Kurs: II fənn: Pedaqogika -2 Mövzu



Yüklə 494 Kb.
səhifə23/46
tarix16.12.2022
ölçüsü494 Kb.
#75471
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   46
Kurs II f nn Pedaqogika -2 M vzu

İllüstrasiya metodu əyani vəsaitlərin köməyi ilə tədris materialının mənimsənil­mə­sini nəzərdə tutur. Bu zaman fakt və hadisələr hərəkətsiz vəziyyətdə olur. əyani vasitələr təlimdə müxtəlif məna kəsb edir. Bəzi halda o, sadəcə nümayiş xarakterı daşıyır, bəzi hallarda isə mücərrəd fikirlərin mənimsənilməsi prosesini asanlaşdırır. Illüstrasiyanın aşağıdakı növləri vardır:
1) təbii şəkildə əşyanın özü;
2) əşyanın modeli;
3) əşya və hadisənin şəkli;
4) sxematik materiallar (cədvəllər, diaqramlar, sxemlər);
5) simvolik əyani vəsaitlər (xəritə, qlobus) və s.
İllüstrasiya metodunun səmərəli olması üçün onun tətbiqində müəyyən şərtlər gözlənilməlidir.

  1. təlim prosesində əyani vəsaitin yeri və növü düzgün müəyyənləşdirilməlidir.

  2. əyanilikdən hər zaman yox, öyrənilən hadisə və əşya haqqında şagirdlərin dolğun təsəvvürü olmadıqda istifadə edilməlidir.

  3. əyani vəsaiti bütün şagirdlər aydın görməlidirlər.

  4. Zamanı şagirdlərin fəallığı təmin olunmalıdır.

  5. əyani vəsaitlər üzərində şagirdlərin müşahidəsi ilə müəllimin izahı əlaqələndiril­mə­lidir.

Demonstrasiya metodu. Əşya və hadisəni dinamikada, yəni dəyişmə və inkişaf halında nümayiş etdirməyə deyilir. Fəal idrak metodudur. Demonstrasiya həm də təcrübəni əhatə edir. Demonstrasiya və illustrasiya metodları sıx əlaqədədirlər. Onlar bir-birinin birgə təsirini qarşılıqlı surətdə tamamlayır və gücləndirir.


Çalışmalar. Təlim prosesində şagirdlərin mənimsədikləri biliklərin bacarığa və vərdişə çevrilməsində çalışmalar, praktik və laborator işlər, idraki oyunlar, tədqiqatçılıq metodları xüsusi əhəmiyyət kəsb edir.
Müxtəlif növ çalışmalar vardır: xüsusi çalışmalar-dəfələrlə təkrar olunur, təlim,əmək bacarığı vəvərdişləri formalaşdırır. törəmə çalışmalar--əgər xüsusi çalışmalara əvvəl tətbiq olunan çalışmaların komponentləri daxil edilibsə, ona törəmə çalışmalar deyilir. Törəmə çalışmalar əvvəl formalaşdırılmış vərdişlərin təkrarına və möhkəmləndirilmə­sinə kömək edir. Və burada vərdiş unudulur. şərh olunan çalışmalar-tədris prosesini formalaşdırmağa, tədris tapşırıqlarını şüurlu yerinə yetirməyə xidmət edir. Onların mahiyyəti ondadır ki, müəllim və şagirdlər yerinə yetirdikləri əməliyyatları şərh edirlər.
Şagirdlərın müstəqillik səviyyəsindən aslı olaraq çalışmaların 3 tipi fərqləndirilir.

Yüklə 494 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin