Kurs: II fənn: Pedaqogika -2 Mövzu



Yüklə 494 Kb.
səhifə17/46
tarix16.12.2022
ölçüsü494 Kb.
#75471
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   46
Kurs II f nn Pedaqogika -2 M vzu

P.2. "Nəzarət" şagirdlərin biliklərini, bacarıqlarını üzə çıxarmaq, ölçmək və qiy­mət­­lən­dir­mək deməkdir.Bilikləri üzə çıxarmağa və müəyyənləşdirməyə yoxlama deyilir. Ona görədə yoxlama nəzarətin tərkib komponentidir. Onun əsas didaktik funksiyası müəllimlə şagirdlər arasında əks əlaqəni, tədris materialının mənimsənilmə dərəcəsi haqqında müəllimin obyektiv informasiya almasına təmin etmək,biliklərdəki nöqsanları vaxtında üzə çəxarmaqdır.Yoxlamanın məqsədi təkcə şagirdin oxuma, öyrənmə səviyyə­sini yox,həm də onun öyrənmə əməyinin həcmini müəyyən etməkdir.
Nəzarətin yekunu (nəticəsi) şagirdin yetirməsinin qiymətləndirilməsi üçün əsasdır. Bu zaman şagirdlərin işlərinin həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri nəzərə alınır. Kəmiyyət göstəriciləri bal və ya faizlərlə qeyd olunur, keyfiyyət göstəriciləri isə "əla","yaxsi","kafi" və s. kimi ifadə olunur. Yetirmə qiymət cədvəllərin­də, sinif jurnallarında qiymətlər, işarələr(şərti işarələr) şəklində qeyd olunur.
Qiymətin funksiyası şagirdin öyrənmə səviyyəsini üzə çıxarmaqla məhdudlaşmır. O həm də öyrənməni,müsbət mtivasiyanı stimullaşdırmaq,şəxsiyyətə təsir etmək üçün müəllimin sərəncamında olan yeganə vasitədir. Məhz obyektiv qiymətləndirmənin təsiri altinda şagirdlər də öz-özünə qiymət verir, onlarda nailiyyətlərinə tənqidi münasibət yaranır. Şagirdlərin yetirməsinin diaqnostikasının və ona nəzarətin mühüm prinsipləri obyektivlik, sistematiklik, əyanilik(aşkarlıq) prinsipləridir.
Obyektivlik diaqnostik testlərin (tapşırıqların, sualların) elmi cəhətdən əsaslan­dı­rıl­mış məzmunundan,müəllimin bütün şagirdlərə bərabər, dostcasına münasibə­tin­dən, bilik və bacarıqların qiymətləndirilməsinin dəqiq müəyyənləşdirilmiş meyarların­dan ibarətdir.
Sistematiklik prinsipi tələb edir ki,diaqnostik nəzarət didaktik prosesin bütün mərhələlərində- biliklərin ilkin qavranılmasından onların tətbiqinə qədər,şagirdlər mək­təb­də olduğu birinci gündən son günədək müntəzəm olaraq həyata kecirilsin. Mək­təb nəzarətini tez tez həyata keçirmək lazımdırki,şagirdlərin bilməli və bacarmalı olduqlari vacib nə varsa onların hamısını diqqətlə yoxlamaq mümkün olsun.

Yüklə 494 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin