7. Tələbatlar haqqında anlayış



Yüklə 75,23 Kb.
Pdf görüntüsü
tarix21.10.2022
ölçüsü75,23 Kb.
#65691
7.sual Psixologiya



7. Tələbatlar haqqında anlayış 
Motivlərin ierarxiyasını izah etmək üçün ingilis psixoloqu Abraham Maslou yeni 
bir model təklif etmişdir. Piramidaya bənzəyən bu modelin aşağı təbəqələrində 
ibtidai, yuxarı təbəqəsində isə ali, yüksək təlabatlar yerləşir. 
Abraham Maslounun nəzəriyyəsinə əsasən insan tələbatları, ilk öncə, fizioloji və 
psixoloji öhdəliklərin məcmusu ilə müəyyən olunur. O insan tələbatlarını, 
onların vaciblik səviyyəsinə görə 5 qrupa bölür: 
Birinci səviyyə: Fizioloji və ibtidai tələbatlara: qidalanmağa, hava, su, yuxuya, 
seksual istəyi ödəməyə, istirahət və fizioloji varlığı təmin etmək üçün lazım 
olan digər tələbatlar 
İkinci səviyyə: Təhlükəsizlik tələbatı: istidən və soyuqdan qorunmaq və digər 
bu kimi təlabatları, eləcə də fiziki və psixoloji orqanların müdafiəsi. 
Üçüncü səviyyə: İctimai nüfuza tələbat: sevgiyə, ünsiyyətə, cəmiyyət üçün 
faydalı olan fəaliyyətə maraq, sosial tədbirlərdə aktiv iştirak, insanlarla 
dostcasına münasibət, müəyyən qruplarda hörmət. Ibtidai təlabatlardan fərqli 
olaraq buraa nümayiş etdirilə bilən əlamətlərə (məs: mükafatlandırılmaq) 
üstünlük verilir. 
Dördüncü səviyyə: Hörmətə tələbat: özünə hörmət, adekvat nailiyyətlərə səy
etibarlılıq, nüfuz. 
Beşinci səviyyə: Özünü reallaşdırmağa tələbat: yaradıcılığa meyl, öz 
potensialını və məqsədlərini tam reallaşdırmaq arzusu. 
Maslou təklif etmişdir ki, daha yüksək ali hislərə yüksəlmək üçün ibtidai 
təlabatların ödənilməsi vacibdir. Məs: şəxsin təhlükəsizliyi təmin olunmayıbsa 
onun sevgi – məhəbbət, özünüqiymətləndirmə hisləri aktual ola bilməz. 
Doğrudan da, təcrübə göstərir ki, təbii fəlakət qurbanları və ya müharibə 
əziyyətləri görmüş insanlar çox vaxt normal ailə münasibətləri yarada bilmir və 
başqalarının problemlərinə qarşı laqeyd olurlar. 
Maslou nəzəriyyəsinin əsasını, insanın yaşayış tərzindən, hansı tələbatlarına 
nail olmasından asılı olaraq bu və ya digər tələbatların hakim olması təşkil edir. 
Bu tələbatlar sistemində ən əsas olanı – fizioloji tələbatdır ki, bu da 
təhlükəsizilik tələbatı qəbul olunanadək ödənilməlidir. Əgər ilk tələbat 
ödənibsə, onda ictimai nüfuza və hörmətə olan tələbat motivasiya kimi çıxış 
edəcək. Maslou dəfələrlə qeyd edirdi ki, əgər tələbatın bir səviyyəsi ödənibsə, 
onda digər səviyyə insan davranışını bu səviyyə ödənilədək müəyyən edir. O 
əmin idi ki, ödənilmiş tələbat davranışın motivatoru kimi çıxış edə bilməz. Hər 
halda, bəzi səviyyələrin qismən olaraq üst-üstə düşməsi ola bilər ki, bu da 
əvvəlki səviyyə ödənilənədək, növbəti səviyyənin yaranması zamanı baş verə 


bilər. Bu zaman, ilkin tələbat kifayət qədər ödənilmiş olmalıdır ki, işçi onun 
ödənilməsinə vaxt sərf eləməsin. Dördüncü səviyyədəki tələbatın ödənilməsinə 
cəlb olunmuş fərdlə, birinci səviyyədəki tələbatın ödənilməsinə cəlb olunmuş 
fərdin eyni stimullara olan reaksiyası müxtəlif olacaq. Maslou nəzəriyyəsində 
maraqlı amillərdən biri odur ki, insanlar heç vaxt bütün tələbatlarını ödəmirlər.

Yüklə 75,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin