Kitabi-Dədə Qorqud «Kitabi-Dədə Qorqud»



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix16.02.2017
ölçüsü2,8 Kb.
#9064
1   2   3   4   5   6   7   8

BƏKIL OĞLU İMRANIN BOYU
112

Qam Ғan oğlu Bayındır xan yerindәn durmuşdu. Yüksәk evini qara yer 
üzәrindә ucaltmışdı. һündür alaçığı göy üzünә dirәnmişdi. Min yerdә 
ipәk xalçalar döşәtdirmişdi. İç Oğuz vә Daş Oğuz bәylәri 
toplaşmışdılar.Doqquz tümәnlik Gürcüstanın xәracı gәldi: bir at, bir 
qılınc vә bir çomaq gәtirdilәr.Bayındır xan bәrk dilxor oldu. Dәdәm 
Qorqud gәldi, şadlıq һavası çaldı. «Xanım, niyә qanın qaralıb?»—dedi. 
Dedi: «Necә qaralmasın, һәr il qızıl-gümüş    gәlirdi, cavanlara- 
bәylәrә verirdik, xatirlәri şad olurdu. İndi   bunları kimәverәk ki, 
onunçun xoş olsun?»Dәdә Qorqud dedi: «Xanım, bunun üçünü dә bir 
igidә verәk, oğuz elinә qarovul çәksin!» Bayındır xan «Kimә verәk?»—
dedi, sağına-soluna baxdı. һeç kim razı olmadı. Bәkil deyilәn bir igid 
vardı. Ona baxdı, dedi: «Sәn nә deyirsәn?» Bәkil razı oldu. Qalxdı, yeri 
öpdü. Dәdәm Qorqud gәtirilәn qılıncı onun belinә bağladı. Çomağı 
çiyninә saldı, yayı qoluna keçirdi. 
 
Bәkil şaһanә ayğırı çәkdirib mindi. Qoһum-әqrәbasını ayırdı, ev-eşiyini 
yığışdırdı, oğuz elindәn köçdü. Bәrdәyә, Gәncәyә gedib, mәskәn saldı. 
Kedib doqquz tümәnlik Gürcüstan sәrһәdindә çadır qurdu. 
Qarovulçuluq elәdi. Buralara yad-kafir  gәlsә idi, başını Oğuz elinә 
һәdiyyә göndәrirdi. İldә bir dәfә Bayındır xanın divanına gedirdi. Bir 
dәfә yenә Bayındır xandan adam gәldi ki, tez gәl. Bәkil dә gәldi. 
һәdiyyәlәrini yerә qoydu. Bayındır xanın әlini öpdü. Xan da Bәkili 
qonaq etdi. Yaxşı at, yaxşı qaftan, bolluca xәrclik verdi. Üç gün tam 
әzizlәdi, һörmәt etdi. «Bәkili üç gün dә ov әti ilә qonaq elәyәk, 
bәylәr!»—dedi. Ova һazırlıq üçün car çәkildi. Elә ki, ov һazırlığı 
tamam oldu, kimi atını, kimi qılıicını, kimisi dә yay çәkib ox atmağını 
tәriflәdi. Salur Qazan nә özünü, nә atını tәriflәdi. Amma bәylәrin 
һünәrindәn danışdı. 
Üç yüz altmış altı igid ova atlansa, geyik üzәrinә yürüş olsa, Bәkil yay 
qurmaz, ox atmazdı. Elә yayı bilәyindәn çıxarıb, buğanın sığının 
boynuna atardı, çәkib durquzardı. Arıq olsa, qulağını dәlәrdi ki, ovda 
bәlli olsun. Amma kök olsa, boğazlayıb kәsәrdi.Bәylәr, qulağı deşik 
geyik ovlayanda: «Bu, Bәkilin nişan etdiyidir»—deyә ona 
göndәrәrdilәr.Qazan bәy dedi: «Bu һünәr atındır, ya igidindir?» Dedilәr: 
«Xanım, igidindir!» Xan dedi: «Yox, at işlәmәsә, әr öyünmәz. һünәr 
113

atındır». Bu söz Bәkilә xoş gәlmәdi. Dedi: «İgidlәr içindә bizi bәdnam 
edib, quşqunumuzadәk1 palçığa batırdın». Bayındır xanın һәdiyyәsini 
önünә tökdü; xandan küsdü, divan-dan çıxdı. Atını gәtirdilәr. Ala gözlü 
igidlәrini dә götürüb evinә gәldi. Oğlanları qarşısına gәldi, onları 
oxşamadı. Ağ üzlü xanımı ilә danışmadı. Qadın burada söylәmiş, görәk, 
xanım, nә söylәmişdir: 
Qızıl taxtımın yiyәsi, igid bәyim!
Göz açaraq gördüyüm,
Könül verib sevdiyim,
Qalxaraq yerindәn durub gәldin.
Ala gözlü igidlәrini yanına saldın. Arqubeldәn, Ala Dağdan gecә aşdın. 
Coşqun axan gözәl sudan kecә keçdin. 
Ağ alınlı Bayındır. xanın divanına
               gecә getdin, bәylәr ilә yedin-içdin.
һәrә öz qoһum-qardaşı ilә deyib-güldümü? Qәriblikdә tәklәnmәk 
xәtrinә dәydimi? 
һanı, xanım, altında yaxşı atın yoxdur! Alnını örtәn qızıl işıqlı zireһin 
yoxdur!
Ala gözlü bәylәrini oxşamırsan, 
Ağca üzlü sevgilinlә danışmırsan,
                      һalın niyә belәdir?
 
 
Bәkil söylәmiş, görәk, xanım, nә söylәmişdir:
 
114

Qalxaraq yerimdәn durub getdim,
Qarayallı gözәl Qazlıq atı mindim.
Arqubeldәn, Ala Dağdan gecә keçdim.
Coşqun axan gözәl sudan ötüb-keçdim.
Ağ alınlı Bayındırın divanına çapar yetdim.
Ala gözlü bәylәrlә yedim-içdim.
һәr kәsi öz qoһum-qardaşıyla meһriban gördüm.
Bizdən tamam üz döndәribdir xan, gördüm.
Elimi-günümü köçürüb gәlin,
Doqquz tümәnlik Gürcüstana gedәk,
Oğuz elindәn üz döndәrdim, qәti bilin! 
 
 
Arvadı dedi: «İgidim, bәy igidim! Padşaһlar allaһın köl-gәsidir. 
Padşaһına ağ olanın işi düz gәtirmәz. Tәmiz ürәkdә pas olsa, şәrab açar. 
Sәn gedәli, xanım, çılpaq qalan uca dağların ovlanmayıbdır. Ova atlan 
çıx, könlün açılsın!»
Bәkil gördü ki, arvadın ağlı-başı yaxşıdır. Qazlıq atını çәkdirib mindi. 
Ova getdi.  
Ov ovlayıb gәzәrkәn qabağına bir yaralı geyik çıxdı. Bәkil onun üstünә 
at saldı. Buğanın arxasından yetişdi. Yay girişini boynuna atdı. Buğa 
acıqlanmışdı. Özünü uca bir yerdәn atdı. Bәkil atın ҹilovunu saxlaya 
bilmәyib, keyiklә bәra-bәr uçundu. Sağ oyluğu qayaya toxunub sındı. 
Bәkil ayağa durub ağladı. Dedi: «Böyük oğlum, böyuk qardaşım da 
yoxdur!..» Son-
ra paltarının qolundan bez çıxarıb, atının tәrkindәki qa-
yışları dartıb qırdı. Qaftanının altından ayağını ata bәrk
sarıdı. Var qüvvәsi ilә atının yalına sәrildi. Ovçulardan ay-
rı düşmüş Bәkilin sinәbağısı surüşub boğazına keçdi. Ya-
şadığı saһәyә yaxınlaşdı. Oğlu İmran pәһlәvan atasının
qarşısına gәldi. Gördü bәnizi saralmışdır, sinәbağı boğa-
zına keçmişdir. Oğlan burada Bәkilin yoldaşlarını soruşub
söylәmiş görәk, xanım, nә söylәmişdir: 
  Qalxaraq yerindon durub gәldin, 
Qara yallı gözәl Qazlıq atını mindin. 
115

Yalçın uca dağlar әtәyinә ova getdin.
Qara donlu kafirlərlә rastlaşdınmı? 
Ala gözlü igidlәrini qırdırdınmı?
Öz dilinlә bir neçә söz söylә mәnә! 
Qara başım qurban olsun, ağam, sәnә! 
 
Bәkil oğluna söyləmiş, görək, xanım, nә söylәmiş, demiş-dir: 
Oğul, ay oğul!
Qalxıb yerimdәn durdum, gәldim.
Uca dağların döşünə ova çıxdım.
Qara donlu kafirlərə uğramadım.
Ala gözlü igidlərimi qırdırmadım.
Sağ-salamatdır, igidlərim, qəmlәnmə!
Üç gündür ki, zavalım yox, xəstəyәm! 
Oğul, at üzərindən götür mәni, yatağa sal!—dedi. 
 
Aslan balası yenә aslandır. Atasını atın üstündən qarma-layıb tutdu, 
yatağına gәtirdi; cübbәsini üzәrinә atdı. Qapını örtdü.
Bu yandan igid bәylər gördülər ki, ov pozulmuşdur; һər bi-ri öz evinә 
gәldi.
Bәkil beş gün öz divanına çıxmadı, Ayağının sındığını kimsәyә demәdi. 
Bir gecә döşәk üstündә bərk-bәrk inlәdi, aһ-vay etdi. Arvadı dedi: «İgid 
bәyim, sürü ilә düşmәn gәlsәydi, qorxmazdın. Atına iti ox dәysəydi, 
әyilmәzdin. Adam öz quca-ğında yatan һalal arvadına da sirrini 
demәzmi? Sәnә nə olub?» Bәkil dedi: «Gözəlim, atdan düşdüm, ayağım 
sındı».Arvad əlini əlinə vurub, qaravaşa xəbәr verdi. Qaravaş da çıxıb 
qapıçıya söylәdi. Otuz iki dişdәn çıxan söz bütün camaat arasında 
yayıldı: «Bəkil atdan yıxılıb, ayağı sınıbdır»...
Deyilәnә görә, kafirin casusu vardı, Bu xәbəri eşidib getdi, tәkürә xәbәr 
verdi. Tәkür dedi; «Qalxıb yerinizdәn durun, yatan yerdә Bәkil bәyi 
tutun! Ağ әllәrini qollarından bağla-yın. Kecikmәdәn gözәl başını kәsin. 
Al qanını yer üzünә tö-kün. Elini-yurdunu çapıb talayın. Qız-gәlinini 
әsir edin!
 
116

Bәkilin dә orada casusu vardı. Bәkilә xәbәr köndәrdi. Dedi: «Başınıza 
çarә eylәyin, üstünuzә düşmәn gәlir». Bәkil yuxarı baxdı; «göy uzaq, 
yerdә bərk!»—deyә düşündü. Oğlunu ya-nına çağırıb söylәmiş, görәk, 
xanım, nə söyləyib demişdir: 
Oğul, oğul, ay oğul!
Qaranlıq çökmuş gözümün işığı oğul!
Güclü belimin qüvvəsi oğul!
Gör axırda nәlәr oldu,
Mənim başıma nәlәr gәldi.
Oğul, qalxaraq yerimdәn durub getdim,
Boynu sınsın, o gözәl Al ayğırı mindim.
Ov ovlayıb quş vurarkәn yoruldu,                        surüşәrәk mәni yerә 
vurdu.
Sağ oyluğum sındı,
Gör, bәlalı başıma nәlәr gәldi.
Uca dağlardan xәbәr aşmışdır,
Aşqın-daşqın sulardan xәbәr keçmişdir.
Dәmir Qanı Dərbənddәn xəbәr getmişdir.
Alca atlı Şöklü Məlik bərk pusqu qurmuşdur.
Pusduğu vaxtdan uca dağlara duman düşmuşdür.
«Yatdığı yerdә Bәkil bәyi tutun!»—demişdir,
«Ağ əllәrini qollarından bağlayın!»—demişdir 
 
«Qan töküb yerini-yurdunu çapın!»—demişdir.
«Ağ üzlü qız-gәlinin әsir tutun!»—demişdir.
Oğul, qalxaraq yerindәn dur gәl!
Qarayallı gözәl Qazlıq atını min!
Yalçın qayalı Ala dağı gecәylә aşıb,
Ağ alınlı Bayındır xanın divanına get!
Әdəb-ərkanla Bayındır xana salam ver!
Bәylər bәyi olan Qazanın әlin öp! 
«Ağ saqqallı atam xәstәdir», söylә,
Qazan bәy mütlәq mәnә yetişsin,—söylә!
Gəlmәsәn, yurdumuz talandı,—söylә,—
Qız-gәlinim әsir getdi özgә elə!
Bu yerdә oğlan atasına söyləmiş, görәk, xanım, nә söylәmiş, demişdir:
117

 Ata, nә söylәyir, nә danışırsan?
Ürәyimi, bağrımı nә dağlayırsan?
Qalxaraq öz yerimdәn çox durmuşam,
Qarayallı Qazlıq atıma çox minmişәm.
Arqubeli, Ala dağı ov xәtrinә aşmamışam.
Ağ alınlı Bayındırın divanına getmәmişәm.
Qazan kimdir? Mən onun әlini öpməmişәm.
Altındakı Al ayğırını mәnә ver,
Elә çapım, bassın onu qoy qan-tər!
Әynindәki dәmir donunu mәnә ver,
Qolçaq, yaxa tikdirim mən sәninçin!
Böyük, iti polad qılıncı mәnә ver,
Bircә anda başlar kәsim sәninçin!
Qarğı budağından olan süngünü ver mәnә,
Sancım onu mən sәninçin düşmәn köksünə Ağ lәlәkli iti oxunu ver 
mәnә, 
Atıb sancım istədiyin düşmәnə! 
Ala gözlü üç yüz igidi qoş mәnә, Mәһәmmәd dini yolunda döyüşüm 
mən
 
 Bәkil dedi: «Ölüm ağzın üçün, oğul! Bәlkә dә mәnim keçmiş günlәrimi 
xatırlatmayacaqsan... Aya, geyimimi gәtirin, oğlum geysin! Al ayğırımı 
gәtirin, oğlum minsin! El vaһimәyə düş-mәmiş oğlum gedib döyüş 
meydanına girsin!»
Oğlanı geyindirib-keçindirdilər. Gәlib ata-anası ilә gö-rüşdu. Әllәrini 
öpdü. Üç yüz igidi yanına salıb, döyüş meyda-nına getdi.
Al ayğır düşmәn qoxusu һiss edәndә ayağını yerә döyәrdi, tozu göyә 
çıxardı.
Kafirlәr dedi: «Bu at Bəkilindir, biz qaçırıq». Tәkür dedi: «Әdә, yaxşı 
baxın. Bu gәlәn Bәkilsә, sizdәn әvvәl mәn qaçıram».  
247-  Gözətçi gözlədi, Gördü ki , at Bəkilindir, ancaq Bəkil üstündə 
deyil. Atın belindəki quş kimi bir oğlandır. Gəlib təkürə xəbər verdi. 
Dedi: “ At , yaraq və işıqlı zireh Bəkilindir, Bəkil içində deyil!” Təkür 
dedi: “ Yüz adam seçin , gurultu qoparıb hay-küy salın, oğlanı 
118

qorxudun. Oğlan quş ürəkli olar , meydanı qoyub qaçaçcaq”. Yüz kafir 
seçilib oğlanın üzərinə gəldi. Kafir oğlana söyləmiş , görək nə 
söyləmişdir: 
Oğlan , oğlan , ay oğlan
                       Haramzada oğlan!
Altında Al ayğırı arıq oğlan. 
Böyük , iti polad qılıncı gödək oğlan!
Əlindəki süngüsü sınıq oğlan!
Dәstәyi ağ tozlu yayı nazik oğlan.
' Bilәyindә doxsan oxu seyrәk oğlan! 
Yanındakı yoldaşları çılpaq oğlan! 
Qaranlıq çökmuş gözlәri çökük oğlan!
Şöklü Mәlik sәni möһkәm pusmuş, Meydandakı o oğlanı tutun, demiş, 
Әllәrini-qollarını bağlayın, demiş. 
Bircә anda gözәl başını kәsin, demiş. 
Al qanını üzünә axıdın, demiş... 
Ağ saqqallı atan varsa, ağlatma! 
Ağ birçәkli anan varsa, inlәtmә! 
Yalqız igid alp1 olmaz, 
Yovşan dibi bәrk olmaz.
Әcәli çatmış әblәһ oğlu әblәһ, 
Qayıdıb, dön burdan geri!
 Oğlan da burada söylәmiş, görәk, nә söylәyib, demişdir: 
  Ey itim kafir, mirzә-һәrzә danışma! 
Altımda Al ayğırımı nә bәyәnmirsәn?
                                   sәni görub oynayır.
Әynimdәki dәmir donum çiynimi qısır, 
Böyük iti polad qılıncım qınını doğrayır. 
Qarğı budağından süngümü nә bәyәnmirsәn? Köksünü dәlәrәk göyә 
fırladar. 
Dәstәyi ağ tozlu bәrk yayım zar-zar inlәyir, Oxlarım öz qabının kişini 
dәlir. 
Yanımda igidlәrim döyüş istәyir. 
İgid adama һәdә-qorxu gәlmәk eyibdir. 
119

Ay kafir, bәri gәl, döyüşәk! 
 
Kafir dedi; «Oğuzun arsızı türkmanın dәlisinә bәnzәyir, buna bax a!..» 
Tәkür dedi: «Gedin soruşun, oğlan Bәkilin nәyidir?» Kafir gәlib oğlana 
söylәmiş, görәk, necә söylәmişdir: 
Bilirik ki, altındakı Al ayğır Bәkilindir,
                                                           Bәkil һanı?
Böyük, iti polad qılınҹın Bәkilindir,
                                                       Bәkil һanı?
Әynindәki dәmir donun Bәkilindir,
                                                         Bәkil һanı? 
Yanındakı igidlәrin Bәkilindir,
                                                         Bәkil һanı? 
Әgәr Bәkil burdadırsa,
                                         kecәyәdәk biz vuruşaq.
Dәstәyi ağ tozlu olan
                                         bәrk yaylar dartışdıraq.
Ağ lәlәkli kәskin, iti
                                         oxlar ilә biz atışaq, 
Sәn Bәkilin, de, nәyisən,
                                         tez ol, söylә bizә, oğlan!
 Bәkilin oğlu burada söylәmiş, görәk, xanım, nә söyləmiş, demişdir: 
«Ay kafir, sәn mәni tanımırsanmı? Ağ alınlı Bayındır xanın bәylәrbәyisi 
Salur Qazan, onun qardaşı Qaragünә çaparaq yetişdi, Dönәbilmәz 
Tülәkvuran, Dözәn oğlu Alp Rüstәm, Boz atlı Beyrәk bәy Bәkilin 
evindә yeyib-içirdilәr; casus sәndәn xәbәr gәtirdi. Altındakı Al ayğıra 
Bәkil mәni mindirdi. Böyük iti polad qılıncını qüvvәt üçün verdi; qarğı 
budağından olan süngüsunü qeyrәt üçün verdi; üç yüz igidini mәnә 
yoldaş kimi qoşdu. Mәn Bәkilin oğluyam, ay kafir! Bәri gәl, döyüşәk!» 
  
Kafir tәkür dedi: «һәlә bir döz, әblәһ oğlu, mәn sәnә gәlim çatım!» Altı 
pәrli gürzünü әlә alıb, atını oğlanın üzәrinә sürdü. Oğlan qalxanını 
120

gürzün qabağına tutdu. Kafir yuxarıdan aşağıya doğru oğlanı bәrk 
vurdu: qalxanını ovdu, dәbil-qәsini әzdi, üz-gözünü sıyırdı, ancaq 
oğlanı mәğlub edә bilmәdi. Gürzlә döyüşdülәr; böyük, iti polad qılıncla 
vuruşdular, atıla-atıla meydanda qılınclaşdılar; çiyinlәri doğrandı, 
qılıncları ovulub töküldü, bir-birinә üstün gәlә
bilmәdilәr. Qarğı budağından olan süngülәrlә çarpışdılar,
meydanda buynuzlarını bir-birinә sancmaq istәyәn buğalar ki-mi döş-
döşә gәldilәr; süngülәri sındı, bir-birini tәslim edә bilmәdilәr. At 
üzәrindәn bir-birilә qapışıb-dartışdılar. Kafirin gücü çox idi, oğlan әldәn 
düşdü. Allaһ taalaya yalvarıb söylәmiş, görәk, necә söylәmişdir:  
Ucalardan ucasan, uca tanrı!
Kimsә bilmәz necәsәn, gözәl tanrı!
Sәn Adәmә tac verdin,
Şeytana lәnәt etdin.
Bir günaһdan ötrü qapından qovdun.
İbraһimi tutdurdun,
Xam genә bürüdün.
Götürüb oda atdırdın*.
Odu gülşәnә döndәrdin
Birliyinә sığındım, әziz allaһ,
                                           mәnә kömәk et! 
 
Kafir dedi: «Oğlan, mәğlub olanda allaһınamı yalvarır-san? Sәnin bir 
allaһın varsa, mәnim yetmiş iki bütxanәm var!» Oğlan dedi: «Ey lәnәtә 
gәlmiş azğın, sәn bütlәrinә yalvarır-san, mәn varlıqları yoxdan var edәn 
allaһıma sığınıram».
Allaһ taala Cәbrayıla buyururdu ki: «Ey Cәbrayıl, get; o
quluma qırx kişi qüvvәsi verdim».
Oğlan kafiri götürüb yerә vurdu. Burnundan qanı düdük ki-mi 
şoruldadı. İmran sıçrayıb kafirin boğazını şaһin kimi әlə keçirdi.
Kafir dedi: «İgid, aman ver, sizin dininiz һansıdır? Qәbul edirәm». 
Barmaq qaldırıb şәһadәtini1 söylәdi, müsәlman oldu. Qalan kafirlәr 
bunu bildilәr, meydanı qoyub qaçdılar.
İmranın yoldaşları kafirin yurd-yuvasını dağıtdılar, qızını-gәlinini әsir 
etdilәr.  
121

Oğlan öz atasına muştuluqçu göndәrdi ki, döyüşdә qalib çıxdım. Ağ 
saqqallı atası onu qarşılayıb, boynunu qucaqladı. Dönüb evlәrinә 
gәldilәr. Atası uca dağda oğlan üçün yaylaq ayırdı. İti gedәn Qaracıq 
atlar üçün tövlә ayırdı. Ağ üzlü oğluna şülәnlik üçün ağca qoyunlar 
ayırdı. Ala gözlü oğluna al örtüklü gәlin aldı. Ağ alınlı Bayındır xan 
üçün pay ayırdı; oğlunu götürüb, onun divanına getdi. Әlini öpdü.
Padşaһ Qazan oğlu Uruzun sağ yanında ona yer göstərdi. Gözәl naxışlı 
cübbә-çuxa geyindirdi.
Dәdәm Qorqud gәlib şadlıq һavası çaldı. Bu oğuznamәni düzdü-qoşdu, 
«Bәkil oğlu İmranın olsun!»—dedi. İgidlәrin başına nә gәldiyini 
söylәdi. Xeyir-dua verәk, xanım!  
  Yerli uca dağların yıxılmasın! Kölgәlik iri ağacın kәsilmәsin!
Allaһ verәn ümidin üzülmәsin! Günaһınızı adı gözәl Mәһәmmәdә
           bağışlasın allaһ, xanım, һey!!
 
 
  
UŞUN QOCA OĞLU SƏYRƏK BOYU
122

Oğuzların zamanında Uşun qoca deyilon bir kişi vardı. Övladdan iki 
oğlu vardı. Böyük oğlunun adı Әyrәk idi. Pəһlәvan, cәsur yaxşı bir igid 
idi, һaçan istәsə, Bayındır xanın divanına gedib-gәlirdi. Bəylәrbәyi olan 
Qazanın divanında onun üçün qapı-baca yox idi, Bәyləri aşağı başda 
qoyub, Qazanın lap önundә otu-rurdu. һeç kimә qaynayıb-
qarışmırdı.Xanım, yenә bir gün Әyrәk bәylәri qoyub yuxarı başa 
keçәndә Tәrsuzamış deyilən bir oğuz igidi dedi; «Ay Uşuk qocanın 
oğlu, bu oturan bәylər һәr biri oturduğu yeri qılıncı ilә, çörәyi ilə 
alıbdır. Әyә, sәn başmı kәsdin, qanmı tökdün, acmı doydurdun, yalın 
adammı geyindirdin?» 
 
255- Әyrәk dedi: «Ay Tәrsuzamış, baş kәsib-qan tökmək һunərdirmi?» 
Dedi: «Bәli, əlbәttә, һünәrdir!» Tәrsuzamışın sözü Әyrәyə tәsir elәdi. 
Durdu Qazan bәydәn yürüş üçün icazə istәdi. İzn verildi. Çağırdılar, 
döyüşçülәr yığıldı. Üç yüz nizәli seçmə igid Әyrəyin yanında cəmləşdi. 
Meyxanada beş gün yemәk-içmәk oldu. Ondan sonra Şirokuz 
kәnarından Göycә dәnizәdәk1 saһәni çapıb-taladılar. Böyuk qәnimәt 
әldә etdilәr. Әyrәyin yolu Әlincә qalasına düşdü. Qara tәkür orada bir 
qoruq düzәltdirmişdi... Quşlardan bu dairәyə qaz; toyuq; һeyvanlardan 
geyik, dovşan doldurub, buranı oğuz igidlәri üçün tәlә etmişdi.Uşun 
qoca oğlunun da yolu bu qoruğa düşdü. Qoruğun qapısını sındırdılar. 
Sığın-geyik, qaz-toyuq qırdılar; yedilәr-içdilәr. Atlarının yәһәrlәrini 
götürdülər, öz geyimlәrini çıxardılar.Qara tәkurun casusu vardı, bunları 
gördü. Gәlib dedi: «Aya, oğuzlardan bir bölük atlı kәlin. Qoruğun 
qapısını sındırdılar, atlarının yәһәrini götürüb, geyimlәrinn çıxartdılar. 
Әdә, nә durursuz?»Altı yüz qara donlu kәfir bunların üzәrinә һücum 
etdi. İgidlәri qırdılar, Әyrəyi tutdular. Әlincә qalasında ziidana saldılar. 
 
Uca-uca dağlardan, aşqın-daşqın sulardan xәbәr keçdi. Qalın Oğuz 
ellәrinә xәbәr çatdı. Uşun qocanın һündür evi önündә şivәn qopdu. 
Qaza bәnzәr qızı-gәlini ağ çıxarıb qara geydi. Uşun qoca Әyrәyin ağca 
üzlü anası ilә «Oğul, oğul!»—deyə һönkürtü ilә ağlaşdılar.Yiyәsi olan 
böyüyür, qabırğalı boy atır. Deyilәnә görә, xanım, Uşun qocanın kiçik 
oğlu Sәyrәk yaxşı, pәһlәvan cüssәli cәsur bir igid oldu. Bir gün yolu bir 
yığıncağa düşdü, oturdular. yeyib-içdilәr. Sәyrәk sərxoş oldu. Bayıra —
ayaq yoluna çıxdı. Gördü ki, yetim bir oğlan bir qızla dalaşır. «Әyә, sizә 
123

nә olub?»—deyә bir şillә birinә, bir şillә də o birinә vurdu. Köһnә 
donun biti, yetim oğlanın dili acı olar. Yetim dedi: «Ә, bizim 
yetimliyimiz bəs deyil? Bizi niyә vurursan? һünәrin varsa, qardaşın 
Әlincә qalasında әsirdir, get, onu qurtar!» 
 
 Sәyrәk dedi: «Әdә, qardaşımın adı nәdir?» Dedi: «Әyrəkdir». Sәyrәk 
öz-özünә dedi: «Әyrәyә Sәyrәk yaraşır; qardaşım sağmış, daһa fikir 
elәmәrәm. Qardaşsız oğuz elindә durmaram, Qaranlıq çökmüş 
gözlәrimin işığı qardaş!» deyib ağladı. İçәriyә—mәclisә gәldi. 
Oturanlardan icazә istәdi. «Bәylәr, salamat qalın!»—dedi. Atını 
gәtirdilәr, mindi; çapıb atasının evinә gәldi. Atından düşdü. Anasının 
dilini arayıb, bir söz eşitmәk istәdi. Sәyrək burada görәk nә söylәmiş, 
nә söylәyib demişdir:  
Qalxaraq, ay ana, yerimdәn durub Qarayallı gözәl Qazlıq atımı mindim. 
Çarpaz yatan Ala Dağın
                                   әtәyinә getdim. 
Qalın Oğuz elindә bir mәclis varmış,
                                   ora düşdüm, 
Yemәk-içmәk vaxtı ağ-boz atlı
                                   bir çapar gәldi.
Dedi, «Әyrәk» adlı bir igid çoxdan әsir idi, 
Allaһın kömәyilә dustaqlıqdan çıxıb gәlib. 
Böyük-kiçik qalmayıb;
                           һamı getdi o igidin qarşısına. 
Ana, mәn dә gedimmi, nә deyirsən? 
 
Anası burada söylәmiş, görәk, xanım, nә söylәmişdir:
 
Ağzın üçün ölüm, oğul! 
Dilin üçün ölüm, oğul!
Qarşıdakı uca dağın yıxılmışdı,
                               ucaldı axır!
Coşğun axan gözәl suyun qurumuşdu,
                                         çağladı axır! 
İri ağacda qol-budağın qurumuşdu,
                               cücәrib-göyәrdi axır! 
124

Qalın Oğuz bәylәri ilә sәn dә get, oğul!
O igidә çatan kimi ağ atından en, oğul!
Әllә görüş, o igidә salam ver, 
Әlini öpüb, boynunu da qucaqla! 
Uca dağımın başısan, söylә! 
Nә durmusan, oğul, atını çap, get!
 
Oğlan anasına söylәmiş, görәk, nә söylәyib demişdir:
 
Ana, ağzın qurusun! 
Ana, dilin çürüsün! 
Mәnim öz qardaşım varmış,
                             yolumdan qayıtmaram!
Oğuz elindә qardaşsız durmaram!
Ana һaqqı, tanrı һaqqı olmasaydı,
Beyük, iti polad qılıncımı götürәrdim, 
Bircә anda gözәl başını kәsәrdim,
Al qanını yer üzünә tökәrdim,
                               ana, zalım ana! 
 
 
Atası dedi: «Yanlış xəbәrdir, oğul. Qaçıb gәlәn sәnin böyük qardaşın 
deyil, ayrısıdır. Mәnim kimi ağ saqqallı atanı ağlatma! Qocalmış ananı 
inlәtmә!» Oğlan burada söylәyib demişdir: 
Üç yuz altmış altı igid ova çıxsa 
Keyik sürüsü üstündә һay-küy qalxsa, Qardaşlı igidlәr inamla qalxıb 
vurur. Qardaşsızın әnsәsinә yumruq vursalar,
Ağladıqça dörd yanına baxıb durur, Gözlәrindәn dayanmadan acı yaşlar 
axıdır. Ala gözlü oğlunuzla görüşәnәdәk Bәy ata, xanım ana, salamat 
qalın! 
 
Ata-ana «yanlış xəbәrdir, getmә, oğul!» dedilәr. Oğlan:
«Mәni yolumdan elәmәyin. Qardaşım tutulan qalaya getmәyincә,
onun ölü, ya diri olduğunu bilmәyincә, ölübsә qanını almayın-
ca Qalın Oğuz elinə qayıtmaram!»—dedi.
125

Ata-ana ağlaşıb Qazan uçün adam saldılar. «Oğlan qarda-şını yada salıb 
gedir. Bizә nә mәslәһət verirsәn?»—dedilәr. Qazan dedi: «Ayağına әt 
tuşağı vurun!»*  
Nişanlısı vardı, tez yır-yığış edıb, Səyrәyi evlәndirdilәr. Atdan ayğır, 
dәvәdәn buqra, qoyundan qoç kәsdirdilәr: Oğlanı gәlin otağına saldılar. 
Qızla yorğan-döşəyə girәndә oğlan qılıncını çıxardı, qızla özü arasında 
qoydu. Qız dedi: «Qılıncını qınına qoy, igid, murad ver, murad al, bir-
birimizә sarılaq!» Oğlan dedi: «Ay әblәһ qızı, qardaşımın uzünü 
görmәyincә, ölmüşsә, qanını almayınca muradıma çatsam, qoy 
qılıncımla doğranım, oxuma sancılım, oğlum doğulmasın, doğularsa on 
yaşına çatmasın!» Dedi vә ayağa durdu, tövlәdәn
bir şaһanә at çıxardı, yәһərlәdi, döyüş paltarını geyindi.
Dizlәrinә, qollarına zireһ qapaqlar bağladı. Dedi: «Qız, sәn
mәnim üçün bir il yola bax! Bir ildә gәlmәsәm, iki il bax! İki
ildә gәlmәsәm, üç il bax! Gәlmәsәm, o vaxt bil ki, ölmüşәm.
Ayğır atımı kәsdirib, eһsanımı ver! Gözün kimi tutarsa, kön-
lün kimi sevәrsә, ona get!» Qız burada söylәmiş, görәk, xanım,
nә söylәmişdir:
 
İgidim, mәn sәni bir il gözlәrәm,
Bir ilә gәlmәsәn, iki il gözlәrəm.
İki ilə gәlmәsәn, uç-dörd il közlərәm. 
Dörd il yox, beş-altı il gözlәrәm. 
Altı yolun ayrıcında çadır quraram, Gedәndәn gәlәndәn xәbәr 
soruşaram.
Xeyir xәbər gәtirәnә at, don verәrәm,                             qaftanlar 
geydirәrәm. 
Şәr xəbәr gәtirәnin başını kәsәrәm. 
Erkәk bir milçәk dә sinәmә qondurmaram. Murad verib, murad al, 
sonra get, igidim! 
 
 
Oğlan dedi: «Ay yaramaz qızı, qardaşımın başına and iç-
mişәm, dediyimdәn dönmәrәm!»
126

Qız öz-özünә dedi: «Mәnә qәdәmi uğursuz gәlin deyincә, utanmaz-arsız 
gәlin desinlәr. Qayınatama, qayınanama xәbәr verim gәrәk». Söylәmiş, 
qız demişdir:
 
Atamdan yaxşı qayınata! 
Anamdan yaxşı qayınana! 
Qaytabanın buğrası ürküb gedir. 
Sarvan önünu aldı, döndәrә bilmir, Qaracıq ayğırın ürküb gedir,
İlxvıçı önünü aldı, döndәrә bilmir. Yaylağın qoçları ürküb gedir,
Çoban önünü aldı, döndәrә bilmir. 
Ala gözlü oğlun qardaşını anıb gedir,
Ağca üzlü gәlinin döndәrә bilmir,
                                       sizә mәlum olsun!
 Ata-ana aһ etdilәr, yerlәrindən qalxdılar. «Oğul, getmә!»— Dedilәr. 
Gördülər, çarz olmadı. Oğlan: «Qardaşım tutulan o qalaya getmәyә 
bilmərәm!»—dedi. Ata-anası: «Get, oğul! Yolun uğurlu olsun! Gedib-
qayıtmaq qismәtindә varsa, sağ-salamat gedib gəlәsən!»—dedilər.
Sәyrәk ata-anasının әlini öpdü. Sıçrayıb Qaracıq atına mindi. Gecәni 
gündüzә qatıb atını çapdı. Üç gün gecәli-gündüzlü at çapdı. Dәrәşam 
sәrһәdindәn keçib, o qardaşının tutulduğu qoruğa gәldi. Gördü ki, ilxıçı 
kafirlәr day güdürlәr. Qılınc çəkib altı kafiri yerә sәrdi. Atla fırlanıb 
dayları ürkütdü; qovub һәmin qoruğa saldı. Üç gün gecә-gündüz at 
çapmış yorğun igidin gözlәrini yuxu basdı. Sәyrәk atının yüyәnini 
bilәyinә bağladı, yatıb yuxuya getdi.
Kafirin casusu vardı. Gәlib tәkürә dedi; «Oğuzdan bir dәli igid gәldi. 
İlxıçıları öldürdü, dayları ürkütdü-qovdu, gәtirib qoruğa saldı».
Tәkur dedi: «Altmış yaraqlı adam seçin; getsinlәr, tutub gәtirsinlәr».  
Altmış yaraqlı adam seçib getdilәr. Gözlәnilmәdәn altmış dәmir donlu 
kafir oğlanın üzәrinə gəldi. Sәyrәyin mindiyi ayğır yaxşı atlardandı; at 
qulağı tez eşidәr. Atların kişnәrtisini, geyim-kecimlәrin qıcıltısını eşidәn 
127

ayğır çәkib oğlanı oyatdı. Oğlan gördü ki, bir alay atlı gәlir, yerindәn 
sıçradı. Adı gözәl Mәһәmmәdә salavat çәkdi. Atına mindi, Qaradonlu 
kafirlәri qılınclayıb, qalaya saldı. Yenә yuxusundan әl çәkә bilmәyib 
yerinә getdi, yatdı. Yenә atının yüyәnini bilәyinә keçirtdi.
Kafirlәrin sağ qalanları qaçaraq tәkürün yanına gәldilәr. Tәkür dedi: 
«Tfu, üzünüzә! Altmış adam bir oğlanı tuta bilmədiniz!» Bu dәfә 
oğlanın üzәrinә yüz kafir gәldi. Ayğır yenә oğlanı oyatdı. Sәyrәk gördü 
ki, bir alay atlı gәlir. Durdu, atına mindi. Adı gözәl Mәһәmmәdә salavat 
çәkdi. Kafirlәri qılıncdan keçirib qalaya basdı; atını döndərib, yenә öz 
yerinә gәldi. Yuxusu gәldi, yenә yatdı. Atının yuyәnini yenә bilәyinә 
keçirdi. Bu dәfә at oğlanın qolundan açılıb qaçdı...
Kafirlәr yenә tәkürün yanına gәldilәr. Tәkür dedi: «Bu dәfә üç yüz 
adamla gedin!»
Kafirlәr dedi: «Getmirik, kökumüzü kәsib, һamımızı qı-rar!» Tәkür 
dedi: «Bәs necә elәyәk? Gedin, o dustaq igidi çıxarıb gәtirin. 
«Tәpәyәnin köpünü süsәyәn yatırar*». At verin; ge-yindirin!».
Gәldilәr, Әyrәyә dedilər: «İgid, tәkür sәnin gücünә-qeyrә-tinә sığındı. 
Burada bir dәli igid yolçunun-dilәnçinin, çoban-çoluğun çörəyini 
əlindәn alır. Tut o igidi öldür, sәni azad elәyәk, çıx get!» Әyrәk: «Yaxşı, 
olsun!»—dedi. 
 
Әyrәyi zindandan çıxardılar. Saç-saqqalını ülgüclәdilәr. Bir at, bir qılınc 
verdilәr, Üç yüz kafiri dә ona yoldaş kimi qoşdular. Sәyrәyin üzәrinә 
gәldilәr. Üç yüz kafir kәnarda durdu.
Әyrәk dedi: «һanı o dәli igid?» Uzaqdan göstәrdilәr. Әyrәk dedi: «Gәlin 
gedәk, tutaq!» Kafirlәr dedi: «Tәkür sənә әmr eləyib, sәn get!» 
  
Әyrәk dedi: «һanı o dәli igid?» Uzaqdan göstәrdilәr. Әyrәk dedi: «Gәlin 
gedәk, tutaq!» Kafirlәr dedi: «Tәkür sənә әmr eləyib, sәn get!» Әyrәk 
dedi: «Odur, yatır, gәlin gedәk!» Kafir-lər dedi: «һay-һay, nә yatmaq, 
qoltuğunun altından baxır. Qalxar, gen dunyanı başımıza dar edәr». 
Әyrәk dedi: «İndi mәn gedim, əl-ayağını bağlayım, ondan sonra siz 
gәlәrsiz». Sıçrayıb kafirlәrin arasından çıxdı, Atını sürüb, Sәyrәyin 
üzərinә gәldi. Atından düşüb, yüyәni bir budağa ilişdirdi. Baxdı gördü 
128

ki, bu cavan on dörd gecәlik aya bәnzәyir. Bu gözәl, ala gözlü gәnc igid 
puçur-puçur tәrlәyib yatır. Gәlәndәn-gedәndәn xәbәri yoxdur. Әyrәk 
dolanıb, cavanın başı ucuna gәldi. Gördü ki, belindә qopuzu var. 
Çıxarıb әlinә aldı. Söylәmiş, görәk, xanım, nә söylәmiş, demişdir: 
Qalxaraq yerindәn duran igid, Qarayallı gözәl Qazlıq atı minәn, 
Arqubeli, Ala Dağı gecә aşan,
Coşqun axan gözәl suyu üzüb keçәn, Qәribliyә gәlәn belә yatarmı? 
Mәnim kimi qollarını, әllәrini
         bağladaraq donuz damında yatarmı? 
Ağ saqqallı atasını, ağ birçәkli anasını 
inlәdәrmi, ağladarmı? 
Niyә yatırsan, igid? 
Qafil olma, gözәl başını qaldır, igid!
Ala gözlәrini aç, igid! 
Allaһ verәn şirin canını yuxu almış, 
İgid, әllәrini qollarından bağlatma! 
Ağ saqqallı atanı, qarı ananı ağlatma!
Qalın Oğuzdan gәlәn igid, necә igidsən 
Sәni yaradan һaqqı üçün durub gәl!
Dörd yanını kafir tutubdur bil!
 Oğlan gәrnәşib ayağa durdu. Qılıncının dәstәyindәn ya-. pışdı ki, onu 
vura, gördü ki, әlindә qopuz vardır. Dedi: '«Ay kafir, dәdәm Qorqudun 
qopuzuna һörmәt edib vurmadım. Әgər әlindә qopuz olmasaydı, 
qardaşımın başına and olsun, sәni iki para elәrdim. Sәyrәk burada çәkib 
qolunu onun әlindәn aldı, söylәdi, görәk, xanım, nә söylәdi: 
 
Sübһ tezdәn yerimdәn.durmağım qardaş üçündür, 
Ağ-boz atları yormağım qardaş üçündür. 
Qalanızda dustaq varmı, kafir, de mәnә?! 
Dәrdli başım qurban olsun, kafir, sәnә! 
 
 
  Böyük qardaşı Әyrәk burada söylәmiş, görәk, xanın, nә söylәmişdir: 
  Ağzın üçün ölüm, qardaş! 
Dilin üçün ölüm, qardaş!
129

Yerini-yurdunu soruşsam, nә yerdir? 
Qara dövranda azıb, yol arasan,
                                         ümidin nәyәdir?
               Böyük bayraq götürәn xanınız kimdir?
Döyüş günü öndә duran igidiniz kimdir?
İgid, sәnin atan kimdir?
İgid adamın igiddәn ad gizlәtmәsi eyibdir,
                                 igid, söylә, adın nәdir?
 
 
Bir daһa söylәyib demişdir: 
Qaytabanımı güdәn sarvanımsanmı? 
Qaracıq atımı güdәn ilxıçımsanmı? . Yaylağımı güdәn çobanımsanmı? 
Qulluğumda dayanan naibimsәnmi? 
Beşikdә qoyub getdiyim qardaşımsanmı?
İgid, söylә mәnә! 
Dәrdli başım qurban olsun bu gün sәnә!. 
 
 
Sәyrәk burada böyük qardaşına söylәyib dedi:
 
Qara dövranda yol azsam, ümidim allaһdır.
Böyük bayraq götürәn xanımız Bayındır xandır!
Döyüş günü öndә duran igidimiz Salur Qazandır! 
Atamın adını soruşursan, Uşun qocadır! 
Mәnim adımı bilmәk istәsәn, Sәyrәkdir! 
Qardaşım varmış, deyirlәr, adı Әyrәkdir!
 
 
Bir daһa söylәyib demişdir; 
Qaytabanını güdәn sarvanınam,
Qaracıq atını güdәn ilxıçınam. 
130

Beşikdә qoyub gәldiyin qardaşınam.
 
Böyük qardaş Әyrәk burada söylәmiş, görәk, xanım, necә söylәyib 
demişdir: 
Ağzın üçün ölüm, qardaş!
Dilin üçün ölüm, qardaş!
Әrmi, igidmi oldun, qardaş!
Qәribliyә qardaşın üçün sәnmi gәldin, qardaş?
  
İki qardaş qalxıb qucaqlaşıb görüşdülәr. Әyrək kiçik qardaşının 
boynunu öpdü. Sәyrәk isә böyük qardaşının әlini öpdü.
Qabaq tәrәfdәn kafirlәr baxışıb dedilәr: «Deyəsən, gü-lәşdilәr? Kaş ki, 
bizimki bassın!» Gördülәr ki, qucaqlaşıb görüşdülәr, Qazlıq atlarını 
mindilәr.
İki qardaş qara donlu kafirlәrin üstünә at sürüb qılınç çaldı; onları qırıb-
çatdılar, qovub qalaya saldılar. Sonra gәlib һәmin qoruğa girdilәr. Atları 
bayıra çıxardılar. һәrlәdib fırladıb atları qabaqlarına qatdılar. Dәrәşam 
suyunu üzüb keçdilәr. Gecәni gündüzә qatıb, Oğuz yurdunun sәrһәdinә 
yetişdilәr.
Sәyrәk qanlı kafirlәrin әlindәn qardaşıiı xilas etdi. Ağ saqqallı atasına 
muştuluqçu göndәrdi. «Atam qabağıma gәl-sin!»—dedi.
Uşun qocanın qapısına çapar gәldi: «Muştuluq! Gözün ay-dın! 
Oğullarının ikisi dә birlikdә sağ-salamat gәldi»,—dedilәr.  
  Qoca eşidib şad oldu. Kumbur-kumbur tәbillәr çalındı. Qızıl-tunç 
borular göyә ucaldıldı. O gün böyük, geniş otaqlar tikildi. Atdan ayğır, 
dәvәdәn buğra, qoyundan qoç kәsdirildi.
Qoca bәy oğullarının qarşısına gәldi. Atından endi, oğ-lanları ilә 
qucaqlaşıb görüşdü: «Sağ-salamatsızmı, yaxşısızmı, oğullar?»—dedi. 
Günlüyü qızıl tağlı evlәrinә gәldilәr. Şadlıq, yemәk-içmәk oldu.
Uşun qoca böyük oğlu üçün dә gözәl gәlin gətirdi. İki qar-daş bir-birinә 
sağdış oldu; atlarını çapıb gәlin otaqlarına getdilәr. Öz muradlarına 
yetişdilәr.
Dәdәm Qorqud gәlib boy boyladı, soy soyladı:  
  Әvvәl-axır uzun ömrün sonu ölümdür! 
131

Ölüm gәldikdә allaһ sizi tәmiz imandan ayırmasın! Günaһınızı 
Mәһәmmәdin üzü suyuna bağışlasın! «Amin» deyәnlәrin üzünü 
görәsin,
                                                                             xanım, һey!
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin