İXTİsas üZRƏ t ə h s I lproqram I ixtisasın (proqramın) şifri və adı: 050615 "İnformasiya təhlükəsizliyi" baki – 2022



Yüklə 351 Kb.
səhifə6/18
tarix07.01.2024
ölçüsü351 Kb.
#206918
1   2   3   4   5   6   7   8   9   ...   18
Təhsil proqramı Inf. Təh. 2022 Adil (1)

Cəmi

30

İxtisas fənləri

5

İnformasiya təhlükəsizliyinin əsasları (Basics of information security)
Bu fənn ilk növbədə tələbəni informasiya təhlükəsizliyi ixtisası ilə tanış edir. Kursda informasiya təhlükəsizliyinin predmeti, əhatə sahəsi, əsas prinsipləri və anlayışları, məqsədləri öyrədilir. İnformasiya təhlükəsizliyi mütəxəssisinin bilməli olduğu bilik və bacarıqlar, digər fənnlər və ixtisaslarla əlaqələri öyrədilir. Mühazirələr tələbələr üçün informasiya təhlükəsizliyinin əhatə etdiyi sahələri aydın təsvir etməyə, təcrübə məşğələləri isə əldə olunmuş biliklərin əmək fəaliyyətində istifadə imkanlarını göstərərək informasiya təhlükəsizliyi mütəxəssisinə xas olan düşüncəni formalaşdırır.

6

6

Proqramlaşdırmanın əsasları (Basics of programming)
Bu fənn çərçivəsində tələbələr alqoritmlərin qurulması, proqramlaşdırmanın əsaslarını, verilmiş alqoritmlərin hər hansı bir proqramlaşdırma dilində proqramını tərtib etməyi öyrənir. Həmçinin verilənlərin tipləri, şərtlər, dövrlər, funksiyalardan istifadə etməyi öyrənirlər, məlumat strukturlarının nə olduğunu və onların praktik olaraq necə çalışdığını araşdırırlar. Əldə olunan biliklərdən müxtəlif quruluşlu məlumatlar üzərində təhlillər aparmaq, müəyyən tapşırıqların avtomatlaşdırılması kimi praktiki biliklərə yiyələnirlər.

6

7

Riyazi analiz (Calculus)
Riyazi analiz fənninin əsasını bir və çoxdəyişənli funksiyaların diferensial və inteqral hesabı və sıralar nəzəriyyəsi təşkil edir. Tələbələr bu fənni mənimsəyərkən ədədi ardıcıllıqlar haqqında zəruri biliyə malik olmalı, bir və çoxdəyişənli funksiyaların limit, kəsilməzlik və müntəzəm kəsilməzlik anlayışlarına, diferensial və inteqral hesabına, ədədi və funksional sıralara, habelə tətbiqi riyaziyyat, informatika və kriptologiya məsələlərində onların tətbiq olunmasının öyrənilməsinə diqqət yetirməlidir.

6

8


Yüklə 351 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin