Kurs: II fənn: Pedaqogika -2 Mövzu



Yüklə 494 Kb.
səhifə11/46
tarix16.12.2022
ölçüsü494 Kb.
#75471
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   46
Kurs II f nn Pedaqogika -2 M vzu

1.Fizioloji tələbatlar (yeməyə, suya, yuxuya,istiyə,paltara,ev-eşiyə,və s. olan tələbatlar);
2.Təhlükəsizlik tələbatları (işin təşkili, stabillik,müdafiə üçün təhlükəsizlik);
3.Sosial əlaqələri yaratmağa olan tələbatlar (sosial ünsiyyət, sosial birləğmələrə və sevgi məhəbbət olan tələbatlar);
4.Özünü qiymətləndirmə tələbatları (özünü təkmilləşdirməyə, müvəffəqiyyət qazan­ma­ğa, özünü qiymətləndirməyə, hörmətə, nüfuza, sayılmağa olan tələbatlar);
5.Özünü göstərməyə, yüksək titullar sahibi olmağa, seçilməyə, uğur qazanmağa, biliklərə olan tələbatlar;
6.Estetik tələbatlar (gözəlliyə, simmetriyaya, sistemliliyə, səliqəliliyə, harmoniyaya olan tələbatlar).


P.2. Motivlərin öyrənilməsi ən çətin praktiki məsələlərdən biridir.Əgər qarşıda təlimin keyfiyyətini yüksəltmək məqsədi qoyulursa, həmin məsələləri həll etmək lazımdır. Motivlərin öyrənilməsi onların formalaşması ilə qırılmaz surətdı bağlıdır.Bu istiqamətdə müəllimin praktiki fəaliyyəti aşağıdakı alqoritmə istinad etməklə həyata keçirilir.
1.Təlim məqsədlərinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi. Bununla əlaqədar olaraq təlim prosesini təmin etmək və nəzərdə tutulan vəzifələri həyata kecirmək üçün zəruri motuvlərin mahiyyətini, məzmununu, istiqamətini və gücünü təhlil etmək vacibdir. Əgər təlimin məqsədi və vəzifələri dövlət standartından kənara çıxmırsa, o zaman geniş məlum olan ümumi motivlər və stimullar hərəkətə gətirilir.
2.Motivasiyanın yaş imkanlarının üzə çıxarılması. Burada aşağıdakı suallara dəqiq cavab vermək tələb olunur:
1) kiçik, orta və yuxarı məktəb yaşlı şagirdləri motivasiyanın hansı göstəricilərinə uyğunlaşdırmaq lazımdır;
2) müəyyən sinfin şagirdlərinin motivasiya səviyyəsini onların "yaş normalarına", qarşıda duran məqsəd və vəzifələrə,tədris əməyinin çətinliklərinə nə dərəcədə uyğun gəlir.
3.Motivasiyanın başlanğıc səviyyəsinin oyrənilməsi. Şagirdin sonraki motivasiya sferasında baş verən dəyişikliklər haqqında əsaslandırılmış fikir söyıəmək üçün mutləq motivasiyanın başlanğıc səviyyəsini öyrənmək lazımdır.

Yüklə 494 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin