Magistratura məRKƏZİ Əlyazması hüququnda


Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsinin tənzimlənməsi və ekoloji-



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə9/42
tarix02.01.2022
ölçüsü1 Mb.
#44725
1   ...   5   6   7   8   9   10   11   12   ...   42
Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası və təbii mühitin

1.2. Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsinin tənzimlənməsi və ekoloji-

iqtisadi problemlər 

 

Hər hansı bir ictimai istehsalın mahiyyəti təbii varlıqların insanların istehlak 



rifahı üçün tələb olunan məhsullara çevrilməsidir. Bunun üçün insan təbii sərvət-

lərdən istifadə etməli və öz fəaliyyəti ilə təbiətə təsir göstərməlidir. 

Cəmiyyətin inkişafında  təbii mühit müsbət və mənfi rola malikdir. Təbii şə-

rait əlverişli olan ərazilərdə cəmiyyətin məskunlaşması üçün əlverişli şərait yarat-

maqla yanaşı, təbii ehtiyatların istehsal dövriyyəsinə cəlb olunması daha da inten-

sivləşir. Əksinə təbiəti sərt iqlim şəraitinə malik olan ərazilərdə daimi donuşluğun 

olması  yeraltı  və  yerüstü  təbii  sərvətlərin  istehsala  cəlb  olunmasını  gecikdirir  və 

istehsal  sahələrinin  səviyyəsinin  yüksəldilməsinə  müsbət  təsir  göstərir.  Tarixən 

Avropa ölkələrində təbii mühitin əlverişli olması bütün dövrlərdə mütəmadi ehti-

yatların səmərəli istifadəsinə şərait yaratmaqla, istehsal sahələrinin sürətli  inkişafı-

na təsir göstərmişdir. Əksinə Şərqi Sibir, Qərbi Sibir və Uzaq Şərqdə və digər əra-

zilərdə  təbii  mühitin  sərt  və  daimi  donuşluğun  olması  bu  ərazilərdə  olan  təbii 

resursların istehsal dövriyyəsinə cəlb olunmasını gecikdirmiş, əhali məskunlaşma-

sını və yeni sənaye şəhərlərinin başqa ərazilərlə müqayisədə inkişafını ləngitmiş-

dir.  Təbiətlə  cəmiyyətin  qarşılıqlı  münasibətlərinin  təhlil  və  tədqiq  olunması 

müasir elmin qarşısında duran vacib problemlərdəndir. 

Təbiətlə  cəmiyyət  arasındakı  qarşılıqlı  münasibəti  məhsuldar  qüvvələrin 

inkişaf  səviyyəsini  nəzərə  almadan,  bu  qüvvələrin  kimə  aid  olmasını  bilmədən, 




 

16 


insanların bir-biri ilə maddi nemətlər istehsalında hansı ictimai münasibətlərə daxil 

olduğunu  dərk  etmədən  başa  düşmək  olmaz.  İstehsal  prosesində  insanlar  yalnız 

təbiətə  təsir  göstərmirlər,  eyni  zamanda  onlar  bir-birinə  təsir  göstərirlər.  Yalnız 

istehsal prosesində insanlar müəyyən əlaqə və münasibətlər şəraitində təbiətə təsir 

etməklə  özləri  üçün  lazım  olan  maddi  nemətlər  istehsalına  şərait  yaratmaq 

imkanlarına malik olurlar 

Təbii  mühitin  cəmiyyətə  və  onun  məhsuldar  qüvvələrinə  təsir  göstərdiyi 

kimi,  təsərrüfat  sahələrinin  müxtəlifliyinə  də  səbəb  olur.  Lakin  bu  müxtəliflik 

bütün  dövrlər  üçün  sabit  olmayıb,  məhsuldar  qüvvələr  inkişaf  etdikcə  və  ictimai 

quruluş dəyişdikcə o da təkmilləşir və formalaşır. 

Cəmiyyətlə  təbiətin  qarşılıqlı  əlaqəsi  cəmiyyətin  dinamik  inkişafında  mü-

hüm  rol  oynamışdır.  Cəmiyyətlə  təbiətin  inkişafının  ilkin  mərhələləsində  yalnız 

təbiətin  hazır  məhsullarından  istifadə  etmək  imkanlarına  (balıq  və  meşədə  olan 

heyvanları ovlamaq, yabanı meyvələrdən və s. istifadə edirdilərsə) malik idilərsə, 

sonrakı inkişaf dövründə həmin əlaqələr yeni forma və məzmun alır. Bu səbəbdən 

də  «Təbiət  və  cəmiyyət»  problemləri  ilə  məşğul  olan  mütəxəssislərdən  biri  olan 

Y.P.Tursovun  fikrincə,  təbiətlə  cəmiyyətin  qarşılıqlı  dinamik  inkişaf  dövrü  aşa-

ğıdakı bir neçə mühüm mərhələ ilə səciyyələnir: 

1.  Qədim  dövr    bu  dövr  əsasən  insanın  təbiətdən  bir  növ  asılı  olan  dövrü 

kimi şərh olunur. Bu dövrlərdə insanın ümumi dünya görüşü səthi olduğundan və 

elm  bir  o  qədər  inkişaf  etmədiyindən  təbii  mühitin  qanunauyğunluqlarını  dərk 

etməkdə  çətinlik  çəkirdi.  İstehsal   olunan  məhsullar sadə  alətlər  vasitəsilə  həyata 

keçirilirdi. Təbii mühitin ekoloji tarazlığı təbii şəkildə saxlanılırdı; 

2.  İkinci  mərhələ  iqtisadi  cəhətdən  (sənayeyə  qədərki  olan  dövr)  qədim  və 

orta əsrlər dövrünü əhatə etməklə əkinçiliyin inkişafı dövrü kimi xarakterizə olu-

nur.  Bu  mərhələdə  artıq  cəmiyyət  torpaq  sahələrinin  genişləndirilməsi  və  ondan, 

təsərrüfat sahələrindən öz məqsədlərinə uyğun istifadə etməsi, sənətkarlığın mey-

dana  gəlməsi,  nəqliyyatın  primitiv  vasitələrinin  (qoşqu və  yaxud heyvanların gü-

cünə əsaslanan) dövriyyəyə cəlb olunması, yeni yaşayış məskənlərinin yaradılması 



 

17 


mərhələsi  kimi  xarakterizə  olunur.  Digər  bütün  nailiyyət  bu  mərhələdə  ondan 

ibarətdir ki, insan cəmiyyəti artıq hevanların əzələ enerjisindən, küləyin və suyun 

gücündən istifadə etməklə enerji almaq imkanlarına malik olurlar. Enerji istehsa-

lının meydana gəlməsi insanın təbiətə təsirini əvvəlki dövrlərə nisbətən artırır; 

3. Cəmiyyətin inkişafının üçüncü mərhələsi sənaye mərhələsi kimi səciyyə-

lənir. Bu mərhələ insan cəmiyyətinin yüksək səviyyədə istehsal vasitələrinin inki-

şafı  sayəsində  təbii  mühitə  və  təbii  ehtiyatlara  intensiv  təsir  göstərən  mərhələsi 

kimi qiymətləndirilir. Bu mərhələdə insan cəmiyyəti təbiətə təsiri gücləndirməklə 

yüksək səviyyədə maddi nemətlər istehsalına şərait yaradır. Yer kürəsinin region-

larda təbii ehtiyatlardan istifadəsi artdıqca insanın maddi rifatının yaxşılaşdırılması 

və  insan  cəmiyyəti  tam  şüurlu  surətdə  təbiətin  qanunauyğunluqlarını  dərk  edir. 

Ehtiyatlar potensialından istifadə etməkdə təbii mühitin mühafizəsi məsələlərini ön 

plana çəkir (8). 

Məlumdur  ki,  təbiətlə  cəmiyyət  arasında  qarşılıqlı  əlaqə  mövcuddur.  Bu 

əlaqə  cəmiyyətdə  təbiətin,  əskikliklərin vəhdəti  və  mübarizəsi qanununa  müvafiq 

inkişaf edir. İnsan cəmiyyəti özünün spesifik sosial qanunları əsasında təbiətə təsir 

göstərir. Buna görə də insanla  təbiət arasında qarşılıqlı əlaqə mürəkkəb olur. 

Elmi-texniki inqilab, insanların getdikcə artan tələbatının ödənilməsi məqsə-

dilə, onların təbiətə təsir dairəsini daha da genişləndirmişdir. İnsanın təsir dairəsi 

təkcə biosfer, hidrosfer, litosfer və atmosferlə məhdudlaşmayaraq, kosmik fəzaya 

da nüfuz etdi. 

Ümumi bəşəri tərəqqi-təsərrüfat sahələrinin nisbətində, məhsuldar qüvvələ-

rin tərkibində, texnika və texnologiyada, məhsulların növ tərkibində, istehsal isteh-

lakı və şəxsi istehlakında, keyfiyyət dəyişikliyində müşahidə olunur. 

Nəticədə nəinki insanın təbii proseslərə müdaxiləsinin xarakteri, həm də bu 

müdaxilənin  nəticəsinin  xarakteri  dəyişir.  Sərvətlərdən  istifadə  edərkən  insan 

ekoloji mühiti qorumalı, gələcək nəsilə mənfi təsir izləri buraxmamalıdır. 

Müasir  şərait  ətraf  mühiti  mühafizə  və  təbii  ehtiyatlardan  səmərəli  istifadə 

edilməsini  tələb  edir.  Məsələnin  nisbətən  cavan,  əhatə  dairəsinin  mürəkkəb  və 



 

18 


çoxsahəli olması ətraf mühit və təbiətdən səmərəli istifadə edilməsi məsələlərinin 

təkmilləşdirilməsini tələb edir. İnsanın geniş istehsal fəaliyyəti üçün xammal ehti-

yatlarına və ərzaq ehtiyatlarına olan tələbatı, enerji ehtiyatlarına olan tələbatı və s. 

ödənilir. Ətraf mühitin çirklənməsi və bunun nəticəsində təbiətdə baş verən dəyi-

şikliklər  atmosferi,  hidrosferi,  litosferi  əhatə  edir.  Çirklənməni  törədən  şəraitdən 

asılı olaraq bu proses qlobal xarakter daşıyır və biosferi və bütün planeti əhatə edir. 

Yer qabığı müxtəlif geoloji dövrlərdə yaranmışdır. Burada maqmatik, çöküntü və 

metamorfik süxurlardan təşkil olunan və bəşəriyyətə lazım olan qiymətli sərvətlər 

toplanmışdır. Bu sərvətlər geoloji axtarışlar nəticəsində yer səthinin bu və ya digər 

rayonlarında  aşkarlanır  və  cəmiyyətin  tələbatına  uyğun  olaraq  istifadə  olunur. 

Mineral sərvətlər əmək vasitələrinin mənbəyi olmaqla çox adda məhsullar alınma-

sında istifadə olunur. Eyni zamanda belə sərvətlər əmək cismi rolunu oynayırlar. 

Mineral xammal sərvətlərinin istifadəsi ilə bağlı olan mühüm məsələlərdən biri də 

onların iqtisadi cəhətdən qiymətləndirilməsidir. Azərbaycan Respublikasının ərazi-

si müxtəlif növ faydalı mineral xammal ehtiyatları ilə zəngindir. Aparılan geoloji 

kəşfiyyat  nəticəsində  həmin  faydalı  ehtiyatların  çoxu  artıq  aşkarlanmış  və  isti-

fadəyə  verilmişdir.  Dənizin  təbii  ehtiyatları  dünyada  maddi  istehsalın  ən  mühüm 

mənbələrindən biri hesab edilir. O, sənaye üçün xammal, enerji ehtiyatlarına malik 

olmaqla, əlverişli nəqliyyat şəraiti və rekreasiya ehtiyatlarının təbii konfortu üçün 

əvəzedilməz əhəmiyyət kəsb edir. Əhalinin sahil zonasında məskunlaşması və əra-

zinin tədricən mənimsənilməsi əsasən iki amilin təsirindən daha çox asılıdır. Təbii 

şəraitdən və ölkənin sosial iqtisadi inkişaf səviyyəsindən asılı olaraq elmi-texniki 

tərəqqinin  yeni  yüksək  mərhələsində  çoxsahəli  sənayenin  və  kənd  təsərrüfatının 

sürətlə inkişafı, müxtəlif nəqliyyat növlərinin çoxalması təbiətdən və təbii sərvət-

lərdən daha geniş istifadə olunması ilə nəticələnir. Ətraf mühitin mühafizəni tari-

xən təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsi, cəmiyyətin inkişafında coğrafi mühitin 

rolu, əhali artımı və ərzaq problemi, torpaqların münbitliyi və iqtisadi qiymətlən-

dirilməsi  qarşılıqlı  əlaqədə  həll  edilməlidir.  Ətraf  mühitin  mühafizəsi  problemi 

bəşəriyyət qarşısına nisbətən yaxın vaxtlarda çıxmışdır. Hazırkı  vaxtda atmosfer 



 

19 


və okeanlara külli miqdarda ziyanlı maddələr atılır (axıdılır), meşələr məhv edilir. 

Bütün  bunlar  güclü  surətdə  dünyanın  özü  özünü  məhvinə  aparır.  Ozon  dəlikləri, 

iqlimin  istiləşməsi,  bir  çox  heyvan  növlərinin  məhv  olaraq  yoxa  çıxması  bizim 

həyat sürdüyümüz mühitin müəyyən qədər tükəndiyini göstərir. Odur ki, planetin 

və onun sakinlərinin həyatı insanların bundan sonrakı aktivliyindən asılı olacaqdır. 

Hazırda bu  ekoloji problemlə  bütün dünya  ölkələri qarşı-qarşıya  gəlmişlər. 

Hesab  olunur  ki,  ətraf  mühitin  çirklənməsi  probleminə  daha  çox  Amerika  və 

Avropanın  sənayeləşmiş  ölkələri  məruz  qalmışlar.  Ancaq  o  qədər  də  çox  vaxt 

keçmədən  bu  problem  bütün  inkişaf  etməkdə  olan  ölkləri  öz  ağuşuna  alacaqdır. 

Odur  ki,  artıq  indidən  ciddi  tədbirlərin  həyata  keçirilməsi  vacibliyi  ortaya 

çıxmışdır.  Məlumdur  ki,  hər  hansı  xoşagəlməz  hadisənin  qarşısını  almaq  daha 

asandır, nəinki sonradan  onun nəticələrini aradan qaldırmalı olasan. 

Ətraf  mühitdən  istifadənin  müasir  vəziyyəti  ilə  əlaqədar  qarşıda  duran 

məsələlərindən ən başlıcası ətraf mühitin mühafizəsi problemidir.Yaranmış bütün 

iqtisali, hüquqi, sosial-siyasi və təşkilati-təsərrüfatçılıq mexanizmlərini həll etmək 

lazımdır.  Məhz  bunlar  ətraf  mühiti  «möhkəmlik    hüduduna»  gətirib  çıxarırlar. 

Odur ki, ətraf mühitin çirklənməsinin ən son yüksək səviyyəyə çatmasını gözləmək 

olmaz. Dünya birliyi anlamışdır ki, bunun indidən qarşısı alınmalı, dünyanın məhv 

olma təhlükəsi aradan götürülməlidir. 

 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin