Insan alverinə qarşı mübarizə sahəsində cavab tədbirləri Azərbaycan Respublikasında



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə1/10
tarix22.04.2017
ölçüsü0,94 Mb.
#15611
  1   2   3   4   5   6   7   8   9   10

insan alverinə qarşı 

mübarizə sahəsində 

cavab tədbirləri

Azərbaycan Respublikasında  

Ehtiyacların qiymətləndirilməsi:

International Organization for Migration

YEARS


Bu hesabatda əks olunmuş fikirlər müəlliflərə aiddir və Beynəlxalq Miqrasiya 

Təşkilatının  (BMqT)  mövqeyini  əks  etdirməyə  bilər.  Hesabatda  istifadə 

edilmiş  təyinat  məntəqələri  və  məzmunun  təqdimatı  hər  hansı  ölkənin, 

ərazinin,  şəhər  və  ya  rayonun  və  ya  onun  inzibati  vahidlərinin  hüquqi 

statusu, onun sərhədləri və ya hüdudları ilə bağlı BMqT adından hər hansı 

fikrin ifadə edilməsi anlamına gəlmir.

BMqT  humanist  və  nizamlı  miqrasiyanın  miqrantlara  və  cəmiyyətə  faydalı 

olması prinsipinə sadiqdir. Hökumətlərarası təşkilat kimi BMqT, miqrasiyanın 

operativ  problemlərinin  həllinə  yardım  etmək,  miqrasiya  məsələlərinin 

daha da dərindən dərk edilməsinə nail olmaq; miqrasiya vasitəsilə sosial və 

iqtisadi inkişafı təşviq etmək və miqrantların şəxsi ləyaqət hissini və rifahını 

dəstəkləmək  məqsədilə  beynəlxalq  ictimaiyyətdən  olan  tərəfdaşları  ilə 

birlikdə fəaliyyət gostərir.

BMqT bu tədqiqatın hazırlanması və nəşrinə göstərdiyi maliyyə dəstəyinə 

görə BMqT-nin İnkişaf Fonduna öz minnətdarlığını bildirir.

Naşir:  


Beynəlxalq Miqrasiya Təşkilatı

 

Yaşar Hüseynov küçəsi 18



 

AZ 1069


 

Baku, Azerbaijan

 

Tel: +994 12 465 90 71



 

Faks: +994 12 465 90 73

 

E-mail: iombaku@iom.int



 

Veb-sayt: www.iom.int

© 2016 Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT)

Bütün hüquqlar qorunur. Bu nəşrin heç bir hissəsi naşirin əvvəlcədən yazılı 

icazəsi  olmadan  çoxaldıla,  axtarış  sistemində  saxlanıla  və  ya  hər  hansı 

formada və yaxud hər hansı vasitələrlə (elektron, mexaniki, surətcıxarma, 

səsyazma və ya digər üsulla) ötürülə bilməz.

75_16


Beynəlxalq Miqrasiya Təşkilatı

üçün Marika MakAdam

tərəfindən hazırlanmışdır

International Organization for Migration

YEARS

insan alverinə qarşı 

mübarizə sahəsində 

cavab tədbirləri

Azərbaycan Respublikasında  

Ehtiyacların qiymətləndirilməsi:



Ehtiyacların qiymətləndirilməsi:

Azərbaycan Respublikasında 

insan alverinə qarşı mübarizə 

sahəsində cavab tədbirləri



iii

Minnətdarlıq

Beynəlxalq  Miqrasiya  Təşkilatı  (BMqT)  bu  hesabatın  hazırlanması  və 

qiymətləndirilməsi  prosesində  BMqT  ilə  əməkdaşlıq  edən  Azərbaycanın  bütün 

dövlət  rəsmilərinə,  həmçinin  donor  təşkilatlarının,  beynəlxalq  və  qeyri-hökumət 

təşkilatlarının nümayəndələrinə öz təşəkkürünü bildirir. Xüsusilə aşağıdakı təşkilatlar 

və qurumlara təşəkkür edirik:

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi

Dövlət Miqrasiya Xidməti

Dövlət Sərhəd Xidməti

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Ombudsman aparatı (Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili);

Baş Prokurorluq

Ədliyyə Nazirliyi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan 

Alveri Qurbanlarına Yardım Mərkəzi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət 

Əmək Müfəttişliyi Xidməti

“Təmiz dünya” İctimai Birliyi 

Azərbaycan Uşaqlar Birliyi

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi

"Tamas" Regional İnkişaf İctimai Birliyi

"Maarifpərvərlik" Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası

Regional İnsan Hüquqları və Media Mərkəzi

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi

İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz

BMqT, xüsusi olaraq DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə, ələlxüsus 

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, general Şərif Əsədullayevə, eləcə 

də cənab Samir Zeynalov, cənab İlkin Qurbanov, cənab Ramil Kazımov və cənab Elçin 

Orucova öz minnətdarlığını bildirir.

Bu hesabat aşağıda adı çəkilən BMqT əməkdaşlarının davamlı dəstəyi və töhfələri 

olmadan  mümkün  olmazdı:  Serhan  Aktoprak,  Könul  Kərimova,  Myra  Albu,  Anh 

Nguyen və Denise Lassar.



iv

Mündəricat



Minnətdarlıq ..............................................................................................................iii

Qısaltma və ixtisarlar ................................................................................................. v

1.   Giriş  .................................................................................................................... 1

 

1.1.  Tədqiqatın ümumi konteksti  ...................................................................... 1



 

1.2.  Tədqiqatın metodologiyası  ........................................................................ 1

 

1.3.  Tədqiqatla bağlı məhdudiyyətlər   .............................................................. 6



2.   Nəticələr ............................................................................................................. 9

 

2.1. Müəyyənləşdirmə və istiqamətləndirmə ................................................... 12



 

2.2. Yardım və müdafiə ..................................................................................... 19

 

2.3. Təhqiqat və cinayət təqibi ......................................................................... 27



 

2.4. Qarşısını alma ............................................................................................ 37

 

2.5. Əlaqələndirmə və əməkdaşlıq ................................................................... 45



3.   Tövsiyələr ......................................................................................................... 51

 

3.1. Müəyyənləşdirmə və istiqamətləndirmə ................................................... 52



 

3.2. Yardım və müdafiə ..................................................................................... 54

 

3.3. Təhqiqat və cinayət təqibi ......................................................................... 56



 

3.4. Qarşısını alma ............................................................................................ 58

 

3.5. Əlaqələndirmə və əməkdaşlıq ................................................................... 60



Əlavələr   .................................................................................................................. 63

 

A.   Ədəbiyyat  ................................................................................................ 63



 

B.   Müsahibə prosesində iştirak etmiş təşkilatlar   ........................................ 65

 

C.   Müsahibənin şablon forması .................................................................... 66



 

D.   Sorğu aləti şablonu ................................................................................... 74

 

E.  Qiymətləndirmə indikatorları ................................................................... 85



v

Qısaltma və ixtisarlar



MDB 

Müstəqil Dövlətlər Birliyi



CT-NAT 

İnsan alveri ilə mübarizə bağlı ehtiyacların qiymətləndirilməsi 

vasitəsi

GRETA 

Avropa Şurasının insan alverinə qarşı mübarizə üzrə Ekspertlər 

Qrupu

ICMPD 

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz



BƏT 

Beynəlxalq Əmək Təşkilatı



BMqT 

Beynəlxalq Miqrasiya Təşkilatı



DİN 

Daxili İşlər Nazirliyi 



MFP 

Milli Fəaliyyət Planı



QHT 

Qeyri-hökumət təşkilatı



MİM 

Milli İstiqamətləndirmə Mexanizmi



ATƏT 

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı



BMT 

Birləşmiş Millətlər Təşkilatı



UNTOC 

BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” 

Konvensiyası


Ehtiyacların qiymətləndirilməsi:

Azərbaycan Respublikasında 

insan alverinə qarşı mübarizə 

sahəsində cavab tədbirləri



1

1. Giriş


1.1. Tədqiqatın ümumi konteksti 

Beynəlxalq  Miqrasiya  Təşkilatının  (BMqT)  layihəsi  çərçivəsində  həyata  keçirilmiş 

bu tədqiqat BMqT-nin daxili maliyyələşdirmə mexanizmi olan BMqT İnkişaf Fondu 

vasitəsi  ilə  təşkilatın  üzv  dövlətləri  tərəfindən  maliyyələşdirilmişdir.  Tədqiqatın 

məqsədləri bunlardır: 

 

● Əsas  təşkilatların  müvafiq  ölkədə/regionda  insan  alverinə  dair  mövcud 



vəziyyətlə  bağlı  rəylərini  və  bu  cinayətə  qarşı  mübarizə  sahəsində  cavab 

tədbirlərinə aid məlumatları toplamaq və təhlil etmək. 

 

● Əsas  təşkilatların  insan  alverinə  dair  vəziyyətlə  və  mövcud  tendensiyalarla 



bağlı perspektivlərini, habelə insan alveri qurbanlarının müəyyənləşdirilməsi 

və  istiqamətləndirilməsi,  onlar  üçün  yardım  və  müdafiənin  göstərilməsi,  bu 

cür cinayətlərin qarşısının alınması və bu sahədə əməkdaşlığın aparılması ilə 

əlaqədar boşluqları müəyyən etmək. 

 

● Əsas  nəticələri  əldə  etmək  və  müvafiq  cavab  tədbirlərinin  gücləndirilməsi, 



qeyri-münasib proseslərin tənzimlənməsi, həmçinin ölkə və mümkün dərəcədə 

region  səviyyəsində  çatışmazlıqların  aradan  qaldırılması  məsələlərinə  dair 

tövsiyələr təklif etmək.

Tədqiqatın başqa bir məqsədi fərqli ölkələrə və regionlara uyğunlaşdırılması mümkün 

olan ehtiyacların sürətli qiymətləndirilməsi vasitəsini (CT-NAT) işləyib hazırlamaqdan 

və bu vasitəni Azərbaycanda, Gürcüstanda və Ermənistanda tətbiq olunan təcrübə 

əsasında nəzərdən keçirməkdən ibarətdir.

1.2. Tədqiqatın metodologiyası 

Ehtiyacların  qiymətləndirilməsi  prosessi  əsas  altı  addımdan  ibarət  idi:  1)  yuxarıda 

qeyd olunan üç ölkə üzrə əsas materialların masaüstü araşdırılması; 2) ehtiyacların 

qiymətləndirilməsi vasitəsinin işlənib hazırlanması; 3) elektron sorğunun paylanması, 

4)  ölkədaxili  müsahibələrin  aparılması;  5)  müvafiq  məlumatların  toplanması,  əldə 

olunmuş nəticələrin təhlil edilməsi və qiymətləndirmə hesabatının hazırlanması və 6) 

aparılmış təhlillərin nəticələrinin və təklif olunmuş tövsiyələrin tədqiqat ölkələrinin 

hər birində keçirilmiş üç seminar vasitəsi ilə qiymətləndirilməsi.


I. Giriş

2

Masaüstü araşdırma: 

masaüstü araşdırma zamanı üç tədqiqat ölkəsinin insan alverinə dair əsas sənədləri, 

həmçinin  ehtiyacların  qiymətləndirilməsi  metodologiyasına  aid  əsas  materiallar 

nəzərdən  keçirilmişdir.  Bununla  bağlı  əsas  səylər  sözügüdən  ölkələrdə  lazımi 

sayda  sənədlərin  seçilməsi  üçün  göstərilmişdir.  Müvafiq  sənədlərin,  tədqiqat 

hesabatlarının  və  digər  qiymətləndirmə  materiallarının  müəyyən  edilməsi  üçün 

bilavasitə  müəllif  tərəfindən  aparılmış  araşdırma  ilə  yanaşı  BMqT-nin  Azərbaycan, 

Gürcüstan və Ermənistandakı Nümayəndəliklərinin əməkdaşları masaüstü araşdırma 

ilə  əhatə  olunacaq  başqa  əsas  sənədləri  də  müəyyən  etmişdirlər.  Ehtiyacların 

qiymətləndirilməsi  metodologiyasına  töhfə  verən  materiallar  ehtiyacların 

qiymətləndirilməsi vasitələrinin və analitik çərçivələrin işlənib hazırlanması məqsədi 

ilə  nəzərdən  keçirilmişdir.  Nəticədə  100-dən  çox  sənədə  baxılmışdır  və  əsas  61 

materialdan istinad ədəbiyyatı kimi istifadə olunmuşdur (Əlavə A).



Ehtiyacların qiymətləndirilməsi vasitəsinin işlənib hazırlanması: 

ehtiyacların  qiymətləndirilməsi  vasitəsinin  komponentləri,  o  cümlədən, 

qiymətləndirmə  hesabatının  hazırlanması  işini  istiqamətləndirən  şablon  forma 

tədqiqat ölkələrində sınaqdan keçirilməsi üçün masaüstü araşdırma əsasında işlənib 

hazırlanmışdır. Həmin vasitə bunlardan ibarətdir: 

 

● Üç  tədqiqat  ölkəsində  əsas  təşkilatların  əməkdaşları  ilə  fərdi  müsahibələrin 



aparılması  zamanı  istifadə  üçün  nəzərdə  tutulmuş  müfəssəl  müsahibə 

bələdçisi (Əlavə C).

 

● Sözügedən  üç  ölkədə  doldurmaq  və  müstəqil  konsultanta  geri  göndərmək 



üçün  BMqT-nin  müvafiq  Nümayəndəlikləri  vasitəsi  ilə  tərcümə  olunması  və 

elektron poçtla paylanması nəzərdə tutulan elektron sorğu forması (Əlavə D).

 

● Məlumatların  təhlili  işinin  istiqamətləndirilməsi,  qiymətləndirməni  aparan 



şəxslərə  elektron  sorğular  və  ölkədaxili  müfəssəl  müsahibələr  əsasında 

toplanmış məlumatları müvafiq cədvəllərə daxil etmək imkanının yaradılması 

və məzmunlu müqayisələrin aparılması üçün nəzərdə tutulmuş məlumatların 

təhlili üzrə işçi vərəq. Eyni zamanda, insan alverinə qarşı mübarizə sahəsində 

cavab  tədbirlərinin  ölkələr  üzrə  sürətli  qiymətləndirilməsinə  imkan  verən 

məlumatların  təhlili  üzrə  işçi  vərəq  hər  biri  beş  meyardan  ibarət  olan  beş 

kateqoriya  üzrə  çərçivə  və  əməliyyat  indikatorlarından  təşkil  olunmuş 

müqayisəli təhlil cədvəlini də özündə əks etdirir (Əlavə E). 

İnsan  alverinə  qarşı  mübarizə  sahəsində  ehtiyacların  sürətli  qiymətləndirilməsi 

vasitəsinin işlənib hazırlanması prosesi ilə yanaşı BMqT-nin Azərbaycan, Gürcüstan 

və Ermənistandakı Nümayəndəliklərinin əlaqəli şəxsləri müfəssəl müsahibədə və ya 

sorğuda iştirak edəcək əsas təşkilatların müəyyən edilməsi və dəvət olunması işinə 

cəlb edilmişdir.      


I. Giriş

3

Ölkədaxili müsahibələr: 

2016-cı il yanvarın 13-25-də müstəqil konsultant müfəssəl müsahibə bələdçisindən 

istifadə edərək 92 şəxsin iştirakı ilə ümumilikdə 40 müsahibənin aparılması üçün üç 

tədqiqat ölkəsinin hər birində üç gün vaxt sərf etmişdir.   

 

● Azərbaycanda  (28-i  kişi  və  8-i  qadın  olmaqla)  36  şəxslə  14  müsahibə 



aparılmışdır; 

 

● Gürcüstanda  (6-sı  kişi  və  13-ü  qadın  olmaqla)  19  şəxslə  10  müsahibə 



aparılmışdır.

 

● Ermənistanda  (19-u  kişi  və  18-i  qadın  olmaqla)  37  şəxslə  16  müsahibə 



aparılmışdır. 

Müsahibə prosesində iştirak etmiş 92 nəfər şəxsin 58%-ni kişilər (n=53), 42%-ni isə 

qadınlar (n=39) təşkil edirdi ki, daha çox kişi iştirakçı Azərbaycanda qeydə alınmışdır 

(36 iştirakçının 28-i, başqa sözlə 78%-i kişilər idi). Üç ölkədə aparılmış müsahibələrin 

yarısından  çoxunda  hökumət  təşkilatlarının  nümayəndələri  iştirak  edirdi  (n=21). 

Müsahibənin  şablon  forması  (Əlavə  C)  bu  müsahibələrin  keçirilməsi  üçün  istifadə 

olunmuşdur  və  sözügedən  ölkələrdə  əldə  olunmuş  təcrübə  əsasında  bir  daha 

nəzərdən keçirilmişdir



Müsahibə iştirakçılarının cinsi

58%


42%

Qadınlar


Kişilər

Müsahibədə iştirak etmiş təşkilatların profili

2

0



21

7

5



1

4

0



5

10

15



20

25

hüquq müha



fizə 

orqanları

ədliy

yə sis


temi

hök


umə

t tə


şkila

tları


QHT

-lər


hök

umə


tlər

arası 


be

ynəlx


alq tə

şkila


tlar

təndaş cəmiy



ti 


təşkila

tları


digər tə

şkila


tlar

I. Giriş

4

Azərbaycana  gəldikdə,  üç  gün  ərzində  Bakı  şəhərində  ümumilikdə  36  şəxsi  əhatə 



etməklə  14  müsahibə  aparılmışdır.  Həmin  müsahibələrdən  10-u  dövlət  orqanları/

qurumları  ilə  aparılmışdır.  Bundan  başqa,  Azərbaycandan  yeddi  nəfər  elektron 

sorğuya öz cavablarını vermişdir.

Azərbaycandakı müsahibə iştirakçılarının cinsi

22%


78%

Qadınlar


Kişilər

Azərbaycanda müsahibədə iştirak etmiş təşkilatların profili

10

2



0

2

4



6

8

10



12

0

0



1

1

hüquq müha



fizə 

orqanları

ədliy

yə sis


temi

hök


umə

t tə


şkila

tları


QHT

-lər


hök

umə


tlər

arası 


be

ynəlx


alq tə

şkila


tlar

təndaş cəmiy



ti 


təşkila

tları


Elektron sorğunun paylanması: 

 

Elektron sorğular (Əlavə D) BMqT tərəfindən tərcümə edilərək müvafiq təşkilatların 



müfəssəl müsahibələrdə iştirak etməmiş əməkdaşları arasında paylanmışdır. Həmin 

təşkilatların  paytaxtdan  kənarda  çalışan  əməkdaşlarının  əhatə  olunması  BMqT-nin 

əlaqəli şəxslərindən xahiş edilmişdir. Müfəssəl müsahibə iştirakçıları elektron sorğuya 

cavab verə biləcək münasib həmkarları barədə öz təşkilatlarına təklif verməyə dəvət 

olunmuşdurlar. Bu xahişlə ilə bağlı verilmiş bir neçə təklif müfəssəl müsahibələrdə 


I. Giriş

5

iştirak edənlərin çoxunun bu sahədə aparıcı təşkilatlarda işləmələrini təsdiq etmişdir. 



Elektron  sorğu  respondentləri  isə  bu  sorğunu  qiymətli  töhfələrlə  zənginləşdirə 

biləcək  həmkarları  ilə  bölüşməyə  dəvət  olunmuşdur.  Tamamlanmış  sorğunun  geri 

göndərilməsi üçün son tarix kimi 2016-cı il yanvarın 31-i müəyyən edilmişdir. Sorğunun 

müvafiq vaxtda və qaydada doldurulmasını və geri göndərilməsini təmin etmək üçün 

BMqT əməkdaşları əlaqədar təşkilatlarla bir növ vasitəçi rolunu oynayırdı. 

7-si  Azərbaycandan,  6-sı  Gürcüstandan  və  6-sı  Ermənistandan  olmaqla  elektron 

sorğuya    yalnız  19  cavab  verilmişdir  ki,  hər  bir  ölkənin  payına  təxminən  eyni 

sayda  cavab  düşürdü.  Sorğuda  iştirak  etmiş  19  respondentin  əksəriyyəti  (68%-

i)  qadınlar  idi  (n=13).  Respondentlərin  əhəmiyyətli  bir  hissəsini  hökümətlərarası 

təşkilatlar  təmsil  edirdi.  Gürcüstandan  olan  sorğu  respondentlərinin  hamısı 

qadınlar idisə, Azərbaycandan olan yeddi respondentdən yalnız biri qadın idi. Sorğu 

respondentlərinin heç də hamısı bütün suallara cavab verməmişdir.



Sorğu respondentlərinin təmsil olunduğu (etdiyi) təşkilatlar

3

4



8

4

hüquq mühafizə orqanları



ədliyyə sistemi

hökumət təşkilatları

QHT-lər

hökumətlərarası beynəlxalq təşkilatlar



digər təşkilatlar

Sorğuya verilmiş cavabların sayı

               

Gürcüstan

6

Ermənistan



6

Azərbaycan

7


I. Giriş

6

Məlumatların təhlili və qiymətləndirmə hesabatının hazırlanması: 

 

Tamamlanmış  və  konsultanta  qaytarılmış  bütün  elektron  sorğuların  məlumatları 



təhlil məqsədi ilə müvafiq cədvəllərə daxil edilmişdir. Eyni zamanda, bütün müfəssəl 

müsahibələr  üzrə  qeydlər  də  müvafiq  məlumat  cədvəllərinə  daxil  edilmişdir.  Bu 

proses  tədqiqat  ölkələri  üzrə  keyfiyyət  məlumatlarının  ümumiləşdirilməsinə, 

habelə verilmiş töhfələrin və perspektivlərin təhlilinə şərait yaratmışdır. Toplanmış 

məlumatlar gündəmdə olan mövzuların aktuallığına və növlərinə diqqətin yetirilməsi, 

beş  əsas  tematik  mövzu  üzrə  nəticələrin  əldə  olunması  və  boşluqların  müəyyən 

edilməsi  və  aradan  qaldırılması  üçün  tövsiyələrin  hazırlanması  istiqamətində 

konsultanta köməklik göstərmişdir. Qiymətləndirmə hesabatının işlənib hazırlanması 

zamanı məlumatların müvafiq cədvəllərə daxil edilməsi və təhlil olunması əsasında 

əldə  edilmiş  nəticələr  başqa  cür  cədvəllərdə,  müxtəlif  qrafiklər  və  sxemlərdə  öz 

əksini  taparaq  istifadə  olunmuşdur.  Öz  növbəsində  ehtiyacların  qiymətləndirilməsi 

vasitəsi gələcəkdə qəbul və istifadə edilmə məqsədi ilə BMqT-yə təqdim etmək üçün 

təkmilləşdirilmişdir.

Tədqiqat nəticələrinin qiymətləndirilməsi seminarı: 

 

Hesabatda əks olunmuş nəticələri təqdim etmək və əlaqədar təşkilatlar üçün təklif 



olunan tövsiyələrin qiymətləndirilməsi işinə həmin təşkilatları cəlb etmək məqsədi ilə 

üç tədqiqat ölkəsinin hər birində qiymətləndirmə seminarları təşkil olunmuşdur. Bu 

seminarların hər birində əsas nəticələrdən və tövsiyələrdən ibarət qısa prezentasiyalar 

təqdim olunmuşdur  və təklif olunan tövsiyələri nəzərdən keçirmək üçün əlaqədar 

təşkilatları  təmsil  edən  iştirakçıların  qruplar  üzrə  bölgüsü  aparılmışdır.  2016-cı  il 

aprelin 25-də Bakı şəhərində keçirilmiş seminar zamanı iştirakçıların verdikləri rəylər 

əsasında hesabatın yekun variantı hazırlanmışdır. 

1.3. Tədqiqatla bağlı məhdudiyyətlər  

Aparılmış  tədqiqatla  bağlı  bir  sıra  məhdudiyyətlər  mövcuddur  ki,  onların  da 

açıqlanması vacibdir.



Üç ölkə üzrə məlumatların qeyri-bərabər və məhdud olması: Bir sıra əsas sənədlərin 

ölkələrdən  bəziləri  üçün  köhnə,  digərləri  üçün  isə  nisbətən  yeni  olması  masaüstü 

araşdırma  zamanı  hasil  edilmiş  müəyyən  qənaətlərin  təhrif  olunmasına  gətirib 

çıxarmışdır. Bəzi hallarda masaüstü araşdırmalar zamanı müəyyən edilmiş sənədlər 

bir sıra mənbələrdə təkrarlanan eyni məzmunun bir daha təkrarlanmasından ibarət 

idi.  Məlumatlarla  bağlı  başqa  bir  məhdudiyyət  müəyyən  edilmiş  informasiyanın 

xarakterindən  irəli  gəlir:  masaüstü  araşdırmalar  zamanı  müəyyənləşdirmə  və 

istiqamətləndirmə,  əlaqədar  təşkilatlar  arasında  əməkdaşlıq  və  xüsusilə  də  insan 

alveri cinayətinin qarşısının alınması məsələlərinə dair informasiya ilə müqayisədə 

insan  alverinə  dair  mövcud  vəziyyətlə  və  tendensiyalarla,  habelə  təhqiqatlarla 

və cinayət təqibi ilə bağlı daha məzmunlu informasiya əldə olunmuşdur. Nəhayət, 

masaüstü  araşdırma  zamanı  yalnız  ingilis  dilində  mövcud  olan  sənədlər  nəzərdən 

keçirildiyindən,  başqa  dillərdə  mövcud  olan  dəyərli  informasiya  mənbələrinin  bu 

araşdırmadan kənarda qalması mümkün olmuşdur.



I. Giriş

7

Üç tədqiqat ölkəsindən yalnız 19 (Azərbaycandan 7, Gürcüstandan 6 və Ermənistandan 



6) sorğunun geri göndərilməsi məlumatların məhdud olmasının başqa bir səbəbidir. 

Bundan başqa, müfəssəl müsahibələrdə iştirak etmiş əməkdaşların sayı kifayət qədər 

çox olsa da, onlardan yalnız bəziləri müzakirələr zamanı fəallıq nümayiş etdirmişdir. 

Azərbaycanda  keçirilmiş  görüşlərdə  ümumilikdə  iştirakçıların  sayı  çox  olmuş,  lakin 

təyin  edilmiş  iştirakçılar  müzakirələrə  daha  çox  töhfə  vermişdir.  Gürcüstanda 

keçirilmiş görüşlərdə çox az sayda (19 nəfər) şəxs iştirak etmiş və onların əksəriyyəti 

müzakirələrdə fəallığı ilə seçilmişdir.  


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin