Mikroiqtisadiyyat



Yüklə 445 b.
tarix30.11.2016
ölçüsü445 b.
#496



Mikroiqtisadiyyat

  • Mikroiqtisadiyyat

    • Mikroiqtisadiyyat ailə təsərrüfatları və firmaların bazarda necə qərar qəbul etdiklərini və qarşılıqlı fəaliyyətini öyrənən elmdir.
  • Makroiqtisadiyyat

    • Makroiqtisadiyyat iqtisadiyyatı tam şəkildə, ümumilikdə öyrənən elmdir.
    • Makroiqtisadiyyatın məqsədi, iqtisadi dəyişikliklərin çoxlu sayda ailə təsərrüfatlarına, firmalara və bazarlara eyni zamanda necə təsir etdiyini izah etməkdir.


Makroiqtisadiyyat aşağıdakı suallara cavab verir:

  • Makroiqtisadiyyat aşağıdakı suallara cavab verir:

    • Nəyə görə adambaşına düşən gəlir bəzi ölkələrdə aşağı olduğu halda, digərlərində yüksəkdir?
    • Nəyə görə bəzi illərdə qiymətlər daha stabil qaldığı halda, digər illərdə sürətlə artır?
    • Nəyə görə istehsal və məşğulluq bəzi illərdə artır, digər illərdə isə azalır?


İqtisadiyyatın yaxşı və ya pis vəziyyətdə olduğunu öyrənərkən, iqtisadiyyata aidiyyəti olan hər kəsin ümumi gəlirlərinə baxmaq lazımdır.

  • İqtisadiyyatın yaxşı və ya pis vəziyyətdə olduğunu öyrənərkən, iqtisadiyyata aidiyyəti olan hər kəsin ümumi gəlirlərinə baxmaq lazımdır.



Ölkə iqtisadiyyatında məcmu gəlirlər və məcmu xərclər eynidir, çünki:

  • Ölkə iqtisadiyyatında məcmu gəlirlər və məcmu xərclər eynidir, çünki:

    • Hər bir sövdələşmənin iki tərəfi vardır: alıcı və satıcı.
    • Hər bir alıcı tərəfindən xərclənən bir dollar ona əmtəə və ya xidmət satan satıcı üçün bir dollar gəlir deməkdir.


Ümumi daxili məhsul (ÜDM) iqtisadiyyatın gəlirlərinin və xərclərinin ölçülməsidir.

  • Ümumi daxili məhsul (ÜDM) iqtisadiyyatın gəlirlərinin və xərclərinin ölçülməsidir.

  • ÜDM verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan bütün son əmtəə və xidmətlərin bazar dəyəridir.



Gəlir və xərclərin bərabərliyini dövri axın diaqramı vasitəsilə təsvir etmək olar.

  • Gəlir və xərclərin bərabərliyini dövri axın diaqramı vasitəsilə təsvir etmək olar.





ÜDM verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan bütün son əmtəə və xidmətlərin bazar dəyəridir.

  • ÜDM verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan bütün son əmtəə və xidmətlərin bazar dəyəridir.



“ÜDM verilmiş zaman müddətində . . .”

  • “ÜDM verilmiş zaman müddətində . . .”

    • ÜDM, xüsusi zaman intervalı müddətində baş verən istehsalın dəyərini ölçür. Adətən bu interval il və ya rüblərdir (üç ay).
  • “. . . bütün . . .”

    • ÜDM hərtərəfli olmağa çalışır. O, ölkədə istehsal edilmiş və bazarda qanuni olaraq satılmış bütün əmtəə və xidmətləri əhatə edir.
  • “. . . son . . . “

    • Təkcə son məhsulların dəyəri ÜDM-yə daxildir.


“. . . Əmtəə və Xidmətlərin . . .”

  • “. . . Əmtəə və Xidmətlərin . . .”

    • ÜDM-yə həm maddi (qida, geyim, avtomobillər), həm də qeyri-maddi (saç kəsimi, evin təmizlənməsi xidməti, həkim xidməti) əmtəələr daxildir.
  • “ . . . istehsal edilmiş . . .”

    • ÜDM-yə cari dövrdə istehsal olunmuş əmtəə və xidmətlər daxildir. Keçmişdə istehsal edilmiş məhsullara aid sövdələşmələr ÜDM-yə daxil edilmir.


“. . . ölkə daxilində”

  • “. . . ölkə daxilində”

    • ÜDM istehsalın həcmini ölkənin coğrafi hüdudları daxilində ölçür.
  • “. . . bazar dəyəridir.”

    • ÜDM çoxlu müxtəlif növ əmtəə və xidmətlərin ümumi dəyərinin vahid ölçüsüdür. Bunu etmək üçün bazar qiymətlərindən istifadə edilir.


ÜDM-ə iqtisadiyyatda istehsal olunan və bazarlarda qanuni olaraq satılan bütün növ əmtəə və xidmətlərin dəyəri daxildir.

  • ÜDM-ə iqtisadiyyatda istehsal olunan və bazarlarda qanuni olaraq satılan bütün növ əmtəə və xidmətlərin dəyəri daxildir.



Nə ÜDM-in tərkib hissəsi deyil?

  • Nə ÜDM-in tərkib hissəsi deyil?

    • Evdə istehsal və istehlak olunan və heç zaman bazara daxil olmayan əmtəə və xidmətlərin dəyəri ÜDM-ə daxil deyil.
    • Qeyri-qanuni yollarla istehsal edilmiş və satılmış əmtəələr, məsələn narkotiklərin dəyəri ÜDM-ə daxil deyil.


ÜDM (Y) aşağıdakıların cəminə bərabərdir:

  • ÜDM (Y) aşağıdakıların cəminə bərabərdir:

  • Y = C + I + G + NX



İstehlak (C):

  • İstehlak (C):

    • Yeni mənzilin alınmasını çıxmaq şərti ilə, ailə təsərrüfatlarının əmtəə və xidmətlərin alınmasına sərf etdiyi xərclərdir.
  • İnvestisiya (I):

    • Yeni mənzilin alınması da daxil olmaqla, uzunmüddətli avadanlıqların, anbar ehtiyatlarının və yardımçı istehsal vasitələrinin alınmasına çəkilən xərclərdir.


Dövlət Xərcləri (G):

  • Dövlət Xərcləri (G):

    • Yerli, ştat və federal dövlət orqanları tərəfindən əmtəə və xidmətlərin alınmasına çəkilən xərclərdir.
    • Transfert ödənişlər dövlət xərclərinin tərkib hissəsi kimi hesablanmır.
  • Xalis İxracat (NX):

    • İxracat ilə idxalat arasındakı fərqdir.






Nominal ÜDM istehsal olunmuş əmtəə və xidmətlərin cari qiymətlərlə məcmu dəyərləndirilməsinə deyilir.

  • Nominal ÜDM istehsal olunmuş əmtəə və xidmətlərin cari qiymətlərlə məcmu dəyərləndirilməsinə deyilir.

  • Real ÜDM istehsal olunmuş əmtəə və xidmətlərin baza ilindəki qiymətlərlə məcmu dəyərləndirilməsinə deyilir.



ÜDM deflyatorundan istifadə etməklə nominal ÜDM real ÜDM-ə uyğunlaşdırılır.

  • ÜDM deflyatorundan istifadə etməklə nominal ÜDM real ÜDM-ə uyğunlaşdırılır.









ÜDM deflyatoru nominal ÜDM-nin real ÜDM-yə olan nisbətinin 100-ə hasili kimi hesablanan və qiymət səviyyəsini ifadə edən göstəricidir.

  • ÜDM deflyatoru nominal ÜDM-nin real ÜDM-yə olan nisbətinin 100-ə hasili kimi hesablanan və qiymət səviyyəsini ifadə edən göstəricidir.

  • ÜDM deflyatoru istehsal olunmuş əmtəə və xidmətlərin miqdarını deyil, onların qiymət səviyyəsini özündə əks etdirir.



ÜDM deflyatoru aşağıdakı kimi hesablanır:

  • ÜDM deflyatoru aşağıdakı kimi hesablanır:



Nominal ÜDM-nin Real ÜDM-yə çevrilməsi

  • Nominal ÜDM-nin Real ÜDM-yə çevrilməsi

    • Nominal ÜDM real ÜDM-ə aşağıdakı yolla çevrilir:






ÜDM cəmiyyətin iqtisadi rifahının ən yaxşı yeganə ölçüsüdür.

  • ÜDM cəmiyyətin iqtisadi rifahının ən yaxşı yeganə ölçüsüdür.

  • Adambaşına düşən ÜDM ölkə vətəndaşının orta gəlir və xərclərini ifadə edir.



Adambaşına düşən yüksək ÜDM yüksək yaşayış səviyyəsini müəyyən edir.

  • Adambaşına düşən yüksək ÜDM yüksək yaşayış səviyyəsini müəyyən edir.

  • ÜDM iqtisadi rifahın heç də mükəmməl göstəricisi deyil.



Rifahı müəyyən edən bir sıra amillər ÜDM-dən kənarda qalmışdır.

  • Rifahı müəyyən edən bir sıra amillər ÜDM-dən kənarda qalmışdır.

    • Asudə vaxtın dəyəri.
    • Təmiz ətraf mühitin dəyəri.
    • Bazardan kənarda baş verən bütün iqtisadi əməliyyatların dəyəri, məsələn, valideynlərin övladları ilə keçirdikləri vaxtın dəyəri və könüllü işin dəyəri.




Hər bir sövdələşmədə alıcı və satıcı olduğu kimi, iqtisadiyyatda ümumi xərclər elə ümumi gəlirlərə bərabər olmalıdır.

  • Hər bir sövdələşmədə alıcı və satıcı olduğu kimi, iqtisadiyyatda ümumi xərclər elə ümumi gəlirlərə bərabər olmalıdır.

  • Ümumi Daxili Məhsul (ÜDM) verilən dövr ərzində ölkədə istehsal edilmiş əmtəə və xidmətlərin alınmasına çəkilən məcmu xərcləri və həmin əmtəə və xidmətlərin satışından əldə olunan məcmu gəlirləri ölçür.



ÜDM verilmiş zaman müddətində ölkə daxilində istehsal olunmuş son məhsul və xidmətlərin məcmu bazar dəyəridir.

  • ÜDM verilmiş zaman müddətində ölkə daxilində istehsal olunmuş son məhsul və xidmətlərin məcmu bazar dəyəridir.

  • ÜDM xərclərin dörd tərkib hissəsi arasında bölünür: istehlak, investisiya, dövlət xərcləri və xalis ixracat.



Nominal ÜDM ölkədə istehsal olunmuş əmtəə və xidmətləri qiymətləndirmək üçün cari qiymətlərdən istifadə edir. Real ÜDM ölkədə istehsal olunmuş əmtəə və xidmətləri qiymətləndirmək üçün baza ilindəki sabit qiymətlərdən istifadə edir.

  • Nominal ÜDM ölkədə istehsal olunmuş əmtəə və xidmətləri qiymətləndirmək üçün cari qiymətlərdən istifadə edir. Real ÜDM ölkədə istehsal olunmuş əmtəə və xidmətləri qiymətləndirmək üçün baza ilindəki sabit qiymətlərdən istifadə edir.

  • ÜDM deflyatoru - nominal ÜDM-nin, real ÜDM-ə nisbətindən alınır və iqtisadiyyatda ümumi qiymət səviyyəsini ölçür.



İnsanlar yüksək gəlirləri aşağı gəlirlərdən üstün tutduqlarına görə, ÜDM iqtisadi rifahı ölçmək üçün yaxşı meyardır.

  • İnsanlar yüksək gəlirləri aşağı gəlirlərdən üstün tutduqlarına görə, ÜDM iqtisadi rifahı ölçmək üçün yaxşı meyardır.

  • Lakin, bu ümumi rifahı ölçməyin mükəmməl meyarı deyildir. Misal üçün, ÜDM asudə vaxtın və təmiz ətraf mühitin dəyərini nəzərə almır.



Yüklə 445 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin