İXTİsas üZRƏ t ə h s I lproqram I ixtisasın (proqramın) şifri və adı: 050615 "İnformasiya təhlükəsizliyi" baki – 2022


Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənnlər



Yüklə 351 Kb.
səhifə13/18
tarix07.01.2024
ölçüsü351 Kb.
#206918
1   ...   10   11   12   13   14   15   16   17   18
Təhsil proqramı Inf. Təh. 2022 Adil (1)

Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənnlər

Cəmi

60

Buraxılış işi və təcrübə

Təcrübə

21

Buraxılış işi

9

Cəmi

30

Kreditlərin yekun sayı

240



Qeyd: İxtisas fənnlərinin ardıcıllıq sırası Əlavə 1-də tövsiyə edilmişdir. Ali təhsil müəssisəsi tərəfindən müəyyən ediləcək seçmə fənnlərə dair tövsiyyələr Əlavə 2-də öz əksini tapmışdır.



  1. Tədris və öyrənmə




    1. Tədris və öyrənmə mühiti elə təşkil olunmalıdır ki, tələbələr təhsil proqramında nəzərdə tutulan təlim nəticələrini əldə edə bilsinlər.

    2. Tədris və öyrənmə metodları müvafiq sənədlərdə (məsələn, müəllimin sillabusunda və s.) təsvir edilməli və ictimaiyyətə (məsələn, universitetin veb səhifəsində, proqramın broşurlarında və s.) açıq olmalıdır.

    3. Tədris və öyrənmə metodları innovativ təhsil təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Tədris və öyrənmə metodlarının müntəzəm şəkildə təkmilləşdirilməsi universitetin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.

    4. Təlim prosesində fərqli tədris metodlarından istifadə edilməlidir. Bu metodlar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək tədris və öyrənmə üsullarına aşağıdakıları nümunə olaraq göstərmək olar:

    • mühazirələr, seminarlar, təcrübi tapşırıqlar;

    • təqdimatlar və müzakirələr, debatlar;

    • müstəqil iş/araşdırma (məsələn, təcrübi nümunələrlə iş, təcrübi layihələrdə birbaşa iştirak);

    • layihələr;

    • problemlərə əsaslanan tədris;

    • sahə işləri;

    • rol oyunları;

    • hesabatlar;

    • qrup qiymətləndirməsi;

    • ekspert metodu;

    • video və audio konfrans texnologiyaları;

    • video və audio mühazirələr;

    • distant təhsil;

    • simulyasiyalar;

    • və s.

Qeyd: sadalanan metodlar ixtisasın xüsusiyyətindən asılı olaraq seçilə və (və ya) dəyişdirilə bilər.



    1. Təhsildə nəzəriyyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir. Əsas diqqət əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gücləndirilməsinə yetirilməlidir.

    2. Təhsil proqramı tələbələrin müstəqilliyini dəstəkləməli və ömürboyu təlim konsepsiyasını inkişaf etdirməlidir. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömürboyu davam etdirməyi bacarmalıdır.







  1. Yüklə 351 Kb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin