İXTİsas üZRƏ t ə h s I lproqram I ixtisasın (proqramın) şifri və adı: 050615 "İnformasiya təhlükəsizliyi" baki – 2022



Yüklə 351 Kb.
səhifə7/18
tarix07.01.2024
ölçüsü351 Kb.
#206918
1   2   3   4   5   6   7   8   9   10   ...   18
Təhsil proqramı Inf. Təh. 2022 Adil (1)

Kibertəhlükəsizliyin əsasları (Basics of cybersecurity)
Bu fənn çərçivəsində kibertəhlükəsizliyin konseptual modeli, rolu və əhəmiyyəti, eləcə də onun informasiya təhlükəsizliyindən fərqi, həmçinin qarşılıqlı əlaqələri öyrədilir. Müxtəlif kiberhücum vektorları və subyektləri, kibertəhlükəsizlik sahəsində yayılmış zəifliklər, təhdidlər və risklər, kiberhücum zəncirinin hər bir mərhələsinin xüsusiyyətləri və onlara qarşı zəruri tədbirlərin görülməsi yolları, kibertəhlükəsizliyin təmin olunması sahəsində texniki və təşkilati tədbirlərin rolu və xüsusiyyətləri tədris olunur.

6

9

Şəbəkələrin əsasları (Basics of networks)
Bu fənndə tələbələrə kompüter şəbəkələrin dizaynı və praktik tətbiqi öyrədilir. Kursda qabaqcıl şəbəkə avadanlıqları barədə məlumat verilir. Şəbəkənin OSI modeli və IP ünvanlaması, IPv4, IPv6 barədə əsas məlumatlar öyrədilir, LAN, WLAN, MAN və digər növ şəbəkə modelləri barədə ümumi məlumatlar verilir. Həmçinin peyk əsaslı şəbəkələr də daxil olmaqla simsiz (radiodalğa əsaslı) şəbəkələr barədə təməl məlumatlar verilir.

6

10

Xətti cəbr (Linear Algebra)
Bu fənn çərçivəsində matrislər və xətti cəbri tənliklər sisteminin ümumi nəzəriyyəsi, həmçinin xətti çevirmə, kvadratik forma və bu kimi vacib mövzular tədris olunur. Tələbə matrislər üzərində əməllər, determinantın hesablanması və xassələri, cəbri tənliklər sisteminin müxtəlif həll üsullarının öyrənilməsi, kvadratik formanın kanonik şəklə gətirilməsi və tətbiq sahəsini öyrənməklə bu fənn üzrə qarşıya qoyulan məqsədə çatmış hesab olunur.

6

11

Əməliyyat sistemləri (Operating systems)
Bu fənn əməliyyat sisteminin dizaynı və tətbiqi ilə bağlı mühüm problemləri araşdırır. Tədris dövründə müasir əməliyyat sistemlərinin təkamülünün qısa tarixinə nəzər salınaraq onların əsas komponentlərinin iş prinsipləri əhatə edilir. Fəndə əməliyyat sistemi resurslarının (disk, şəbəkə və prosessorlar) paylaşdırılması, proqramlar üçün lazım olan ümumi xidmətlərin təmin edilməsi və qorunması üçün işlənmiş prinsiplər icmal edilir. Fənn ƏS-də proses və yaddaşın idarə edilməsi, fayl sisteminin iş prinsipi və paylanmış sistemlərdəki iş prinsiplərini əhatə edir.

5

12


Yüklə 351 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin