Magistratura məRKƏZİ Əlyazması hüququnda


Təbiət-cəmiyyət mühasibətlərində ekobioetikanın rolu



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə10/42
tarix02.01.2022
ölçüsü1 Mb.
#44725
1   ...   6   7   8   9   10   11   12   13   ...   42
Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası və təbii mühitin

1.3. Təbiət-cəmiyyət mühasibətlərində ekobioetikanın rolu 

 

Dünyada  baş  verən  güclü  inkişaı  prosesi,  bu  inkişafın  əsasını  təşkil  edən 



elmi-texniki tərəqqinin getdikcə daha böyük vüsət alması, onun tətbiq sahələrinin 

genişlənməsi yeni-yeni elm sahələrinin yaranmasına və sürətli inkişaf yoluna çıx-

masına səbəb olur. Elmin özünüinkişafı təmin etməsi və bəşəriyyətin həm təhlükə-

sizliyinə, həm də tərəqqisinə təminat verməsi bu gün xüsusi aktuallıq kəsb edir. Bu 

vəzifə həyat haqqında elm sahəsində, humanitar sahədə aparılan tədqiqatların apa-

rıcı qüvvəsi olan və sosial, hüquqi, etik aspektləri tənzimləyərək yuxarıda göstəri-




 

20 


lən  iki  müddəaya  riayət  olunmasına  istiqamətlənən  bioetikanın  üzərinə  düşür. 

Bioetika  elmin  yeni  sahəsi  olan  həyat  haqqında  elm  istiqamətlərinə,  humanitar 

elmlərə aid olmaqla, bu sahədə aparılan araşdırmaların sosial, hüquqi, etik və tibbi 

aspektlərini daim diqqət mərkəzində saxlamalıdır. 

«Bioetika» termini (yunan. «bio» - həyat, «ethos» - əxlaq) «həyatın etikası, 

əxlaqi» kimi tərcümə edilə bilər. Bu termin ilk dəfə 1969-cu ildə amerikalı biokim-

yaçı-həkim  Van  Renssler  Potter  tərəfindən  «Bioetika:  gələcəyə  körpü»  kitabında 

müasir dünyada bəşəriyyətin yaşamasına potensial təhlükə ilə bağlı etik problem-

ləri ifadə etmək üçün işlədilib. Müəllif sürətlə inkişaf edən elmi-texniki tərəqqinin 

dəyərlərə lazımi diqqət yetirməməsi faktını vurğulamışdır. Əsas ideya ondan ibarət 

idi ki, Yer üzərində həyatın qorunması probleminin həlli üçün humanitar və bioloji 

elmlər öz səylərini birləşdirməlidir. Bir müddət sonra bioetika ekoloji problemləri 

də  ehtiva  edərək  elmi  faktları,  tərəqqini  dəyərlərlə  birləşdirməyə  çağırdı.  İnsan 

fəaliyyətinin ətraf mühitə, ekologiyaya, biosferə göstərdiyi təsirin öyrənilməsi, öz 

fəaliyyətin hüquqi və etik normalarının tənzimlənməsi ekobioetikanın əsasını təşkil 

etdi.  Beləliklə,  ekobioetika    bioetikanın  ekoloji  aspektlərini,  insan  və  ətraf 

mühitin  qarşılıqlı  təsirlərini  öyrənən  elm  sahəsidir.  Ekobioetika  termini  bütün 

dünyada  hələ  qəbul  edilməsə  də,  bir  çox  regionlarda  artıq  geniş  istifadə  edilir 

(məsələn,  Latın  Amerikası  ölkələrində:  Braziliya,  Argentina  Ekvador,həmçinin 

Avstraliya və s.). Ekoloji sağlamlıq, ekoloji hüquq, ekoloji etika ekobietika ilə sıx 

əlaqəli olub onun tərkib hissələri kimi də baxıla bilər (7). 

Bioetik  problemlərin  bəşəriyyətin  gələcəyi  üçün  böyük  akutallığını  nəzərə 

alaraq YUNESKO 1993-cü ildə bioetikaya dair xüsusi bir proqram hazırladı, 2002-

ci  ildən  isə  bioetikanı  öz  işində  əsas  prioritet  istiqamətlərdən  birinə  çevirdi. 

YUNESKO bəşəriyyətin etik və mənəvi həmrəyliyi olmadan sülhün əldə edilməsi-

nin mümkünsüzlüyünü irəli sürərək bütün ölkələri bioetika məsələləri üzrə beynəl-

xalq  və  mədəniyyətlərarası  müzakirələrə  cəlb  etməyi  qarşısında  məqsəd  qoydu. 

2005-ci  il  oktyabrın  19-da  YUNESKO-nun  Baş  Konfransı  33-cü  sessiyasında 

«Bioetika və İnsan Hüquqları» Ümumi Bəyannaməsini qəbul etdi. Bu sənəd dün-



 

21 


yanın bütün regionlarını təmsil edən müstəqil və hökümət ekspertlərinin iştirakı ilə 

işlənildikdən və intensiv məsləhətləşmələrdən sonra YUNESKO-ya daxil olan 191 

dövlətin  razılaşdığı  bioetik  prinsiplərdən  ibarətdir.  Bioetikanın  15  prinsip  külliy-

yatı elə bir qlobal platforma yaradır ki, bioetika hər bir dövlətdə yaranıb möhkəm-

lənə bilsin. 

Burada 15 əsas bioetik prinsip kimi aşağıdakılar göstərilib: 




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin