Kurs: II fənn: Pedaqogika -2 Mövzu


Bütün təşkil edən motivlərin öyrənilməsi



Yüklə 494 Kb.
səhifə12/46
tarix16.12.2022
ölçüsü494 Kb.
#75471
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   46
Kurs II f nn Pedaqogika -2 M vzu

4.Bütün təşkil edən motivlərin öyrənilməsi. Bu zaman şagirdin və ya onun mikroqru­pu­nun öyrənmə fəaliyyətində hansı motivlərin aparıcı olduğunu müəyyənləşdirmək tələb olunur.
5.Motivasiyanın fərdi xüsusiyyətlərinin öyrənilməsi. Əgər pedaqoq hər bir şagirdin motivasiyasını, fərdi xüsusiyyətlərini öyrənmək imkanına malik deyilsə,onda,o,heç olmasa kiçik qrupların ən çox gözə çarpan motivasiyalarının xüsusiyyətlərini öyrənməyə çalışmalıdır.
6.Motivasiyanın dəyişmə (enmə,stabil qalma,yüksəlmə)səbəblərinin təhlil edilməsi. motivlərin dəyişməsinə aşağıdakılar təsir edə bilər: şagirdin motivasiya sferasını lazımı səviyyədə inkişaf etməsi, öyrənməyə qabilliyin aşağı olması və s.
7.Zəruri motivlərin formalaşdırılması. Müxtəlif metodlardan kompleks istifadə olunur.bu zaman şagirdlər optimal çətinlik səviyyəsində olan tapşırıqları yerinə yetirirlər.
8.Nailiyyətlətin qiymətləndirilməsi və gələcək işlərin planlaşdırılması. Görülən işlərdən sonra onları yekunlaşdırmaq və baş verən dəyişiklikləri təhlil etmək məqsədə müvafiqdir. Şagirdlərin real hərəkətləri, onların təlimə münasibətinin dəyişməsi nəzərə çarpan göstəricilər olacaqdır.
Motivasiyanı öyrənmək üşün istifadə olunan xüsusi priyomlar aşağıdakılardır:
1)Situasiyaların yaradılması. Bu priyomun məası şəraiti dəyişməklə şagirdlərin davranışının dəyişməsini müşahidə etməkdir.
2)Yoldaşın seçilməsi. bu,motivlərin müstəqillik dərəcəsini,onların digərləri ilə qarşılıqlı təsirdən aılılığını öyrənmək üçün tətbiq olunur.
3)Tamamlanmamış cümlələr priyomu.Məktəblilərə tamamlanmamış bir neçə cumlə təqdim olunur və onları tamamlamaq təklif olunur.
4)Tamamlanmamış hekayə priyomu.Üçüncü priyomda olduğu kimi, daha genis məzmunda tətbiq olunur
5)Şəkil üzrə nağıl söyləmək, təxəyyüldə situasiyalar yaratmaq. Psixoloqlar beleə hesab edirlər ki, şagirdlər belə hallarda onları maraqlandıran problemləri qeyri-iradi olaraq açıb danışır,onlara öz münasibətlərini bildirirlər.
Amerika pedaqoqları motivasiyanı formalaşdırmaqla bağlı olan problemlərə treninq (xüsusi məşq rejimi) adı vermişlər.İnsan ətrafdakılardan nə qədər az asılı olarsa,bir o qədər müstəqil olar.Ona görədə məktəblilərə aşağıdakəları öyrətmək lazımdır:
1)qarşıya real məqsədlər qoymaq;
2)məqsədləri imkanlara uyğunlaşdırmaq;
3)özünün güclü və zəif cəhətlərini bilmək;
4)konkret hərəkətləri müəyyənləşdirmək;
5)perspektivləri planlaşdırmaq;
6)yaranmış situasiyanı düzgün qiymətləndirmək;
7)şəxsi iş proqramının yerinə yetirilməsini daim təhlil etmək.


P.3. Müasir anlamda 'stimullaşdırma" insanı nəyə isə yönəltmək, sövq etmək deməkdir. Tələbatlar, motivlər, stimullar bir-birilə bağlıdır. Stimullar tələbatlara və motivlərə söykənir, onlardan ayrılmazdır. İnsan adətən eyni zamanda müxtəlif tələbatların və motivlərin təsirini hiss edir və ən güclü təsirlərə uyğun olaraq hərəkət edir. Bu zaman sitimullar başlıca rolu yerinə yetirirlər. Məqsədin həyata keçməsində onlara üstünlük verilir. Münaqişəli situasiyalarda onların əhəmiyyəti daha vacibdir. Bİr tərəfdə insan ücün əxlaqi əhəmiyyəti olan motivlər(məsuliyyət hissi, borc) ,o biri tərəfdə isə az dəyərli, amma emosional baxımdan daha cəlbedici olan tələbatlar durur.
Motivasiya nailiyyət qazanmaq üçün ən doğru yoldur. Ona görə də Qərb psixoloqları motivasiya problemi ni dərindən öyrənirlər. D.Karneqi iddia edir ki,dünyada insanları nə iləsə məşğul olmağa vadar edən bir yol vardır. Bu yol insaı həmin işi görmək istəməyə "məcbur" etməkdən ibarətdir.
Məktəb yaşında fəaliyyət və davranış motivasiyasının öz xüsusiyyətləri vardır. Məktəbdə təlim-tərbiyə işindəki bütün nöqsanlar şagirdlərin həqiqi davranış motivləri ilə müəllimlərin maraqlanmaması ucbatından yaranır. Müəllim çox zaman təsadüfi davranış aktının ancaq zahiri tərəfinə diqqət verir. Ona görə də şagirdləri öyrənmək, həm də stimullardan düzgün istifadə etmək deməkdir.
Məşhur "stimul reaksiya"(S-R) formulunun mahiyyəti odurki,insanın davranışı (reaksiyası) tətbiq olunan stimullarla şərtlənir. Bütün dünyada populyar olan Bixeviorist təlimin bu məşhur ideyasına görə düzgün və xüsusilə müsbət stimullaşdırma insanların davranışını və hətta onların şəxsi xüsusiyyətlərini dəyişmək üçün sonsuz imkanlar yaradır.


P.4. Bütün yaşdan olan insanlar etimada, rəğbətləndirmə və tərifə həmişə böyük ehtiyac duyurlar. Bunlar insanları xoş əməllərə ruhlandırır, onlarda inam yaradır, daha yaxşı isləməyə, xidmət göstərməyə,oxumağa sövq edir.
D.Karneqi yazır: yaddan çıxarmayınki, siz insanlar qarşiliqli münasibətlərinizdə məntiqi mühakimə yürüdən vücudla yox, emosional, öz hərəkətlərində qüvvə hərisliyə qapılan bir vücudla iş görürsünüz. Siz yaddan çıxarmamalısınızki, bu qüsurlar böyüməkdə olan uşaqlardada var.Ona görədə onu necə var elə qəbul edin, illuziyalardan imtina edin, arzu etdiyinizə yox, uşaqda real mövcud olana istinad edin. Uşağı zorla ddəyişdrmək əvəzinə onu başa düşməyə çalışın. Belə yanaşma bizdə uşağın halına yanmağı dözümlülüyü və xeyirxahlığı inkişaf etdirir. Şüurumuzun dərinliyində elə imkanlar gizlənirki, onları hərəkətə gətirməklə insan fəal vəziyyətə, tam gücü ilə fəaliyyətə sövq etmək olar. İnsan çoxsifətlidir, ona görədə ona güclü təsir edən bir stimulu tətbiq etməkdənsə, həmişə çoxlu zəif stimullar tətbiq etmək daha yaxşı olar. Çünki ümid etdiyimiz güclü stimul heç təsir göstərməyə, amma zəif stimullardanbiri yerinə düşə bilər.
Şagirdlərlə işləyən zaman müəllimlərin aşağıdakı tövsiyələrə əməl etməsi məsləhət görülür:

Yüklə 494 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin