Kurs: II fənn: Pedaqogika -2 Mövzu


Nəzarətin müxtəlif növləri var



Yüklə 494 Kb.
səhifə9/46
tarix16.12.2022
ölçüsü494 Kb.
#75471
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   46
Kurs II f nn Pedaqogika -2 M vzu

Nəzarətin müxtəlif növləri var: gündəlik nəzarət, tematik nə­za­rət, dövrü nəzarət, yekun nəzarət. Şagirdlərin tədris fəaliyyətinə nə­zarət onun xüsusiyyətlərini qiymətləndirmək və hesaba almaqla üz­v şəkildə əlaqədardır.
Nəzərə alınmalıdır ki, şərh olunan mərhələlər təlim prosesində bir-birindən tam ayrılıqda cərəyan etmir, onlar bir-biri ilə qarşılıqlı əla­qədə olur, hətta bir-birinə çevrilə bilir, biri digərində iştirak edir.
Təlim mərhələlərinin ardıcıllığına müəllim yaradıcılıqla ya­na­şır. Çünki fənnin və mövzunun, habelə qarşıya qoyulmuş didaktik və­zifənin xarakterindən asılı olaraq mənimsəməni cisim və ha­disələrin qavranılmasından deyil, anlayışların dərk olunmasından baş­lamaq, təlimin hansısa mərhələsini adlamaq mümkün olur. Tə­l­imdə bu cəhət də nəzərə alınmalıdır.
İxtisas: Təsviri incəsənət müəllimliyi
Kurs: II
Fənn: Pedaqogika -2
Mövzu: Öyrənmə motivasiyası
Ədəbiyyat siyahısı:
1. Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Yeni kurs. Dərs vəsaiti. Bakı: “Çaşıoğlu”, 2004. 510 səh, s. 276-298
2.İbrahimov F., Hüseynzadə R. Pedaqogika. Dərslik. 2 cilddə. I c., Bakı: Mütərcim, 2013, 708 s.
3. Əhmədov H., Zeynalova N. Pedaqogika. Dərslik. Bakı: “Elm və Təhsil”, 2016, 456 s
Müəllim: Lalə Allahverdiyeva lale.allahverdiyeva.81@bk.ru
Plan:

  1. Motivlər idrakın hərəkətverici qüvvələridir.

  2. Motivlərin öyrənilməsi və formalaşdırılması

  3. Öyrənmənin stimullaşdırılması

  4. Şagirdlərə inam müvəffəqiyyətin rəhnidir

P.1. Motiv (latinca moveo-hərəkətə gətirmək,itələmək deməkdir) dedikdə, tələbatların təmin olunması ilə əlaqədar olaraq insanı fəaliyyətə təhrik eden amillər nəzərdə tutulur. Öyrənmə motivasıyası didaktik presesin məhsuldarlığını müəyyən edən amillər arasında yer tutur. Motivlər didaktik prosesin başlıca hərəkətverici qüvvələridir. Motivlər dedikdə şəxsiyyəti fəaliyyətə sövq edən konkret niyyətlər, səbəblər başa düşülür. Fəaliyyətdə olan motivlərin öyrənilməsi və onlardan düzgün istifadə, şəxsiyyətin inkişafını lazımi tərəfə istiqamətləndirmək pedoqoji əməyin özəyini təşkil edir.

Yüklə 494 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin