Kurs: II fənn: Pedaqogika -2 Mövzu



Yüklə 494 Kb.
səhifə19/46
tarix16.12.2022
ölçüsü494 Kb.
#75471
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   46
Kurs II f nn Pedaqogika -2 M vzu

İkinci pillə. Mövzunun mənimsənilməsi prosesində aparılan cari yoxlamadır. Cari yoxlama dərsdən -dərsə heyata kecirilir, amma buna baxmayaraq, o, tədris proqramının ayrı-ayrı elementlərinin şagirdlər tərəfindən mənimsənilməsini diaqnostlaşdırmağa imkan verir. Cari yoxlamanın başlıca funksiyası öyrətməkdir. Belə yoxlamanın metodları və for­ma­ları müxtəlif ola bilər. Onlar təlimin məqsədindən, tədris materialının məzmu­nun­dan, onun çətinliyindən,şagirdlərin yaş və hazırlıq səviyyəsindən və digər amillərdən asılıdr.
Üçüncü pillə. Bilik və bacarıqları yoxlamağın üçüncü pilləsi təkrar yoxlamadır.Bu yoxlama da cari yoxlama kimi tematik olmalıdır.Yeni materialı öyrənməklə yanaşı, şagirdlər paralel olaraq əvvəl öyrənilmiş mövzunuda təkrar edirlər. Təkrar yoxlama bilik­lə­rin möhkəmlənməsinə kömək edirlər. Bu yoxlama diaqnostikanın digər növləri və metodları ilə uzlaşdırılanda lazımi səmərə verir.
Dördüncü pillə. Bu pillə dövri yoxlamadır. Dövri yoxlama fənnin hər hansı bölməsi və ya iri mövzusu üzrə şagirdlərin bilik,bacarıq və vərdişlərini yoxlamaqdır. Dövri yoxla­manın məqsədi fənnin ayrı-ayrı hissələrində öyrənilən tədris materialının struktur eleme­n­t­ləri arasında qarşılıqlı əlaqlərin mənimsənilməsinin keyfiyyətini diaqnoz­laş­dır­maq­dır. Dövri yoxlamanın başlıca funksiyası bilikləri sistemləşdirmək və ümumiləş­dir­məkdir.
Beşinci pillə. Buna yekun yoxlamada deyilir. Bu zaman didaktik proosesin bütün mər­hə­lələrində şagirdlərin mənimsədikləri bilik, bacarıq vəvərdışlər qiymətləndirilir. Yetir­mə­nin yekun yoxlaması və nəzərə alınması hər rübün və tədris ilinin axırında həyata keçirilir.
P.3. Öyrənmə səviyyəsini yoxlama testləri şəxsiyyətin inkişafının və for­malaş­ma­sı­nın müxtəlif tərəflərini diaqnozlaşdırmaq üçün psixoloji və pedoqoji sınaq növlərindən biridir. Əgər testlərin tesnifatının əsasına insan keyfiyyətlərinin inkişafının və formalaş­ma­sının müxtəlif aspektlərini qoymalı olsaq,onda testlərin aşağıdakı tesnifatını alarıq:
1) ümumi əqli qabiliyyətləri,əqli inkişafı müəyyən edən testlər;
2) fəaliyyətin müxtəlif sahələri üzrə xüsusi qabiliyyətləri müəyyənləşdirnən testlər;
3) öyrənmə (oxuma) səviyyəsini, yetirmə səviyyəsini,alademik nailiyyətləri yoxlayan testlər;
4) şəxsiyyətin ayri-ayri keyfiyyətlərini (hafizəni, təfəkkürü, xarakteri və b.) müəyyən­ləş­dirən testlər;
5) şəxsiyyətin tərbiyəlilik səviyyəsini (ümumbəsəri, əxlaqi və b. keyfiyyətlərin forma­laş­ma səviyyəsini) müəyyənləşdirən testlər.
Testlər təlimin,təhsilin,inkişafın məqsədlərinə uyğun olaraq işlənib hazırlanmalıdır. Testin tərtibçisi tədris proqramının bütün bölmələrini, dərs kitablarını diqqətlə öyrətməli, təlimin məqsədini və konkret vəzifələrini yaxşı bilməlidir.
Şagirdlərin öyrənmə səviyyəsini yoxlamaq didaktik prosesin bütün mərhələlərində tətbiq olunur.Onların köməyi ilə bilik bacarıq və vərişlərə ilkin, cari, tematik və yekun nəzarət həyata keçirilir,yetirmənin,akademik nailiyyətlərin hesaba alinması təmin olunur.
P.4. Oxumağa qabillik şagirdin verimiş məzmunu mənimsəmək qabiliyyətidir. "Oxuma qabiliyyəti", "potensial imaknlar", "qavrama qabiliyyəti" anlayışları oxumağa qabillik anlayışının ən geniş sinonimləridir.
Oxumağa qabillik anlayışının mühüm komponentləri aşağıdakılardır:
1) şagirdin potensial imkanları;
2) malik olduğu biliklər fondu (tezarus);
3) təfəkkürün ümumiləşdirciliyi (fikri prosesin ümumiləşdiriciliyi);
4) təlimdə irəliləmə tempi (biliklərin mənimsənilməsində irəliləmə).
Oxumağa (öyrənməyə) daha çox qabil olan şəxsiyyətin bu ketfiyyət üzrə aşağı xarakteristikaya malik olan şəxsiyyətdən üstünlüyü praktik olaraq bilikləri, bacarıqların mənimsənilmə tempində (vaxtinda), təlimdə irəliləyişdə və nəticələrin artımında özünü göstərir.Şagirdlərin potensial imkanları, onların həqiqi biliklər bacarıqlar fondu və təfəkkürün xarakteristikaları da tempə təsir edir. Buradan məlum olur ki, məhz temp öyrənməyə qabilliyin müəyyənedici xarakteristikasıdır. Təlimdə qənaətçilik öyrənmə­nin tempini yüksəltmək və ona sərf olunan vaxtı azaltmaq demeəkdir.
Beləliklə, oxumağa qabillik şəxsiyyətin həmişəlik müəyyən olunmuş keyfiyyəti deyildir. O məqsədyönlü idarə oluna bilən müxtəlif səbəblərin təsiri altında inkişaf eden dinamik prosesdir.
İxtisas: Təsviri incəsənət müəllimliyi

Yüklə 494 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin