lə Mübarizə üzrə Milli Mərkəzə müraciət edə 

bilərsiniz 

Bakı ş., AZ1022, 

Mir-Kasunov küçəsi 1/8 

Tel:(+99412) 5100869, 

Faks:(+99412) 4947353, 

office@aids.az



 

 

 

 

Yüklə 111,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin