Kitabi-Dədə Qorqud «Kitabi-Dədə Qorqud»


QAZILIQ QOCA OĞLU YEYNƏK BOYU



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix16.02.2017
ölçüsü2,8 Kb.
#9064
1   2   3   4   5   6   7   8

QAZILIQ QOCA OĞLU YEYNƏK BOYU
Qam Ғanoğlu Bayındır xan yerindәn durmuşdu, qara yerin üzәrindә uca 
evini tikdirmişdi. Böyük alaçıqı göy üzünә dirәnmişdi. Min yerdә ipәk 
xalça döşәnmişdi. İç Oğuz vә Daş Oğuz bәylәri mәclisә toplaşmışdı. 
Yemәk-içmәk idi.Qazılıq qoca deyilәn bir kişi var idi. Bayındır xanın 
vәziri idi. Şәrabın tәsiri başına vurdu. Qaba dizlәri üstә çöküb, Bayındır 
xandan yürüş üçün, izin istәdi. Bayındır xan icazә verdi: «һaraya 
istəyirsәn, get!»—dedi.Qazılıq qoca dünyagörmüş, işә yarayan adam 
idi. Etibarlı qocaları yanına cәmlәdi. Yataq-yarağı ilә yola düşdu. Çox 
dağlar, dәrә-tәpәlәr aşdı, keçdi. Günlәrin bir günü Düzmürd qalasına 
gәldi. Qara dәniz kәnarında idi; oraya çatıb dayandılar. 
 
O qalanın bir tәkürü vardı. Adına Arşın oğlu Dirәk tәkür deyәrdilәr. O 
kafirin altmış arşın qaməti vardı. Altmış batmanlıq kürz atardı. Әn 
möһkәm yayı da çәkәrdi,..Qazılıq qoca oraya çatan kimi döyüşə 
başladı. Sonra o tәkür qaladan bayıra çıxdı. Meydana girdi, özünә tay 
igid istәdi: Qazılıq qoca onu görәn kimi yel kimi yetişdi, yelәm1 kimi 
yapışdı. Kafirin әnsәsinə bir qılınc vurdu. Zәrrә qәdәr kәsә bilmәdi. 
Növbә kafirә çatdı. O altmış batmanlıq gürzlә Qazılıq qocanı vurdu. 
Boş dünya başına dar oldu. Qanı düdük kimi şoruldadı. Qazılıq qocanı 
qarmalayıb-tutub qalaya saldılar. İgidlәri durmayıb qaçdılar.Qazılıq 
qoca düz on altı il qalada dustaq oldu. Sonralar Әmәn deyilәn bir kişi 
altı dәfә getdi, һəmin qalanı ala bilmәdi. 
 
Sәn demә, Qazılıq qoca dustaq düşәn vaxt bir yaşında oğlu varmış. On 
beş yaşına girdi, igid oldu. Atasını ölmüş bilirdi. Atasının dustaq 
olduğunu oğlandan gizlәdirdilәr. һәmin oğlanın adına Yeynәk 
deyәrdilәr. Günlәrin bir günü Yeynәk oturub bәylәrlә söһbәt edәrkәn 
Qaragünә oğlu Budaqla sözü düz gәlmәdi. Bir-birinә söz atdılar. Budaq 
dedi: «Burada boş-boş danışıb neylәyirsәn? Dalaşmağa adam 
axtarırsansa, gedib atanı qurtarsana! Bәs niyә on altı ildir, 
dustaqdır?»Yeynәk bu xәbәri eşidəndә ürәyi oynadı, qara bağrı sarsıldı. 
Qalxdı, Bayındır xanın һüzuruna getdi. Üzünü yerә qoydu, dedi: 
 
  
97

Sәһәr çağı sәrt yerdә tikilәn
                               һündür evil!
Atlasdan yapılmış göy alaçıqlı!
Tövlә-tövlə çәkilәn şaһanə atlı!
Çağıranda һay verәn, yolu çavuşlu!
Süfrәsindәn yağ tökülәn, bol nemәtli1
Bütün igidlәrin arxası, yoxsulların ümidi! Türküstanın dirәyi! 
Tüklü quşun balası! 
Amit soyunun aslanı! 
Qaracığın qaplanı!
Dövlәtli xan, mәnә kömәk! 
Qoşun ver, mәni atamın dustaq olduğu qalaya
                                                   göndәr!
 
Bayındır xan әmr etdi; «İyirmi dörd vilayәtin bəylәri gәlsin! Birincisi, 
Dәmir qapı Dәrbәnd bәyi, qarğı sünkü ucunda әr böyürdәn, döyüşә 
girәndә «kimsәn» deyә soruşmayan Qıyan Sәlcik oğlu Dәli Dondaz 
sәninlә birlikdә getsin! Ayğırgözlüdә at üzdürәn, әlli yeddi qalanın 
kilidini sındıran Elәk qoca oğlu Tülәkvuran birlikdә getsin! Qoşa 
bürcdәn qayın oxu dayanmayan yağrıncı oğlu Elalmış sәninlә birlikdә 
getsin! Üç dәfә düşmәn görmәsә, qan ağlayan Doğsun oğlu Rüstәm 
sәninlә getsin! Әjdaһalar ağzından adam alan Dәli Vuran birlikdә 
getsin! «yerin bir ucundan o biri ucuna çatım!»—deyәn Savğan Sarı 
sәninlә getsin!.. 
 
Sayılmaqla oğuz igidlәri tükәnmәz. Bayındır xan iyirmi dörd vilayәtin 
pәһlәvan bəylәrini yeynәyә belә yoldaş etdi. Bәylәr yığışıb, һazırlıq 
gördülәr. Birdәn o gecә yeynәk yuxu gördü. yuxusunu yoldaşlarına 
söylәdi, görәk, xanım, nә dedi: «Bәylәr, dәrdli başım-gözüm yatmışkәn 
yuxu gördü. Ala gözümü açanda dünyanı gördüm. Ağ-boz atlar çapdıran 
alpanları gördüm. Ağ işıqlı igidlәri yanıma saldım. Ağ saqqallı Dәdә 
Qorquddan öyüd aldım. Qarşıdakı uca dağları aşdım. İrәlidә Uzanan 
Qara dәnizi gördüm. Gәmi düzәltdim; köynәyimi çıxarıb, yelkən 
qurdum. Qabaqdakı dәnizi üzüb keçdim. 0 tәrәfdәki uca dağın bir 
yanında altı-başı balqara bәnzәyәn bir kişi gördüm. Qalxıb yerimdәn 
98

durdum. Qarğı dilli iti sünkümü qapıb, o kişiyә sarı getdim. Qarşıdan o 
kişiyә sancmaq istәdiyim zaman gözücü ona baxdım; tanıdım, dayım 
Әmәn imiş. Dönüb o kişiyә salam verdim. «Oğuz ellәrindә 
kimlәrdәnsәn?»—dedim, Göz qapaqlarını qaldırıb, üzümә baxdı. 
«Oğul, yeynәk, һaraya gedirsәn?»—dedi. Mәn dedim: «Düzmürd 
qalasına gedirəm. Atam orada dustaq imiş». Burada dayım mәnә 
söylәdi:
 
Yetdiyim yerә yel yetmәzdi.
Yeddi dәstә igidlәrim
                   Yeni Bayırın qurduna bәnzәrdi. 
Yeddi kişlә qurulurdu mәnim yayım! 
Qayın budağından yonuldu oxum,
                         lәlәkli, qızılı möһürlü oxum! 
Yel әsdi, yağış yağdı, tufan qopdu,
Yeddi dәfә getdimsә dә, qalanı
                               ala bilmәyib geri döndüm.
Mәndәn igid ola bilmәzsәn, yeynәyim, dön!—dedi. 
 
 
Yeynәk dә yuxusunda dayısına söylәyib demişdir: 
  Qalxıb yerindәn duranda
Ala gözlü igid bәylәri yanına salmadın.
Sәn tanınmış bәylәrlә getmәdin,
Beş axçaya qulluq edәn, ot-әlәf yığan
                     adamları özünә yoldaş elәdin. 
0 qalanı ona görә ala bilmәdin! 
 
Yeynәk bu yuxunu yoldaşlarına danışdı.
Sәn demә, dayısı Әmәn oraya yaxın imiş. Bütün bәylәrlә yoldaş olub 
getdilәr. Gedib Düzmürd qalasına çatdılar. Dairә şәklindә dayandılar. 
Elә ki, kafirlәr bunları gördü, Arşın oğlu Dirәk tәkürә xәbәr verdilәr. O 
lәnәtә gәlmiş dә qaladan çıxıb, bunlara qarşı gәldi vә özünә tay döyüşçü 
istәdi. Qıyan Sәlcik öğlu Dәli Dondaz durub kәldi. Altmış tu-tamЈşq eür 
nizәsini qoltuğuna qısıb, «o kafiri qabaq tәrәfdən vurum»,—deyә 
99

fikirlәşdi, vura bilmәdi. Kafir tәkür onu qarmalayıb, zәrbә vurdu. 
Sünküsünü çәkib әlindәn aldı: 0 altmış batmanlıq kürz ilә Dondazı bәrk 
vurdu. Gen dünya Dondazın başına daraldı. Qazlıq atını döndәrdi, 
qayıdıb gәldi.
Bundan sonra Dönәbilmәz Tülәkvuran at üstündә altı pәrli çomağı ilә 
һücum edib, kafiri yuxarıdan aşağı möһkәm vurdu, yıxa bilmәdi. Tәkür 
onun da çomağını qarmalayıb aldı. Onu da kurzlә vurdu. O da Qazlıq 
atını döndәrib qayıtdı. Xanım, iyirmi dörd vilayәtin bәyi tәkürün әlindә 
mәğlub oldu.  
Sonra cavan, tәzәcә igid olan Qazılıq qoca oğlu Yeynәk al-laһa sığındı, 
Qüdrәtli allaһı tәriflәdi:
 
Ucalardan ucasan,
Kimsә bilmәz necәsәn, әziz tanrı!
Anadan doğulmadın, sәn atadan olmadın.
һeç kimin malını yemәdin,
Kimsәyә güc etmәdin.
һәr yerdә әһәdsәn, allaһü sәmәdsәn!*
Adәmә sәn tac qoydun,
Şeytana lәnәt etdin.
Bir günaһa görә qapından qovdun.
Nәmrud1 göyә ox atdı,
Qarnı yarıq balığı qarşıya tutdun. 
Böyüklükdә һәddin yox, 
Sәnin boyun-qәddin yox,
ya bәdәnin, cәddin2 yox!
Vurduğunu ulatmayan ulu tanrı! 
Basdığını bildirmәyәn bәlli tanrı! 
Apardığını göyә yetirәn әziz tanrı!
Qәzәblәndiyini batırıb-boğan acıqlı tanrı! Birliyinә sığındım, qadir 
tanrı! 
Qara donlu kafirә qarşı at sürürәm,
İşimi sәn başa vur, sәn kömәk et!
 
100

һәmin dәmdә atını irәli sürdü. Yel kimi yetişdi, yelәm kimi yapışdı: 
Kafirin çiyninә bir qılınc vurdu. Geyim-keçimini doğradı. Altı barmaq 
dәrinliyindә yara vurdu. Qara qanı şoruldayıb axdı. Qara inәk gönündәn 
tikilmiş çәkmәlәri qanla doldu. Qara başı dumanlandı, fırlandı. Dәrһal 
döndü, qalaya qaçdı. Yeynәk arxasından çatdı. һasar qapısından girәn 
yerdә böyük, iti polad qılıncını әnsәsinә elә vurdu ki. başı top kimi yerә 
düşdü. Ondan sonra Yeynәk atını döndәrib, qoşunun içinә gәldi.
Qazılıq qocanı dustaqlıqdan çıxartdılar. «һey, bәy igidlәr, kafiri kim 
öldürdü?»—deyә soruşan Qazuıq qoca söylәmiş, görok, xanım, nә 
söylәmiş, demişdir:  
Qaytabanın mayasını yüklü1 qoyub gәlmişәm,
Kaş bilәydim, nәrmi, mayamı doğdu?
Böyük aulda qoyunları yüklü qoyub gәlmişәm.
Kaş bilәydim, erkәk, ya dişi doğdu?
Ala gözlü gözәlimi yüklü qoyub gәlmişәm,
Kaş bilәydim, oğlu, ya qızı oldu?
Ay igidlәr/yaradanın eşqinә,
                                 xәbәr verin siz mәnә! 
 
 Yeynәk burada söylәmiş, görәk, xanım, nә söylәyib, demişdir:  
Qaytabanın mayasını yüklü qoydun, nәr oldu! Böyük aulda qoyunların 
yüklü qaldı, qoç doğdu! Ala gözlü gözәlini yüklü qoydun,
                        aslan bir oğlu oldu! 
 
   Yeynәk atası ilә görüşdü. Ondan sonra qalan bәylәr körüş-dülәr. 
Bәylәr bir anda һasara һücum etdilәr, düşmәn malını çalıb-çapdılar.
Yeynәk vә atası bir-birinә һәsrәt qaldıqları üçün xeyli qu-caqlaşıb 
öpüşdülәr. Saһibsiz yerlәrin qurdu kimi inildәdilәr. Allaһa çox şükür 
etdilәr. Qalanın kilsәsini yıxıb, yerindә mәscid tikdilәr. Әziz tanrı adına 
xütbә oxutdular. Şaһinlәrin әn yaxşısını, qumaşın gözәlini, qızların 
göyçәyini, doqquz cәrkә zәr naxışlı çuxanı Bayındır xana һәdiyyә 
ayırdılar. Qalan şeylәri döyüşçü igidlәrә bağışladılar. Dönüb evlәrinә 
gәldilәr.
Dәdәm Qorqud gәlib boy boyladı, soy soyladı. «Bu oğuznamә 
Yeynәyin olsun!»—dedi. Xeyir-dua verәk, xanım.  
101

Yerli uca dağların yıxılmasın!
Kölgәlik iri ağacın kәsilmәsin!
Ağ saqqallı atanın yeri cәnnәt olsun!
Ağ birçәkli ananın yeri cәnnәt olsun!
Axır gündә allaһ sizi pak imandan ayırmasın!
Ağ alnın önündә beş kәlmә dua etdik, qәbul olunsun!
Günaһınızı adı gözәl Mәһәmmәd Mustafa
                          üzü suyuna bağışlasın, xanım, һey!!!
 Xanım, bir gün oğuzlar xәbərsiz otururkən yurdlarına düşmәn gәldi. 
Onlar gecəylә qorxub köçdü. Qaçıb gedәrkən Aruz qocanın körpә oğlu 
düşüb yolda qalır, bir şir tapıb götürür, bәslәyir...Bir müddәtdәn sonra 
oğuz camaatı yenә öz yurduna qayıtdı. Oğuz xanın ilxıçısı gәlib xәbәr 
gәtirdi. Dedi; «Xanım, qamışlıqdan bir şir çıxır, sıçrayıb qaçmağı adam 
kimidir, atı vurub-basır, qanını sümürür».Aruz dedi: «Xanım, bu bәlkә 
yerimizdən qaçanda düşub-itәn körpә oğlumdur?» Bәylәr atlandılar. 
Şirin yatağı üzәrinə gәldilәr. Şiri qaçırıb, oğlanı tutdular. Aruz oğlanı 
evinә gәtirdi. Şadlıq etdilər. Yemәk-içmək oldu. Amma oğlanı nә qәdәr 
saxlayıb-ovundurdularsa, durmadı, şirin yataq yerinә qaçdı. Јenidәn 
tutub gәtirdilәr.Dәdәm Qorqud gәldi. Dedi: «Oğlum, sәn insansan. 
һeyvanla һәmsöһbәt olma. Gәl, yaxşı atlar min, yaxşı igidlәrlә birgə 
çap! Böyuk qardaşının adı Qıyan Sәlcikdir, sənin adın Basat olsun! 
Adını mәn verdim, yaşını allaһ versin!»  
215- Oğuz camaatı bir gün yaylağa köçdu. Aruzun bir çobanı vardı. 
Qonur qoca Sarı çoban deyәrdilәr adına. Oğuzlarınönündә bundan әvvәl 
kimsә keçmәzdi. «Uzun bulağ» deyilәn mәşһur bir bulaq vardı. O 
bulağa pәrilәr qonmuşdu. Birdәn qoyunlar ürkdü. Çoban qabaqdakı 
tәkәyә һirslәidi, irәli getdi. Gördu ki, pәri qızlar qanad-qanada bağlayıb 
uçurlar. Çoban öz yapıncısını üzәrlәrinә atdı. Pәri qızının birini tutdu. 
Tamaһ salıb, qucaqladı... Qoyun ürkmәyə başladı. Çoban qoyunun 
qabağına qaçdı. Pәri qızı qanad çalıb uçdu. Dedi: «Çoban, il tamam 
olanda mәndәki әmanәtini gәl, al! Amma oğuzların başına bәla 
gәtirdin!» Çobanın canına qorxu düşdü. Amma qızın ayrılığından bәnizi 
saraldı. 
 
102

Zaman gәldi, oğuzlar yenә yaylağa köçdülәr. Çoban yenә bu bulağa 
gәldi. Yenә qoyun ürkdü. Çoban irәli gәldi. Gördü ki, bir әt toplusu 
yatır, par-par parıldayır. Pәri qızı gәlib dedi: «Çoban, әmanәtin budur, 
kәl kötur! Amma oğuzun başına bәla gәtirdin!»—dedi. Çoban bu әt 
topasıiı görәndә tәәccublәndi. Geri dönüb, sapand daşına tutdu. 
Vurduqca böyüdu; çoban Һәmin yığnağı qoydu, qaçdı; qoyunların 
ardınca düşdü.Sәn demə, o zaman Bayındır xan bәylәrlә gәzmәyә 
çıxıbmış. Bu bulağın üstünә gәldilәr. Gördülәr ki, bir tәәccüblü şey 
yatır, başı-ayağı bilinmir. Çevrәyә aldılar. Bir igid atdan düşüb onu 
tәrpәtdi-vurdu. Vurduqca böyüdü. Bir neçә igid dә düşüb vurdu. Onlar 
vurduqca böyüdü. Aruz qoca da enib vurdu-silkәlәdi, birdәn maһmızı 
һәmin şeyә toxundu.topasının pәrdәsi yarıldı, içindәn bir oğlan uşağı 
çıxdı. Gövdәsi adam gövdәsi, təpәsindә bir gözü vardı. Aruz bu uşağı 
götürüb әtәyinә sarıdı. Dedi: «Xanım, bunu mәnә verin, oğlum Basatla 
böyüdüm!»
Bayındır xan: «Sәnin olsun!»—dedi.
Aruz Tәpәgözü götürüb evinә gәtirdi. Buyurdu, bir dayә
gәldi. Dayә әmcәyini ağzına verdi. Uşaq bir sordu, olan südü-
nü içdi. İkinci dәfә sordu, qanını içdi; üçüncüdә canını al-
dı. Bir neçә dayә gәtirdilәr, Tәpәgöz onları һalak etdi. Gör~
dülәr olmur, «südlә bәslәyək»,—dedilәr. Gündә bir qazan süd
çatmırdı. Bәslədilәr, böyüdü, gәzmәyә başladı. Oğlan uşaq-
ları ilə oynayırdı. Uşaqların birinin burnunu, birinin qu-
lağını yemәyә başladı. Xülasə, camaat bunun әlindən zara
gәldi. Aciz qaldılar, Aruza şikayәt edib ağlaşdıdar. Aruz
Tәpәgözü döydü-söydü, belә һәrәkәtlәri qadağan etdi; Tәpәgöz
sözünə baxmadı. Axır ki, Aruz onu evindәn qovdu.
Tәpəgözün pәri anası gəlib oğlanın barmağına bir üzük keçirdi. «Oğul, 
sәnә ox batmasın, bәdәnini qılınc kәsmәsin!» dedi.
 
Tәpәgöz oğuzların arasından çıxdı, bir uca dağda məskən
saldı. Yol kәsdi, adam oğurladı, böyük quldur -oldu. Üzәrinә
bir neçә adam göndәrdilәr. Ox atdılar, batmadı. Qılınc vur-
dular, kәsmәdi. Süngünü sancdılar, yerimәdi. Çoban-çoluq qal-
103

madı, Tәpәgöz һamısını yedi. Oğuzların içindә adam yemәyә
başladı. Oğuzlar yığışıb onun üzәrinə gәldilәr. Tәpәgöz gö-
rüb qəzәblәndi. Bir ağacı qoparıb yerindәn atdı, әlli-alt-
mış adam һәlak elәdi. İgidlәrin başçısı Qazana elә zәrbә
vurdu, dünya başına daraldı.
Qazanın qardaşı Qaragünә Tәpәgözün әlindә mәğlub oldu. Dözәn oğlu 
Alp Rüstәm һәlak oldu.
Uşun qoca oğlu kimi pәһlәvan onun әlindә öldü; onun iki qardaşı da 
Tәpәgözün әlindә pak canını tapşırdı.
 Dәmir donlu Mamaq onun әlindә mәһv oldu. Bığı qanlı Bükdüz Әmәn 
dә Tәpәgöz tәrәfindәn mәğlub edildi. Tәpәgöz ağ saqqallı Aruz qocaya 
qan qusdurdu. Qıyan Sәlçikin ödü yarıldı. Oğuzlar Tәpәközә һeç nә edә 
bilmәdilәr, vaһimәyә düşüb qaçdılar. Tәpәgöz onların qarşısını aldı, geri 
qaytardı. Xülasә, oğuzlar yeddi dәfә qaçdı, Tәpәgöz onların qarşısını 
alıb, yeddi dәfә geri oturtdu. Oğuz yurdu Tәpәgözün әlindә әsir-yesir 
olub qaldı. Gedib, Dәdә Qorqudu çağırdılar. Onunla danışdılar: «Gәlin, 
pay ayıraq, xәraç verәk!»—dedilər. Dәdә Qorqudu Tәpәgözün yanına 
göndәrdilәr. Gәldi, salam verdi. Dedi: «Oğul, Tәpәgöz, oğuz yurdu 
әlindә әsir olub, viran qaldı. Sәnin ayağına mәpi göndәriblәr. Sәnә 
vaxtaşırı pay verәk, deyirlәr» Tәpәgöz dedi: «Gündә altmış adam yığıb 
verin yemәyә!» Dәdә Qorqud dedi: «Bu һesabla sәn adam qoymaz, 
һamını yeyib qurtararsan. Amma gündә iki adamla beş yüz qoyun verә 
bilәrik!»
 
Dәdә Qorqud belә deyәndә Tәpәgöz dedi: «Yaxşı, elə olsun! Lakin 
mәnә һәm dә iki adam verin, yemәyimi bişirsin, mən yeyim!”
Dәdә Qorqud döndü, oğuz yurduna gәldi. Dedi: «Bunlu qoca ilә Yapaqlı 
qocanı Tәpәgözә verin, xörәyini bişirsin! Bir dә gündə iki adamla beş 
yüz qoyun istәyir». Camaat razılaşdı. Dörd oğlu olan birini verdi, üçü 
qaldı. Üç oğlu olan birini verdi, ikisi qaldı. İki oğlu olan birini verdi, 
biri qaldı.
Qapaqqan adlı bir kişi vardı. İki oğlu vardı. Bir oğlunu vermiş, biri 
qalmışdı. İndi növbә dolanıb ona çatmışdı. Anası fәryad edib, zar-zar 
ağladı. Sәn demə, xanım, Aruz oğlu Basat һarasa döyüşә kedibmiş; bu 
104

zaman gəlib çıxdı. Oğlanın anası dedi: «Basat indi çapqınçılıqdan gәlib. 
Gedim, bәlkә mәnә bir әsir verdi, oğulcuğazımı qurtara bildim:»,
Basat qızıl naxışlı günlüyünü qurub oturmuşdu ki, gör-dülәr bir qadın 
gәlir. İçәri, Basatın yanına gәldi, salam verdi, ağladı. Dedi;  
 Ovuclarına sığmır lәlәkli oxun, 
Yekә tәkә buynuzundan bәrk yayın var.
İç Oğuzda, Daş Oğuzda bәllidir adın, 
Aruz oğlu, igid Basat, kömәk et mәnә!
 
Basat dedi; «Nә istәyirsәn?» Qadın dedi; «Vәfasız dünya-da bir kişi 
meydana çıxıb. Oğuz elini yaylağa köçmәyә qoymadı. Böyük iti polad 
qılınclar bir tükünu kәsә bilmәdi. Qarğı nizә oynadanlar-dәrisini dәlә 
bilmәdi, Qayın ağacından düzәlmiş oxları atanlar ona kar etmәdilәr. 
İgidlәrin başçısı Qazana bir zәrbә vurdu, Qardaşı Qaragünә onun әlindә 
әzildi. Bığı qanlı Bükdüz Әmәn onun әlindә döyüldu. Ağ saq-
qallı atan Aruza qan qusdurdu. Meydanda qardaşın Qıyan Sәl
cikin ödü yarıldı, can verdi. Qalın Oğuz bәylәrinin dә kimi-
ni şikәst etdi, kimini һәlak elәdi. Yeddi dәfә oğuz elini ye-
rindәn qovdu. Xәrac istәdi, aldı. İndi gündә iki adam, beş
yüz qoyun istәyir. Bunlu qoca ilә Yapaqlı qocanı ona xidmәtçi
veriblәr. Dörd oğlu olan birini verdi. Üç olan birini verdi,
iki olan birini verdi. İki oğlum vardı, birini verdim, biri
qaldı. Növbə fırlanıb, mәnә çatıb. Onuda istәyirlәr. Xanım,
mәnә kömәk et!»
Basatın qaranlıq çökmüş gözlәri yaşla doldu. Qardaşından ötrü 
söylәmiş, görәk, xanım, nә söylәmişdir: 
  Qayalıq yerdә tikilmiş otaqlarını O zalım yıxmışdır yәqin, qardaş!
İti qaçan atlarını tövlәndәn
O zalım seçmişdir yәqin, qardaş! Tәkһürküclü dәvәlәri qatarından O 
zalım ayırmışdır yәqin, qardaş! Şülәnlәrdә qırdırdığın qoyunları 
0 zalım qırmışdır yәqin, qardaş! Fәrәһlәnib gәtirdiyin gәlinini 
0 zalım sәndәn ayırmışdır yәqin, qardaş! 
Ağ saqqallı atamı
           «Oğul» deyә ağlatdın yәqin, qardaş! 
105

Ağca üzlü anamı sızlatdın yәqin, qardaş! Qarşıdakı uca dağımın zirvәsi 
qardaş! İti axan gözәl suyumun daşqını qardaş! Güclü belimin qüvvәsi,
       qaranlıq çökmuş gözlәrimin işığı, 
qardaş!
 «Qardaşımdan ayrıldım!» deyә çox ağladı, zarıldadı. Basat һәmin 
qadına bir әsir verdi. «Get, oğlunu xilas et!»—dedi
Qadın әsiri götürüb gәldi, oğlu yerinә verdi. һәm dә Aruzu «oğlun 
gəldi!» deyә muştuluqladı. Aruz sevindi. Qalın 0ğuz bәylәri Basatı 
qaşıladılar. Basat atasının әlini öpdü. Ağlaşdılar, hönkürdülәr. Anasının 
evinә gәldi. Anası oğlunu qarşılayıb qucaqladı. Basat anasının әlini 
öpdü. Göruşüb-ağlaşdılar. Oğuz bәylәri toplaşdı. yemәk-içmәk 
mәclislәri oldu. Basat dedi: «Bәylәr, qardaşımın qanını almaq üçun 
Tәpәgözlә qarşılaşmaq istәyirəm. Nә deyirsiz?»
Qazan bәy burada söylәmiş, görәk, xanım, necә söyləmişdir:
 
Böyük nәһәnk oldu Tәpәgöz,
Göydә çevirdim, yıxa bilmәdim, Basat!
Böyük qaplan oldu Tәpәgöz,
Uca dağlarda fırlandıq, yıxa bilmәdim, Basat!
Quduz aslana döndü Tәpәköz,
Qalın qamışlıqda yıxa bilmәdim, Basat!
İgid olsan, yaxşıdır,
     amma mәn Qazandan artıq olmazsan, Basat! Ağ saqqallı atanı 
ağlatma! 
Ağ birçәkli ananı zarıldatma!
 Basat dedi: «Mütlәq gedәcәyәm!» Qazan dedi: «Özün bilәr-sәn». Atası 
ağlayıb dedi: «Oğul, ocağımı saһibsiz qoyma, rәһm elә, getmә!» Basat 
dedi: «Yox, ağ saqqallı әziz ata, gedirәm». Atasını eşitmәdi, paltarının 
qolundan bir tutam ox çıxardı, qurşağına keçirdi. Qılıncını da qurşandı. 
Yayını qoluna saldı. Әtәklәrini yığışdırdı. Atasının-anasının әlini öpdü, 
һalallaşdı, «salamat qalın!»—dedi. Tәpәgözün olduğu Salaxana 
qayasına gәldi. Gördü ki, Tәpәgöz arxasını günә verib yatır. Öz 
belindәn çәkib bir ox çıxardı. Tәpәgözün çiyninә bir ox vurdu. Ox 
106

keçmәdi, parçalandı. Bir dә atdı. O da para-para oldu. Tәpәgöz qocalara 
dedi: «Bu yerin milçәyi bizi dilxor etdi!» Basat bir dә atdı. O da 
parçalandı, bir parçası Tәpəgözün qabağına düşdü. Tәpәgöz sıçradı, 
baxdı. Basatı gördü, әlini әlinә çalıb qaһ-qaһla küldü. Qocalara dedi: 
«Oğuzlardan bizә yenә bir yemәli-yetişmiş quzu gәlib». Basatı 
qabağına qatıb tutdu. Boğazından yapışıb, yatağına gәtirtdi: Çәkmәsinin 
boğazına soxdu. Dedi: «Ay qocalar, günorta üstü bunu mәnimçin şiş-
kabab elәyin, yeyim». Yenә yuxuya getdi.
 Basatın xәncәri vardı. Çәkmәnin boğazını yarıb içindәn çıxdı. Dedi: 
«Ay qocalar, bunun ölümü nәdәndir?» Dedilәr: «Bilmirik. Amma 
gözündәn başqa, ayrı yerdә әt yoxdur». Basat Tәpәgözün başı ucuna 
gәldi. Göz qapağını qaldırdı. Baxdı gördü ki, gözü әtdәndir. Dedi: «Ay 
qocalar, sünkünü oçağa qoyun, qızsın!» Süngünü ocağa saldılar, qızardı. 
Basat әlinә aldı. Adı gözәl Mәһәmmәdә salavat çәkdi. Sün-günü 
Tәpәgözün gözünә elә basdı ki, gözü mәһv oldu. Tәpәgöz elә nәrә 
çәkdi ki, elә һayqırdı ki, dağ-daş әks-sәda verdi. Basat sıçradı. 
Mağaraya qoyunların içinә düşdü. Tәpәgöz bildi ki, Basat mağaradadır. 
Mağaranın qapısında durub, bir ayağını qapının bir yanına, birini digәr 
yanına qoydu. Dedi: «Ay qoyunların başçıları әrkәçlәr, bir-bir gәlin, 
keçin!» Bir-bir gәlib keçdilәr. һәr birinin başını sığalladı. «Toğ-lucuqlar, 
var-dövlәtim qaşqa qoç, gәlin, keçin!»—dedi. Bir qoç yerindәn qalxdı, 
buynuzlayıb irәli cumdu. Basat bir anda qoçu basıb kәsdi, dәrisini 
çıxardı, quyruğu ilә başını dәridәn ayırmadı; dәrinin içinә girdi. Basat 
Tәpәgözün önünә gәldi. Tәpәkez bildi ki, Basat dәri içindәdir. Dedi: 
«Ay qaş-qa qoç, mәnim һәlak olacağımı һaradan bildin? Elә vurum sәni 
mağara divarına ki, quyruğun mağaranı yağlasın!» Basat qoçun başını 
Tәpәgözün әlinә uzatdı. Tәpәgöz qoçun buynuzun-dan bәrk tutdu. 
Qaldıranda buynuzla dәri әlindә qaldı. Basat Tәpәgözün ayaqları 
arasından sıçrayıb çıxdı. Tәpәgöz buynu-zu götürüb yerә çırpdı. Dedi: 
«Oğlan, qurtuldunmu?» Basat de-di: «Tanrım qurtardı». Tәpәgöz dedi: 
«Ay oğlan, al bu barma-ğımdakı üzüyü barmağına tax, sәnә ox vә qılınc 
kar eylәmә-sin». Basat üzüyü alıb barmağına keçirdi. Tәpәgöz dedi: 
«Oğ-lan, üzüyü alıb taxdınmı?» Basat dedi: «Taxdım». Tәpәgöz Ba-
107

satın üzәrinә atılıb, xәncәrlә vurub-kәsdi. Basat sıçrayıb kәnarda durdu, 
gördü ki, üzük yenә Tәpәgözün ayağı altına düşüb qalıb.
Tәpəgöz dedi: «Qurtuldunmu?» Basat dedi: «Tanrım qurtar-dı». 
Tәpәgöz dedi: «Oğlan o künbәzi görürsənmi?» Deyir: «Gö-rürәm». 
Tәpәgöz dedi: «Mәnim xәzinәm var. Get möһürlә, o qo-calar 
ҝeqürmәsinlәr!» Basat künbәzin içinә kirdi. Kerdü ki, qızıl-gümüş 
yığılmışdır. Baxanda һәr şeyi unutdu. Tәpәgöz künbәzin qapısını tutdu: 
Dedi: «Künbәzә girdinmi?» Basat dedi: «Girdim». Tәpәgöz dedi: «İndi 
elә vurum ki, künbәzlә bir yerdә darmadağın olasan». Basat «lailaһә 
ilallaһ, Mә-һәmmәdәn-rәsulallaһ!»— dedi. һәmin anda künbәz yarıldı, 
yeddi yerdәn qapı açıldı. Basat qapıların birindәn çıxdı.
 
Tәpәgöz әlini künbəzə soxdu. Elә vurdu ki, künbəz alt-üst oldu. 
Tәpәgöz dedi: «Oğlan, qurtuldunmu?» Basat dedi: «Tanrım qurtardı». 
Tәpәgöz dedi: «Sәnə ölüm yoxmuş! 0 mağaranı görürsәnmi?» Basat 
dedi: «Görürəm!» Dedi: «Orada iki qılınc var: biri qınlı, biri qınsız. 
Mәnim başımı o qınsız qılınc kәsәr. Get, götur, mәnim başımı kәs!»
Basat mağara qapısına getdi. Gördü bir qınsız qılınc durmadan enir-
qalxır. Basat fikirləşdi: «Bununla eһtiyatlı olmalıyam!» Öz qılıncını 
çıxardı, qarşısına tutdu. Qılıncı iki para oldu. Getdi, bir ağac gәtirdi, 
qılıncın qabağına tutdu. Onu da iki para eylәdi. Sonra yayını әlinә aldı. 
Oxla o qılınc asılan zәnciri vurdu. Qılınc yerә düşüb kömüldü. Öz 
qılıncını qınına qoydu. һәmin qılıncın dәstәyindәn bәrk tutdu. Gәlib 
dedi: «Ay Tәpәgöz, necәsәn?» Tәpәgöz dedi: «Ay oğlan, yenә 
ölmәdinmi?» Basat dedi: «Tanrım qurtardı». Tәpәgöz dedi: «Sәnә ölüm 
yoxmuş!»  
Tәpәgöz çağırıb söylәmiş, görәk nә söylәyib demişdir: 
 
Gözüm, gözüm, yalnız gözüm!
Yalnız gözlә mәn oğuz yurdunu әsir etdim!
Ala gözümdәn ayırdın, igid, mәni!
Şirin candan ayırsın tanrı sәni!
Belә ki mәn çәkirəm göz dәrdini,
108

һeç igidә vermәsin tanrı göz, bu günü!
Tәpәgöz yenә dedi: 
һardan gәldin sәn igid, yerin nә yerdir? Qaranlıq gecәdә yol azsan, 
ümidin nәyәdir? Böyük bayraq götürәn xanınız kimdir
                                               döyüş günü öndә? 
Ağ saqqallı atanın adı nәdir?
İgid әgәr igid әrdәn ad gizlәtsә, eyibdir. 
Adın nәdir, igid, söylә mәnә!
 Tәpəgöz dedi: «Qurtuldunmu?» Basat dedi: «Tanrım qurtar-dı». 
Tәpәgöz dedi: «Oğlan o künbәzi görürsənmi?» Deyir: «Gö-rürәm». 
Tәpәgöz dedi: «Mәnim xәzinәm var. Get möһürlә, o qo-calar 
ҝeqürmәsinlәr!» Basat künbәzin içinә kirdi. Kerdü ki, qızıl-gümüş 
yığılmışdır. Baxanda һәr şeyi unutdu. Tәpәgöz künbәzin qapısını tutdu: 
Dedi: «Künbәzә girdinmi?» Basat dedi: «Girdim». Tәpәgöz dedi: «İndi 
elә vurum ki, künbәzlә bir yerdә darmadağın olasan». Basat «lailaһә 
ilallaһ, Mә-һәmmәdәn-rәsulallaһ!»— dedi. һәmin anda künbәz yarıldı, 
yeddi yerdәn qapı açıldı. Basat qapıların birindәn çıxdı.
 
Tәpәgöz әlini künbəzə soxdu. Elә vurdu ki, künbəz alt-üst oldu. 
Tәpәgöz dedi: «Oğlan, qurtuldunmu?» Basat dedi: «Tanrım qurtardı». 
Tәpәgöz dedi: «Sәnə ölüm yoxmuş! 0 mağaranı görürsәnmi?» Basat 
dedi: «Görürəm!» Dedi: «Orada iki qılınc var: biri qınlı, biri qınsız. 
Mәnim başımı o qınsız qılınc kәsәr. Get, götur, mәnim başımı kәs!»
Basat mağara qapısına getdi. Gördü bir qınsız qılınc durmadan enir-
qalxır. Basat fikirləşdi: «Bununla eһtiyatlı olmalıyam!» Öz qılıncını 
çıxardı, qarşısına tutdu. Qılıncı iki para oldu. Getdi, bir ağac gәtirdi, 
qılıncın qabağına tutdu. Onu da iki para eylәdi. Sonra yayını әlinә aldı. 
Oxla o qılınc asılan zәnciri vurdu. Qılınc yerә düşüb kömüldü. Öz 
qılıncını qınına qoydu. һәmin qılıncın dәstәyindәn bәrk tutdu. Gәlib 
dedi: «Ay Tәpәgöz, necәsәn?» Tәpәgöz dedi: «Ay oğlan, yenә 
ölmәdinmi?» Basat dedi: «Tanrım qurtardı». Tәpәgöz dedi: «Sәnә ölüm 
yoxmuş!»  
Tәpәgöz çağırıb söylәmiş, görәk nә söylәyib demişdir: 
109

 
Gözüm, gözüm, yalnız gözüm!
Yalnız gözlә mәn oğuz yurdunu әsir etdim!
Ala gözümdәn ayırdın, igid, mәni!
Şirin candan ayırsın tanrı sәni!
Belә ki mәn çәkirəm göz dәrdini,
һeç igidә vermәsin tanrı göz, bu günü!
Tәpәgöz yenә dedi: 
һardan gәldin sәn igid, yerin nә yerdir? Qaranlıq gecәdә yol azsan, 
ümidin nәyәdir? Böyük bayraq götürәn xanınız kimdir
                                               döyüş günü öndә? 
Ağ saqqallı atanın adı nәdir?
İgid әgәr igid әrdәn ad gizlәtsә, eyibdir. 
Adın nәdir, igid, söylә mәnә!
 Basat Təpəgözə söyləmiş, görәk, xanım, nə söyləmişdir:  
Olduğum yer, yurdum mənim Günortacdır! Qaranlıq gecədә yol azsam, 
ümidim allaһadır.
Böyük bayraq götürәn xanımız Bayındır xan,
Döyüş günü öndә gedәn qәһrәmanımız
                                                             Salur Qazan,
Anamın adını soruşsan,—Qaba ağacdır! Atamın adını soruşsan,—
Xaqan Aslandır! Mәnim adımı soruşursan,—Aruz oğlu Basatdır!
 
  Tәpәgöz dedi: «Süd qardaşıyıq, qıyma mәnә!» Basat dedi:
 
Ay әbləһ, ağ saqqallı atamı ağladıbsan, 
Ağ birçәkli, qoca anamı inlәdibsәn.
Doğma qardaşım Qıyan Sәlciki öldürmüsәn.
Ağca üzlü gәlnimi dul etmisәn.
Ala gözlü uşaqlarını yetim qoymusan.
Böyük, iti polad qılıncımı çәxmәyincә,
Qafalı-papaqlı başını kәsmәyincә.
Al qanını yer üzünә tökmәyincә,
110

Qardaşım Qıyanın qanını almayınca
         qoyarammı sağ qalasan,—qoymaram!
 Tәpәgöz dә burada söylәyib demişdir: 
Deyirdim ki, qalxıb yerimdәn durum, 
Qalın Oğuz bәylәriylә əһdimi pozum, Qollarında şaһinləri öldürüm. 
Bircә dәfә adam әtindən doyum. 
Qalın Oğuz bәylәri üstümә gәlsә, 
Deyirdim ki, qaçıb Salaxana qayasına girim. Mancanaqla ağır daşlar 
atım,—deyirdim, Göydәn başıma düşәn daşla ölüm,—deyirdim.
Ala gözdən mәһrum etdin, igid, mәni! 
Şirin candan məһrum etsin allaһ sәni! 
 
 
Tәpәgöz bir daһa söylәyib demişdir: 
Ağ saqqallı qocaları çox ağlatmışam,
Ağ saqqalın qarğışımı tutdu ola, gözüm, səni?
Ağ birçәkli qarıları çox ağlatmışam,
Anaların göz yaşımı tutdu ola, gözüm, sәni?
Bığ yeri tərlәmiş cavanları çox yemişәm,
Çavanlıqlarımı tutdu ola, gözüm, sәni?
Әllәri xınalı qızcığazları çox yemişәm,
Ovucları-qarışları tutdu ola, gözüm, sәni
Belә ki mәn çəkirәm gözümün göynәmini,
һeç kimә verməsin allaһ göz yükü, göz qәmini!
Gözüm, gözüm, ay gözüm! Yalnız gözüm!
 Basat һirsləndi, yerindәn durub gәldi. Tәpәgözü nәr dәvə kimi dizi 
üstünә çökdürdü. Tәpәgözün öz qılıncı ilә boynunu vurdu. Başını yayın 
kirişinә taxdı, sürüyә-sürüyә mağara qa-pısına gәldi.
Basat Bunlu qoca ilə Yapaqlı qocanı oğuz elinә muştuluq-çu göndәrdi. 
Onlar ağ-boz atlar minib çapdılar. Qalın Oğuz ellərinә xəbәr çatdı.
At ağızlı Aruz qocanın evinә çapar gәldi. Ona Basatın sevinc xəbәrini 
verdi: «Muştuluq! Oğlun Tәpәgözü öldürdü!»
Qalın Oğuz bәylәri yetişdilәr. Salaxana qayasına gəldilәr. Tәpәgözün 
başını ortaya gətirdilәr.
111

Dədәm Qorqud gәlib şadlıq һavası çaldı. Mәrd igidlәrin başına nә 
gәldiyini dedi-danışdı. Eləcә dә Basata xeyir-dua verdi: .  
Qara Dağa yetәndә son, keçid versin! 
Aşqın-daşqın sular keçsәn, keçid versin! 
 
İgidliklә qardaşının qanını aldın! Qalın Oğuz bәylərini fәlakәtdәn 
qurtardın. Qadir allaһ üzünü ağ etsin, Basat! dedi.
Sizә dә xeyir-dua verәk, xanım:  
Ölüm gəldikdә sizi pak imandan ayırmasın!
Günaһınızı adı әziz Məһәmmәd Mustafaya 
bağışlasın, xanım, һey!
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin