Kurs: II fənn: Pedaqogika -2 Mövzu



Yüklə 494 Kb.
səhifə10/46
tarix16.12.2022
ölçüsü494 Kb.
#75471
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   46
Kurs II f nn Pedaqogika -2 M vzu

Motivasiya şagirdləri idraki fəaliyyətə, təhsilin məzmununun fəal mənimsənil­mə­sinə sövq edən proseslərə, metodlara, vasitələrə verilən ümumi addır. Müəllimlərdən danışarkən öyrənmə motivasiyası haqqında söhbət getməlidir.
Təlim sistemində fəaliyyət göstərən motivləri müxtəlif meyarlara əsasən aşağıdakı kimi təsnif etmək olar;

  1. sosial motivlər (sosial dəyəri olan motivlər)

  2. idraki motivlər;

  3. peşə motivləri;

  4. estetik motivləri;

  5. kommunikativ motivlər;

  6. status-mövqe motivləri;

  7. ənənəvi-tarix motivləri;

  8. utilitar-praktiki motivləri (merkantil (xəsis,pulgir­­­) motivlər).

Öyrənmə motivlərini bəzən xarici və daxili motivlərə ayırırlar. Xarici motivlər müəllimlərdən, sinif kollektivindən, ümumiyyətlə cəmiyyətdən gəlir. Həmin motivlər işarə, tələb, göstərış, məcburetmə formasında olur. Doğrudur, onlar insana təsir edir, amma çox zaman şəxsiyyətin daxili müqavimətinə rast gəlir.Ona görə də humanist hesab edilə bilməz. Şagirdin özünün təşəbbüskar olması vacibdir.Çünki insanın motivasiyasının əsl mənbəyi onun özündədir. Ona görədə həlledici əhəmiyyəti xarici təzyiqə deyil,daxili oyadıcı qüvvələrə vermək lazımdır.
Motivlər düşünülmüş və düşünülməmiş olur. Motivlər düşünülmüş olanda şagird hər hansı addımı inamla atmağı bacarır. Düşünülməmiş motivlər çox dumanlı olur. Onlar şüurla idarə olunmur. Bununla belə, onlar çox güclü ola bilər.
Motivlər içərisində real motivləri fərqləndirmək lazımdır. Bu motivlər məktəbin nailiyyətlərini obyektiv olaraq müəyyən edir. Xəyali (şişirdilmiş) motivlərdə vardır ki, onlar müəyyən şaraitlərdə fəaliyyət göstərə bilər. Didaktik proses real motivlərə istinad etməklə bərabər yeni, daha yüksək və təsirli motivlərin əmələ gəlməsinə şərait yaradır.
Şagirdin öyrənmə prosesinə qoşulmasının bir neçə mərhələsi var: mənfi, biganə (və ya neytral), müsbət.
Müəllimlər şagirdlərin təlimə münasibətini fəallıq kimi xarakterizə edirlər. Fəallığın strukturunda aşağıdakı komponentlər fərqləndirilir:
1) təlim tapşırıqlarını yerinə yetirməyə hazır olmaq;
2) müstəqil fəaliyyətə can atmaq:
3) tapşırıqları şüurlu yerinə yetirmək;
4) oxumaqla sistematik məşğul olmaq;
5) öz şəxsi səviyyəsini yüksəltmək üçün çalışmaq.
Məktəblilərin aktivliyinə rəhbərlik etməyi ənənəvi olaraq aktivizasiya (fəallaşdırma) adlandırırlar. Aktivizasiyanın başlıca məqsədi şagirdlərin aktivliyini formalaşdırmaq, təlim - tərbiyə prosesinin keyfiyyətini yüksəltməkdir.
Maraq insan fəaliyyətinə güclü təsir edən motivlərdən birdir. O hərəkət, fəaliyyət üçün real səbəbdir. Təlimdə çoxlu maraqlar fəaliyyət göstərir. L.S.Vıqotski yazır ki, maraq uşaq davranışının təbii daşıyıcısıdr, onu hərərkətə gətirəndir. Uşağı hər hansı bir fəaliyyətə cəlb etməkdən qabaq onu həmin işlə maraqlandırmaq lazımdır: o, həmin fəaliyyətə hazırdırmı, qüvvələrini toplayıbmı? Əgər hazırdırsa, deməli, işi uşaq özü görəcək, müəllimin vəzifəsi isə onu fəaliyyətinə rəhbərlik etmək və istiqamətlən­dir­mək­dən ibarət olacaq.
Şagirdlərin maraqları onların bilikərinin səviyyəsi və keyfiyyətindən asılıdır. Şagirdlər sevdikləri və hörmət etdikləri müəllimin fənnini maraqla öyrənirlər. Əvvəlcə müəllim, sonra onun fənni -bir çox insanların taleyini müəyyən etmiş dəyişməz asılılıq bundan ibarətdir.
Tələbatlar motivlərlə üzvi əlaqədə mövcuddur. Tələbatların əsasında nəyə isə olan ehtiyaclar durur. Tələbatlar aktivliyin mənbəyi və ona olan hərəkətverici qüvvədir. Tələbatlar əvvəlcə energetik implus kimi meydana gelir. Onlar gərginlik yaradir və insanı axtarş fəaliyyətinə sövq edir. Tələbatın mövzusu, predmeti aydın olanda o, motiv statusu kəsb edir. Tələbatlar və motivlər arasında əlaqələr çoxmənalıdır. Eyni tələbat bir çox motivlərlə aktivləşdirilə bilər. Eyni motivlərin arxasında tələbatlar dura bilər.
Amerika alimi Abraxam Maslonun (1809-1970) tələbatlar nəzəriyyəsinin pedoqogika üçün böyük əhəmiyyəti vardır. Bu nəzəriyyənin fundamental tezisi ondan ibarətdir ki, insan ümumi, unikal və mütəşəkkil tam kimi öyrənilməlidir.
Hər bir insanın aşağı və yüksək tələbatları vardır.Onlar a-lardır:

Yüklə 494 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin