İXTİsas üZRƏ t ə h s I lproqram I ixtisasın (proqramın) şifri və adı: 050615 "İnformasiya təhlükəsizliyi" baki – 2022


Verilənlər bazalarının təhlükəsizliyi



Yüklə 351 Kb.
səhifə10/18
tarix07.01.2024
ölçüsü351 Kb.
#206918
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
Təhsil proqramı Inf. Təh. 2022 Adil (1)

Verilənlər bazalarının təhlükəsizliyi (Database security)
Bu fənn çərçivəsində verilənlər bazalarına (VB) dair ilkin zəruri biliklərin verilməsi, daha sonra VB-nin layihələndirilməsi, qurulması və istismarı zamanı informasiya təhlükəsizliyinin təmin olunmasının əsas prinsipləri tədris olunur. Həmçinin VB-də mümkün təhlükəsizlik boşluqları/zəifliklərinin aşkarlanması, qarşısının alınması üsul və vasitələri tədris olunmaqla müvafiq kiberhücumlara qarşı mübarizə tədbirləri, VB-də təhlükəsizlik auditinin üsul və vasitələri öyrədilir. Bununla yanaşı, bulud əsaslı və NoSQL tipli VB-lər barədə əsas məlumatlar və anlayışlar tədris olunur.

5

19

Bulud təhlükəsizliyi (Cloud security)
Bu fənndə bulud texnologiyalarının nə olduğu, onların faydaları, ənənəvi xidmətlərdən fərqləri öyrədilir. Tələbələr bulud xidmətlərində təhlükəsizlik modelləri, riskləri araşdırmağı, onların qarşısının alınmasını, təhlükəsizliyə fərqli bucaqlardan yanaşmanı, təhlükəsizlik strategiyasının qurulması üçün lazımi bilik və bacarıqlara yiyələnirlər.

5

20

Kriptoqrafiyanın əsasları (Basics of cryptography)
Bu kurs çərçivəsində tələbələr ənənəvi kritoqrafiyanın yaranması və inkişafına dair qısa tarixi, aktuallığını, tətbiq sahələrini və mövcud problemlərini, həmçinin müasir kriptosistemlər və şifrləmə üsulları ilə birlikdə kriptoqrafiyanın informasiya təhlükəsizliyinin hansı prinsiplərini necə təmin etdiyini öyrənirlər. Kursda blok, axın və açıq açarlı şifrləmə alqoritmaları ilə yanaşı qabaqcıl kriptoqrafik alqoritmlər icmal edilir, bu alqoritmlərin praktiki tətbiqləri ilə əlaqəli məlumatlar verilir.



5

21


Yüklə 351 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin