Kurs: II fənn: Pedaqogika -2 Mövzu



Yüklə 494 Kb.
səhifə25/46
tarix16.12.2022
ölçüsü494 Kb.
#75471
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   46
Kurs II f nn Pedaqogika -2 M vzu

1.Beyin həmləsı üsulu 1953-cü ildə Amerika psixoloqu A.Osborn tərəfindən ideyaların yaradılması və məsələlərin həlli vasitəsi kimi təklif edilmişdir. İdeyaların sürətlə törəməsi mənasında işlənən bu priyom Azərbaycan dilindəki pedaqoji ədəbiyyatda müxtəlif müəlliflər tərəfindən müxtəlif izah edilmişdir. “zehni hücum”, “Əqli hücum”, “Breyn-ring”, “əqli partlayış” və s. Əqli hücum qrup işinin sərbəst mühitdə təşkili kimi qəbul olunur. Qrup işinin sərbəst şəraitdə təşkil edildiyi bu prosesdə qrupun bütün üzvləri ciddi bir problemin həllinə cəlb olunurlar. Coxluqda müxtəlif fikirlər irəli sürülür. Şagirdlər elə öyrədilir ki, problem irəli sürülən kimi o qədər də düşünmədən ona aid ağıllarına gələn hər hansı fikir, ilkin təsəvvürlərini üzə cıxarsınlar. Bəzən gözlənilməz, səthi, yanlış, gülünc, qeyri-elmi, mümkün olmayan cavablar alına bilər.
Əqli hücum təşkili ücün secilmiş suallara cavabın tapılması təlim prosesini fəallaşdırır. Suallara mümkün cavabların müəllim tərəfindən yazı taxtasına yazılması onlara bir daha qayıtmaq və düşünmək imkanı verir. Dərsdə elə şərait yaranır ki, haradasa şagird müəyyən ideya irəli sürür, haradasa düşünür. Əqli hücüm mobilliyi, dinamikliyi, müstəqilliyi fəallaşdırır.
Əqli hücumunun aparılma məqsədləri:

  • Problemin həlli yollarının araşdırılmasını öyrənmək, müəyyən situasiyalarda cıxış yolları tapmaq, onları təhlil etmək, daha səmərəli həll yollarının tapılması ilə bağlı qərar qəbul etmək qabiliyyətini inkişaf etdirmək

  • şagirdlərin sərbəstliyini, fikir azaldığını inkişaf etdirmək

  • şagirdlərdə məntiqi təfəkkürü inkişaf etdirmək, yaradıcılığı stimullaşdırmaq

  • şagirdlərdə özünə inam hissini stimullaşdırmaq və həmçinin insanlar arasında əlaqələri yaxşılaşdırmaq

  • şəxsi ifadə tərzlərini istiqamətləndirərək, müstəqil düşüncəsini inkişaf etdirmək

Alqoritm:
1. müəllim həll olunmalı problemi elan edir
2. aparıcı (“ideyaların generatoru” – ideyaların axtarışına yönəldən) müəyyən edilir. Bu rolda həm müəllim, həm də şagird ola bilər.
3.Təlimat verilir ki, şagirdlər problemin həlliücün bütün ilk ağıla gələn ideyaları sürətlə, qısaca və konkret ifadələrlə bildirsinlər. Bu ideyalar fantastik, ağlasığmaz, qeyri-adi,absurd, hətta zarafatyana və uzaqgörən ola bilər. Şagirdlər öz həmyaşıdlarının şərhlərinə istinad edə bilərlər. Tənqid etmədən bu şərhləri tamamlayıb başqa formaya sala bilərlər.təkliflər qiymətləndirilmir və tənqid edilmişr
4. bütün qrup bu problemin həllinə cəlb olunur. Əsas məqsəd: mümkün qədər cox fikir toplamğanail olmaq.
5. qısa vaxt ərzində verilən bütün fikir və təkliflər aparıcı –generator tərəfindən kağızda, lövhədə və s. qeyd olunur.
6. yerinə yetirilmiş işin nəticəsində bütün deyilən fikirlər təhlil olunur.
7. aparıcı ideyaları bir daha yekunlaşdırır. Şagirdlər artıq bildirilmiş ideyaları tənqidi təhlil edir, qiymətləndirir, mübahisə aparır, şagirdlər müzakirə olunan problemin mümkün həlli ücün orijinal və ya ən yaxın ideyaları secirlər.
8. bu mərhələ kiçik qruplarla da aparıla bilər. Müəyyənləşdirilmiş meyarlar əsasında qrup yardımçı qruplara bölünür. Hər bir yardımçı qrup öz nəticələrini göstərir və onların həmyaşıdları ilə bölüşür. Onlar bunu sözlərlə, təsvirlərlə, rəsmlərlə mahnılarla və ya rollu oyunlarla təqdim edə bilərlər.

Yüklə 494 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin